Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5481/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5481/21 (Açar sözlər: aliment tələbi) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-973/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 14 fevral 2002-ci ildə ailə qurmuş, birgə nikahdan 30 yanvar 2003-cü il tarixdə X6 və 11 avqust 2004-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğundan nikaha xitam verilmişdir. İddiaçı boşanmadan sonra aliment mübahisəsi açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 30 yanvar 2003-cü il tarixdə anadan olmuş X3 və 11 avqust 2004-cü il tarixdə tarixdə doğulmuş X1 üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 fevral 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 yanvar 2003-cü il tarixdə X6 və 11 avqust 2004cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Hazırda o, uşaqlara tək baxır. İddia ərizəsi verərkən 30 yanvar 2003-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatmamışdır, hazırda isə yetkinlik yaşına çatmışdır. Uşağa baxmaqda çətinlik çəkir. Cavabdehlə 4 ildir ki, ər-arvad münasibətləri pozulmuşdur. Bu müddət ərzində ailəsinin bərpa olunacağı ümidi ilə cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir, onlara maddi və mənəvi köməklik göstərmir. Uşağı saxlamaq tək qadın olaraq ona çox çətindir. Hər ha nsı bir gəliri və fayda götürəcəyi bir işi yoxdur. Cavabdehin maddi imkanı yaxşıdır, kifayət qədər qazancı var. Ona görə də, sabit pul məbləğində aliment tələb edir.
4. Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi ilə (hakim T.Həsənov) iddianın qismən təmin edilməsi, 30 yanvar 2003cü il təvəllüdlü X3 (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004- cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 30 noyabr 2020-ci il tarixd ən hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75., 78.1, 100.2, 106.4; Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa istinad etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), İ.Şükürov və A.Mahmudov) 19.05.2021-ci il tarixli, 2(107)-973/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət i təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(033)-193/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, övladı X6 hazırda hərbi xidmətdədir və hərbi xidmətə gedən qədər onun yanında qalmışdır. Bunu iş materiallarında olan disk də təsdiq edir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
14. Maddə. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlan ması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, h əm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 14 fevral 2002-ci ildə ailə qurmuş, birgə nikahdan 30 yanvar 2003-cü il tarixdə X6 və 11 avqust 2004-cü il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələb atını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə iddia qaldırmışdır.
22. Cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya yalnız 11 avqust 2004cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirmişdir.
23. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir
24. Məhkəmələr uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 30 yanvar 2003-cü il tarixdə X3 (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004-cü il tarixdə X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır.
25. Kollegiya bir məsələni də qeyd edir ki, uşaqlardan biri artıq yetkinlik yaşına çatdığı üçün cavabdehin aliment öhdəliyi yüngülşəmişdir. Bir uşağın saxlanması üçün hər ay 160 manat aliment tutulması uşağın mənafeyinə uyğundur. Həmin məbləğin bir uşağın aylıq dolanışığını tam olaraq təmin etməsi istisnadır. Uşağın digər tələbatlarını ananın qarşılayacağı ehtimal olunur. Ona görə alimentin məbləği ilə bağlı cavabdehin dəlilləri keçərl i deyil.
26. Yetkinlik yaşına çatmış uşaq üçün iki aylıq aliment məbləği ilə bağlı qeyd olunur ki, cavabdeh uşağın həmin iki ay ərzində öz yanında yaşamasına dair halları sübuta yetirə bilməmişdir. Onu görə qətnamə həmin hissədə də əsaslı hesab olunmalıdır.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ApelLyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-973/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova