Məhkəmə qərarları › İş №2(102)-5487/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5487/2021

23.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5487/2021 23.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsi ilə (hakim V. Quliyev) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak” tələbinə dair iddiası qismən təmin edilmiş, əmlakın satılması nəticəsində əldə edilmiş pul vəsaitinin cavabdehdən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.05.2021-ci il tarixli, 2(103)3719/2021 saylı qətnaməsi ilə (hakim V.N.Sadıqov), birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirərək, cavabdehdən 13000 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi 16.08.2021-ci il tarixli, 2(103)-3719/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə Cavabdeh tərəfindən təkrar kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş kassasiya icraatına qəbul edilmə dən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24.05.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya icraatına qəbul edilmədən mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar