Məhkəmə qərarları › İş №2(102)-5457/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5457/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5457/2020 13.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 və vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)936/2020 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (hakim R.Cəfərov) xx.xx.2006-cı il tarixli 2-478/2006 nömrəli q ətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “torpaq alqı-satqı əqdlərinin etibarlı hesab edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2019-cu il tarixli 2(105)-258/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh9 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-478/2006 nömrəli qətnaməsinin qismən, Cavabdeh2 dair hissədə ləğv olunması, iddianın qismən təmin edilməsi, İddiaçı1 Cavabdeh2 qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qətnamənin qa lan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Quliyev, Ə.Mirzəliyev, T.Qoldman) xx.xx.2019-cu il tarixli, 2(102)-4797/2019 nömrəli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Daha sonra Cavabdeh1 Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-478/2006 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-478/2006 nömrəli qərardadı ilə cavabdehlər Dadaşova (Musayeva) Məhbubə Rasim qızı və Cavabdeh1 Quba Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-478/2006 nömrəli qətnaməsindən apelyasiy a şikayəti verilmə müddəti bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)936/2020 nömrəli qərardadı ilə apelyasiya şikayətlərinin apelyasiya qaydasında baxılması mümkün hesab edilmiş və məhkəmə baxışı təyin edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(105)-936/2020 nömrəli qərardadı ilə cavabdehlər Dadaşova (Musayeva) Məhbubə Rasim qızı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinin apelyasiya baxışından çıxarılaraq onların özlərinə qaytarılması qərara alınmışdır. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-936/2020 nömrəli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıd a göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyasının irəli sürdüyü “dəlil” tamamilə qanunsuz və əsassızdır. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-258/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli Qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçı X1 yalnız Cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbinə və müvafiq olaraq birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin yalnız iddiaçı X1 Cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbinə münasibəti əks olunmuş, iddiaçı X1 yerdə qalan digər bütün cavabdehlərə qarşı iddiasından və müvafiq olaraq birinci instansiya məhkəməsinin müvafiq qətnaməsinin iddiaçı X1 yerdə qalan digər bütün cavabdehlərə qarşı iddiasına dair münasibətindən bır cümlə də olsun bəhs edilməmişdir. Buna görə də apelyasiya instansiya məhkəməsinin öz qətnaməsində Quba Rayon Məhkəməsinin 2478/2006 saylı, xx xxxxxxxx 2006-cı il tarixi qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını formal olaraq qeyd etməsi heç bir halda həmin qətnaməyə bütövlükdə qiymət verməsi kimi qiymətləndirilə bilməz və Quba Rayon Məhkəməsinin 2-478/2006 saylı, xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsinin digər cavabdehlərə aid hissələrdə yenidən apelyasiya instansiyası məhkəməsində əsaslılığının yoxlanılmasında və həmin Qətnamədən digər cavabdehlər tərəfindən verilən apelyasiya şikayətlərinə baxılmasında heç bir məhdudiyyət yarada bilməz. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-936/2020 nömrəli qərardadının tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasın da iştirak edən Cavabdeh1 və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu kasasiya şikayətini mü dafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası apelyasiya şikayətlərinin apelyasiya baxışından çıxarılması və cavabdehlərə qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, apelyatorların mübahisələndirdikləri məhkəmə qətnaməsindən daha əvvəl iş üzrə Cavabdeh2 və qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh9 tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1 x xxxxxx 2019-cu il tarixli, 2(105)-258\2019 saylı qətnaməsi ilə onların şikayəti qismən təmin olunaraq Quba Rayon Məhk əməsinin 2(027)478/2006 saylı, xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi qismən, Cavabdeh2 dair hissədə ləğv edilmiş, ona dair hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (102)-4797/2019 saylı qərarı ilə həmin qətnamədən iddiaçı X1 verdiyi kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(105)-258\2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsinə apelyasiya qaydasında baxılarkən məhkəmə apelyasiya şikayətini qismən təmin etməklə yanaşı, Quba Rayon Məhkəməsinin 2(027)-478/2006 saylı, xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsini qalan hissədə dəyişdirmədən saxlamaqla hə min qətnaməyə bütövlükdə qiymət vermişdir. Bu səbəbdən apelyasiya kollegiyası hesab etmişdir ki, nə qədər ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-258\2019 nömrəli qətnaməsi qanuni qüvvədədir, yenidən apelyasiya instansiyasında sözügedən qətnamənin əsaslılığı yoxlanıla, ondan verilən apelyasiya şikayətinə baxıla bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kasasiya şikayətinin dəlillərini müzakirə edib onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər hazırda mübahisələndirmə aparan cavabdehlərin apelyasiya şikayətlərinin icraata qəbul edilməsi üçün əsas deyildir. Belə ki, mübahisələndirilən qətnaməyə artıq bütövlükdə qiymət verilmişdir və hazırda həmin qətnaməni qanuni qüvvəsini al mışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizə çilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)936/2020 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar