Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5471/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5471/20 (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1561/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə onunla birgə nikahlarından anadan olmuş iki uşağın - 30 may 2014-cü il təvəllüdlü X3 və 21 iyun 2015-ci il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər birinə 160 manat, ümumilikdə 320 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuş, nikahlarını isə 10 fevral 2015-ci il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından 30 may 2014-cü il tarixdə Nadir və 21 iyun 2015-ci il tarixdə Uğur adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə 5 il bir yerdə yaşadıqdan sonra ailə mü nasibətləri pisləşmiş və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-587/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlar onun yanında saxlanılmışdır. O, hazırda iki azyaşlı uşaqları ilə birlikdə öz valideynlərinin himayəsində yaşayır və uşaqlarını valideynlərinin köməyi ilə saxlayır. Cavabdeh isə uşaqlarına heç bir maddi yardım etmir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Bayramov, iş № 2(041)-273/2020) İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiasın ın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 30 may 2014cü il tarixdə anadan olmuş X3 və 21 iyun 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 18 dekabr 2019-cu il tarixdən başlayaraq Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yaşayan Cavabdeh hər ay hər uşağa sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin tutularaq Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yaşayan İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icraya yönəldilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə evlənib ailə həyatı qurmu ş, nikahlarını isə 10 fevral 2015-ci il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 30 may 2014-cü il tarixdə Nadir, 21 iyun 2015-ci il tarixdə Uğur adlı iki uşaqları anadan olmuşdur. Sonradan onların ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçı hazırda uşaqları ilə birlikdə öz valideynlərinin yanında yaşayır və uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün u,ya heç bir yardım etmir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmih Məc əllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasə n hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun madçli və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təm in edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqd a uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutu lur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi və əmlak vəziyyəti, aliment alan uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat miqdarında müəyyən edilməklə 30.05.2014-cü il tarixdə anadan olmuş X6, və 21.06.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)-1561/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-273/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh ilə 2013-cü ildə evlənib ailə həyatı qurmuş və nikahlarını 10 fevral 2015-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Tərəflərin birgə nikahlarından 30 may 2014-cü il tarixdə X6 və 21 iyun 2015-ci il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər 5 il bir yerdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-587/2019 saylı, 16 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamə yə əsasən tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar İddiaçı yanında saxlanılmışdır. İddiaçı hazırda iki azyaşlı uşaqları ilə birlikdə öz valideynlərinin himayəsində yaşayır. Cavabdeh isə uşaqlarına heç bir maddi yardım etmir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Hazırda ananın uşaqların qayğısına qalması, onların zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi iddia tələbi üzrə mübahisə edilməz faktdır. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iddia üzrə iddia tələbini qismən təmin edərkən hər iki valideynin maddi və ailə vəziyyəti ni, diqqətəlayiq olan digər halları nəzərə almaqla, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımaqla, hər iki valideyinin borcu olmaqla yanaşı, uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Apelyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində, Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublik ası Qanununa görə isə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsi 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görəqazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Belə ki, qeyd olunduğu kimi, ailə qanunvericiliyinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşıması hər iki valideyinin borcu olmaqla yanaşı, uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Həmçinin hazırda cavabdehin ikinci dəfə ailə qurması, himayəsində bir azyaşlı uşağını n olması onu hazırkı məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini ödəməkdən, yaxud daha aşağı məbləğdə aliment ödəməkdən azad etmək üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyi nə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan v alideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məh kəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində İddiaçı ona xəyanət etdiyini, birinci instansiya məhkəməsi iddiaçının aliment tələbini təmin edərkən İddiaçı ona xəyanət etməsini nəzərə almadığını, birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin hallar qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin cavabdeh qeyd etdiyi hallarla b ağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1561/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X5 oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-15 61/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçü n kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ib arət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğu nun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qa nun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1561/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.