Məhkəmə qərarları › İş №2(102)-5491/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5491/2020

01.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5491/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)4368/2019 saylı qərardadından Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)4368/2019 saylı qərardadı ilə (hakimlər A.H.Hüseynzadə sədrlik edən, məruzəçi, Ş.Q.Rzaquliyev və İ.Ə.Şəfiyev) cavab dehin həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi kasasiya şikayəti geri qaytarılıb. Cavabdeh qərardaddan kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Şəmkir rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment ödəməkdən azad edilmə” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, iş üzrə Şəmkir rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilib və iddiaçının Şəmkir rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Mətanət Hüseynovanın saxlanılması üçün Cavabdeh ödəməli oldu ğu alimentin ödənilməsindən azad edilməsi qət edilib. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, onun qətnamədən verdiyi kasasiya şikayətini əsassız olaraq geri qaytarıb. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyas ı məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh qətnamənin surətini xx xxxxxx 2019-cu il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qəbul etdiyi halda, kasasiya şikayətini xx xxxx 2020-ci il tarixdə poçt orqanına təqdim etməklə qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürüb. Ona görə də kasasiya şikayəti geri qaytarılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 405.0.1, 408.1.4, 408.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldyi b u nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, qətnamədən kasasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi xx xxxxxx 2019-cu il tarixdə elan edilib və xx xxxxxx 2019-cu il tarixdə qətnamənin surəti işdə iştirak edən şəxslərə göndərilib. xx xxxxxx 2019-cu il tarixdə işdə iştirak edən şəxslər, o cümlədən cavabdeh “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etməklə qətnamənin surətini alıb. xx xxxx 2020-ci il tarixdə cavabdehin qətnamədən verdiyi kasasiya şikayəti və ona əlavə edilmiş sənədlər Gənc ə Apelyasiya Məhkəməsinin dəftərxanasına daxil olub. Kasasiya şikayətinin dəlillərindən və ona əlavə edilmiş zərfin surətindən, həmçinin poçt qəbzindən görünür ki, cavabdeh tərəfindən kasasiya şikayəti və ona əlavə edilmiş sənədlər rabitə orqanına xx xxxxxx 2020-ci il tarixdə təqdim edilib. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 134.1.5-ci maddəsində göstərilir ki, məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kasasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanu nlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kasasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli Qərarında pro sessual müddətin buraxılması və onun hüquqi nəticələri barədə hüquqi mövqeyini belə ifadə etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə- qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Prosessual qanunvercilikdə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulub. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyil və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhk əmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Apelyasiya instansiyası məhkəməsi cavabdehin qətnamədən verdiyi kasasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin rabitə orqanına nə vaxt təqdim edilməsini aydınlaşdırmadan və zərurət yarandığı halda onun bilavasitə məhkəmə iclasında iştirakını təmin edib poçt qəbzini məhkəməyə təqdim etməyi ona təklif etmədən, həmçinin işə əlavə edilmiş zərfin kserosurət olmasını nəzərə almadan, cavabdehin qətnamədən kasasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddəti ötürməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sadalanan prosessual normaların mənasına görə, kasasiya şikayəti və digər sənədlər müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanına verilərsə, müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi mübahisəli məsələyə formal yanaşıb və sözügedən prosessual müddətin cavabdeh tərəfindən ötürülüb-ötürülməməsi ilə bağlı kifayət qədər araşdırma aparmadan, onun qətnamədən verdiyi kasasiya şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarıb. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və mübahisəli məsələyə prosessual normaların düzgün tətbiq edilməsi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-n in 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kasasiya şikayəti təmin edilsin, iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)-4368/2019 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar