Məhkəmə qərarları › İş №2(102)-5456/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5456/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5456/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 x1nə, x2nə və x3na qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5456/21 (Açar sözlər: bələdiyyə torpaqlarının alqı-satqısı problemləri) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh1 və vəkili X2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 x1nə, x2nə və x3na qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin e tibarsız hesab edilməsi, çıxarışların ləğv olunması iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1228/2021 nömrəli, 23.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 2008-ci ildən iddiaçının mülkiyyətində 15 sot torpaq sahəsi var. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və həmin fəaliyyətə uyğun olaraq torpaq sahəsində tikinti işləri aparmışdır. İddiaçının tikintisinin qarşısında yerləşən və əsas yola çıxışı olan hissədəki torpaq sahələri yerli bələdiyyə tərəfindən müxtəlif vaxtlarda müxtəlif şəxslərə satılmışdır. İddiaçı hesab edir ki, həmin torpaqların başqa şəxslərə satılması, orada aparılan işlər (kanalz asiya quyusunun qazılması, divarının yaxınlığında tikinti aparılması, elektrik şitləri yerləşdirilməsi, giriş-çıxış yolunun daralması) onun hüquqlarını pozur. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, x1nə, x2nə və x3na qarşı hərracın nəticələrinin, torpağın və daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, çıxarışların ləğv olunması tələbinə dair iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək x3 tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli 005248 №-li şəhadətnamənin, x1 ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh2 adına verilmiş 07 aprel 2 016-cı il tarixli 14/6 saylı protokolun, Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, x1 ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli 136 №-li torpağın alqı-satqına dair müqavilənin, x1 ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də həmin müqavilələr əsasında x2 tərəfindən aparılmış qeydiyyatların və həmin qeydiyyata əsasən verilmiş müvafiq çıxarışların ləğv edilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpağın əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsində quraşdırılmış elektrik transformatorunun Cavabdeh2 hesabına sök ülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır: O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,1557 ha ölçülü ehtiyat fondu təyinatlı torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı 04.09.2008-ci il tarixdə rəsmi olaraq almışdır. İddiaçı qeyd olunan torpaq sahəsində istehsalat sahəsi yaratmaq məqsədilə tələb olunan dövlət qurumlarına müraciət edərək qanuni prosedurlara əməl etməklə torpaq sahəsində nəzərdə tutulmuş istehsalat təyinatlı bir mərtəbəl i tikinti obyektinin və iki mərtəbəli ofis binasının tikintisinə başlamış, müvafiq orqanlardan texniki şərtlər almışdır. Lakin, ona x1 tərəfindən maneələr yaradılmış, inşa edilmiş müəssisənin dörd bir tərəfində yerləşən torpaq sahəsi başqa şəxslərə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi adı altında qanunsuz olaraq satılmış, halbuki həmin torpaq sahəsi sənaye təyinatlı torpaq sahəsi zolağında yerləşir və həmin torpaq sahələrinə x2 tərəfindən araşdırılma aparmadan çıxarışlar verilmişdir. Bəşirov X1 rayon Saray Bələdiyyəsinin sədri Natiq Tahirova dəfələrlə müraciət edərək müəssisənin ətrafında olan torpaq sahələrinin qanunsuz olaraq başqa şəxslərə satılması nəticəsində ona ciddi məhdudiyyətlərin yarandığını bildirməsinə baxmayaraq, bələdiyyə sədri ona qarşı qərəzli mövqe nümayiş etdirərək “ istəyirsən sən al” deyərək dəyəri ***-**** manat dəyərində olan torpaq sahəsini ona 15000-20000 manata almağı təklif etməklə öz qulluq mövqeyindən istifadə etməklə tamah məqsədilə öz niyyətini həyata keçirməklə məşğuldur. x1nin sədri Natiq Tahirov x2nin əməkdaşları ilə əlaqəyə girərək bu əməllərini həyata keçirir. Nəzərə alınsa ki, müəssisənin anbarına xammalın daşınması, hazır məhsulun müəssisədən kənara daşınması üçün iri tutumlu nəqliyyat vasitələrindən (təxminən 12 metr uzunluğunda olan tırladan) istifadə olunacaqdır, onda müəssisənin hasarına bitişik torpaq sahələrinin başqa şəxslərə satılmasının məqsədi İddiaçı süni maneə yaratmaq, yaxud bələdiyyə sədrinin istədiyi böyük məbləğlərdə pulları verib torpaq sahələrini almağa məcbur etmək olmuşdur. x1nin sədri Natiq Tahirovun və x2nin ə məkdaşlarının qanunsuz əməlləri barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə və Abşeron rayon İcra hakimiyyətinə və Bələdiyyə orqanına edilmiş müraciətlərə cavabda müəyyən edilmişdir ki, x1nin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,06 ha torpaq sahəsi 10 may 2018-ci il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Cavabdeh1 4290 manata satılmış və buna müvafiq olaraq x3 tərəfindən 005248 №-li şəhadətnamə verilmiş və 11 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh1 satılmışdır. Bundan başqa, x1nin mülkiyyətində olan ehtiyat fondu torpaqlarına aid 0,0618 ha torpaq sahəsi 07 aprel 2016-cı il tarixdə keçirilmiş hərrac vasitəsi ilə Ca vabdeh2 Əlifağa oğluna 3480 manata satılmış və buna müvafiq olaraq x3 tərəfindən 000866 №-li şəhadətnamə verilmiş və 07 aprel 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən qeyd edilən torpaq sahəsi notarial qaydada Cavabdeh2 Əlifağa oğluna satılmışdır. Lakin hər iki şəhadətnamə əsasında verilmiş torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən çıxarışların olsa da həmin çıxarışların yalnız məhkəmə sorğusu vasitəsi ilə verilməsi bildirilmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia ərizəsi qismən təmin edilərək x3 tərəfindən Cavabdeh1 adına verilmiş 10 may 2018-ci il tarixli, 005248 №-li şəhadə tnamə və x1 ilə Cavabdeh1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin qismən 0.03 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında 0.03 ha torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışların ləğv edilməsi, x1ndən 2145 manat məbləğində pulun alınıb Cavabdeh1 verilməsi, x3 tərəfindən Cavabdeh2 adına verilmiş 000867 №-li şəhadətnamənin, x1 ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2016-cı il tarixli, 136 №-li, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha ölçüdə torpağın alqı-satqına dair müqavilənin və x1 ilə Cavabdeh2 arasında 13 aprel 2016-cı il tarixdə Abşeron rayon 1 saylı notariat kontorunda 4Ə-784 reyestr nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyat və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi, Saray bələdiyyəsindən 1630 manat məbləğində pulun alınıb Cavabdeh2 verilməsi, Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0242 ha torpaq sahəsində qazılmış şambo quyusunun onun hesabına doldurularaq torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edimiş, məhkəmə xərcləri bölüşdürülmüşdür.

4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələ ri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1,157.4,Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.5, 69.5.1, 69.5.2, 69.5.2-1, 69.5.3-cü maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 23.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T,Quliyev (sədrlik edən və məruzəçi), Cavabdeh2 nümayəndəsi və vəkili C.İ.İsgəndərov və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(012)-104/2020 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

7. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ, İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 238.1, 238.3, 239.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 390.1, 390.3, 404.1-ci maddələrinə istinad etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarında olan ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur ki, mübahisələndirilən ərazilərin satılması onun hüquqlarını pozur. Məhkəmə onun tələbinin əsası kimi istinad etdiyi dəlillərə qiymət verməmiş, o cumlədən ayrılmış torpaq sahəsinin təyinatını müəyyən etməmiş, həmin sahələrin qərarda qeyd olunan təyinatla satılmasının qanuniliyinə fikir bildirməmişdir. Cavabdehlərə ayrılmış torpaq sahələrinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd olması, eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tə ləblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

13. Cavabdeh1 və vəkili X2 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

15. Maddə.13. Hissələr İ və İİ. Azərbay can Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

16. Maddə.

29. Hissələr İ, İİ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

17. Maddə. 11.1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

18. Maddə. 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kə nd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

19. Maddə.12.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

20. Maddə. 12.4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

21. Maddə. 12.5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.

22. Maddə 13.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

23. Maddə. 13.2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

24. Maddə. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.

25. Maddə. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın so nuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

26. Maddə. 69.5.3. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi Ara məsafəsi müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları aşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququ n tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instans iya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşmır.

35. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, Apelyasiya Məhkəməsinin çıxardığı qərar Azərbaycan Respublikası MPM-nin tələbərinə uyğun deyil. Beləki, hazırkı qərarın 31-ci bəndində qeyd olunan normaya görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

36. Qərarın 30-cu bəndindəki normaya görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onl ar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Qətnamə çıxararkən hazırkı işə aidiyyəti olub-olmamasından asılı olmayaraq çoxsaylı sənədlərin sadalanması, eyni sənədlərin uzun-uzadı təkrarlanması ilə qərarın tərtib edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Məsələn, Cavabdeh2 Əlifağa oğluna məxsus olan mübahisə predmeti olmayan başqa torpaq sahəsinin sənədlərinin sadalanması, onlarla bağlı uzun-uzadı məlumatların qətnaməyə daxil edilməsinin hansı məqsədə xidmət etdiyi məlum deyil.

38. MPM tələb edir ki, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır (maddə 220.1.) Anlaşılan ifadə dedikdə təkcə ikimənalı sözlərdən istifadə olunmaması nəzərdə tutulmur. İşə aidiyyəti olmayan, uzun-uzadı yazılan, məntiqi, diqqəti, fikr i həll edilməli olan məsələdən yayındıran ifadələr və məlumatlar da anlaşılmayan ifadələr hesab olunmalıdır. Qətnamə qıssa, konkret, aydın olmalıdır. Bunun üçün qətnamənin tərtib olunması qaydalarına riayət edilməsi kifayətdir. Məhkəmələr qətnamənin tərtib oluması ilə bağlı nümunəvi təcrübə formalaşıdırmalıdırlar. İşə aidiyyəti olmayan məlumat dolu qətnamələrin yoxlanması, obyektiv qərar qəbul edilməsində də çətinliklər yaradır.

39. Mübahisənin həll edilməsi üçün ilk növbədə idiaçının tələbi və onun əsaslandığı hallar dəqiqləşdirilməlidir. Yəni, məhkəmə kimin kimdən hansı əsasla nə istəməsini müəyyən etməlidir. Bundan sonra tələbin qanuni əsası tapılmalı və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmaması yo xlanmalıdır.

40. Hazırkı işdə iddiaçı bildirir ki, 2008-ci ildən onun mülkiyyətində torpaq sahəsi var. O, sahibkarlıqla məşğul olur və həmin sahədə tikinti işi aparmışdır. Onunla həmsərhəddə olan ehtiyat fondu torpaq sahəsi sənaye torpaq fonduna aid olmasına baxmayaraq kənd təsərrüfaftı təyinatı ilə başqa şəxslərə satılmış, bu zaman onun hüquqları pozulmuşdur. Onun yolunun daralması, qonşu sahə ilə ara məsafəsi saxlanmadan torpağın satılması, orada kanalizasiya quyusunun qazılması, elektrik transformatorlarının quraşdırılması ilə onun hüquqları pozulmuşdur.

41. Apelyasiya Məhkəməsi iddiaçının əsas dəlillərindən biri olan torpağın təyinatına uyğun verilməməsi (satılmaması) ilə bağlı ümumiyyətlə yoxlama aparmamış və qiymətləndirmə aparmamışdır.

42. Məhkəmələrin işə baxarkən tədqiq etdikləri sübtlurla müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi onun sahibkarlıq fəaliyyəti üçün inşa etdiyi binanın qarşısında, əsas yola çıxışda yerləşir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2020-ci il tarixli 28624 saylı ekspert rəyindən müəyyən edilir ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 11 sentyabr 2018-ci ildə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə görə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümləd ən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi müəyyən edilir. Cavabdeh2 Əlifağa oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0518 ha torpaq sahəsinin (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 may 2016-cı ildə **********96 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır) yerləşmə yerinə İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 0,0157 ha torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestrində 04 sentyabr 2008-ci ildə **********65 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır), o cümlədən torpaq sahəsindəki mövcud obyektlərdən təyinatı üzrə istifadə etməsinə maneçilik törədilməsi faktı müəyyən edilmir. Eyni zamanda tədqiq olunan ərazidə, İddiaçı torpaq sahəsindən təqribən 5,20 metr a ralıda, Cavabdeh1 0,03 ha torpaq sahəsinə bitişik (həmsərhəd) vəziyyətdə, Kərimova ayna Qürbət qızının xüsusi mülkiyyətində 0,03 ha torpaq sahəsi, eləcə də İddiaçı torpaq sahəsi ilə həmsərhəddə Cavabdeh2 Əlifağa oğlunun digər torpaq sahəsi və həmin torpaq sahəsində şambo və elektrik transformatoru mövcud olmuş, Cavabdeh2 Əlifağa oğlunun bu torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər mülki iş materiallarında öz əksini tapmamışdır. Cavabdeh2 Əlifağa oğlunun torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətindəki torpaq sahəsi ilə həmsərhəddə yerləşməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69,5 və 69.5.3-cü bəndlərinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Göstərilən məsələlərə son nəticədə məhkəmə tərəfindən qiymət verilə bilər.

44. Cavabdeh2 Əlifağa oğluna məxsus olan torpaq sahəsinə dair hüquq müəyyənedici və texniki sənədlər sonradan təqdim edilmişdir. Əslində, həmin sənədlər daxil olduqdan sonra məhkəmə natamam rəyin (sənədlər təqdim edilmədən verilmiş rəy) tamamlanması üçün əlavə ekspertiza keçirməkləmübahisəli hala aydınlıq gətirməli və yaxud sübutların vaxtında tələb olunmamasının hüquqi nəticələrini tətbiq etməli idi.

45. Qeyd olunan ekspert rəyi ilə üç hal müəyyən edilmişdir. İddiaçının obyektinin yerləşmə yerinə görə cavabdehə satılmış torpaq sahəsinin iddiaçıya mane olması təsdiq edilmiş, torpaq sahələri satılarkən şərəhsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunmaması, ara məsafəsinin gözlənilməməsi, torpaq sahəsində şambo və elektrik transformatorunun mövcud olması aşkar edilmişdir.

46. Qe yd olunan mütəxəssis rəyi ona dəlalət edirdi ki, məhkəmələr iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları yoxlasınlar. Çünki mütəxəssis rəyi onun dəlillərinin əsaslılığına dəlalət edirdi. İlk növbədə mübahisələndirilən torpaq sahələrinin təyinatı, onların digər şəxslərə satılmasını şərtləndirən hallar, torpaq sahələrinin yerləşmə kordinatları nəzərə alınmaqla onların başqa şəxslərə satılmasının bələdiyyə torpaqlarının satılmasını tənzimləyən qanunvericilik normalarına uyğun olub-olmaması, ümumiyyətlə torpaq sahələrinin yerləşmə kordinatları nəzərə alınmaqla (bir tərəfdə iddiaçının obyekti və bir tərəfdə əsas yolun yerləşməsi, ara məsafəsi gözlənilmədən) həmin sahələrin satışa çıxarılmasının qanuniliyi yoxlanmalı idi. Bütün bu məsələlər üzrə müvafiq mütəxəssis rəylərinin alınması na zərurət var. Bu sahədə xüsusi biliyə malik olan (tikinti və şəhərsalma sahəsində, bələdiyyə torpaqlarının idarə olnması sahəsində, yanğın təhlükəsizliyi sahəsində və.s.) şəxslər müəyyən edə bilərdilər ki, idiaçının obyektinin mövcudluğu halında həmin obyektə bitişik olan torpaq sahələrinin cavabdehlərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılması nə dərəcədə qanuni olmuşdur.

47. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

48. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismə n təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1228/2021 nömrəli, 23.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar