Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-55/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nizami oğlunun cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənclərin verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3932/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə İddiaçı Nizami oğlu arasında 12 iyul 2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Babayev X2 hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 3. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 25 iyul 2011-ci il tarixli 648 nömrəli əmri ilə xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. 4. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 05 sentyabr 2011-ci il tarixli 895 nömrəli əmri ilə xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə kimi DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun iş qrafiki 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilmiş və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. 5. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 30 sentyabr 2011-ci il tarixli 1028 nömrəli əmri ilə DNMHQİT sexinin mühəndisi İddiaçı Nizami oğlunun 8 saatdan 12 saatlıq iş qrafikinə keçirilməsi müddəti xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci ilə kimi uzadılmış və qrafik dəyişikliyinə görə əlavə haqqın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. 6. 01 iyun 2017-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi Metalkonstruksiyalar üzrə mühəndis/Neft-Qaz-Mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsi, mühəndislik və inspeksiya qrupu, tikinti departamenti vəzifəsinə keçirilsin.” 7. 21 iyul 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 1.4-cü bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: “işçi əməliyyat departamenti, mühəndislik və inspeksiya qrupuna Metalkonstruksiyalar üzrə mühəndis vəzifəsinə keçirilsin. 8. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən İddiaçı Nizami oğluna ünvanlanmış 27 iyul 2021-ci il tarixli BE/01-436 nömrəli “əmək müqaviləsinə xit am verilməsi barədə” xəbərdarlıqla iş həcminin azalması səbəbindən Nümayəndəlikdə işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi qərara alınmışdır. Bununla əlaqədar Metalkonstrulsiyalar üzrə mühəndis vəzifəsi 29 sentyabr 2021-ci il tarixdən ləğv ediləcəkdir. 9. “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 27 sentyabr 2021-ci il tarixli 234 nömrəli əmri ilə İddiaçı Nizami oğlu ilə nümayəndəlik arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyindən onun xeyrinə istirahət və bayr am günləri işə görə (hesablanmaqla) 2208 manat məbləğində normadan artıq işə görə əmək haqqının, iş vaxtından artıq işlərdə əlavə vaxtda işlədiyinə görə 41.952 manat məbləğində normadan artıq işə görə əmək haqqının (xx.xx.2010-xx.xx-2014-cü illər), xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə ona ödənilməmiş 2263,8 manat məbləğində əmək haqqının, 65.163 manat dəniz əmsalına görə əlavə pulun, 20.050,8 manat susuzluğa görə əlavə, 40.101,6 manat gecə puluna görə əlavə əmək haqqının, 1531,2 manat üzvlük haqqının ödənilməsi (geri qaytarılması) və manatın inflyasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə (173.270,4 manat) 50% əlavə olunmaqla 259.905,6 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əlavə işlərd ə, həmçinin iş vaxtından artıq, istirahət və bayram günlərində işləmiş, bununla əlaqədar ona əlavə əmək haqqı ödənilməmişdir.
12. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında Həmkarlar İttifaqı Komitəsinə üzv olmadığını bildirmiş və heç bir üzvlük haqqı ödəmədiyini qeyd etmişdir. Halbuki, təqdim edilmiş sənəddən görünür ki, iddiaçı özü şəxsən cədvələ üzvlük haqqının tutulmasına etiraz etməməsi barədə imza çəkmişdir. Həmçinin, iddiaçı bildirir ki, qeyd olunan sənəd 2007-2008-ci illərə aid sənəddir, lakin belə deyil. X8 şirkəti xx.xx.2010-cu ildən fəaliyyətə başlamışdır və həmin dövrədək olan sənədlərin hamısı AZNEFT-in arxivindədir. Onları n həmin sənədlərə əlçatanlığı yoxdur və mümkün deyil. Əgər iddiaçı haqlı olsaydı, işlədiyi bu illər ərzində üzvlük haqqının geri ödənilməsi ilə bağlı iddia qaldırardı. İddiaçı yalnız əmək müqaviləsinə xitam verildikdən sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iş qrafikinin dəyişməsi ilə bağlı əlavə işləməsinə razılıq vermədiyini bildirmişdir. Halbuki, yenə də tərəflərindən təqdim edilmiş ərizələrdən görünür ki, hər dəfə iş qrafikinin dəyişməsi ilə bağlı iddiaçıdan ərizə alınmış və əlavə haqqın ödənilməsi təmin edilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınması və həmçinin iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il ta rixli, 2(010)780/2023 saylı qətnaməsi ilə (hakim T.Mahmudova) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, İddiaçı Nizami oğlu xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə təkliflə müraciət etmiş, lakin cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi mediasiyada iştirak etmədiyi üçün xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialla rı araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi mediasiyada iştirakla bağlı məlumatlandırılmamışdır (2(010)-4514/2022 nömrəli işlə bağlı müvafiq sənədlər iş materiallarına əlavə edilir). Bundan sonra iddiaçı, xx.xx.2022-ci il tarixdə təkrarən mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən hazırki iş üzrə iddia müddəti 1 il təşkil edir. İddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyindən, iddia müddətinin axımı Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdən sonrakı gün, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır.
15. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti hesablanarkən nəzərə alınmamalı olan müddətlər aşağıdakı kimidir: İddiaçının ilk dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022) və ikinci dəfə mediasiyaya müraciət etdiyi müddət (xx.xx.2022-xx.xx.2022). Qeyd olunan müddətlər çıxıldıqdan sonra geri qalan aşağıdakı müddətlər iddia müddətinə hesablanmalıdır: İddiaçının işdən çıxdığı tarixdən ilk dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2021- xx.xx.2022, 10 ay 18 gün), ilkin mediasiyanın qurtardığı vaxtdan ikinci dəfə mediasiyaya müraciət etdiyi tarixədək olan müddət (xx.xx.2022-xx.xx.2022, 2 ay 15 gün), sonrakı mediasiyanın qurtardığı vaxtdan hazırki iddia ərizəsilə məhkəməyə müraciət etdiyi vaxtadək olan müddət (xx.xx.2022-xx.xx.2022, 4 gün). Məhkəmə iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi tarixdən işin baxılmamış saxlandığı tarixədək olan müddəti (xx.xx.2022xx.xx.2022) də iddia müddətinə hesablamışdır. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. İddiaçı hüququnun pozulduğunu bildiyi andan 1 il 1 ay 7 gün sonra hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə iddiaçının “buraxılmış prosessual müddətin bərpası”na dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə Əmək Məcəlləsinin 296.6-cı maddəs ində nəzərdə tutulmuş üzrlü səbəblərin, yəni müddəti bərpa etmək üçün qanunda müəyyən olunmuş əsasların (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər) olmadığı üçün buraxılmış müddət bərpa edilə və mübahisəyə mahiyyəti üzrə baxıla bilməz.
17. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 87, 95, 154, 159, 296-cı, Mülki Məcəllənin 368, 372, 375, 379, 381-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanuna, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrini n şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılaraq göstərilmişdir ki, iş vaxtından artıq, normadan artıq və əlavə işlərə və s. cəlb edilərək işləməyi ilə əlaqədar faktları həmin vaxt onunla birlikdə işləmiş qaynaqçı və çilingər işləmiş şəxslər də təsdiq edə bilərlər. Onların məhkəmə baxışına dəvət olunaraq izahatlarının alınması ədalətli və məqsədəmüvafiqdir. Bununla əlaqədar məhkəmə prosesində iki dəfə vəsatət versə də nədən sə hakim təmin etməmiş, şahidləri dindirməmişdir.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, “19772017-ci illər ərzində “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində qüllə quraşdıran vəzifəsində işləmişdir. İddiaçı ilə 2010-2011-ci illərdə dənizdə bir yerdə işləmişdir. Bəzən iş vaxtından artıq işləyirdilər, konkret tarixlər yadında olmasa da, işi yekunlaşdırmaq üçün gecə də qaldıqları vaxt olmuşdur. Gecə qalmaları bəzən rəsmiləşdirilir və haqqı ödənilirdi, bəzən isə rəsmiləşdirilmir və ödənilmirdi. 20132014-cü ildən sonra iddiaçı ilə birlikdə işləməmişlər. 10-15 gündən bir olurdu ki, iddiaçı gecə qalırdı.”
21. X1 ifadəsində göstərmişdir ki, “o, əsasən daxili estakadada işləmişdir. 2008-2021-ci ilin iyun ayına qədər işləmişd ir. Çilingər vəzifəsində işləmişdir. İddiaçı mühəndis işləyirdi, onu daimi olaraq estakadada görmüşdür.”
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3932/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-780/2023 saylı iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Nizami oğlunun cavabdeh “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s. tələbinə dair” iddiası rədd edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının ilkin olaraq məhkəməyə m üraciət etdiyi tarixdən işin baxılmamış saxlandığı tarixədək olan müddəti də iddia müddətinə hesablamaqla prosessual pozuntuya yol vermişdir. Belə ki, iddia məhkəmə tərəfindən baxılmamış saxlandıqda, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir, yəni işin məhkəmənin icraatında olduğu müddət iddia müddətinə daxil olmur. Buna görə də qətnamə ləğv edilməlidir.
24. İddia ərizəsindən görünür ki, iddiaçının hazırki tələbi bir neçə hissədən ibarətdir.
25. İddia tələbinin əsaslandırılmasına görə xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövr ərzində vəzifə maaşının birtərəfli qaydada 20% (161,7 m.) kəsilməsini, yəni azaldılaraq 646,8 manat olmasına görə yaranmış fərq olaraq ona (161,7x14 ay) 2263,8 manat ödənilməlidir.
26. Apellyasiya baxışı zamanı iddiaç ı bildirdi ki, pandemiya ilə əlaqədar olaraq 18 iyun 2020-ci il tarixli “əmək müqaviləsinə əlavə razılaşma”ya əsasən 000757 saylı əmək müqaviləsinin 4.1-ci bəndi dəyişdirilərək aylıq vəzifə maaşı 646,80 manat müəyyən olunsa da, o, buna etiraz etdiyi üçün maaşı dəyişilməz olaraq qalmış və 808,5 manat almışdır. Bu hal hesabdan çıxarışlarla da təsdiq olunur.
27. Odur ki, iddia tələbinin bu hissə artıq mübahisə predmetinə daxil deyildir.
28. Daha sonra iddiaçı göstərmişdir ki, xx.xx.2010-cu ildən xx.xx.2014-cü ilədək 8 saat əvəzinə 12 saat işləmiş, normadan artıq işlədiyi 3 il 2 ay 3x14 = 52 ayda isə hər ayın 15 gününü işdə, 15 gününü evdə olmuşdur. Deməli, 15 gün x 4 saat = 60 saat x 52 ay = 3120 saat. 808,5 manat əmək haqqının 1 saatı üçün əmək haqqı 4,6 manat edir. Yəni, 3120 saat x 4,6 man at = 14352 x 2 = 28.704 manat, ona 14.352 manat əlavə ödənilməlidir.
29. Bundan başqa xx.xx.2014-cü ildən 8 saatlıq iş qrafikinə keçmiş, 2015-ci ilin yanvar ayından “Qum-dəniz” yatağında çalışmaqla bərabər hər ay ən azı 4-5 dəfə gəmi ilə “Bahar” yatağının müxtəlif DSÖ-lərində platformanın ümumi vəziyyətini, gəmi yanalma meydançalarının vəziyyətini, körpülərin vəziyyətini, quyuağzı işçi meydançasının vəziyyətini, rlatformalır dayaqlarının (svay) vəziyyətini, məhəccər, su, neft, qaz dirəklərinin (stoyak-dənizə enən) inspeksiyasını və təmirini həyata keçirmək məqsədi ilə getmişdir. Beləliklə, xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək olan dövrdə dənizdə normadan artıq əlavə işlərə cəlb edilmiş və bu 6 il – 72 ay ərzində hər ay azı 2 dəfə bu hal olmuşdur. Nəticədə 144 dəfə, hər dəfə gecə vaxtla rı da daxil olmaqla 10 saatdan artıq vaxt ərzində normadan artıq işlərə cəlb olunmuş və bunların saatı 10 x 144 = 1440 saat təşkil edir. Bunun pul ifadəsi ilə 1440 saat x 4,6 m = 6624 m x 2 = 13.248 manat təşkil edir.
30. Bundan başqa iddiaçı hesab edir ki, qanunvericiliyə görə istirahət və bayram günlərində işə görə əmək haqqı 2 qat məbləğdə ödənilir. Onun əmək haqqı ada əmsalı (dəniz əmsalı), susuzluğa görə, gecə vaxtı işə görə, istirahət və bayram günlərində işə görə əlavə ödənişlər ödənilməklə formalaşmalı idi. Dənizdə işləməyə görə tarif (vəzifə) maaşına 65% əlavə əmək haqqı, susuzluğa görə 20% əlavə ödəniş hesablanmalı, eləcə də axşam saatlarında işə görə əmək haqqının 40% miqdarında əlavə ödəniş edilməli idi: istirahət və bayram günlərində işə görə - 2208 manat; - gecə vaxtı işə gör ə - 40.101,6 manat; - susuzluğa görə - 20.050,8 manat; - dəniz əmsalına görə isə əmək haqqının 65% ilə göütürüldükdə: 525,5m x 52 = 27.327,3 m; 525,5 m x 72 = 37.836 m. Cəmi: 65.163 manat.
31. Bundan başqa ödənilməli olan əmək haqları 2010-2014 və 2015-2021-ci illərə aiddir. Həmin illərdən indiyədək manatın məzənnəsi 55-60 %-dək devalvasiyaya uğramış və ya istehlak qiymətləri indeksi həmin illərə nisbətən 355 % təşkil etmişdir (AMB və DSKnın arayışları). Manatın inflyasiyasının səviyyəsinə uyğun olaraq ümumi məbləğə (173.270,4 manat) 50% əlavə olunmaqla 259.905,6 manat təşkil edir.
32. Nəhayət, iddiaçı hesab etmişdir ki, Həmkarlar İttifaqına ödədiyi 1531,2 manat üzvlük haqqı geri qaytarılmalıdır.
33. Cavabdeh tərəf iddianı əsassız hesab edərək bildirmişdir ki, iddiaçının əmək haqqı həmişə yerinə yetirilmiş işlərə uyğun hesablanaraq ödənilmişdir. Əks təqdirdə iddiaçı bu qədər zaman gözləməzdi. Pandemiya dövründə işçilərin maaşı 20% azaldıldıqda iddiaçı buna etiraz etdiyi üçün onun maaşı dəyişməmişdir.
34. Cavabdeh tərəf həmçinin iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
35. Qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır.
36. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə işdən çıxmışdır.
37. Kollegiya qeyd etmişdir ki, iddiaçı işdən çıxdığı tarixdən əvvəlki bir ilə qədər olan dövr üzrə iddia müddətini ötürmüşdür. Ona görə də proses sual qənaət prinsipi baxımından həmin dövr üçün hər hansı araşdırma aparılmadan həmin hissələrdə iddia tələbi rədd edilməlidir.
38. Son bir il üzrə iddia tələbinə münasibətdə isə Kollegiya qeyd etmişdir ki, iddiaçı tələbini təsdiq edən halları sübuta yetirə bilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni hansı tarixlərdə və hansı müddətdə əlavə işlərə cəlb olunması ilə bağlı hər hansı konkret məlumat təqdim edə bilmir, tələbini ümumi sözlərlə əsaslandırır (mütəmadi olaraq, demək olar ki, hər həftə və s.). Cavabdeh isə iddiaçının dəlillərini qəbul etmir və bildirir ki, iddiaçıya əmək haqqı əmək qanunvericiliyinə uyğun şəkildə ödənilmiş, iddiaçının bununla bağlı heç vaxt heç bir etirazı olmamışdır.
39. İddiaçı sübut kimi şahid ifadələrinə istinad etsə də, şahid if adələri də müfəssəl deyil, ümumi sözlərdən ibarətdir. Ona görə də həmin ifadələr iddianı təsdiq edən sübut kimi qəbul oluna bilməz.
40. Həmkarlar Təşkilatına ödənilmiş üzvlük haqqı ilə bağlı iddiaçının ərizəsi olmuşdur və həmin ödənişin (son bir il üçün) geri qaytarılması da yolverilməzdir.
41. İddiaçı hazırkı tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyi üçün iddia tələbi rədd edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 87, 95, 154, 159, 296 və 381-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 394-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməs i barədə qərar qəbul olunmasını xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarından ibarət olmaqla apellyasiya şikayətində göstərilənlərlə eynilik təşkil etmiş, qeyd olunmuşdur ki, Bakı Apellyasiya məhkəməsi qanunsuz və əsassız qətnaməni çıxarmaqla yalnız cavabdehin maraqları baxımından hərəkət etmiş, iddiaçının ailə üzvlərinin hüquqlarını və qanuni maraqlarını ciddi və kobud şəkildə pozmuş, qeyd olunan qanunvericilik normalarının tələblərini ciddi və kobud şəkildə pozmaqla çıxarmış olduğu həmin qətnamə ilə iddiaçının və ailə üzvlərinin hüquqlarını ciddi təhlükə qarşısında qoymuşdur. Bakı Apellyasiya məhkəməsi işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, eyni zamanda bir sıra prosessual hüquq normalarının tələ b və göstərişlərini də pozmuşdur. Belə ki, Bakı Apellyasiya məhkəməsi tərəfindən hazırkı işə baxılıb qətnamə çıxarılan zaman Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası Konstitusiyasının 35, 37-ci maddələrinin, Əmək Məcəlləsinin 165, 42 və 43-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə, iddiaçı tərəfə qarşı tam qərəzli mövqe tutmuş, iddiaçının dediklərini, verdiyi izahatları və izahatlar verərkən səsləndirdiyi f ikirləri, izahatlar verən zaman istinad etdiyim fakt və sübutları, dəlilləri, təqdim edilən sənədləri tam qanunsuz və əsassız olaraq nəzərə almamış, nəzərə almaq istəməmiş, iddiaçı tərəfə qarşı tam qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3932/2023 saylı qətnaməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 217.1, 217.2, 217.3-cü maddələrinin tələblərinə və AR-sı Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarının 2.1, 2.2 və 2.4-cü maddələrinin tələblərinə zidd olduğundan həmin qətnamə qanuni və əsaslı hesab oluna bilməz və ona görə də ləğv edilməlidir.
45. Kassasiya şikayətinin hüq uqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 31, 35, 37, 60 və 71-ci maddələrinə, Əmək Məcəlləsinin 165, 42, 43-cü maddələrinə, Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88 və 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilənlərin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
47. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
48. Mad də 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
49. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi
50. Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
51. Maddə 95.1. İş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələ rin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
52. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
53. Maddə 159.1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
54. Maddə 296.2. İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdir ilmədən biləbilə qəsdən pozulduğu gündür.
56. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Mülki Prosessual Məcəllə
57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının poz ulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının bir sıra tələbləri üzrə iddia müddəti keçmişdir, qalan tələblərin əsasında duran hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzr ə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamən in ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3932/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.