Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5497/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və maraqlı şəxs Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin ləğv edilməsi və əmlakın girovdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3818/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1.Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 800850-031\13 saylı ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 38 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 492,8 kvm ümumi sahədən ibarət qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmiş, həmin müqavilə Gəncə şəhəri 1-ci dövlət notariat kontorunda xx xxxx 2013-cü il tarixdə 3M-1-122 saylı reyestrlə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 ASC və maraqlı şəxs Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka qoyulmuş əmlakın girovdan çıxarılması” tələbinə dair id dia ilə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında xx xxxx 2013-cü il tarixli 800850-031/13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin icrasının təmini üsulu olaraq onunla bağlanmış xx xxxx 2013-cü il tarixli 800850-031/13 saylı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 38 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 492,8 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdır. Ancaq Cavabdeh2 ona ayrılmış krediti təyinatı üzrə istifadə etməmiş və nəticədə götürdüyü pulu banka qaytara bilməmişdir ki, bu da, tələbin onun mülkiyyətində olan evə yönə lməsinə gətirib çıxarmışdır. O, Cavabdeh2 aldığı pulu təyinatı üzrə xərcləməyəcəyindən xəbərdar olsaydı, evinin ipoteka ilə yüklü edilməsinə razılıq verməzdi”. 4.Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(044)-1058/2019 saylı qətnaməsi ilə (hakim Z.A.Hünmətov) İddiaçı Cavabdeh1 ASC-yə və maraqlı şəxs Cavabdeh2 qarşı ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka qoyulmuş əmlakın girovdan çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. 5.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən əsasla ipoteka müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. İddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. 6.Məhkəmə öz mövq eyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 324.1, 324.2, 324.4, 324.5, 331, 337.1, 339-cu maddələrinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27 və 46-cı maddələrinə istinad edərək əsaslandırmışdır. 7.Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(044)-1058/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat 8.İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-3818/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(044)1058/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 9.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmışdır. 10.Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 307.6, 317.1, 319.1, 389.1, 390.1, 390.2, 421.1, 421.2 və 423.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 33-cü maddələrinə istinad edərək əsaslandırmışdır. 11.İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(104)-3818/2019 saylı qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatına qaytar ılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 12.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamışdır. Məhkəmə iddia tələbinin təmin edilməməsi ilə bağlı müqavilə azadlığı və digər hallara maddi hüququ baxımdan hüquqi qiymət vermişdir, lakin məhkəmə müqavilə bağlanarkən müqavilə tərəflərinin həqiqi iradə ifadəsini, aralarında bağlanmış müqaviləni həqiqi hərfi mənası ilə deyil onların əsas razılaşması ilə müəyyən etməlidir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsi öz qətnaməsində ipoteka əmlakına tutmanın yönəldilməsinin əsaslı olmasını göstərsə də, həmin tutmanın yönəldi lməsinə əsas verən ipoteka müqaviləsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun gəlibgəlməməsini araşdırmamışdır. 13.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 16.Ma ddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 17.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 20.Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 21.Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 22.Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 23.Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 24.Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§20). 25.Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§21). 26.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§20). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 27.İş üzrə İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qət namə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 29.Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmışdır. Cavabdeh1 ASC tərəfindən ümumiyyətlə müqavilə şərtləri pozulmamış, və tərəflər arasında bağlanmış müqavilədə, həmçinin mülki qanunvericilikdə göstərilən müqavilənin ləğvi üçün nəzərdə tutulmuş hər hansı bir hal mövcud deyildir. Bu faktın təsdiqi üçün heç bir mötəbər s übut təqdim edilməmişdir. Bundan əlavə iş materiallarından görünür ki, qüvvədə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 63743,07 manat borcunun iddiaçı Məmədəli Novruzovun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, 38 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, 492,8 kvm ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması hesabına ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən isə həmin qətnamə mübahisələndirilməmişdir. 30.Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (§16). Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraqhesab edir ki, hazırki iş üzrə mülki qanunvericilikdə göstərilən müqavilənin ləğvi üçün nəzərdə tutulmuş hər hansı bir hal mövcud deyildir. 31.Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki,mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (§18). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§19). 32.Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§20). 33.Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırki işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, məhkəmənin iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür. 34.Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 35.Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§23). 36.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3818/2019 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi