Məhkəmə qərarları › İş №2(102)-5484/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5484/2019

28.08.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5484/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şükürov Röyal Elman oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və onun, İddiaçı2, İddiaçı3, İddiaçı5 vəkili Hüseynzadə Samir Allahverən oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli, 2(103)3266/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(009)3042/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən Ocaq Alinin xeyrinə 40800 manat, İddiaçı2 xeyrinə 13300 manat, İddiaçı3 xeyrinə 5500 manat, İddiaçı4 xeyrinə 3800 manat, İddiaçı5 xeyrinə 2700 manat və İddiaçı6 xeyrinə 800 manat tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli, 2(103)3266/2019 nömrəli qətnaməsi ilə iddiaçıların apelyasiya şikayəti təminedilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və onların vəkili Hüseynzadə Samir Allahverən oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 07.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, Çitlakoğlu Erkan, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdehnə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqları, istifadə edilməmiş məzuniyyət üçün pul əvəzi, işdənçıxma müavinəti, əmək haqlarının gecikdirildiyi müddət üçün faiz ödənci və hüquqi yardım üçün ödənilmiş xərclərin əvəzi kimi cəmi 628198,40 manat pulun tutulması, ondan İddiaçı1 446169,50 manat, Çitlakoğlu Erkana 100453,70 manat, Kılıç Cantekinə 34030,69 manat, İddiaçı4 24874,80 manat, İddiaçı5 17592,68 manat, İddiaçı6 5077,08 manat ödənilməsi barədə qətnamən in qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşları İddiaçı1, İddiaçı2 və İddiaçı3, həmçinin Azərbaycan Respublikasının vətəndaşları İddiaçı4, İddiaçı5 və İddiaçı6 2016-cı ildə Cavabdeh MMC-nin direktoru tərəfindən həmin Cəmiyyətə işə götürülmüş və əmək funksiyalarını Cəmiyyətin havalandırma sistemlərinin quraşdırılması ilə bağlı icra etdiyi “X6” layihəsinin ərazisində (Dənizkənarı Milli Parkda) yerinə yetirmişlər. 2017-ci ilin avqust ayının 30-u gününün sonunda cavabdehin həmin layihənin ərazisində işləyən işçilərinin (iddiaçılar da daxil olmaqda) kartları layihənin sifarişçisi olan şirkətin əməkdaşları tərəfindən toplanılmış və növbəti gündən, yəni 31 avqust 2017-ci il tarixdən etibarən onlar iş sahəsinə buraxılmamışlar. Cəmiyyətdə işlədikləri müddətin son aylarında onlar üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdehin qanunsuz əməllərinin qarşısının alınması və hüquqlarının müdafiəsi üçün iddiaçılar 14 noyabr 2017-ci və 20 noyabr 2017-ci il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X3 müraciətlər etmişlər. 20 noyabr 2017-ci il tarixdə 4 saylı DƏM-nin əməkdaşının iştirakı ilə cavabdehin qanuni təmsilçisi ödənilməmiş əmək haqlarına dair iltizam tərtib etmiş və onu Cəmiyyətin möhürü ilə təsdiq etmişdir. İltizama əsasən cavabdehin qanuni təmsilçisi Cəmiyyətin onlara olan borcunun 2017-ci ilin sonuna qədər ödənilməsini təmin edəcəyini öz öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçdikdən sonra o, ödəməni t əmin etməmişdir. İddiaçılar 4 saylı DƏM-ə təkrar müraciət etmiş və həmin orqan cavabdeh firmanın fəaliyyətinin dayandırıldığını əsas gətirərək hüquqlarının müdafiəsi üçün hər hansı tədbir görməmiş, məhkəməyə müraciət etməyi onlara tövsiyə etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və onların vəkili Hüseynzadə Samir Allahverən oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarının təsdiqi kimi təqdim olunmuş ayrı-ayrı sübutlar ı tədqiq etmədən və onlara ayrı-ayrılıqda hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, İddiaçılarla Cavabdeh arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən Məhkəmə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsini rəhbər tutmuş və işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilməsi faktını tərəflər arasında əmək münasibətlərini istisna edən və podrat münasibətlərini yaradan hal kimi təfsir və tətbiq etmişdir. Hesab edir ki, işəgötürənin əmək münasibətlərini rəsmiləşdirməkdən yayınması onun işçilərlə olan münasibətlərinin hüquqi xarakterinin dəyişilməsinə, podrat münasibətlərinə çevrilməsinə yaxud işəgötürənin “sifarişçi” statusu, işçilərin isə “podratçı” statusu qazanmasına səbəb ola bilməz. Həmçinin əmək müqaviləsi bildirişinin elektron info rmasiya sisteminə daxil edilməsinə görə bilavasitə məsuliyyət daşıyan tərəf olan işəgötürənin (ƏM 12.1, “h” bəndi') təqsirli hərəkətsizliyi nəticəsində yaranan bu hal işçiləri qanunla müəyyən olunmuş təminatlardan məhrum edə bilməz. İşəgötürənin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi,tərəflər arasında yeni (podrat) münasibətlərə səbəb olduğunu hesab edən Məhkəmə ilk növbədə aşağıdakı suallara məntiqi cavab tapmalı idi: hansı səbəbdən qanunverici podrat münasibətlərinin tərəfləri olan sifarişçini “işəgötürən” (İXM 192.1), podratçıları isə “işçi” (CM162-1) adlandırır?, nəyə görə podrat münasibətləri tərəfinin (sifarişçinin) belə əməllərinə qarşı inzibati təhbeh (İXM 192.1) və cəza (CM 162-1) formasında məsuliyyət nəzərdə tutulmuşdur və hansı səbəbdən sif arişçi podratçılarına münasibətdə əmək qanunvericiliyinin tələblərinə riayət etməyə görə məsuliyyət daşımalıdır?, hansı səbəbdən sifarişçinin cinayət məsuliyyətindən azad edilməsi üçün ondan işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməsi və “işçilər” adlandırılan podratçıları ilə əmək müqaviləsi bağlaması tələb olunur (CM 162-1 -ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi)?. Digər tərəfdən, mübahisələndirilən qətnamədə göstərilmişdir ki, əmək münasibətlərinin yaranması üçün müqavilənin qanunvericiliyə uyğun bağlanmasına görə işəgötürənlə yanaşı işçi də məsuliyyət daşıyır” (qətnamə, səh. 5, abzas 7). Mövqeyini bu formada ifadə edən Məhkəmə nəzərə almamışdır ki, qanunvericilikdə əmək müqavilələrinin elektron informasiya sisteminə daxil etmək vəzifəsini bilavasitə işəgö türən daşıyır. Belə ki, ƏM-nin 12-ci maddəsinin 1-ci hissəsinə görə, “1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək... ”. ƏM-nin 12-ci maddəsinin 2-ci hissəsində vəzifələrini yerinə yetirməyən işəgötürənlər üçün məsuliyyətə səbəb olan nəticə nəzərdə tutulmuşdur: “2. İşçilərin hüquqlarını pozan,... habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir”. Əmək qanunvericiliyində işəgötürənin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsinə işçilər tərəfindən nəzarət edilməsi ilə bağlı hər hansı vəzifə yaxud məsuliyyət nəzərdə tutulmamışdır. Hazır kı mübahisənin tərəfi olan iddiaçılar onlara münasibətdə əmək müqavilələri bildirişlərinin elektron informasiya sisteminə cavabdeh tərəfindən daxil edilibedilmədiyini bilməmişlər və bilmədiklərinə görə məsuliyyət daşıya yaxud qanunla müəyyən olunmuş maddi təminatlardan məhrum ola bilməzlər. Bu səbəbdən qətnamənin 5-ci səhifəsinin 8-9-cu abzaslarında qeyd olunan halların heç bir hüquqi əsası yoxdur. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdırılan fiziki şəxslər “işçilər” adlandırır və işçilər üçün nəzərdə tutulan sosial təminatlar (işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları) onlara da şamil edilir (CM 1621-ci maddəsi və onun Qeyd hissəsi). Bu baxımdan işəgötürən tərəfindən qanunsuz çalışdırılan işçilərin maddi təminatlarının Məhkəmə tərəfindən rədd edilməsi həmin işçilərin qanuni çalışdırılan işçilərə münasibətdə bərabərlik hüququnu pozur, təqsirli işəgötürəni mülki məsuliyyətdən azad edir, zərər çəkmiş işçiləri isə maddi məhrumiyyətlərə məruz qoyur. Bu hal isə fundamental insan hüquq və azadlıqları və “bərabər mənafelərə bərabər münasibət” prinsipi ilə ziddiyyət təşkil edir. Xatırladırıq ki, Əmək Məcəlləsi “əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması... prinsiplərinə əsaslanır” (ƏM 2-ci maddənin 3-cü hissəsi). Şərh olunanlardan görünür ki, işəgötürənin qanunla müəyyən olunmuş vəzifəsindən yayınması onun işçiləri ilə mövcud olan ikitərəfli razılaşmasının hüquqi xarakteri və tərkibinin dəyişməsinə, həmin işəg ötürənin maddi məsuliyyətinin aradan qaldırılmasına, həmçinin işəgötürəndən asılı vəziyyətdə olan, qanunsuz çalışdırılmış işçilərin “işçi” statusunun və qanunla müəyyən olunmuş təminatlarının itirilməsinə səbəb ola bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 vəkili Hüseynzadə Samir Allahverən oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 vəkilinin dediklərinə uyğun izahat verdi. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermə mişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.03.2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin mart-aprel aylarından 2017-ci ilin dekabr aylarınadək Cavabdeh MMC-də baş mühasib vəzifəsində işləmişdir. 30 aprel 2016-cı il tarixdə Cavabdeh MMC ilə “xxxx” MMC arasında podrat müqaviləsi bağlanmış və Cavabdeh MMC Dənizkənarı Milli Parkda tikilən “X6” adlı kompleksin inşaatında havalandırma borularının çəkilməsi işlərini öz üzərinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra Cavabdeh MMC-nin təsisçisi və direktoru olan Lokman Güven şirkətin götürdüyü öhdəliyin icrası ilə əlaqədar yeni işçilər götürməyə başlamışdır. İddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 da həmin vaxtlar işə götürülmüş, lakin onlarla əmək müqaviləs i bağlanmamış, qeyri-rəsmi fəaliyyət göstərmişlər. İddiaçılara maaşları o, lakin çox hallarda Lokman Güven özü vermişdir. “xxxx” MMC müqavilə üzrə ödəməli olduğu pulu cavabdeh şirkətə ödəmədiyi üçün işçilərin maaşını ödəmək mümükün olmamışdır. Cavabdeh MMC öz fəaliyyətini 2017-ci ilin dekabrında dayandırmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Lokman Güven tərəfindən yazılmış 20 noyabr 2017-ci il tarixli iltizamın surətindən görünür ki, o, fəaliyyəti dayandırılmış Cavabdeh MMC-nin direktoru olmuşdur. Fəaliyyət göstərdiyi dövrdə “X7 Voterfront” layihəsində işləmişlər. İşlədikləri layihənin pulunu qismən ala bilmədiklərinə görə aşağıda adları çəkilən işçilərə əmək haqqı borcu yaranmışdır: İddiaçı4 3800 manat, İddiaçı1 40800 manat, İddiaçı3 5500 manat, İddiaçı5 2780 manat, İ ddiaçı2 13300 manat, İddiaçı6 800 manat. O, həmin borcları 2017-ci ilin sonuna qədər hissə-hissə tam olaraq ödəyəcəyinə zəmanət verir. İş materiallarında olan İddiaçı1, İddiaçı3, Erkan Chitlakoğlunun, Zülfiyyə Khalılovanın və Araz Alıyevin müvəqqəti vəsiqələrinin surətlərinə əsasən həmin şəxslər “Caspian Voterfront” layihəsində Cavabdeh MMC-nin adından fəaliyyət göstərmişlər. İş materiallarında olan Səbail rayon prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 avqust 2018-ci il tarixli qərarının surətinə əsasən X2 əməllərində Azərbaycan Respublikası CM-in 162.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Lokman Güvənin barəsində Azərbaycan Respubl ikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qərarına əsasən Ocak Əli, İddiaçı3 və qeyrilərin şikayəti təmin edilərək, Bakı şəhəri Səbail rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 avqust 2018-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Səbail rayon prokurorunun diqqəti Azərbaycan Respublikası CPM-in 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilmiş və həmin tələblərin yerinə yetirilməsi qərara alınmışdır. İddiaçılar Cavabdeh ilə əmək münasibətlərinə daxil olmuşlar, lakin cavabdehlə iddiaçılar arasında hər hansı müqavilə bağlanmamışdır. İddiaçıların nümayəndəsinin məhkəmə yə təqdim etdiyi sənədlərdən və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, 20 noyabr 2017-ci il tarixində 4 saylı DƏM-nin əməkdaşının iştirakı ilə cavabdehin qanuni təmsilçisi ödənilməmiş əmək haqlarına dair iltizam tərtib etmiş və onu Cəmiyyətin möhürü ilə təsdiq etmişdir. İltizama əsasən, o, Cəmiyyətin onlara olan borcunun 2017-ci ilin sonuna qədər ödənilməsini təmin edəcəyini öz öhdəsinə götürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya siste minə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Lakin hazırki iş üzrə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçıların hər hansı biri ilə cavabdeh Cəmiyyət arasında əmək müqaviləsi bağlanılaraq, aidiyyəti elektron informasiya sisteminə əlavə edilməmişdir. Məhkəmə kollegiyası iddiaçılarla razılaşır ki, əmək müqaviləsinin bağlanmamaqla işçini əməyə cəlb edilməsinə görə Azərbaycan Respublikası CM-in 162-1 və İXM-in 192-ci maddələri ilə müvafiq olaraq cinayət və ya inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin qanunvericiliklə işəgötürənin belə məsuliyyətə cəlb edilməsi və ya buna əsasların mövcud olması tərəflərin arasında avtomatik olaraq əmə k münasibətlərinin yaranması nəzərdə tutulmamışdır. Apellyasiya instansiyasi məhkəməsi dzgün olaraq hesab etmişdir ki, cinayət və inzibati məsuliyyətdən fərqli olaraq, əmək münasibətləri də bir hissəsi olan mülki hüququn prinsiplərindən biri müqavilələr azadlığı prinsipidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-cı maddəsi və Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndi). Belə olan halda müvafiq mülki (hazırda əmək) münasibətlərin yaranması üçün müqavilənin qanunvericiliyə uyğun bağlanmasına görə işəgötürənlə yanaşı işçi də məsuliyyət daşıyır. Hazırki halda iddiaçılar əmək müqavilələrinin qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanılmadığını bildikləri halda, cavabdeh təşkilatda fəaliyyət göstərdikləri və gəlir əldə etdikləri üçün məhkəmə kollegiyası hesab edir ki, sonradan on ların əmək qanunvericiliyə istinad etmələri əsassız olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında əmək münasibətləri yaranmadığından, iddiaçıların Azərbaycan Respublikası Əmək Məcəlləsinə istinad etməklə məzuniyyət haqqı, işdən çıxma müavinəti və faiz ödənci tələb etmələri əsassız olmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh Cəmiyyətinin rəhbərinin istintaq orqanına verdiyi izahatı əsas götürməklə iddianı qismən təmin etmiş və qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən yalnız iddianın təmin olunmamış hissəsinin qanuniliyi və əsaslılığını yoxlamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhk əməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2014cü ilin 5 fevral tarixindən əvvəlki redaksiyasına diqqət yetirdikdə müəyyən olunur ki, həmin dövrdə əmək münasibətləri tərəflər arasında əmək müqaviləsinin rəsmiləşdirilməsindən belə asılı edilməyərək, işçini işlərin icrasına faktiki olaraq başladığı andan yaranmasını müəyyən edirdi. Belə ki, əvvəlki redaksiya da Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən qüvvəyə minir; 49-cu maddəsinin 2-ci hissəsinə əsasən işçi bu Məcəllənin tələbləri pozularaq, yazılı əmək müqaviləsi olmadan, lakin əvvəlcədən işəgötürənin razılığı (tapşırığı) ilə faktik olaraq işə başlamışsa, həmin andan əmək müqaviləsi bağlanmış hesab olunur və bu halda ən geci üç gün müddətində yazılı əmək müqaviləsi tərtib edilməlidir. 49-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırki mübahisəy ə tətbiq edilməli olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2014-cü ilin 5 fevral tarixindən qüvvəyə minmiş olan dəyişikliklərdən sonrakı redaksiyasından isə görünür ki, qanunverici əvvəlki dövrdən fərqli olaraq işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasını əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi ilə şərtləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə i şəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 9-cu maddəsinin o) hissəinə əsasən əmək müqaviləsi üzrə işçinin elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etmək hüququ vardır; 49-cu maddənin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericilikdə baş vermiş dəyişiklikdən göründüyü kimi, qanunverici əmək münasibətlərinin dövlət tənzimlənməsini və işçilərin hüquqlarının qorunmasının daha yaxşı təmin edilməsi məqsədi ilə bu sahədə mövcud qanunvericiliyi sərtləşdirərək, əmək münasibətlərinin qanunvericiliyuin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi məqsədi ilə işçi və işəgötürənlə bağlı əlavə hüquq və vəzifələr müəyyən etmişdir. Belə ki, işəgötürənin əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydə almalı olduğu halda, işçiyə də bu qeydə alınmanın olub-olmaması, yəni onunla əmək münasibətlərinin yaranıb-yaranmamasını yoxlamaq hüququ verilmişdir. Eyni zamanda işəgötürənin bu tələbləri pozduğu halda inzibati və cinayət məsuliyyəti daşıması da qanunvericiliklə nəzərdə tutmuşdur (İXM 192 və CM 1 62-1-ci maddələri). Qeyd edilənlər baxımından, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydə alınmadığından, habelə digərləri ilə isə ümumiyyətlə əmək müqaviləsinin mövcudluğu müəyyən edilmədiyindən Əmək qanunvericiliyi ilə işçi üçün nəzərdə tutulmuş məzuniyyət haqqı və digər təminatlar hazırki iş üzrə iddiaçılara işçi statusu əldə etmədiklərindən aid edilə bilməz. Bu baxımdan kassasiya kollegiyası həmçinin hesab edir ki, tərəflər arasında əmək münasibətləri yaranmadığından bu münasibətlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən analogiya üzrə mülki hüquqi münasibətə aid olan podrat münasibətləri qismində qiymət verilmişdir. Kassasiya kollegiyası əlav ə olaraq qeyd edir ki, hazırki işlə bağlı qanunverici orqanın məqsədi və maddi hüquq normasından təzahür edilmiş mövqeyi açıq-aydın olduğundan və bununla bağlı hər hansı hüquqi kolliziyanın olması müəyyən edilmədiyindən Konstitusiya Məhkəməsinə müraciətin edilməsinə zərurət yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.03.2019-cu il tarixli, 2(103)-3266/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar