Məhkəmə qərarları › İş №2(102)-5498/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5498/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5498/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5498/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-677/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsində n İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi cavabdeh ilə bank arasında ipoteka müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməy ə müraciət etmişdir.

3. İddia tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2016-cı il tarixli, 6483F №-li «Kredit müqaviləsi»nə əsasən cavabdehə şəxsi məqsədlərlə istifadə edilməsi üçün 48 ay müddətinə illik 19 faiz hesablanmaqla 66 000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə Bank arasında bağlanmış 08.04.2016-cı il tarixli 6438F №-li Kredit müqaviləsinin təminatı kimi Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsi banka ipotekaya qoyulmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri üzrə ödəmələr həyata keçirilməmişdir. Bununla da, cavabdehin banka hal-hazırda əsas borcu 53,871 manat əsas borcu, 18200 manat faiz bo rcu yaranmışdır. Cavabdehə kredit müqaviləsi üzrə borcunun ödənilməsi üçün xəbərdarlıq məktubları göndərilsə də, o, həmin borcu ödəməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 53,871 manat əsas borcun, 18 200 manat faiz borcunun ümumilikdə isə 72,071 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, ipoteka müqaviləsinə dair əlavə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 73 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin, AR ƏM DK yanında DƏDRX-nin RX seriyalı ******* №-li **********62-051101-083005 reyestr №-li, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra boşaldılması, əmlakın satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcunun ümumi qaydada Cavabdeh tutul ması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi (hakim. R.Xəlilov) ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 53 870,78 manat əsas borcun, 14 390,39 manat faiz borcunun, ümumilikdə isə 68 261,17 manat kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, ipoteka müqaviləsinə dair əlavə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 73 manat rüsum məbləğin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* №-li **********62-051101-083005 reyestr №-li, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 150 000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən pul vəsaitinin pul tələbl ərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin satıldıqdan sonra boşaldılması, əmlakın satışından əldə edilən vəsait pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739-cu maddələrinə istinad etmişdir.

6. Birinci instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) 14.04.2021-ci il tarixli, 2(103)-677/2021 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-236/2020 saylı, 26 fevral 2020ci il tarixli qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilmiş; Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 46583,73 manat (qırx altı min beş yüz səksən üç manat, yetmiş üç qəpik), faiz borcu üzrə 5876,02 (beş min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat olmaqla, ümumilikdə 52.459,75 (əlli iki min dörd yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat tutulmuş, qətnamə cavabdehin apellyasiya şik ayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 739.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı ASC və Cavabdeh kassasiya şikayəti vermişlər. Kas

10. Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin “əsas borc üzrə 46583,73 manat (qırx altı min beş yüz səksən üç manat, yetmiş üç qəpik), faiz borcu üzrə 5876,02 (beş min səkkiz yüz yetmiş altı manat, iki qəpik) manat olmaqla, ümumilikdə 52.459,75 (əlli iki min dörd yüz əlli doqquz manat, yetmiş beş qəpik) manat tutulmuş” hissəsində ləğv edil məsi və həmin hissə üzrə işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üçün əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

13. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üçün əhəmiyyəti olan faktiki hallar aydınlaşdırmamış və mübahisəsini tənzimləy ən qanunvericiliyin tələblərinə əməl edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çək inməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan a) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 08.04.2016-cı il tarixli 6483F saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 66 000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh və digər paylı mülkiyyətçi X1 iddiaçı ilə bağladığı 08.04.2016-cı il tarixli Sonrakı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

26. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehipoteka verən Cavabdeh İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş qəbul edilmişdir. 27. "xxxx" MMC-nin Qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair Hesabatına əsasən Cavabdeh məxsus qeyri-yaşayış binasının bazar dəyəri 150 000 manat təşkil etmişdir.

28. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19183 saylı, 17 sentyabr 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən kred it müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu 05.04.2019-cu il tarixə ümumilikdə 68 261,17 manat, o cümlədən əsas borc üzrə 53 870,78 manat, faiz borcu üzrə 14 390,39 manat məbləğində müəyyən olunmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 9/5393 nömrəli ekspert rəyindən məlum olur ki, cavabdehin banka olan borcu 04.11.2020-ci il tarixə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadının verildiyi tarixə) əsas borc üzrə 46583,73 manat, 5876,02 manat faiz borcu təşkil edir.

30. Apellyasiya Məhkəməsi haqlı olaraq ekspert rəyinə əsaslanaraq borcun məbləğini müəyyən etmişdir. Çünki nə iddiaçı və nədə cavabdeh tərəf ekspert rəyini şübhə alıtna alan hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər.

31. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.metr qeyri-yaşayış sahəsinin likvid dəyəri müəyyən edilməsi sualı qoyulmuşdur. MBA LTD” MMC-nin MB 14/0129 saylı, 03.02.2021-ci il tarixli məlumatından görünür ki, ekspert tərəfindən mənzilə baxış keçirilməsinə cavabdeh şərait yaratmağından, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 113 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.met r qeyri-yaşayış sahəsinin likvid dəyəri müəyyən edilməmişdir. İddiaçı tərəf həmin halı mübahisələndirməmişdir. Ona görə kollegiya həmin hissə ilə bağlı məhkəmənin mövqeyi ilə razılaır.

32. Kassatorlar yekun qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması ilə bağlı aydın dəlil irəli sürməmiş, işin faktiki hallarının tam araşdırılmamasını qeyd etmişlər.

33. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. İşə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlillər əsassızdır. Həmin hallarla bağlı kassa torlar heç bir sübut təqdim edə bilməmişlər.

35. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-677/2021 nömrəli, 14.04.2021-ci il tarixli qətnaməsi kassatorlara aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar