Məhkəmə qərarları › İş №2(102)-5512/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5512/2019

28.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5512/2019 28.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYYnun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYY və Cavabdeh1 ASC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli 2(103)4527/2019 nömrəli qətnaməsindən Cava bdeh1 ASC-nin ləğvedicisi YYY tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC (ləğv prosesindədir) YYY və Cavabdeh1 ASC-nə qarşı “ipotekaya xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında 07 dekabr 2010-cu il tarixli 884 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 07 dekabr 2010-cu il tarixli 884 saylı ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı mülkiyyətində olan “xxxx” markalı, 2007-ci il buraxılışlı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin X3 tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə iddiaçının arasında 07.12.2010-cu il tarixdə bağlanmış 884 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana illik faiz dərəcəsi 26 faiz müəyyən edilməklə 24 ay müddətinə 8350 ABŞ dolları məbləğində istehlak kreditinin verilməsi, borcalan tərəfindən isə kreditin müqavilə üzrə müəyyən edilmiş qaydada qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Cavabdeh1 ASC ilə iddiaçı arasında bağlanmış 07 dekabr 2010-cu il tarixli 884 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə müvafiq olaraq iddiaçı illik faiz dərəcəsi 26 faiz olmaqla 24 ay müddətinə qaytarılması şərti ilə 8350 ABŞ dolları məbləğində almış olduğu krediti 07 yanvar 2011-ci il tarixdən başlayaraq hər ay 450 ABŞ do lları ödəməklə 07 dekabr 2012-ci il tarixinədək qaytarmalı idi. Tərəflər arasında 07 dekabr 2010-cu il tarixdə bağlanmış 884 saylı ipoteka müqaviləsinə əsasən tərəflər arasında 07 dekabr 2010-cu il tarixində bağlanmış 884 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi borcalana məxsus “xxxx” markalı 2007-ci il buraxılışlı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC cavabdehə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2010-cu il tarixli 884 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməm əsinə görə İddiaçı Cavabdeh1 ASC-nin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyulmuş “xxxx” minik markalı, 2007-ci il buraxılışlı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-11968/2017 saylı mülki iş üzrə 17 noyabr 2017-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 07 dekabr 2010-cu il tarixli 884 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, müqavilənin icra müddəti 07 dekabr 2012-ci il tarixdə bitmişdir. Həmin müddətdən Cavabdeh1 ASC-nin iddia qaldırdığı 17 iyul 2017-ci il tarixədək 4 il 7 ay 10 gün müddət keçmişdir. Buna görə də, məhkəmə İddiaçı iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizəsini qəbul etmiş, bankın iddia tələbini rədd etmişdir. Belə ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 dəfələrlə ləğv prosesində olan Cavabdeh1 ASC-nə və onun ləğvedicisi YYYna tərəflər arasında 07 dekabr 2010-cu il tarixdə bağlanmış 884 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə əsasən tərəflər arasında 07 dekabr 2010-cu il tarixində bağlanmış 884 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş borcalana məxsus “xxxx” markalı, 2007ci il buraxılışlı avtomobilin ipoteka ilə yüklülükdən azad edilməsi barədə şifahi və yazılı müraciətlər etməsinə baxmayaraq həmin tələb cavabdehlər tərəfindən təmin olunmamışdır. Sonuncu dəfə vətəndaşın müraciətinə **********652 saylı, 29.06.2017-ci il tarixli cavab məktubu ilə “...qaldırdığınız məsələ müzakirə edilir və nəticəsi barədə Sizə əlavə məlumat təqdim ediləcəkdir” tipli növbətçi cavab verilsə də, bu günə kimi məsələ öz həllini tapmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 07 dekabr 2018-ci il tarixli, 2(006)-6179/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı 000oğlu arasında 07 dekabr 2010-cu il tarixli 884 saylı kredi t müqaviləsinin təminatı kimi bağlanmış 07 dekabr 2010-cu il tarixli 884 saylı ipoteka müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi, İddiaçı mülkiyyətində olan “xxxx” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X3 tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi Elşad Şamayev, Şeyda Məhərrəmova) 2(103)-4527/2019 nömrəli, 10.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYY tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsi mi rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(006)-6179/2018 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında 07 dekabr 2010-cu il tarixli 884 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 07 dekabr 2010-cu il tarixli 884 saylı ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı mülkiyyətində olan “xxxx” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 ASC qarşısında ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X3 tərəfindən rəsmi reyestrdə müvafiq qeydlərin aparılması barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYY kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda LPO Cavabdeh1 ASC-nə qarşı 07.12.2010-cü il tarixli, 884 saylı kredit müqaviləsi üzrə borcu mövcuddur. İddiaçı 09.02.2019-cu il tarixinə 6575,13 ABŞ dolları borc öhdəliyi vardır və həmin borc bu günə qədər ödənilməmişdir. İddiaçı ipoteka müqaviləsinə xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə ədalətsizdir və bu zaman hakim qanunvericiliyin maddələrinə tam nəzər yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 07.12.2010-cü il tarixli, 884 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 07.12.2010-cü il tarixli ipoteka müqaviləsinə iddi a müddəti keçdiyi səbəbindən xitam verilməsi nə Azərbaycan Respublikası Mülki Məcəlləsində, nə də Azərbaycan Respublikası “İpoteka Haqqında” Qanunda nəzərdə tutulmuşdur. Prosessual məsələlər: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYYnun vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələl ər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, ləğv prosesində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 faiz olmaqla 8350 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq İddiaçı ilə 07 dekabr 2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən özünə məxsus “xxxx” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobil ASC-də ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və Binəqədi rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2(001)-11968/2017 saylı qətnaməsi ilə iddia müddəti ötürüldüyündən iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmiş və qətnamə 18 dekabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MPM-nin 82.3-cü maddəsinə əsasən artıq qanuni qüvvəsini almış Binəqədi rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli, 2(001)-11968/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş və tərəflər ara sında mübahisə doğurmayan halların yenidən sübut edilməsinə zərurət yoxdur. Müddətin keçməsi öhdəliyə xitam verilməsinin, əsas öhdəliyə xitam verilməsi isə ipotekaya xitam verilməsinin əsasıdır. Binəqədi rayon Məhkəməsinin 17.11.2017-ci il tarixli, 2(001)-11968/2017 saylı qətnaməsi ilə əsas öhdəliyin icrasının tələb edilməsi üçün iddia müddətinin keçdiyi müəyyən edildiyindən və Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçdiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə ipotekaya xitam verilməsi üçün əsas mövcuddur. Lakin iddiaçının avtomobilin ipotekadan azad edilməsi barədə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən onun bu tələbi yerinə yetirilməmi ş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 48.1-ci maddəsinə görə, ipotekaya aşağıdakı hallarda xitam verilir: (1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; (2) əsas öhdəliyə xitam verildikdə; (3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; (4) ipoteka predmeti məhv olduqda; (5) bu Qanunla nəzərdə tutulmuş d igər hallarda. Mülki Məcəllənin “Öhdəliklərə xitam verilməsi” adlı 27-ci Fəslinə aid olan “Müddətin keçməsinə görə öhdəliyin xitamı” adlı 5-ci Paraqrafında təsbit edilmiş 550-ci maddəyə görə, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, müddətin keçməsi öhdəliyə xitam verilməsinin, əsas öhdəliyə xitam verilməsi isə ipotekaya xitam verilməsinin əsasıdır. Binəqədi rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2(001)- 11968/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC- nin cavabdeh İddiaçı qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müdd ətinin keçməsinə görə rədd edilmiş və qətnamə 18 dekabr 2017-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıq lı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsaslı olmasına dair nəticəsi işin araşdırılmış halları na uyğun olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi YYYnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli 2(103)-4527/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar