Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5508/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqı tələbi 25.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4824/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı 16.10.2018-ci il tarixdə X komputer operatoru vəzifəsinə işə qəbul olunmuş, 16.09.2019-cu il tarixdən etibarən Universitetdə köməkçi vəzifəsində işləmiş və aylıq maaşı 250 manat təşkil etmişdir. 30.06.2020-ci ildə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən (müqavilənin müddətinin bitməsinə görə) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh müəssisə İddiaçı 2020-ci ilin yanvar-iyun ayları üçün əmək haqqını, eləcə də son haqq-hesabı ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin iyul ayına kimi X müxtəlif vəzifələrdə işlədiyini, son vəzi fəsinin 2020-ci ilin fevral ayından 01 iyul 2020-ci ilədək köməkçi məlumat bazası olduğunu, üzərinə düşən işləri qüsursuz yerinə yetirdiyini, 30 iyun 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edildiyini, son dəfə 2019-cu ilin dekabr ayının əmək haqqını aldığını və 2020-ci ilin 6 ayının (yanvar-iyun) əmək haqqının ona ödənilmədiyini, işdən çıxmasından 2 aydan çox vaxt keçməsinə baxmayaraq onunla hələ də son haqq-hesab aparılmadığını bildirmiş, buna görə də X1750 manat əmək haqqının və əmək haqqının 8 ay gecikdirilməsinə görə azı bir faizi məbləğində ödənişin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayonundan məcburi köçkündür. 2018-ci ilin oktyabr ayından 2020-ci i lin iyul ayına kimi Cavabdehndə müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin fevral ayından 01 iyul 2020-ci ilədək köməkçi məlumat bazası vəzifəsində işləmişdir. Üzərinə düşən işləri qüsursuz olaraq yerinə yetirmişdir. Hətta mövcud pandemiya səbəbindən tətbiq edilmiş sərt karantin rejimində belə ona icazə alınmış, iyunun 21-dən 30-na kimi işə çıxmışdır. 30 iyun 2020-ci ildə onunla bağlanmış əmək müqaviləsinin vaxtı bitmiş, onunla yeni müqavilə bağlanmamışdır. Bununla da o, 01 iyul 2020-ci il tarixdən işdən azad edilmiş hesab olunur. Belə ki, son dəfə 2019-cu ilin dekabr ayının əmək haqqısını almışdı. O, hələ də 2020-ci ilin 6 ayının (yanvar-iyun) əmək haqqısını bu günə kimi almamışdır. Bu gün sabah bildirərək, pulun olmadığını əsas gətirərək əmək haqqları 8 aydır ki, gecikdirilir. İşdən çıxmağından 2 aydan çox vaxt keçməsinə baxmayaraq onunla hələ də son haqq-hesab aparılmamışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.Əsədova) 02 dekabr 2020ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X 1750 (bir min yeddi yüz əlli manat) ödənilməmiş əmək haqqının, 8 ay ərzində gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı X 2018-ci ildən, o cümlədən 2020-ci ilin fevral ayından 01 iyul 2020-ci ilədək köməkçi məlumat bazası vəzifəsində işləmişdir. Aylıq əmək haqqı 200-250 manat qeyd olunmuşdur. 01 iyul 2020-ci il tarixdən işdən azad edilmişdir.
6. Göründüyü kimi, X işçisi olan İddia çı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona həm əvvəlki işlədiyi müddətin 8 ayının əmək haqqını və son haqq hesabı ödənilməməsi məhkəmə araşdırması zamanı öz həqiqi təsdiqini tapmışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 68, 83, 87, 143, 144, 154, 172, 195, 196, 197, 287, 288, 290, 296-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4824/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3871/2020 saylı iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı X qarşı “əmək haqqının və onun gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbi qismən təmin olunmuş, 2020-ci ilin yanvar-iyun ayları üçün ödənilməyən əmək haqqı qismində 1500 (min beş yüz) manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 7350 (yeddi min üç yüz əlli) manat olmaqla cəmi 8850 (səkkiz min səkkiz yüz əlli) manat pulun X alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pulun X tutulub Dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh müəssisənin ödədiyi rüsum məbləğinin onun özünə aid olu nması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə qiyabi icraat qaydasında baxılmasına əsaslar olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan “qiyabi qətnamə” qəbul edilmişdir.
11. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, “iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır”.
12. Həmin Məcəllənin 240.1.1-ci maddəsinə görə, gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə qiyabi qətnamənin çıxarılması yolverilməzdir.
13. İş materiallarında cavabdehin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış olduğu barədə hər hansı sübut yoxdur və bu xüsusat, işə qiyabi icraat qaydasında baxılmasının prosessual əsasları mövcud olmadığı halda məhkəmənin “qiyabi” adlanan qətnamə qəbul etdiyini ortaya çıxarır.
14. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının xeyrinə tutulmasını müəyyənləşdirdiyi pul vəsaitinin məbləğini konkret göstərməməklə, həmçinin məhkəmə xərclərinə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsin ə görə, məhkəmə xərclərinin bölüşdürülməsi qaydası, 222.2-ci maddəsinə görə isə, pul vəsaitlərinin tutulması qət edildikdə... alınmalı olan ümumi məbləğ qətnamənin nəticə hissəsində göstərilməlidir
15. Bundan başqa İddiaçı 16.09.2019-cu il tarixdən etibarən Universitetdə köməkçi vəzifəsində işləmiş və aylıq maaşı 250 manat təşkil etmişdir; cavabdeh müəssisə isə ona 2020-ci ilin yanvar-iyun ayları üçün əmək haqqı, eləcə də son haqq-hesab ödənilmədiyini mübahisələndirməyərək bunu Universitetin maddi vəziyyətindəki problemlərlə əlaqələndirmişdir.
16. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hal onun həmin tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və sözügedən tələb qismən təmin olunara q Universitetdən 1500 manat (250 manat x 6 ay = 1500) ödənilməyən əmək haqqı qismində iddiaçının xeyrinə tutulmalıdır.
17. Kollegiya, iddiaçının əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi tələbini də əsaslı hesab etmişdir.
18. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
19. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh müəssisə iddiaçının əmək haqqının ödənilməsinin gecikdirilməsini müəssisədə yaranmış maliyyə sıxıntıları ilə əlaqələndirmişdir; bu isə o deməkdir ki, iddiaçının əmək haqqının gecikdirilməsi bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan halla əlaqədar olmaqla, müvafiq gecikdirmə faizi iddiaçıya ödənilməlidir.
20. Yuxarıda qeyd olunduğu kimi, X iddiaçının 2020-ci ilin yanvar-iyun ayları üçün əmək haqqı almadığını mübahisələndirm əmiş, iddiaçı isə 8 aylıq gecikdirilməyə görə pul tələb etmişdir; bu o deməkdir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 250 manat təşkil etdiyi nəzərə alındığında) 7350 (yeddi min üç yüz əlli) manat təşkil edir ((yanvar ayının maaşı üçün 600 manat (250 manat x 1% x 240 gün); yanvar və fevral ayının maaşı üçün 1050 manat (500 manat x 1% x 210 gün); yanvar-fevral-mart aylarının maaşı üçün 1350 manat (750 manat x 1% x 180 gün); yanvar-aprel aylarının maaşı üçün 1500 manat (1000 manat x 1% x 150 gün); yanvar-may aylarının maaşı üçün 1500 manat (1250 manat x 1% x 120 gün); yanvar-iyun aylarının maaşı üçün 1350 manat (1500 manat x 1% x 90 gün)).
21. Kollegiya eyni zamanda iddiaçıya izah etmişdir ki, əgər onun istifadə etmədiyi əmək məzuniyyəti olmuşdursa, o, son haqq-hesab qismi ndə həmin vəsaiti də cavabdehdən tələb etmək hüququna sahibdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Cavabdehin nümayəndəsi və vəkili izahat verərək kassasi ya şikayətinin təmin edilməsini. apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşd ırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
31. Aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. (172-ci maddənin birinci hissəsi)
32. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. (172-ci maddənin 4-cü hiss əsi)
33. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. (172-ci maddənin 5-ci hissəsi) Mülki Prossesual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4824/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.