Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5504/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019-cu il tarixli 2(103)1833/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.H.Ataşova, iş № 2(011)-2899/2017) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləs i üzrə borcun qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş № 2(103)9013/2017) bankın şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, bankın Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə ümumilikdə 4.508.04 manat məbləğində əsas və faiz borcunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, M.T.Əhmədova və Ə.G.Nurməmmədov, iş № 2(102)-119/18) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) bankın apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 07 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, bankın iddiasının qismən təmin edilib bankla Cavabdeh1 arasında bağlanmış 18 may 2016-cı il tarixli istehlak krediti müqaviləsi üzrə yaranmış 4.322,29 manat məbləğində əsas borcun, əsas borca hesablanmış 186,11 manat məbləğində faiz borcunun cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq banka ödənilməsi qət edilmişdir. İşin halları: 18 may 2016-cı il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 arası nda istehlak krediti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik istifadə dərəcəsi 28 faiz olmaqla 4.718 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2lə zaminlik müqavilələri bağlanmışdır. 2017-ci ilin fevral ayında bank borcluya və zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclunun kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 18 yanvar 2017-ci il tarixə banka 4508.4 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun cavabdehlərdən alınaraq banka verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. K assasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərb aycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bankla Cavabdeh1 arasında istehlak krediti müqaviləsi 18 may 2016-cı il tarixdə bağlanmış, 26 iyun 2016-cı il tarixdə isə Cavabdeh1 vəfat etdiyi üçün onun barəsində işin icraatına xitam verilmişdir. Kredit müqaviləsi üzrə zaminlər hesab edirlər ki, borclunun vəfat etməsi ilə əlaqədar borc onun mirası qəbul etmiş vərəsələrindən tələb edilməlidir. Lakin bank tərəfindən məhkəməyə mirasın qəbul edilməsi barədə sübut təqdim olunmadığından onlara münasibətdə zaminliyə xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi zaminliyə xitam verilməsinin əsaslarını müəy yən edən Mülki Məcəllənin 477-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, cavabdehlərin göstərdiyi əsasla zaminliyə xitam verilməsi qanunun həmin normasında nəzərdə tutulmadığından onlara münasibətdə zaminliyə xitam verilməsi üçün əsaslar yoxdur. Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-41 9-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5504/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5504/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver