Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5481/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5481/2018 Bakı şəhəri 03 sentyabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(105)1458/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 28.08.2017-ci il tarixli 2(074)1995/2017 n ömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 03.08.2017-ci il tarixdən başlayaraq hər ay 22.02.2014cü il təvəllüdlü X3 və 21.09.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə dərhal icra edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, G.Tağızadə, T.Quliyev) 27.03.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 28.08.2017-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh hər ay 22.02.2014-cü il təvəllüdlü X3 və 21.09.2016-cı il təvəllüdlü X1 yetk inlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə 03.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 22.02.2014-cü il tarixdə doğumuş N8 və 21.09.2016cı il tarixdə doğulmuş D8adlı iki qızının saxlanması üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktl arı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi M6 cavabdehin Bakı şəhərində Avtovağzal ticarət mərkəzində 2-ci mərtəbədə ayaqqabı mağazası işlətməsi, mağazanın gəlirindən hər ay 2.000 manat icarə haqqı verməsi, vergi və sosial sığorta haqqları ödəməsini etiraf etmişdir. Əlavə olaraq həmin mağazanın E6 məxsus olmasını göstərən fotoşəkil də işə əlavə olunmuşdur. E6 «bu şəkil montajdır» deməsi ilə məhkəmənin onun sözünə əsaslanaraq, alimentin miqdarını azaltması əsaslı görünmür. Fotoşəkil montaj deyil. Montaj olsaydı belə, cavabdehin nümayəndəsinin məhkəmədəki izahatı onun doğrudan da Bakı şəhərində Avtovağzal ticarət mərkəz ində ayaqqabı mağazası işlətməsini, fotoşəklin də montaj deyil, həqiqi olduğunu təsdiq edir. E6ın maddi durumunu tam göstərmək o qədər də asan deyil. Çünki, heç bir əmlak öz adına deyil. Cavabdehin Bakı şəhərində 5 yerdə evi var. Amma hamısı pensiyaçı valideynlərinin adınadır. Hətta pulunun 70 faizini, anasının verdiyi evi iddiaçıdan xəbərsiz bacısının adına rəsmiləşdirmişdir. Cavabdehin Şamaxıda icarədə olan bir meyvə-tərəvəz mağazası, bir dərzi dükanı və dini əşyalar satılan «Əhli-Beyt» mağazası var. Hər birindən 180 manat icarə haqqı alır. Atası həm yaşlı, həm də xəstədir. Bu əmlaklar hamısı son 10 ildə alınan əmlaklardır. Valideynləri pensiyaları ilə bu evləri ala bilməzlər. Bunlar hamısı cavabdehin qazandığı pulların hesabına alınmışdır. Amma hiyləgərlik edərək öz adına heç nə almır. Əlbəttə, iddiaçı bunların hamısını cavabdehə sübut edə bilsəydi, daha yüksək məbləğdə aliment tələb edərdi. Yalnız mağaza işlətməsi cavabdehə sübut edilmişdi. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalaranın tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və vəkili Abdullayev Əlisa Həsən oğlu, Cavabdeh məhkəmə iclasın a gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh ilə X6 06.12.2013-cü ildə Şamaxı rayon Qeydiyyat şöbəsində 425 nömrəli akt qeydi ilə nikah bağlamaqla ailə qurmuşlar, arvada Hüseynova soyadı verilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş 22.02.2014-cü il təvəllüdlü X8 və 21.09.2016-c ı il təvəllüdlü X4 adlı iki azyaşlı uşaqları var. Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzinin arayışına əsasən İddiaçı Şamaxı şəhər İncəsənət Mərkəzində işləyir və 01.09.2016-cı il tarixdən analıq məzuniyyətinə çıxıb, hazırda uşağa görə qulluqdadır. İddiaçı cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini bildirərək, sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.08.2012-ci il tarixli 2(001)-6267/2012 nömrəli qətnaməsi ilə X9 ilə Cavabdeh arasında 05.12.2008-ci il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən 276 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydinin pozulması, azyaşlı X2 anasının himayəsində saxlanılmaqla 25.05.2012-ci il tarixdən 87 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X5 verilməsi qət edilmiş dir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Apellyasiya instansiyası məhkəməsi cavabdehdən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gələrkən səhvə yol vermiş, cavabdehin real maddi durumunun hər uşağa görə 136 manat sabit pul məbləğində aliment ödəməyə imkan verdiyini, uşaqların mənafeyini, iddiaçının uşaqları təkbaşına saxlamağa maddi imkanının olmamasını nəzərə almamış, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehin hər uşağa görə 136 manat olmaqla, 272 manat sabit pul məbləğində alimenti ödəməyə imkanının, maliyyə/maddi vəziyyətinin qənaətbəxş olmasını sübut edən əsas məqam cavab dehin ilk nikahdan 1 övladı olması, onun bir ata kimi həmin uşağı saxlamaq və üzərinə düşən hissədə maddi qayğılarını həll etmək/ödəmək vəzifəsinin olduğunu bilə-bilə, ikinci dəfə ailə qurması, ikinci nikahdan 2 uşağının olması, cavabdeh tərəfindən ailənin planlaşdırması zamanı öz maddi imkanlarını ölçüb-biçərək, yeni ailəsinə və övladlarına baxa biləcəyində əminliyinin olmasıdır. Bundan başqa, cavabdehin kifayət qədər yüksək icarə haqqı ödəməklə dükan işlətməsi barədə qeyd olunanlar da, cavabdehin maddi vəziyyətinin yaxşı olmasına dəlalət edir. İddiaçı tənha ana olmaqla, övladlarının saxlanılmasında çətinlik çəkir, uşaqların tələbatları günbəgün artır, yaşayış minimumunun uşaqlar üçün hər il yeni həddə müəyyən edilməsi nəzərə alındıqda, tələb olunan 136 manat sabit pul məbləğində aliment ədalətlidir, bundan aşağı məbləğdə alimentin tutulması cavabdehin ikinci nikahdan doğulan övladlarının maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olur. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli qətnaməsi - alimentin məbləği ilə bağlı hissəsində dəyişdirilməli, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan sabit pul məbləğində aliment hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat müəyyən edilməlidir. Qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılma lıdır. Azərbaycan Respublikası MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.03.2018-ci il tarixli 2(105)-1458/2018 nömrəli qətnaməsi - hər uşağa görə 100 manat olmaqla, 200 manat aliment tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 03.08.2017-ci il tarixdən başlayaraq hər ay 22.02.2014-cü il təvəllüdlü X3 və 21.09.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbl əğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə qalan, yəni alimentin 03.08.2017-ci il tarixdən başlayaraq tutulması hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-5481/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-5481/2018
03.09.2018 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver