Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-550/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna kompensasiya ödənilməsi tələbinə dair iş üzrə qarşı əmanətə görə QƏRARİ (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2468/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materiallarında olan İddiaçı ilə «Texnika Bank» ASC arasında bağlanmış 18 fevral 2015-ci il tarixli 210FM**********8 nömrəli Standard depozit müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən 50.000 Avro məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlərin ödənilməsi “hər ay” şərti ilə nəzərdə tutulduğu halda illik 6 faiz, faizlərin ödənilməsi “müddətin sonunda” şərti ilə nəzərdə tutulduğu halda isə illik 6.3 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 12 ay müddətinə bağlanmışdır. 10.02.2016-cı il tarixd ə «Texnika Bank» ASC-nin ləğv prosesinə başlanmışdır. 17.07.2016-cı il tarixli "xxxx" ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı 30000 manat məbləğində kompensasiya ödənilmişdir. Əmanətçi haqqında məlumatdan sığorta olunmayan məbləğin 32953,99 Avro təşkil etdiyi müəyyən edilmişdir. 13.02.2017-ci il tarixli 142 nömrəli qəbzin surətindən görünürki, kreditor İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında 32953,99 Avro məbləğində kreditor tələbi qeydə alınmışdır. İddiaçı tərəfindən Ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanan 25.02.2016-cı il tarixli ərizənin surətindən görünür ki, İddiaçı hesabında olan 32953,99 Avro məbləğində pulun qaytarılmasını xahiş etmişdir. Əmanətlərin Sığortalanması X1 2009- cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarı ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərarı ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə 32953,99 Avro məbləğində pulun tutularaq, ödənilən günün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı valyutasında ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi ni onunla əsaslandırmışdır ki, "xxxx" ASC arasında 18 fevral 2015-ci il tarixli №210FM**********8 saylı əmanət bank əmanəti müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 6%, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% 19 fevral 2016-ci il tarixinədək 50.000 Avro məbləğində pul qoyulmuşdur. Həmin müqaviləyə əsasən Əmanətlərin Sığortalanması Fonduna sığorta haqqı ödənilmiş və həmin əmanət qorunan əmanət hesab edilən əmanətlər kimi Fond tərəfindən sığortalanmışdır. Qeyd edilən müqavilənin tələblərinə əsasən tərəflər arasındabağlanılmış müqavilənin bitdiyi gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə həmin günə Bankdan qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası ləğv edilmiş və kütləvi informasiya vasitələri ilə elan edilmişdir. Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna mənə məxsus 50.000 Avro məbləğində pulu mənə qaytarılması barədə müraciət etməyimə baxmayaraq, həmin pul məbləğinin 30.000 manat məbləği milli valyuta ilə ödənilmişdir. Əmanətinin böyük bir məbləği yəni 32.953.99 Avro ödənilməmişdir. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən Bankda iddiaçıya məxsus əmanətin illik faizlərin hər ay ödənilməsi şərti ilə 6 %, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% müəyyən edilmişdir. Lakin, Bank tərəfindən sığorta hadisəsi baş verdiyi halda əmanətinin tam məbləğdə iddiaçıya öd ənilməməsi barədə məlumatlar bildirilməmiş və müqavilədə göstərilməmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin 13 fevral 2017-ci il tarixli142 №-li qəbzindən görünür ki, iddiaçıya məxsus əmanət qeydiyyata alınmışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən əvvəlcədən əmanətin tam qaytarılmaması barədə müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı məlumat verilməmişdir. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, əmanətçi 18.02.2015-ci il tarixində 50.000 Avro miqdarında pul vəsaitini illik 6 faiz olmaqla "xxxx" ASC-yə yerləşdirilmişdir. Həmin dövr üzrə qüvvədə olan qanunvercilik “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə ə manətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun bu müddəasına əsasən hazır ki iş üzrə iddiaçıya yerləşdirdiyi avroəmanətinin 30.000 manat ekvivalentində kompensasiya ödənilmişdir. Həmçinin Əmanət müqaviləsinin özündə belə əmanət kompensasiya olan zaman hazırda qüvvədə olan qanunvericiliyə əsasən kompensasiya edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq, bu əmanətin qalıq hissəsinə aid tələb isə tərəflərindən “Banklar haqqında” Qanunun 76, 77 və 82-ci maddələrinə uyğun olaraq müvafiq qaydada qeydə alınaraq, kreditorların reyestrinə daxil edilmiş və növbəlilik çərçivəsində ödəniləcəkdir. Həmçinin kreditorların reyestri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təsdiq edilmişdir. Təsdiq edilmiş kreditor tələblərinin qeydiy yatına dair qərardaddan şikayət nəzərdə tutulduğu halda tərəf qərarı mübahisələndirməmişdir. Bütün bunlardan əlavə, əmanət banka yerləşdirilən zaman “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməmiş və qüvvəsini almamış, həmin Qanun 2016-cı il mart ayının əvvəli öz qüvvəsini almış və həmin dövrdən sonra Banklara yerləşdirilmiş əmanətlər X3 müəyyən etdiyi faiz dərəcələrinə uyğun gəldiyi tam sığortalanaraq kompensasiya edilmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan b ütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il 9 ay müddətində tam sığortalanır. Fond əmanətçilər üçün kompensasiya olunacaq məbləğlə bağlı ərizələri kompensasiya haqqında bildirişin dərc edildiyi gündən 1 il ərzində qəbul edir. Lakin vətəndaşın bu tələblə bağlı ərizəsi Fonda ünvanlanmamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3935/2020 nömrəli (hakim Mustafayeva Solmaz) 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 32953,99 Avro məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddi açı ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyinə görə "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 18 fevral 2015-ci il tarixli əmanət (depozit) müqaviləsinə əsasən iddiaçı tərəfindən yerləşdirilmiş əmanət üzrə faiz dərəcəsi həmin əmanətin cəlb edildiyi günə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsindən artıq olmamışdır. Məhkəmə “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü və 5.1-ci maddəsinə əsaslanaraq, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiyanın əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutul an şərt tətbiq edilmədən ödənilməsi barədə müddəaya əsaslanaraq əmanətin tam kompensasiya olunması qənaətinə gəlmişdir. Həmçinin məhkəmə cavabdehin etirazını iddiaçı tərəfindən Fonda mütaciət müddətinin ötürülməsi hissəsində də əsaslı hesab etməmiş və göstərmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiqedən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Buna görə də, iddiaçı kompensasiya almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, beş illik müddətdən yararlanaraq, hazırki iddia tələbini irəli sürmüşdür. Beləliklə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında imzalanmış “Standart” əmanət (depozit) hesabı haqqında 18 fevral 2015-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən xarici valyutada olan əmanət üzrə illik faiz dərəcəsi 6.3 % müəyyən edildiyindən, həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Azərbaycan Əmanətlərin Sığortalanması X1 müvafiq qərarına əsasən iddiaçının əmanəti qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid oduğundan tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin 2(006)-3935/2020 nömrəli, 28.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, R.Həsənov) 2(103)-2468/2021 nömrəli, 04.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmədən, Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, rayon məhkəməsi, “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunların tələblərinə və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16.09.2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, “Əma nətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsinin baş verdiyini, iddiaçı ilə Bank arasında bağlanmış 18.02.2015-ci il tarixli “Əmanət müqaviləsi” müqaviləsinə əsasən xarici valyutada qoyulmuş əmanət üzrə illik faiz dərəcəsinin 6 (6,3) faiz həddində müəyyən edildiyini və beləliklə də əmanət məbləğinin tam sığortalı əmanət kateqoriyasına aid edildiyini nəzərə alaraq, iddiaçının əmanət məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə görə qorunan əmanətlərə aid olması, ona görə də iddianın əsaslı olması qənaətinə gəlməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-2468/2021 nömrəli, 04.06.2021ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassator qeyd etmişdir ki, məhkəmənin əsaslandırmasından müəyyən etmək mümkün deyildir ki, hansı qanunvericilik aktına əsasən iddianı təmin edilməsini haqlı saymışdır. Belə ki, hazırkı əmanət müqaviləsi üzrə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun tələbləri tətbiq edilməli idi. Daha dəqiqi “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsi tətbiq olunmalı və həmin maddədə göstərilən qaydada kompensasiya ödənilməli idi. Həmin qanunun 26.1-ci maddəsində göstərilmişdir ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qətnamədən belə qənaət ə gəlmək olur ki, ümumiyyətlə məhkəmə bu normadan məlumatlı olmamış, aşkar qərəz nümayiş etdirərək əsaslandırılmamış qətnamə qəbul etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən yuxanda da qeyd edildiyi kimi Qanunun 26.1ci maddəsi tətbiq edilmiş və 30000 manatdan çox olmamaq şərtilə iddiaçıya kompensasiya ödənişi həyata keçirilmişdir ki, bu da işin mübahisəsiz halıdır. Məhkəmənin “Əmanətlərin tam sığortalanması haqqında” Qanunu tətbiq etməsi əsassızdır. Belə ki, həmin Qanun 02 mart 2016-cı il tarixində qəbul olunub, "xxxx" ASC-də isə sığorta hadisəsi(bankın ləğv edilməsi) 10 fevral 2016-cı ildə baş vermişdir. Göründüyü kimi Qanun Bankın lisenzasiyasının ləğv edilməsindən 1 ay sonra qəbul edilmişdir. Bu halda həmin qanunun bu mübhisəyə tətbiq edilməsi sadəcə mümkünsüzdür. Digər tərəf dən məhkəmə öz qətnaməsində dəfələrlə Əmanətlərin Sığortalanması X1 16 sentyabr 2016-cı il tarixli qərarını( 3 % dərəcəsi ilə bağlı) sadalamış, lakin əmanətin hansı səbəbdən Himayəçilik Şurasının bu qərarının təsiri dairəsinə düşməsini əsaslandırmamışdır. İddiaçının hazırkı tələbi “Banklar haqqında” Qanunun müvafiq maddələrinə əsasən 13 fevral 2017-ci il tarixli 142 nömrəli qəbzə əsasən kreditor tələbi kimi qeydə alınmışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Azər Məmmədov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəm ə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 944.1. bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Qanun (münasibətlər yaranan zaman qüvvədə olan redaksiyası) Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığort alanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanun Maddə
3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfin dən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Maddə 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması X1 müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Maddə 4.2. Müvafiq olaraq müddəti qurta rmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Maddə 5.1. Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Maddə 5.2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sü rülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Kassator kassasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq hesab edir ki, məhkəmə göstərilən nəticələrinə gələrkən tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, "xxxx" ASC ilə iddiaçı arasında 18 fevral 2015-ci il tarixli №210FM**********8 saylı əmanət bank əmanəti müqaviləsinə əsasən illik faizlərin hər ay ödənilməsi şərti ilə 6%, faizlərin ödənilməsi müddətin sonunda şərti ilə nəzərdə tutulduğu halda illik hesablanmaqla 6,3% 19 fevral 2016-ci il tarixinədək 50.000 Avro məbləğində pul qoy ulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-nin bank kimi fəaliyyət göstərməsi lisenziyası 10.02.2016-cı il tarixdə ləğv edilmiş və kütləvi informasiya vasitələri ilə elan edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı əmanət müqaviləsi üzrə sığorta hadisəsi baş verən vaxt qüvvədə olan “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsi tətbiq olunmalı və həmin maddədə göstərilən qaydada kompensasiya ödənilməli idi. Həmin qanunun 26.1-ci maddəsində göstərilmişdir ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfində n yuxarıda da qeyd edildiyi kimi Qanunun 26.1 -ci maddəsi tətbiq edilmiş və 30000 manat məbləğində iddiaçıya kompensasiya ödənişi həyata keçirilmiş, qalan məbləğ isə kreditorların reyestrində kreditor tələb kimi qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə 02.03.2016-cı il tarixdə qəbul edilmiş «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun müddəlarının tətbiq edilməsi və əmanətin tam kompensasiya olunması barədə məhkəmlərin mövqeyü düzgün omamışdır. Belə ki, "xxxx" ASC-də isə sığorta hadisəsi(bankın ləğv edilməsi) 10 fevral 2016-cı ildə baş vermişdir. Qeyd edilən Qanun isə bankın lisenzasiyasının ləğv edilməsindən 1 ay sonra qəbul edilmişdir. Bank lisenziyası ləğv edildiyindən «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublik asının Qanununun 3-cü, 4-cü və 5-ci maddələrinin hazırki iddiaya tətbiq edilməsi düzgün olmamışdır. Çünki həmin maddələrdə müddəti qurtarmamış, bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan əmanətlərdən söhbət gedir. İddiaçının əmanət müqaviləsi isə bu tələblərə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur. Buna görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2468/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fondundan əmanətə görə 32953,99 Avro məbləğində pulun tutulması barədə iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.