Məhkəmə qərarları › İş №2(102)-5459/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5459/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5459/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: aliment borcunu ödəməkdən azad olunma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-245/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 10 yanvar 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından 2 övladları anadan olmuşdur - 12 fevral 2011-ci il təvəllüdlü X3 və 13 oktyabr 2012-ci il təvəllüdlü X6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(005)9573/2016 nömrəli qətnaməsi ilə, İddiaçı 12 fevral 2011-ci il təvəllüdlü xxx və 13 oktyabr 2012-ci il təvəllüdlü xxxx yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi, alimentin tutulmasının 02 noyabr 2016-cı il tarixdən hesablanması qət olunmuşdur. Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin 11.01.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanmış, borclu İddiaçı icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 8(005)795/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis Şöbəsinə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(019)-692/2019 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında 10 yanvar 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozularkən tər əflərin birgə nikahından anadan olmuş uşaqların analarının yanında saxlanılması qət edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin 15.10.2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli, 30.11.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanmış, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9573/2016 nömrəli, 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 6480 manat borcun ödənilməsindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı i lin iyul ayında cavabdeh ondan ayrıldıqdan sonra aliment tələbi barədə məhkəmədə iddia qaldırmış, sözügedən qətnamə ilə ondan aliment tutulması qət edilmişdir. 2016-cı ilin dekabr ayında cavabdeh iki uşağı da gətirərək, onunla barışmış və 2019-cu ilin mart ayınadək birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X12, 9B ünvanında yaşamışlar. 2019-cu ilin mart ayında cavabdeh yenidən mübahisə yaratmış və uşaqları da özü ilə apararaq getmişdir. 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb birlikdə yaşadıqlarından, aliment tutulması barədə qətnamə icraya yönəldilməmişdir. 2019-cu ilin iyul ayında nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh yenidən alimentin tutulması barədə məhkəmə qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Hazırda hə min qətnaməyə əsasən borcu 8640 manat təşkil edir. Hesab edir ki, cavabdehlə 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək barışıb birlikdə yaşadıqlarından, o, həmin müddətdə olan aliment borcundan azad edilməlidir. Həmin müddət 27 aydır və cəmi aliment borcu 6480 manat təşkil edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 2016-cı ilin iyul ayından iddiaçıdan ayrı yaşayır. Həmin vaxtdan uşaqları da onun yanında və himayəsində yaşayırlar. İddiaçı ailənin, uşaqların saxlanmasına pul vəsaiti sərf etməmiş, heç bir maddi köməklik göstərməmişdir. İddiaçı ilə 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək Bakı şəhərində və ya başqa yerdə birgə yaşamamış, onunla barışmamış və birgə təsərrüfat aparmamışdır. Həmin vaxt iddiaçının anasının (ke çmiş qayınanasının) dəvəti ilə ona məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləşən mənzildə uşaqları ilə yaşamışdır. Lakin orada iddiaçı ilə yaşamamış, ər-arvad münasibətlərini bərpa etməmiş və iddiaçı uşaqların saxlanmasında və onların maddi təminatında iştirak etməmişdir. İddiaçının bu barədə bildirdikləri həqiqətə uyğun deyildir. O, bu məlumatları aliment borcunu ödəməmək üçün uydurmuşdur. Məhkəmə iclasında tədqiq edilən, Bakı şəhəri, X12, ev 34A ünvanında qeydiyyatda olan X2 və Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olan X4 tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizədə sonuncular bildirirmişlər ki, qonşuları İddiaçı, Cavabdeh, X3 və X6 2016-cı il dekabr ayından etibarən 2019-cu il mart ayına kimi Bakı şəhəri, X12, ev 9B ünvanında yaşamışlar. Balakən Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-452/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə, aliment üzrə borcları ödəməkdən azad edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid etmişdir. Başqa sözlə, aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqd a, məhkəmə bu borcların miqdarını azaltmağa və ödəməkdən azad etməyə haqlıdır. Lakin bununla bağlı o hallar əsas kimi götürülə bilər ki, həmin halların mövcud olması aliment borclarının ödənilməsini qeyri-mümkün etsin. İddiaçı həqiqətən də 2016-cı ilin dekabr ayından 2019-cu ilin mart ayınadək cavabdehlə bir yerdə, bir ailə kimi yaşadıqlarını, həmin vaxt ümumi təsərrüfat apardıqlarını, uşaqların saxlanmasını həyata keçirdiyini, onların maddi təminatında iştirak etdiyini təsdiq edən hər hansı mötəbər sübutu (müvafiq ərzaq məhsullarının və geyimin alınmasına, əyləncəyə və digər təminatlara dair nə qədər xərc çəkdiyini təsdiq edən müvafiq qəbzlər və digər ödəniş sənədləri, audio və videoyazılar, yazılı, maddi və sair sübutlar) məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, X2 və X1 no tarial qaydada təsdiq olunmuş birgə ərizəsində qeyd olunan məlumatlar da iddiaçı ilə cavabdehin göstərilən müddət ərzində bir yerdə, bir ailə olaraq yaşaması və iddiaçının uşaqların saxlanması və maddi təminatında iştirak etməsi, onların saxlanmasına maddi vəsait sərf etməsinin sübutu ola bilməz və ona görə də mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh iddiaçının göstərdiklərini təkzib etmiş, sözügedən icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün aidiyyəti İcra və Probasiya Şöbəsinə müraciət etməmiş, həmçinin iddia olunan vaxtda Nərimanov rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə icra tədbirlərini həyata keçirilmiş, hətta borclunun İcra və Probasiya Şöbəsinə gətirilməsi üçün məhkəmə qərardadı qəbul edilmiş və icra olunması üçün polis orqa nlarına göndərilmişdir. Bu hallar onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdehin həmin müddətdə bir yerdə ailə olaraq yaşaması və iddiaçının uşaqlarını və ailəsini maddi cəhətdən təmin etməsi barədə dəlili inandırıcı deyildir. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 107.2, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 89.1, 89.3, 106.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq nor malarını pozmuşdur. Ona görə də, qətnamə ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-245/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli şə xsin ailə vəziyyəti və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Lakin, hazırkı vəziyyətdə qeyd olunan hallar müəyyən edilmədiyindən və iddiaçı tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 78.2, 107.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 3, 5, 8, 13-cü, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qət naməsinin dəyişdirilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, nəticədə qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. Şikayətin dəlilləri əsasən iddia tələbinin dəlilləri ilə eynidir. Kassator əlavə olaraq göstərmişdir ki, məhkəmə notarial qaydada təsdiq edilmiş şahid ifadələrini sübut kimi qəbul etməmişdir. Lakin onlarla qonşuluqda yaşayan həmin şəxslər ailə üzvləri olmadıqlarına görə onunla cavabdehin dəqiq 2016-cı ilin dekabr ayının hansı günündə və hansı saatında barışıb ər-arvad kimi yaşadıqlarını, 2019-cu ilin mart ayının hansı günündə və hansı saatına ayrıldıqlarını dəqiq deyə bilməsələr də, onların bu barədə ümumi təsəvvürləri olmuşdur və həmin müddətdə onların bir ailə kimi bir evdə birlikdə yaşadıqlarını təsdiq etmişlər. Cavabdehlə bir yerdə yaşadıqlarından 2016-cı ildən 2019-cu ilədək nə o, nə də cavabdeh nikahın pozulması barədə məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə iclasında cavabdeh həmin müddət ərzində hansı səbəbdən alimentin ödənilməməsi ilə bağlı icra məmuruna şikayət etmədiyini, nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırmadığını cavablandıra bilməmişdir. O, heç vaxt aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırmamış, icra işi 2019cu ilin oktyabr ayında Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra 3500 manat məbləğində aliment ödəmişdir. 2016-cı ilin noyabr ayından 2019-cu ilin oktyabr ayınadək bir dəfə də olsun qətnamənin icra edilməməsi ilə bağlı inzi bati məsuliyyətə cəlb olunmamışdır. İddiaçı da birinci instansiya məhkəməsində verdiyi izahatında 2016-cı ildən 2019-cu ilədək onun anasının adına olan evdə yaşadığını etiraf etmişdir. Məhkəmə qeyd edilən halları tam və obyektiv araşdırmamış, MPM-in 88, 89, 106.1-ci maddələrini pozmuş, səhv hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda, onun ailə vəziyyətində dəyişiklik olmuş, 12 dekabr 2020-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 23 iyun 2020-ci il tarixdə xxxx adında övladı anadan olmuşdur. Qeyd olunmuş hallar ödənilməmiş aliment borcundan azad edilməsi üçün üzrlü səbəb hesab edilməlidir. Kassasiya şikayətinin əsası kimi, həmçinin Ailə Məcəlləsinin 75.4, 99, 107.2, 112-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. M PM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1). Məhkəmə аliment ödəməli şəxsin iddiаsı üzrə аliment borcunun şəxsin xəstəliyi və yа digər üzrlü səbəblərə görə əmələ gəldiyini, аilə və mаddi vəziyyətinin bu borclаrı ödəməyə imkаn vermədiyini müəyyən edərsə, onu həmin borclаrı ödəməkdən tаmаmilə və yа qismən аzаd edə bilər (maddə 107.2). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (maddə 104.1). Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr v erməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir (maddə 194.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, şəxsin notariat qadada təsdiq edilmiş yazılı ərizəsi (izahatı) MPM-in 104 və 194-cü maddələrinə əsasən məhkəmə iclasında, məsuliyyət barədə xəbərdarlıq haqqında iltizamı imzalamaqla bilavasitə verilən şahid ifadəsini əvəz edə və ya belə ifadəyə bərabər tutula bilməz. Belə ərizələr yazılı sübutlar kimi məhkəmə tərəfindən digər sübutlarla yanaşı tədqiq edilə və qiymətləndirilə bilər. Baxılan iş üzrə məhkəmələr iddiaçının istinad etdiyi həmin sübuta mötəbərlik baxımından əsaslandırılmış qiymət vermişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qi ymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-245/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar