Məhkəmə qərarları › İş №2(102)-5449/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5449/2018

06.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5449/2018 06.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5449/2018 şəhəri 06 sentyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)-1360/2018 nömrəli qətnaməsindən iddiаçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Mirzəzadə) 27.09.2016-cı il tarixli 2(004)1052/2016 nömrəli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh1-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 10.209 manat sığorta ödənişinin Cavabdeh1-dən tutularaq iddiаçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, Ə.Qasımov, R.Eyvazov) 14.03.2018-ci il tarixli 2(103)-1360/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.09.2016-cı il tarixli 2(004)-1052/2016 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh1-yə qarşı “Cavabdeh1-nin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə 27.547 manat sığorta öd ənişinin və 10.000 manat mənəvi ziyanın ödənilməsi” tələbinə dir iddiası rədd edilmişdir. İddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilmiş, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə X5.MEM, VÖEN **********, DXA, Kod 210005, VÖEN **********, m/h AZ ********************, S.F.İ.F.T. Bik: CTREAZ22 hesaba keçirilməsi, mütəxəssis rəyinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri olan 200 manat İddiaçı tutularaq FHN-nin Tikintidə X1 Agentliyinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiаçı İddiaçı Cavabdeh1-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə d air iddia ərizəsi ilə 08.12.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1-nin 27.01.2012-ci il tarixli sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməklə, ona məxsus olan İsmayıllı şəhəri ************ ünvanda yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evində mövcud olan çatlar və digər zədələrin zəlzələnin baş verməsi səbəbindən yaranmış zərərin aradan qaldırılması üçün 27.547 manat sığorta ödənişinin və mənəvi ziyanın əvəzi kimi 10.000 manat pulun Cavabdeh1-dən tutularaq ona ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki,27.01.2012-ci il tarixli ************ nömrəli “əmlak sığortası şəhadətnaməsi”nə əsasən İddiaçı məxsus İsmayıllı şəhəri ******************* nömrəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 27.01.2012-ci il 24:00-dan 27.01.2016-cı il saat 24:00-dək olan müddət üçün 55.000 manat sığortalanmış likvid dəyəri isə 44.000 manat qiymətləndirilmişdir. Şəhadətnaməyə əsasən şərtsiz azadolma məbləği zəlzələ istisna olmaqla hər itki halında 1100 manat, zəlzələ itkisi halında isə 2200 manat müəyyən edilmiş, yanğın partlayış, təbii fəlakətlər (sel, fırtına, ildırım, qasırğa, vulkan püskürməsi, zəlzələ) sığorta təminatlarına aid edilmişdir. İsmayıllı rayonunda 29.09.2014-cü və 04.09.2015-ci il tarixlərdə baş vermiş zəlzələ ilə əlaqədar İddiaçı yaşadığı İsmayıllı şəhəri ************ nömrəli evin texniki vəziyyətinə vizual baxış keçirilmiş və baxış zamanı yaşayış evinin yükdaşıyan və daxili divarlarında müxtəlif çatlar müşahidə edilmişdir. 04.09.2015-ci il tarixdə yerli vaxtla 09:49:36-da Şəki şəhərindən 29 km Cənub-Şərqdə, Şəki-Oguz sərhəddində, maqnitudası m-5,9 olan zəlzələ baş vermişdir. Zəlzələnin episentrində hiss olunma intensivliyi 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 7 bal, İsamayıllı rayonu ərazisində isə 5 bal olmuşdur. Qeyd olunanlar onu bir daha təsdiq edir ki, iddia tələbində göstərilən sığorta hadisəsi baş vermişdir. Bu isə öz növbəsində yuxarıda qeyd olunan sığorta şəhadətnaməsinə əsasən sığorta ödənilməsini nəzərdə tutur. İddiaçının qeyd etdiyiİsmayıllı şəhəri ************ nömrəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə zəlzələ hadisəsi baş verməsi öz təsdiqini tapmışdır. Belə olan təqdirdə isə iş üzrə Cavabdeh1-nin iddia çıya ünvanladığı məktubunu əsas tutaraq sığorta ödənişi iddiaçıya ödənilməlidir. Sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı, cavabdehin nümayəndəsi məhkəmə iclasına g əlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Qambayev Emil Məhəmməd oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin vəkili X6 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 27.01.2012-ci il tarixli ************ nömrəli “Əmlak sığortası şəhadətnaməsi”nə əsasən İddiaçı məxsus İsmayıllı şəhəri ************ nömrəli fərdi yaşayış evi Cavabdeh1 tərəfindən 27.01.2012-ci il 24:00-dan 27.01.2016-cı il saat 24:00-dək olan müddət üçün 55.000 manat məbləğində sığortalanmış likvid dəyəri isə 44.000 manat qiymətləndirilmişdir. Şəhadətnaməyə əsasən şərtsi z azadolma məbləği zəlzələ istisna olmaqla hər itki halında 1100 manat, zəlzələ itkisi halında isə 2200 manat müəyyən edilmiş, yanğın partlayış, təbii fəlakətlər (sel, fırtına, ildırım, qasırğa, vulkan püskürməsi, zəlzələ) sığorta təminatlarına aid edilmişdir. İsmayıllı şəhərində 29.09.2014-cü və 04.09.2015-ci il tarixlərdə baş vermiş zəlzələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri R6, İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin mühəndisi V6, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsi M6, İsmayıllı Bələdiyyəsinin sədr müavini Q6 və İddiaçı tərəfindən tərtib olunmuş 10.10.2014-cü və 08.09.2015ci il tarixli aktlarda qeyd edilmişdir ki, İsmayıllı rayonunda 29.09.2014-c ü və 04.09.2015-ci il tarixlərdə baş vermiş zəlzələ ilə əlaqədar İsmayıllı şəhəri ************ nömrəli evin sahibi İddiaçı yaşadığı evin texniki vəziyyətinə vizual baxış keçirilmiş və baxış zamanı vətəndaşa məxsus yaşayış evinin yükdaşıyan və daxili divarlarında müxtəlif çatlar müşahidə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin 15.02.2017-ci il tarixli 89/027 nömrəli məktubundan görünür ki, 04.09.2015-ci il tarixdə yerli vaxtla 09:49:36-da Şəki şəhərindən 29 km Cənub-Şərqdə, Şəki-Oguz sərhəddində, maqnitudası m-5,9 olan zəlzələ baş vermişdir. Zəlzələnin episentrində hiss olunma intensivliyi 12 ballıq MSK-64 seysmik cədvəli üzrə 7 bal, İsamayıllı rayonu ərazisində isə 5 bal olmuşdur. Qeyd olunanlar onu bir daha təsdiq edir ki, iddia təl əbində göstərilən sığorta hadisəsi baş vermişdir. Bu isə öz növbəsində yuxarıda qeyd olunan sığorta şəhadətnaməsinə əsasən sığorta ödənilməsini nəzərdə tutur. Cavabdeh1 İddiaçı ünvanlandığı 30.10.2015-ci il tarixli ******** nömrəli məktubunda qeyd etmişdir ki, İsmayıllı şəhəri ************ saylı fərdi yaşayış evinin divarlarında 04.09.2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində çatlar əmələ gəlməsi barədə etdiyiniz müraciətlə əlaqədar əməkdaşımız tərəfindən mənzilə baxış keçirilmişdir. Qeyd olunan sığorta hadisəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyindən akt və ya arayış, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ hadisəsinin baş verməsinə dair müvafiq arayışı təqdim etdikdən son ra sığorta ödənişinin həyata keçirilməsi mümkün olacaqdır. Azərbaycan Milli Elmlər Akademiyası nəznində Respublika Seysmoloji Xidmət Mərkəzinin 89/027 nömrəli 15.02.2017-ci il tarixli məktubundan məlum olur ki, iddiaçının qeyd etdiyiİsmayıllı şəhəri ************ nömrəli fərdi yaşayış evinin yerləşdiyi ərazidə zəlzələ hadisəsi baş verməsi öz təsdiqini tapmışdır. Belə olan təqdirdə isə iş üzrə Cavabdeh1-nin iddiaçıya ünvanladığı məktubunu əsas tutaraq sığorta ödənişi iddiaçıya ödənilməlidir. İş üzrə üçüncü şəxs - Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriliyinin səlahiyyətli nümayəndəsi X4 tərəfindən tərtib olunmuş rəydə qeyd olunur ki,zəlzələ və digər təbii fəlakətlərin baş verməsi faktının təsdiq edilməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid deyildir. Bundan əlavə qeyd olun muşdur ki, sığorta haqqının ödənilməməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən tərtib olunmuş Aktın təqdim edilməməsi ilə əsaslandırıla bilməz. İş üzrə üçüncü şəxs - Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriliyinin səlahiyyətli nümayəndəsi X3 birinci instansiya məhkəməsində izahat verərkən qeyd etmişdir ki, sığorta hadisəsi üzrə sığorta ödənişi həyata keçirilməlidir. Bu isə onu ehtiva edir ki, iddia əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı da nəzərə almamış və hüquqi qiymətləndirmə aparmamış nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi aktlara və rəyə istinad etməklə, iddia tələbini qismən təmin etmişdir. Halbuki, istinad olunan aktdan görünür ki, iddiaçının evinə vizual baxış keçirilməklə zədələrin baş verməsi göstərilmiş, eləcə də təqdim edilən rəydə sadəcə iddiaçının evinə dəyən ziyanın mövcudluğu təsdiq edilmişdir. Göründüyü kimi, sığorta hadisəsinin baş verib-verməməsi yuxarıda qeyd olunan aktlarda və rəylə müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan aktlara və rəyə diqqət etməmiş, bu səbəbdən də mövcud münasibət bildirmişdir. Belə ki, 08.09.2015-ci il tarixli aktda qeyd edilmişdir ki, İsmayıllı rayonunda 04.09.2015-ci il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar İsmayıllı şəhəri ************ nömrəli evin sahibi İddiaçı yaşadığı evin texniki vəziyyətinə vizual baxış keçirilmiş və baxış zamanı vətəndaşa məxsus yaşayış evinin yükdaşıyan və daxili divarlarında müxtəlif çatlar müşahidə edilmişdir. Bununla d a qeyd olunan aktda zəlzələ hadisənin (sığorta hadisəsinin) baş verməsi öz təsdiqini tapmışdır. Xüsusi ilə qeyd olunmalı hal ondan ibarətdir ki, təbii fəlakətlər (sel, fırtına, ildırım, qasırğa, vulkan püskürməsi, zəlzələ) halları baş verdikdə, bunu ilk olaraq qeydə alan (aktlaşdıran) nəticələri barədə müvafiq tədbirlər görən orqan olaraq, müvafiq icra hakimiyyətinin nəzdində yaradılmış fövqəladə hallar komissiyası tərəfindən həyata keçirilir. Göründüyü kimi, İsmayıllı rayon Fövqəladə hallar komissiyası zəlzələ hadisəsinin baş verməsini və bunun nəticəsində ərazidəki tikililərə, o cümlədən iddiaçıya məxsus olan fərdi yaşayış evinə dəymiş ziyanı qeydə alaraq, müvafiq akt tərtib etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan akt iddia tələbinin əsaslı olmasına və iş üçün mühüm əhə miyyət kəsb edən sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, iş üçün əhəmiyyətli olan sübutlara hüquqi qiymət verməmiş, bir-birinə ziddiyyət təşkil edən sübutlara isə mötəbər sübut kimi istinad etməklə, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27878 saylı 14.02.2018-ci il tarixli rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu İsmayıllı şəhəri ************ ünvanda yerləşən İddiaçı məxsus 3 otaqdan ibarət olan fərdi yaşayış evində mövcud olan çatlar və digər zədələrin zəlzələnin baş verməsi səbəbindən yarana bilməsi müəyyən edilməmişdir. Bunun əksi olaraq İddiaçı məxsus olan İsmayıllı şəhəri ************ ünvanda yerləşən 3 otaqdan ibarət olan fərdi yaşayış evində aşkar olunan çatların evin uzun müddət istismarı, fiziki aşınması, eləcədə tikinti texnologiyasına əməl etmədən inşası ilə əlaqədar olması və həmin çatların öncədən mövcud olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisəsinin baş verməməsi, daha dəqiq isə iddiaçının istinad etdiyi kimi mülkiyyətində olan və Cavabdeh1-də sığortalınmış evə zəlzələ nəticəsində zərərin dəyməməsi qənaətinə gələrkən səhvə yol vermiş, həqiqətə uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında və məhkəmənin dəfələrlə istinad etdiyi iddiaçı və cavabdeh arasında hüquq münasibətlərini yaradan 27.01.2012-ci il tarixli PRT/13/İC- 00015 /12 saylı “əmlak sığortası şəhadətnaməsi”nə düzgün hüquqi qiymət verməmişdir. Çünki, məhkəmənin istinad etdiyi qeyri-müəyyən ekspert rəyində göstərilənlər həqiqətə uyğun olasaydı, tərəflər arasında mövcud olan əmlakın sığortalanması barədə müqavilə bağlanmazdı və buna dair sığorta şəhadətnaməsi verilməzdi. Digər tərəfdən həmin halın mövcud olması, yəni evin əvvəlcədən zədəli olması halı əmlakın sığorta şəhadətnaməsində öz əksini tapardı. Yəni sığorta riski qeydə alınmış olardı. Lakin sığorta şəhadətnaməsində belə bir qeydiyyat aparılmamışdır. Belə bir qeydin aparılmaması bir daha onu təsdiq edir ki, iddiaçıya məxsus olan fərdi yaşayış evində əmələ gəlmiş zədələr, qüsurlar İsmayıllı rayonunda 04.09.2015-ci il tarixdə baş vermiş zəlzələ ilə əlaqədar yaranmışdır və iddiaçıya sığorta ödənişini n verilməsi üçün əsasdır. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş ver məsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Tərəflər arasında sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Sığortpa hadisəsi – zəlzələ nəticəsində sığortalıya (iddiaçıya) zərər dəydiyindən sığortaçı sığorta ö dənişini vermək öhdəliyini daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə t utulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan fərdi yaşayış evinə dəymiş zərərin sığorta hadisəsi, yəni - zəlzələ nəticəsində yaranmaması qənaətinə gələrkən səhvə yol vermiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edərkən səhvə yol vermiş, maddi və prosessual hüquq normalarının tələblərini poz muş, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolunmaması apellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünəsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn sin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsinin qeyrimümkün olmasını nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, hazırkı mübahisəyə maddi və prosessual hüquq normalarının tələblərinin düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara, həmçinin işə əlavə edilmiş digər hüquq müəyyənedici sənədlərə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X7rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngöstərişlər həminişəyenidənbaxanməhkəməüçünmə cburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.03.2018-ci il tarixli 2(103)1360/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar