Məhkəmə qərarları › İş №2(102)-549/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-549/2021

25.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-549/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və üçüncü şəxs ASAN-1 xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlanma müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1788/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddi açı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx xxxxxx 2016-cı il tarixli, 4Ə-33 reyestr nömrəli notariat icraatına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, ******* saylı, **********22-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 4 saylı ünvanda 0,06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli fərdi yaşayış evi) tam olaraq Cavabdeh (bundan sonra – cavabdeh) adına daşınmaz əmlakın dövlət reyestrində 03 nömrəli reyestr kitabının 134 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Notariat icraatında olan İddiaçı (bundan sonra – iddiaçı) notariusa ünvanladığı ərizənin məzmunundan görünür ki, o, atası X2 məxsus olan mübahisəli fərdi yaşayış evinin cavabdehə bağışlanmasına etiraz etməmişdir.

3. Astara rayon Notariat kontorunda təsdiqlənmiş xx xxxxxx 2016-cı il tarixli, 4Ə-33 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X5 xüsusi mülkiyyətinə aid mübahisəli fərdi yaşayış evini öz iradə ifadəsi əsasında cavabdehə bağışlamışdır. Həmin bağışlama müqaviləsinə X5 imza etmiş, müqavilə Astara rayon Dövlət notariat kontoru tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir.

4. Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)100/2018 saylı qətnaməsinə əsasən iddiaçı X3 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin tam ləğv olunması, həmin bağışlanma müqaviləsinin bağlandığı andan yaranan hüquqi aktl arın və öhdəliklərin etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin həmin iş üzrə olan xx xxx 2018-ci il tarixli, 2(106)1265/2018 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh və üçüncü şəxs “ASAN-1” xidmətinə qarşı “fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin tam ləğv olunması, həmin bağışlanma müqaviləsinin bağlandığı andan yaranan hüquqi aktların və öhdəliklərin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X1 xüsusi mülkiyyətində olmuş Astara şəhəri, H.Əliyev prospekti 209 ünvanında olan fərdi yaşayış evi və həyətyanı sahə d ə daxil olmaqla 300 kv.m torpaq sahəsinin cavabdehə bağışlanmasına dair “ASAN-l” xidmətində təsdiq olunmuş xx xxxxxx 2016-cı il tarixli müqavilənin ləğv olunması, həmin bağışlama müqaviləsinin bağlandığı andan yaranan hüquqi aktların və öhdəliklərin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası xx xxxx 2017-ci il tarixdə vəfat etmişdir. Lakin, bu yaxınlarda bilmişdir ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi atası tərəfindən vəfat etməmişdən əvvəl atasının gəlini - iş üzrə cavabdehə bağışlanılmışdır. Atasının birinci dərəcəli qanuni vərəsəsi olmağına baxmayaraq bağışlama müqavilə bağlanarkən onun heç bir razılığı olmamışdır. Cavabdeh atasının xəstə olmasından istifadə edərək ondan gizlin olaraq o nu daşınmaz əmlakının Astara rayonunda yerləşməsinə baxmayaraq, onu Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “ASAN-1” xidmətinə apararaq həmin əmlaklara dair bağışlama müqaviləsini təsdiq etdirmişdir. Bundan əlavə bağışlama müqaviləsi bağlanan ərəfələrdə atası ağır xəstə olmuş və öz hərəkətinin mənasını dərk etmək iqtidarında olmamış və cavabdeh onun bu vəziyyətindən sui-istifadə edərək bağışlama müqaviləsinə imza etdirməyə nail ola bilmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, xx xxxxxx 2011-ci il tarixdə X4 ilə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qormuşdur. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Həyat yoldaşı Ağamalı Məmmədov 2014-ci il tarixdə vəfat etmişdir. Mərhum qayınatası X5 xx xxxxxx 2016-cı il tarixdə mübah isəli fərdi yaşayış evini ona bağışlama müqaviləsi ilə hədiyyə etmişdir. Bu barədə qayınanası X7 notarial qaydada ərizə verərək evin ona bağışlanmasına etirazın olmadığını bildirmişlər. Həmin bağışlama müqaviləsinə əsasən xx xxxxxx 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almışdır. Sonradan qaynanası X7 ona qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia qaldırmış, onun iddiası əsassız olduğu üçün iddia rədd olunmuşdur. Hazırda iddiaçının ona qarşı qaldırdığı iddia qanunsuz və əsassızdır.

8. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020ci il tarixli, 2(018)19/2020 saylı qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə iddia tələbini rədd edərkən Mülki Məcəllənin 390.1, 666-cı, MPM-in 82.3-cü maddələrinə istinad etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə iddiaçının mübahisələdirdiyi bağışlama müqaviləsini onun anası yuxarıda qeyd edilən qaydada, yəni məhkəmə qaydasında mübahisələndirmiş və həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrinə əsasən xx xxxx 2017-ci il tarixdə vəfat etmiş X8 və cavabdeh arasında fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin tam ləğv olunması, həmin bağışlanma müqaviləsinin bağlandığı andan yaranan hüquqi aktların və öhdəliklərin etibarsız hesab olunması tə tələbi əsassız hesab edilmişdir (§ 4). Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsinin qanuni olması barədə məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə artıq qanuni qüvvəsini almışdır.

10. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qəzənfər Kərimov sədrlik edən və məruzəçi, Nüsrət Mirzəyev, Zəki Babayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə qeyd etmişdir ki, iddiaçı bağışlama müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

14. İşdən müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının atası X5 mülkiyyətində olan və mübahisəli fərdi yaşayış evini vəfat etməmişdən əvvəl cavabdehə bağışlamışdır. Əmlak bağışlanarkən həmin hərəkət heç bir cavab xidməti ilə şərtləndirilməmişdir.

15. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən öz əmlakını bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti şərtləndirilmir. Bununla yanaşı qanunvericilik bağışlamanı şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsini də nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2016cı ildə bağlanmış bağışlama müqaviləsi heç bir şərt və öhdəliyin yerinə yetirilməsi ilə şərtləndirilməmiş, tərəflərin o cümlədən hədiyyə alanın üzərinə heç bir vəzifə qoymamışdır.

16. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəm əsi iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM-nin 667.1-ci maddəsinə əsasən, “Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Birinci instansiya məhkəməsində, iş materiallarında olan razılıq ərizəsində icra edilmiş imzanın onun tərəfindən icra edilmədiyini bildirib, həmin imzanın yoxlanılması üçün məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinin alınmasını xahiş etsə də, məhkəmə həmin halları araşdırmamış və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanaraq qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 666.1. Bağışla ma müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.

22. Maddə 667.1 Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.

29. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı kassasiya şikayətində MM-nin 667.1-ci maddəsinə istinadən hesab etmişdir ki, mərhum atasına məxsus olan əmlak bağışlanarkən notariusda onun adından verilən razılıq ərizəsindəki imzanın ona məxsus olmamış, bu barədə ekspertiza keçirilməsi barədə verdiyi vəsatəti nəzərə alınmamışdır.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı mərhumun qızı olmuşdur. Həmin normanın məzmunundan göründüyü kimi (§ 22) normada fəaliyyət qabiliyyətli şəxsin öz əmlakına dair bağışlama yolu ilə sərəncam verə bilməsini iki halla məhdudlaşdırılmışdır: 1) əmlakın ər-aravadının ümumi mülkiyyətində olması; 2) əmlakın vərəsəlik hüququ ilə məhudlaşmış olması. Hazırki işdə birinci hal mövc ud deyildir. Vaxtilə miras qoyanın arvadı X3 iddiası üzrə Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)100/2018 saylı qətnaməsinə əsasən iddiaçı X3 Cavabdeh qarşı “fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin tam ləğv olunması, həmin bağışlanma müqaviləsinin bağlandığı andan yaranan hüquqi aktların və öhdəliklərin etibarsız hesab olunması” tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin həmin iş üzrə olan xx xxx 2018-ci il tarixli, 2(106)1265/2018 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, mərhumun qanun üzrə vərəsəsi olduğundan onun razılığı alınmalı idi.

31. Məhkəmə kollegiyası bu halla bağlı qeyd edir ki, iş materiallarından mübahisəli əmlakın vərəsəli k hüququ üzrə yükül edilməsi (vəsiyyətnamə qoyulması) müəyyən edilməmiş, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin norma isə qanun üzrə vərəsəlik hüququ əsasında yüklü edilməni nəzərdə tutmur. Əks halda bu mülkiyyətçinin öz əmlakı barəsində müstəqil surətdə sərəncam vermək hüququnun məhdudlaşdırılması ilə nəticələ bilər.

32. MPM-in 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

33. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazı rkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1788/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar