Məhkəmə qərarları › İş №2(102)-5445/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5445/2021

11.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5445/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia - aliment məbləğinin azaldılması, qarşılıqlı iddia – aliment məbləğinin artırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4004/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5967/18 saylı, 04.09.2018-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, cavabdeh X6 13.10.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılması; 13.10.2017-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi; 13.10.2017-ci il tarixdə anadan olmuş X10 3 yaşına çatana qədər 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(008)-2292/2019 nömrəli, 19.03.2019cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 13.10.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentın miqdarı artırılmış, 13.10.2017-ci il təvəllüdlü X2 üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manatın cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi, 13.10.2017-ci il tarixdə anadan olmuş X13 3 yaşına çatana qədər 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi, 13.10.2017-ci il tarixdə anadan olmuş X13 3 yaşına çatana qədər 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi hissəsində aliment 15.02.2019-cu il tarixdən hesablanması və qətnamənin dərhal icra edilməsi alimentin artırılması qətnamə qanu ni qüvvəyə mindiyi tarixdən aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 15.11.2019-cu il tarixli arayışdan görünür ki, Səfərov X12 rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə X3 19.09.2017-19.04.2019-cu il tarixədək əmək müqaviləsi qeydə alınmış və 19.04.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ərizəsinə əlavə edilmiş X4 ilə X14 bildirişindən görünür ki, o, 04.03.2020-ci il tarixdən Mağazada satıcı işləyir və aylıq əmək haqqı 250 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı C avabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehin xeyrinə 13.10.2017-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılması; cavabdehin xeyrinə ondan 13.10.2017-ci ildə anadan olmuş oğlu X11 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər əy 150 ( yüz əlli ) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından 13.10.2017-ci il tarixdə X13 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(0 12)-3182/2018 nömrəli, 06.06.2018ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08.10.2018-ci il tarixdə 320 N ilə qeyd edilmişdir, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə hər ay 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsi ilə X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı 160 manata artırılmış və X13 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində aliment ondan tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqı yaxşı olan işdə işləyirdi. Hazırda işsizdir və gəlir yeri yoxdur. İddiaçı Cavabdeh İddiaçı qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, 2(004)-1090/2020 nömrəli mülki iş üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə birgə nikahdan dünyaya gələn 13 oktyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 180 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi tələbinin dəyişdirilərək, birgə nikahdan dünyaya gələn 13 oktyabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 mart 2019-cu il tarixli, 2(004)2292/2010 nömrəli qətnaməsi ilə 160 manat müəyyən olunmuş alim ent məbləğinin artırılaraq 170 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə birgə nikahlarından 13.10.2017-ci il tarixdə X13 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə, cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08.10.2018-ci il tarixdə 320№ ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(012)3182/2018 nömrəli qətnaməsi ilə onun İddiaçı ilə 26 yanvar 2016-cı il tarixdə bağlanmış nikahları ləğv olunmuş, birgə rəsmi nikahlarından anadan olmuş 13 oktyabr 2017-ci il təvəllüdlü X11 onun yanında qalması, a zyaşlı övladının saxlanması üçün cavabdeh İddiaçı hər ay 154 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2019-cıı il tarixli 2(004)-2292/2019 nömrəli qətnaməsi ilə aliment məbləği artırılaraq 160 manat müəyyən olunmuş, 13 oktyabr 2017-ci il təvəllüdlü X11 3 yaşı olanadək ona 200 manat ödənilməsi qət edilmiş, Bakı Apellyasiva Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(103)-7383/2019 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(102)6608/2019 nömrəli qərarı ilə də Bakı Apellyasiva Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(103)-7383/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birgə nikahlarınd an olan 13.10.2017-ci il təvəllüdlü X13 onunla yaşayır və uşağın bütün ehtiyaclarını o, təkbaşına ödəyirəm, hazırda isə işsiz olduğundan və uşaq böyüdükcə onun tələbatları artdığından mövcud iqtisadi şəraitdə onu saxlamaqda, maddi tələbatlarının təmin edilməsində hədsiz çətinlik çəkir. Artıq uzun müddətdir ki, cavabdeh uşağın saxlanması üçün ona hər hansı maddi köməklik göstərmir. Halbuki, cavabdeh də, ata kimi öz vəzifələrini yerinə yetirməli, uşağın saxlanmasında iştirak etməlidir. Bundan başqa, onun cavabdeh ilə birgə rəsmi nikahlarından anadan olmuş 13 oktyabr 2017-ci il təvəllüdlü X11 xəstəliyi ilə əlaqədar onun müalicəsinə xeyli vəsait tələb olunur və xərclənir ki, bu müalicəni 160 manat aliment məbləği ilə həyata keçirmək qeyri-mümkündür. Bununla məhkəmənin nəzərinə çatdırır ki, 2 00 manat vəsait məhkəmə qərarı ilə onun üçün müəyyən olunduğu halda o, həmin vəsaiti övladının saxlanmasına və müalicəsinə sərf etmək məcburiyyətindədir. Belə ki, 3 nömrəli X8 Ambulator Kitabçadan çıxarışı ilə müəyyən olunur ki, 13 oktyabr 2017-ci il təvəllüdlü X13 18 iyul 2019-cu il tarixdən 23 iyul 2019-cu il tarixədək 3 nömrəli X9 “Sidik yollarının infeksiyası” diaqnozu ilə müalicə almışdır. Həmçinin, 5 nömrəli Uşaq Poliklinikasının 17 may 2019-cu il tarixli 304 nömrəli arayışı ilə müəyyən olunur ki, 13 oktyabr 2017-ci il təvəllüdlü X13 06 mart 2018-ci il tarixdən 5 nömrəli Uşaq Poliklinikasında “Ensefalopatiya hipertenzion sindrom sinir reflektor oyanıqlığı” diaqnozu ilə dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicə alır. X5 29 oktyabr 2019-cu il tarixli 34409 nömrəli arayışı i lə müəyyən olunur ki, 13 oktyabr 2017-ci il təvəllüdlü X13 anadangəlmə əqli və fiziki inkişafdan qalma, nevrolik vəziyyət, hipertenzion sindrom, baş beynin kompüter tomoqrafiyasının nəticəsinə əsasən yan mədəciklərinin assimmetriyası diaqnozu qoyulmuşdur və mütəmadi olaraq müalicə kursu keçirilir. Hesab edir ki, bütün bunlar və cavabdeh İddiaçı ilə birgə nikahdan olan uşağın mənafeyi nəzərə alınaraq onun saxlanılması üçün aliment miqdarı artırılmalıdır. Göstərilənlərə əsasən cavabdeh İddiaçı ilə birgə nikahdan dünyaya gələn 13.10.2017ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hak im A.Məmmədov, iş № 2(004)-7280/2019) İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması tələbinə” dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmiş aliment məbləğinin azaldılması üçün əsas olan hallar aşkar olunmadığından, habelə, valideynlər uşaqlarını saxlamağa, onların sağlamlığı və inkişafları üçün hər cür şərait yaratmağa borclu olduduğundan hazırki tələb əsassız və qanunsuz olub rədd edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-1090/2020) iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsi ilə 13.10.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmuş alimentin miqdarı artırılaraq (dəyişdirilərək), 13.10.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə u şaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edildiyindən tutulan alimentin məbləği həmin həddədək artırılmalıdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev, iş № 2(103)-1939/2020) İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7280/2019 saylı iş üzrə qəbul etdiyi 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, üzrə yeni qətnamənin qəbul edilməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsi ilə X7 tutulan alimentin məbləğinin dəyişdirilməsi, 13.10.2017-ci il təvəllüdlü X1 üçün hər ay cavabdeh X6 onun gəlir inin ¼ hissəsində və 97,5 (doxsan yeddi manat 50 qəpik) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Cavabdeh verilməsi, 13.10.2017-ci il tarixdə anadan olmuş X10 3 yaşına çatana qədər 50 (əlli) manat sabit pul məbləğində aliment cavabdeh X6 tutularaq, iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alimentin miqdarının azaldılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsi ilə X11 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment miqdarı 160 manata artırılması və X13 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində aliment ondan tutularaq, Cavabdeh verilməsini müəyyənləşdirərkən yuxarıda qeyd edilən hallar araşdırma pr edmeti olmamış və həmin qətnamənin qəbul edilməsindən daha sonra ortaya çıxmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov, iş № 2(102)117/2021) Cavabdeh kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli 2(103)1939/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya məhkəməsi iddia tələbi həddindən kənara çıxmaqla və apelyasiya məhkəməsində yeni tələbə baxmaqla iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilkin iddia ərizəsində ya lnız Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)2292/2019 nömrəli, 19.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə 13.10.2017-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılmasını və həmin alimentin hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində ananın özü üçün tutulan 200 manat alimentin ləğv olunması tələbi irəli sürülməmiş və birinci instansiya məhkəməsində baxışın predmeti olmamışdır. Apelyasiya instansiyası isə iddiaçının 06.03.2020-ci il tarixli ərizəsini əsas götürərək, 13.10.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilən alimentin əmək haqqının ¼ hissəsində müəyyən edilməsini və uşağın 3 yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh 200 manat məbləğində alimentin tutulması nın ləğv edilməsi tələbləri üzrə qətnamə qəbul etmişdir. Halbuki həmin tələblər birinci instansiyada məhkəmə baxışının predmeti olmamışdır. Eyni zamanda, alimentin azaldılması barədə tələbə baxılarkən “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-4004/2021) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli və 07 fevral 2020-ci il tarixli qətnamələrindən İddiaçı tərəfindən verilmiş apely asiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)7280/2019 saylı iş üzrə 18 dekabr 2019-cu il tarixli və 2(004)-1090/2020 saylı iş üzrə 07 fevral 2020-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı alimentin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.03.2019-cu il tarixli qətnaməsi əsasında müəyyən olunmuş miqdarının azaldılmasını həmin qətnamə çıxarılarkən işlədiyi, hazırda isə işsiz olduğu arqumentinə istinad edərək irəli sürmüşdür – hansı ki, əvvəlki apelyasiya baxışı zamanı o, yenidən işə düzəlməsi barədə müvafiq arayışı təqdim etmiş, işə kassasiya instansiyasında baxıldığı zaman isə işdən çıxdığını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı əsaslandığı hal, aliment müəy yən olunduqdan sonra onun miqdarının azaldılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Çünkü işsiz olması, yaxud əmək haqqının az olması valideyni uşağının saxlanılmasında və getdikcə artan tələbatnın qarşılanmasında iştirak vəzifəsindən azad etmir. işin hallarından İddiaçı maddi imkanlarının normal olduğu, mülkiyyətində daşınmaz əmlakların və avtomobillərin mövcudluğu görünür; bu hal da özlüyündə onun iddia tələbinin əsassızlığına dəlalət edir. Cavabdeh iddia tələbi üzrə gəlinən nəticə əsaslı hesab edilmişdir. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4004/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinı qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil əhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olu nmasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya instansiya məhkəm əsinin qətnaməsindən yalnız İddiaçı kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi iddiaçının dəlillərinə münasibətdə yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər və ya aliment ödəməli olan şəxs tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəl əridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəli llər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4004/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar