Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5496/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “binanın çirkab su borularının təmir edilməsinin cavabdehin şəxsi hesabına təmin edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-115/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06.01.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1, mənzil 49 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 58 saylı reyestr kitabının 8705 nömrəli vərəqində, 30/30028 nömrə ilə qeydiyyat aparılmışdır. 151 saylı MKİS-in rəisi Y.F.Allahverdiyev tərəfindən 13 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1, mənzil 49-a üst mərtəbədə yerləşən 50 saylı mənzildən su kanalizasiya xəttinin nasazlığı nəticəsində ziyan dəymişdir. Baş vermiş halın təkrar olunmaması üçün hər iki mənzilin sahibinə qarşılıqlı surətdə su kanalizasiya xəttinin təmir olunması haqqında məsləhətlər verilmişdir. Bir neçə vaxtdan sonra həmin mənzildə yenidən qəza baş verdi. Tərəflərindən üst mərtəbənin mənzil sahibinə qəzanın bir də baş verməməsi üçün xəbərdarlıq edilmişdir. Həmin ünvanda yaşayan sakinlərin Rəsitə xanım barəsində şikayəti yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşə n 49 №-li mənzilə, yuxarı mərtəbədə yerləşən və cavabdehə məxsus 50 №-li mənzildən suyun axıdılması nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə 2.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 49 saylı mənzil iddiaçıya məxsusdur. Cavabdehin mənzilindən onun mənzilinə əvvəllər bir neçə dəfə su sızmış, iddiaçı bu barədə cavabdehə məlumat vermiş, yaranmış problemin aradan qaldırılmasını xahiş etmiş, lakin cavabdeh heç bir tədbir görməmiş, bu səbəbdən də, iddiaçı mənzilini öz vəsaiti hesabına təmir etdirmişdir. 23.02.2018-ci il tarixdə iddiaçı evə qayıdarkən mənzilinin su basdığını görmüşdür. Mənzildə olan xalçalar, yumşaq mebel, noutbuk sud a islanmış vəziyyətdə idi. İddiaçının mənzilinin üstündə yerləşən 50 saylı mənzildən çirkab suların daşması nəticəsində mənzilini su basmış və mənzil yararsız hala düşmüşdür. Həmin mənzilin mülkiyyətçisi olan cavabdehə kanalizasiya və su sistemində problemin olması, bununla əlaqədar lazımi təmirin aparılması barədə müraciət etsə də, cavabdeh iddiaçının xahişlərini nəzərə almamışdır. Qeyd olunan hadisə ilə əlaqədar 151 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi və rəisi tərəfindən iddiaçının mənzilinə 24.02.2018-ci il tarixdə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Onun mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün 2.000 manat məbləğində vəsait tələb olunur. Buna görə də, o hesab edir ki, cavabdeh həmin zərərin əvəzini ona ödəməlidir. Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək yaşadıqları binanın zirzəmisinin iddiaçı tərəfindən bağlanmasının, zirzəminin iddiaçı tərəfindən zəbt edilməsinin qanunsuz hesab edilməsi, iddiaçının şəxsi vəsaiti hesabına binanın çirkab borularının yenisi ilə əvəz edilərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, binanın birinci mərtəbəsində yaşamasından istifadə edən iddiaçı, binanın kommunikasiya xətləri, o cümlədən çirkab su boruları keçən zirzəmiyə gedən yola qapı qoyaraq yolu bağlamış və zərurət yarandığı təqdirdə təmir-bərpa işlərinin görülməsi üçün zirzəmiyə daxil olmağa heç kimə icazə vermir. Bina isə öz-özlüyündə köhnə bina ol duğuna görə tez-tez istifadə müddəti keçmiş kanalizasiya boruları bütün sakinlərə problemlər yaradır. Blokda ana kanalizasiya xəttinin (istifadə müddəti keçdiyi səbəbindən) tez-tez tutulması nəticəsində yuxarı mərtəbələrdən axan çirkab suları 2-ci mərtəbədə cavabdehin mənzilinin hamanına dolaraq trapdan aşağı, o cümlədən iddiaçının mənzilinə və hətta bloka axır. Cavabdehdə olan məlumata görə, birinci (yarı zirzəmi) mərtəbədə yaşayan iddiaçı öz mənzilini təmir etdirən zaman öz mənzilinə aid kanalizasiya xəttini ümumi xətdən ayırmış, iddiaçının mənzilində işləyən ustalar ümumi kanalizasiya borusunu zədələmiş və ya xəttin istiqamətini dəyişmişlər. Nəticədə çirkab sularının normal axıntısı pozulmuş və boru tez-tez dolaraq su axıntısı baş verir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçı tərəfində n binaya xidmət göstərən 151 saylı MKİS-ə hələ 27.04.2018-ci il tarixdə rəsmi müraciət olunmasına baxmayaraq, zirzəminin qapısının iddiaçı tərəfindən qanunsuz olaraq bağlanması və onun binanın zirzəmisinə daxil olmağa icazə verməməsi səbəbindən artıq köhnəlmiş kanalizasiya (çirkab su) borularına baxış keçirilməsi mümkün olmamışdır. Həmin borular məhz iddiaçı tərəfindən məcburi qaydada dəyişdirilərək onun şəxsi vəsaiti hesabına təmir edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 34174 saylı, 14 fevral 2019-cu il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən ünvan 1, 49 saylı mənzilə su sızması nəticəsində mənzildəki əşyalara dəymiş ümumi ziyanın məbləği 1000 manat müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 120 manat təşkil edir. Azər baycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29337 saylı, 28 mart 2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 50 saylı mənzildən kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar su axıdıldığı və nəticədə 49 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 49 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2795 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi ekspertizaya təqdim edilmədiyindən, qərardadın 4- cü və 5-ci sualları üzrə tədqiqat aparılması mümkün olmamışdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 08.05.219-cu il tarixli 2(006)-456/2019 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsini, iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.000 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi isə 170 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini, qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 50 saylı mənzilindən su axıtması baş vermiş və bunun nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Ekspert rəyində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə 2795 manat, mənzildə olan əşyalara 1000 manat ziyan vurulması göstərilsə də, ilkin iddia ərizəsində vurulmuş zərərin əvəzi kimi 2000 manat tələb edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbindən kənara çıxmayaraq, ilkin iddia üzrə cavabdehdən ilkin iddia ərizəsində göstərilən məbləğdə zərərin əvəzi tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin əsaslı olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən binanın zirzəmisinin qapısının bağlanılması və zəbt olunması faktı öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 81A saylı evin, 49 saylı mənzilinə vurulmuş zərərə görə 2000 (iki min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2030 (iki min otuz) manat məbləğində pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, çirkab suların daşmasının səbəbi iddiaçının zəbt etdiyi ərazidə boru xətlərinin sıradan çıxmasıdır. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də görünür ki, iddiaçı binanın ümumi istifadədə olan hissəsini, yəni zirzəmini zəbt etmişdir, kanalizasiya xətlərində problem məhz həmin hissədə yaranmışdır. Lakin iddiaçı oranı zəbt etdiyi üçün təmir qeyri-mümkün olmuşdur. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin cavabdehin vəkili Vəkil1 ünvanlandığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubda qeyd edilmişdir ki, qəza-bərpa briqadası tərəfindən Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina № 81 “A”-da yerləşən 49 və 50 saylı mənzillərin içərisindən, sanitar qovşağı yerləşən hissədən dik dayaq ümumi istifadə kanalizasiya borusuna baxış keçirilmiş, binanın yuxarı mərtəbələrində yerləşən mənzillərdə yaşayan sakinlər tərəfindən əski parçaları (pampers, yaş salfet və s.) kanalizasiya borularına atılması və binanın zirzəmi hissəsində kanalizasiya xəttində konstruktiv dəyişiklik edilməsi səbəbindən aşkarlanmışdır. “Dik dayaq” kanalizasiya borusunun (iddiaçıya məxsus) 49 saylı mənzil hissəsində yerləşən təmizlik və profilaktika üçün nəzərdə tutulmuş “təftiş” adlanan xüsusi pəncərədən müdaxilə edilərək kanalizasi ya borusunun zirzəmidən dirsək vasitəsi ilə əyilərək məhəllədaxili kanalizasiya xəttinə gedən hissəsi müxtəlif təyinatlı məişət tullantılarından təmizlənərək, tutulma aradan qaldırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(103)-115/2021 nömrəli, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddianın rədd, Cavabdeh İddiaçı qarşı “binanın çirkab su borularının təmir edilməsinin cavabdehin şəxsi hesabına təmin edilməsi və sair” tələbi barəd ə qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsi İddiaçı hesabına tikinti norma və qaydalarına uyğun, habelə işlək vəziyyətə gətirilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud mülki mübahisənin həlli iddiaçının mənzilinə suyun axıdılmasının cavabdehin hüquqazidd, təqsirli əməli nəticəsində baş verməsindən əmələ gəlib-gəlməməsinin müəyyən edilməsindən asılıdır. İşə baxmış birinci instansiya məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası tədqiqatını həyata keçirmiş Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyə istinad edərək, cavabdehin əməli nəticəsində iddiaçıya zərər vurulması qənaətinə gələrək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyd olunan ekspert rəyi ilə cavabdeh tərəfindən hüquqazidd əməlin törədilməsi müəyyən olunmur. Əksinə ekspert rəyindən görünür ki, iddiaçının mənzilinə su birbaşa cavabdehin təqsirli hərəkəti nəticəsində deyil, kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar axmışdır. Kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin davranışı ilə yaranması isə öz təsdiqini tapmır. Belə ki, ekspert rəyinin tədqiqat prosesini n təsviri hissəsində qeyd olunur ki, mərtəbələrarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə ola bilər: boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s. Göründüyü kimi suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi ekspert rəyi ilə birmənalı təsdiq olunmur. Bundan başqa, öz növbəsində iddiaçı onun mənzilinə suyun axıdılmasının cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini bildirsə də, buna dair sübutları məhkəmələrə təqdim etməmişdir. Ape llyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki cavabdehin təqsirini müəyyən edən tutarlı sübutlar mövcud deyil, onun həmin əməldə təqsirləndirilməsi yolverilməzdir. Həmçinin apellyasiya məhkəməsi "xxxx" ASC-nin Nəsimi Rayon Sukanal İdarəsinin cavabdehin vəkili Vəkil1 ünvanlandığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubda göstərilənlərə istinad edərək, qeyd etmişdir ki, iddiaçının mənzilinə cavabdehin mənzilindən suyun axıdılması cavabdehin təqsiri üzündən deyil, iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq nəticəsində baş vermişdir ki, bu kimi halın baş verməsində iddiaçı özü təqsirkardır. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia əsaslı deyil, qarşılıqlı iddia isə qismən, yəni “iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsi iddiaçının hesabına tikinti norma və qaydalarına uyğun olaraq təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə” hissədə əsaslıdır. Qarşılıqlı iddianın qalan hissəsi isə əsassızıdır, çünki həmin tələbi irəli sürmək üçün cavabdehin subyektiv hüququ yoxdur. İşə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə tam həcmdə rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)115/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır, işin mübahisəsiz halı ondan ibarətdir ki, 23.02.2018-ci il tarixdə İddiaçı məxsus 49 nömrəli mənzilə çirkab suları Cavabdeh məxsus 50 nömrəli mənzildən axmış və nəticədə 49 nömrəli mənzilə ziyan vurulmuşdur. Bu hal 151 saylı MKİS-in 24.02.2018-ci il tarixli aktı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29337 saylı. 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Lakin məhkəmə kollegiyası sübut kimi akta ümumiyyətlə qiymət verməmiş, ekspert rəyinə isə düzgün qi ymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5 və 170.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 15 və 29.4-cü maddələrinin tələblərinə riayət etməyərək Cavabdeh mülkiyyətində olan 50 saylı mənzilin su və kanalizasiya xətlərini yararlı vəziyyətdə saxlamamaqla həmin mənzildən qonşusu İddiaçı hüquqlarını pozan şəkildə, ona ziyan vuran şəkildə istifadə etmiş, öz mülkiyyət hüququnu həyata keçirərkən qonşusu İddiaçı mülkiyyətinə, 49 saylı mənzilə suyun axıdılması kimi hədsiz təsirdən çəkinməmişdir. Nəticədə Cavabdeh təqsirli davranışı ilə delikt törətmiş və bu da 23.02.2018-ci il tarixdə İddiaçı mənzilinə suyun axıdılması ilə yekunlaşmışdır. Mülki işin materiallarında 23.02.2018-ci il tarixdə 49 saylı mənzili su basmasının qa rşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkən İddiaçı təqsiri üzündən baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Odur ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən 49 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məsuliyyəti 50 saylı mənzilin sahibi kimi Cavabdeh daşıyır. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində mülki işin materiallarında olmayan ekspert rəyinə istinad etmişdir. Belə ki, qətnamədə istinad edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24557 nömrəli, 04.01.2019-cu il tarixli rəyi mülki işin materiallarında mövcud deyil. Məhkəmə kollegiyası nə cavabdehin mənzilindəki su və kanalizasiya xəttində mövcud olmuş nasazlıq səbəbindən iddiaçının mənzilini su basmasını təsdiq edən 151 saylı MKİS-in 24.02.2018ci il t arixli aktına, nə də ilkin və qarşılıqlı iddianın ədalətli həlli üçün bütün xüsusatları aydın və birmənalı şəkildə əks etdirən 151 saylı MKİS-in 30.06.2020-ci il tarixli aktına qiymət verməmiş, habelə həmin aktların sübut kimi qəbul edilməməsinin səbəbini qətnamədə göstərməmişdir. 29337 saylı, 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə 50 nömrəli mənzilin kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar 49 nömrəli mənzilə su axıdıldığı və 49 nömrəli mənzilə ziyan vurulduğu, həmçinin 49 nömrəli mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin rəyin verildiyi tarix üçün dəyəri 2795 manat məbləğində olması müəyyən edilmişdir. Lakin nədənsə məhkəmə kollegiyası ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində mərtəbəl ərarası örtük konstruksiyalarından su sızmasının müxtəlif səbəblərə (boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s.) görə ola bilməsinin qeyd edilməsinə və suyun axıdılmasının cavabdehin təqsiri ilə baş verməsinin ekspert rəyi ilə birmənalı təsdiq olunmamasına istinad edərək kanalizasiya borusunda yaranmış qəzanın cavabdehin davranışı ilə yaranmasının öz təsdiqini tapmaması qənaətinə gəlmişdir. Bununla da məhkəmə kollegiyası yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin 1111.2-ci maddəsini tətbiq etm əmiş və ekspert rəyinə düzgün qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini qismən təmin edərkən qarşılıqlı iddianı təsdiq edən dəlil kimi "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin cavabdehin vəkilinə ünvanladığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubunda qeyd edilənlərə əsaslanmışdır. Həmin məktubda 49 nömrəli mənzilin (İddiaçı) kanalizasiya axıntısı ilə bağlı 03 dekabr 2017-ci il tarixdən 08 noyabr 2018-ci il tarixədək 11 (on bir), 09-10 iyul 2019-cu il tarixlərdə 1 (bir) çağırış etməsi (cəmi 12 çağırış) göstərilmişdir. Bu da 151 saylı MKİS-in aktları ilə yanaşı 50 saylı mənzildən 49 saylı mənzilə mütəmadi olaraq suyun axıldığını bir daha təsdiq edir. Həmin məktubda həmçinin qəza-bərpa briqadası tərəfindən kanalizasiya xəttindəki tutulmanın aradan qaldırılması zamanı “dik dayaq”da əski parçaları, pampers, yaş salfetlərin aşkar edildiyi və zirzəmidə əvvəlki dövrlərdə xətdə konstruktiv dəyişikliklər edilməsi göstərilmişdir. Sözügedən məktubda zirzəmidə xətdə konstruktiv dəyişikliklərin edilməsi ötəri qeyd edilmiş, təfərrüat göstərilməmiş, sözügedən konstruktiv dəyişikliklərin konkret nədən ibarət olması, hansı mənzilə xidmət etməsi göstərilməmişdir. Məhkəmə isə həmin məktubda qeyd edilən “xətdə konstruktiv dəyişikliklərin ümumiyyətlə olub-olmamasını, olubsa, konkret nədən ibarət olmasını və hansı mənzilə xidmət etdiyini araşdırmadan cavabdehin sözlərinə inanaraq həmin “konstruktiv dəyişikliyin” iddiaçının müdaxiləsi nəticəsində yarandığı qənaətinə gəlmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmə kollegiya sının qətnaməni qəbul edərkən istinad etdiyi 2 dəlil, məhkəmə tikinti-texniki ekspertizasının rəyi və "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin məktubu İddiaçı tərəfindən binanın zirzəmisində qalan su və kanalizasiya xətlərinə hər hansı formada müdaxilə etdiyini təsdiq etmir. Məhkəmə kollegiyası Cavabdeh sözlərinə istinad etməklə və həmin dəlillərdən istifadə edərək dolayısı ilə cavabdehə sərf edən mövqe sərgiləməklə gəldiyi yanlış nəticəni pərdələməyə çalışmış, yekun qərar qəbul edərkən mötəbər sübutlara söykənməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qətnaməni əsaslandırmadan cəmi bir cümlə yazaraq işə baxmış Rayon Məhkəməsinin iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəldiyini göstərməklə kifayətlənmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh iddiaçının öz mənzilini t əmir etdirən zaman mənzilə aid kanalizasiya xəttini ümumi xətdən ayırmasını, iddiaçının mənzilində işləyən ustaların ümumi kanalizasiya borusunu zədələdiyini və ya xəttin istiqamətini dəyişdirdiyini iddia etsə də, bunu təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Cavabdeh apelyasiya şikayətində və məhkəməyə verdiyi izahatında onun mənzilindən 49 saylı mənzilə suyun axmasını təsdiq etmiş, lakin suyun axmasında təqsirinin olmadığını göstərmişdir. Cavabdeh iddiaçının su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq səbəbindən onun mənzilindən 49 saylı mənzilə suyun axdığını və bunun baş verməsində iddiaçının özünü təqsirkar olduğunu iddia etsə də, iddiaçının təqsirini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Göründüyü kimi mülki işin materiallarında binanın zirzəmisində yerləşən su və kanalizasiya xətlərinə İddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsini təsdiq edən heç bir dəlil yoxdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz dərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiri b çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri maddi və prossesual hüquq normalarının tələb lərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən isə mübahisə həll edilərkən ümumi normaya Mülki Məcəllənin 1096-cı maddəyə i stinad edilmiş, iddianın birbaşa qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1111.2-ci maddəsi ümumiyyətlə tətbiq edilməmişdir. Həmin normanın tələbinə əsasən isə məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə tikinti-texniki ekspertizasının rəyi və "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin məktubunda İddiaçı tərəfindən binanın su və kanalizasiya xətlərinə hər hansı formada müdaxilə etdiyi götərilməsə də, həmin sənədlərə və cavabdehin izahatına əsaslanmaqla, iddiaçının mənzilinə su axıdılmasında iddiaçının özünün təqsirli hərəkətlərinin olması qənaətinə gəlmişdir. Məhkəmə 29337 saylı, 28.03.2019-cu il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək 50 nömrəli mənzilin kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar 49 nömrəli mənzilə su axıdılmasının mərtəbələrarası örtük konstruksiyalarından su sızmasının müxtəlif səbəblərə (boru xətlərində yaranan qəzalar, sanitar qovşaq avadanlıqlarında əmələ gələn qüsurlar, kanalizasiya borularının çatlamasından, birləşmə yerlərinin keyfiyyətsiz bərkidilməsindən, tıxaclanmalardan, yararsız sanitar qovşaq avadanlıqlarından istifadə edilməsindən, mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən və s.) görə ola bilməsinin qeyd edildiyinə və suyun axıdılmasının cavabdehin təqsiri ilə baş verməsinin ekspert rəyi ilə birmənalı təsdiq olunmamasına istinad edərək kanalizasiya borusunda yaranmış qəzanın cava bdehin davranışı ilə yaranmasının öz təsdiqini tapmaması qənaətinə gəlmiş, lakin eyni ekspert rəyində su axmasının iddiaçının təqsirindən yaranmasının da birmənalı təsdiq edilməməsini nəzərə almamışdır. Ekspert ekspertiza qarşısında qoyulan iddiaçı və cavabdehin mənzilinə aid kanalizasiya xətlərində binanın tikinti layihəsindən kənar qoşulma, düzəliş və ya əlavələrin mövcud olması, əgər varsa həmin əlavələrdən kimi istifadə etməsinin müəyyən olunması barədə suallar qoyulsa da, tədqiq olunan yaşayış evinin mühəndis-kommunikasiya xətlərini əks etdirən tikinti layihəsi ekspertizaya təqdim edilmədiyindən (bu barədə 15.11.2018-ci il tarixdə vəsatət verilmişdir) həmin suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Eyni suallar üzrə apellyasiya məhkəməsi tərəfindən əlavə ekspertiza təyin edi lsə də, 17.03.2020-ci il tarixli məhkəmə ekspertizasını aparılmasında imtina edilməsi haqqında məlumatdan görünür ki, 27.12.2019-cu il tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, lakin binanın altında yerləşən su kanalizasiya borularına baxışın keçirilməsi mümkün olmamışdır. Həmin ekspertizanın keçirilməsinə təkrar cəhd isə ekspertin “Azərsu ASC-nin mütəxəssisləri tərəfindən müvafiq mütəxəssis rəyinin alınması barədə vəsatəti icra edilmədiyindən baş tutmamışdır. Həmçinin "xxxx" ASC-nin Nəsimi rayon Sukanal idarəsinin cavabdehin vəkilinə ünvanladığı 15.08.2019-cu il tarixli, VC-02/2-01/491 saylı məktubunda zirzəmidə xətdə konstruktiv dəyişikliklərin edilməsi ötəri qeyd edilmiş, təfərrüat göstərilməmiş, sözügedən konstruktiv dəyişikliklərin konkret nədən ibarət olma sı, hansı mənzilə xidmət etməsi göstərilməmişdir. Məhkəmə isə həmin məktubda qeyd edilən xətdə konstruktiv dəyişikliklərin ümumiyyətlə olubolmamasını, olubsa, konkret nədən ibarət olmasını və hansı mənzilə xidmət etdiyini araşdırmadan iddiaçıya dəymiş ziyanın iddiaçının çirkab su xəttinə etdiyi müdaxilə nəticəsində xətdə yaranmış nasazlıq nəticəsində baş verməsi, bu kimi halın baş verməsində iddiaçının özünün təqsirkar olması qənaəti əsassız olmuşdur. Göründüyü kimi, ekspertizanın keçirilməsinə iddiaçının hər hansı maneəsi, xətlərin keçdiyi zirzəminin iddiaçı tərəfindən zəbt edilməsi kimi halların mövcud olmasını təsdiq edən hər hansı sübut işdə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübu tlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi boru xətlərində yaranmış qüsurların hansı səbəbdən və kimin təqsirli hərəkəti nəticəsində yaranmasını müəyyən etmədən, binaya aid su və kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanmasının kimin vəzifəsi olduğunu ar aşdırmadan, iş üzrə tərəflərin yaşadıqları binanın çirkab su borularının birinci mərtəbədə yerləşən və birinci mərtəbədən zirzəmiyə gedən hissəsinin iddiaçının hesabına tikinti norma və qaydalarına uyğun olaraq təmir edilərək, işlək vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməsi əsassız olmuşdur. Halbuki, göstərilən hallar araşdırılmadan hüquq pozuntusunun (delikt) törədilməsinin iddiaçının təqsirindən baş verməsini müəyyən etmək mümkün deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının və qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etm işdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki,MPM-in14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərə flərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddianın hansı mötəbər sübutlar əsasında rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsini öz qətnaməsində tam əsaslandırmamış, bununla da maddi və prosse sual hüquq normalarının tələblərini pozaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiаçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-115/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qə