Məhkəmə qərarları › İş №2(102)-5461/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5461/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5461/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5461/20 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X5 ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3747/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 illik 22 % olmaqla 60 ay müddətinə 54500 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 13.04.2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə 35185,34 ABŞ dolları cari əsas borc, 4063,76 ABŞ dolları cari faiz borcunun və 8282,3 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 43874,4 ABŞ dolları məbləğində kredit borcunun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, Sumqayıt şəhəri, 3-cü mikrora yonda, istifadədə olan 0.0957 ha torpaq sahəsində yerləşən 15/13 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 59,53 kv.m ümumi, 46,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 26 nömrəli mənzilin ilkin satış qiymətinin 54600 ABŞ dolları məbləğində və ya bu müqavilənin imzalandığı tarix üçün AR MB-nın müəyyən etdiyi valyuta kursu üzrə müvafiq manat ekvivalentində müəyyən edilməklə açıq hərracda satılması, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 3-cü mikrorayonda, istifadədə olan 0.0957 ha torpaq sahəsində yerləşən 15/13 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 59,53 kv.m ümumi, 46,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 26 nömrəli mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” Bank Olma yan Kredit X3 Cəmiyyəti iddiasının bununla əsaslandırmışdır ki, Cavabdeh2 ilə “xxxx” bank olmayan kredit təşkilatı MMC arasında 13.04.2012-ci il tarixli, AZBA005241 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank Cavabdeh2 illik 22% dərəcəsi olmaqla 60 aylıq müddətinə 54500 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 26 saylı mənzilinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 13.04.2012-ci il tarixli, AZBA-005241 nömrəli ipoteka müqaviləsi bağlanılmış, daha sonra, Cavabdeh1 ilə 13.04.2012-ci il tarixdə AZBA-005241 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Kreditin qaytarılması müddətinin uzadılması barədə 23.07.2015-ci il tarixdə əlavə saziş imzalanmış və kreditin aylıq ödəniş kimi 1600 ABŞ dolları məbləğində ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Sumqayıt şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova, iş № 2(060)-14142/2016) iddia qismən təmin edilmiş, Cavabdeh2 illik 22 % olmaqla 60 ay müddətinə 54500 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 13.04.2012-ci il tarixli, AZBA005241 saylı kredit müqaviləsi ləğv edilmiş, 13.04.2012-ci il tarixli, AZBA- 005241 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik kimi ödənilməmiş 35185,34 ABŞ dolları əsas borc, 4063,76 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 39349,10 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi kimi cəmi 60 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “xxxx” Bank olmayan kredit X3 Cəmiyyətinin xeyrinə tutulması, tələbin “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasnda bağlanmış 13.04.2012-ci il tarixli, AZBA005241 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 nömrəli evin 26 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 54600 ABŞ dolları məbləğində müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 26 saylı mənzilinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 39349,10 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) iddiaçı “xxxx” Bank olmayan kredit X3 Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra isə qalan məbləğin cavabdehlərə qaytarılması, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 3 -cü mikrorayonda yerləşən 15/13 saylı evin 26 saylı mənzili satıldıqdan sonra, ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 evi tərk etmədikləri halda evdən məcburi çıxarılmaları qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 13.04.2012-ci il tarixli, AZBA005241 saylı kredit müqaviləsinə görə, “xxxx” ASC Cavabdeh2 illik 22% hesablanmaqla, 60 ay müddətinə 54500 ABŞ dolları məbləğində kredit vermişdir. 23.07.2015-ci tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişə görə, AZBA-005241 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin müddəti 63 ay müəyyənləşdirilmişdir. 13.04.2012-ci il tarixli, AZBA-005241 saylı ipoteka müqaviləsinə görə, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,0957 ha torpaq sahəsində yerləşən 15/13 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 59,53 kv.m ümumi, 46,8 yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 54600 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 23.07.2015-ci il tarixli, AZBA-005241 saylı zaminlik müqaviləsinə görə, Cavabdeh1, Cavabdeh2 13.04.2012-ci il tarixli, AZBA-005241 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə etirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nət icəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.04.2012-ci il tarixli AZBA-005241 saylı kredit müqaviləsinə əsasən cavabdehə 54500 ABŞ dolları məbləğində kredit vermişdir. Lakin cavabdeh müqavilələlərin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında həmin müqavilə üzrə 43874,4 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyə tli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən AZBA-005241 saylı kredit müqaviləsi üzrə 35185, 34 ABŞ dolları əsas borc, 4063,76 ABŞ dolları faiz borcunun tutulması barədə tələblər əsaslıdır, lakin həmin müqavilə üzrə cərimə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bankın cavabdehdən tələb etdiyi 8282,3 ABŞ dolları məbləğində cərimə pulu (penya) yüksək hesablandığından, həmin məbləğ azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulud ur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması poteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borcl u icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,0957 ha torpaq sahəsində yerləşən 15/13 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 59,53 kv.m ümumi, 46,8 yaşayış sahəsindən ibarət 3 otaqlı 26 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğundur. Lakin cavabdeh ipoteka ilə yüklü edilmiş evdən yalnız həmin ev satıldıqdan sonra çıxarıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-11/2019) Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(060)14142/2016 saylı qətnaməsi, 13.04.2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik kimi ödənilməmiş 35185,34 ABŞ dolları əsas borc, 4063,76 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13.04.2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsi üzrə 23594,10 ABŞ dolları əsas və 2345,12 ABŞ dolları faiz borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) iddiaçı “xxxx” Bank olmayan kredit X3 Cəmiyyətinin xeyrinə tutulması, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(060)14142/2016 saylı qətnaməsinin ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 26 saylı mənzili satıldıqdan sonra, ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 mənzili tərk etmədikləri halda mənzildən məcburi çıxarılmaları hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmiş, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisə li hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinəəsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sü rülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinəəsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinəəsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinəəsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinəəsasən ic ranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinəəsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesabla nması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Yenə həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə də həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya la zımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizlər və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-c i maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apelyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhd əliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə t utmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2017-ci il tarixli, 6951 saylı rəyinə görə, 13 aprel 2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsinə və onun əsasında imzalanmış 23 iyul 2015-ci il tarixli sazişə əsasən Cavabdeh2 bütün ödənişləri nəzərə alınmaqla “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-yə 27 iyul 2016-cı il tarixinədək 23594,10 ABŞ dolları əsas borc və 2345,12 ABŞ dolları faiz borcu olmaqla, cəmi 25939,22 ABŞ dolları məbləğində borcu vardır. Kredit müqaviləsində cərimə borcunun tutulması nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də bu tədqiqatda Cavabdeh2 heç bir cərimə borcu hesablanmamışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2018-ci il tarixli, 8678 saylı rəyinə görə, 13 aprel 2012- ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 bütün ödənişləri nəzərə alınmaqla “xxxx” Bank Olmayan Kredit X3 Cəmiyyətinə 27 iyul 2016-cı il tarixinədək 32508,51 ABŞ dolları əsas borc və 3868,16 ABŞ dolları faiz borcu vardır. Kredit müqaviləsində cərimə borcunun tutulması nəzərdə tutulsa da, bank tərəfindən təqdi m olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də bu tədqiqatda Cavabdeh2 heç bir cərimə borcu hesablanmamışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2018-ci il tarixli, 16536 saylı rəyinə görə, 13 aprel 2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 27 iyul 2016-cı il tarixədək 23594,10 ABŞ dolları əsas və 2345,12 ABŞ dolları faiz borcu vardır. Kredit müqaviləsində cərimə borcunun tutulması nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də bu tədqiqatda Cavabdeh2 heç bir cərimə borcu hesablanmamışdır. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2019-cu il tarixli, 33284 saylı rəyinə görə, 13 apr el 2012-ci il tarixli, AZBA-005241 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh2 27 iyul 2016-cı il tarixədək 25939,22 ABŞ dolları məbləğində kredit borcu müəyyən edilir. Həmin məbləğin 23594,10 ABŞ dolları əsas və 2345,12 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsində cərimə borcunun tutulması nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də bu tədqiqatda Cavabdeh2 heç bir cərimə borcu hesablanmamışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi üçün son alınmış rəy qəbul edilməli 01 fevral 2019-cu il tarixli, 33284 saylı rəyə uyğun olaraq əsas borc 23594,10 ABŞ dolları, faiz borcu 2345,12 ABŞ dolları müəyyən edilməlidir. Apelyasiya i nstansiya məhkəməsi qeyd etmişdir ki, kredit təşkilatı Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin ipotekaya qoyulmuş fərdi yaşayış evinə bütün hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını tələb etmiş və birinci instansiya məhkəməsi həmin tələbi təmin etməklə yanaşı, evin boşaldılması barədə də qətnamə çıxarmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İddiaçı bu tələbini əsaslandırarkən «İpoteka haqqında» AR Qanununun 59.3-cü maddəsinə istinad etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sa həsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi tutmanın həmin əmlaka yönəldilməsi və satışı ilə şərtləndirilir. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş əmlak satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və digər şəxslər ipoteka qoyulmuş əmlakdan çıxmadıqda həmin şəxslər əmlakdan məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki halda iddia tələbinin cavabdehlərin ipotekaya qoyulmuş fərdi yaşayış evinə bütün hüquqlarının itirilməsi və evin boşaldılması hissəsində qeyri-müəyyən zaman və şərt altında təmin edilməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi əmlakın boşaldılması hissəsində təmin edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)-5247/2019) iddiaçı “xxxx” BOKT ASC-nin kassasiya şikayəti qisməm təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəmsinin 15 mart 2019-cu il tarixli, 2(105)-11/2019 saylı qətnaməsi qismən - cavabdehlərin mənzildən çıxarılması tələbinin rədd olunması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilmiş, iş həmin hissələrdə yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin mənzildən çıxarılma sı tələbinin rədd olunması və ipoteka predmetinin ilkin satış qiymətinin xarici valyuta - ABŞ dolları ilə müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir və ona görə də qətnamə həmin hissələrdə ləğv olunub yeni apelyasiya baxışına qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ilə bağlı tərəflər arasında mübahisə olmadığına görə həmin hissədə iddia təmin oluna bilmə z. Kassasiya instansiya məhkəməsi tərəflər arasında mübahisənin olmaması ilə bağlı bu qənaəti əsaslı saymamış və hesab etmişdir ki, tərəflər arasında mübahisə olduğuna görə hazırkı iddia qaldırılmışdır və ona görə də bu tələbə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti hər hansı mütəxəssis, yaxud ekspert rəyi almadan 13.04.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun olaraq 54600 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə yenidən baxılarkən ipoteka predmeti olan evin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən ilkin satış qiymətinin də real olub-olmaması yox lanılmalı, 2012-ci ildə ipoteka müqaviləsi bağlanarkən mövcud olan qiymətlə hazırkı qiymətlər arasında fərq olub-olmaması aydınlaşdırılmalıdır. Kassasiya instansiya məhkəməsi öz mövqeyini aşağıdakı maddi və prosessual hüquq normalarına əsasən əsasladırmışdır: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439. 1-ci maddəsi də pul öhdəliyinin manatla ifadə olunmasını tələb edir. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 yanvar 2005-ci il tarixli 4 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilirsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahi sə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə "razılaşma" deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ mənzilə tutma yönəldilib-yönəldilməyəcəyi b əlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar mənzilin qiymətini müəyyənləşdiriblər. "Qiymət" anlayışı ilə "ilkin satış qiyməti" anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən, nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə mənzilin dəyərinin dəyişməsi mümkündür, bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət müəyyən müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflə r ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari, iş № 2(105)-3747/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(060)-14142/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, 26 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 61700 manat müəyyən edilməsi qət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(060)-14142/2016 saylı qətnaməsi ipoteka predmetini təşkil edən həmin mənzilin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 300 manatın cavabdehlərdən müştərək qaydada alınaraq “xxxx” MMC-nin VÖEN **********, Benefisiar bank: “xxxx” ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75 NABZ**********0000017944 SWİFT BİK AZEGEAZ22 hesabına ödənilməsi qət edilmişdir. “xxxx” MMC-nin 28 oktyabr 2019-cu il tarixli, MB 12/891 saylı rəyinə görə, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 15/13, 26 saylı mənzilin həmin tarixə bazar qiyməti 61700 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəlki məhkəmə a raşdırmalarında tutmanın ipoteka yönəldilməli olması müəyyən edildiyindən hazırda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsi ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən 15/13 saylı evin 26 saylı mənzili satıldıqdan sonra, ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 mənzili tərk etmədikləri halda mənzildən məcburi çıxarılmalarını şərtləndirir və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bununla belə, apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə bu mənzili qiymətləndirərkən səhvə yol vermişdir. Belə ki, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti hər hansı mütəxəssis, yaxud ekspert rəyi alınmadan 13.04.2012-ci il tarixli ipoteka müqaviləsinə uyğun olaraq 54600 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Yuxarıda da qeyd edildiyi kimi, “xxxx” MMC-nin 28 oktyabr 2019-cu il tarixli, MB 12/891 saylı rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, 26 saylı mənzilin həmin tarixə bazar qiyməti 61700 manat təşkil edir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq 61700 manat məbləğində müəyyən edilməlidir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddələrinə, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 yanvar 2005-ci il tarixli 4 №-li qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)3747/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən apelyasiya şikayətinin təmin olunduğu hissədə, cavabdeh lərin Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 15/13, 26 saylı mənzildən çıxarılması tələbinin və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının eti barsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassas iya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, əsasən bir neçə prosessual hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düz gün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3747/2019 nömrəli iş üzrə 12 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar