Məhkəmə qərarları › İş №2(102)-5516/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5516/2021

05.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5516/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5516/21 (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4326/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Əzimova X3 Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağışlanmış 05.07.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin ləğv edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Əzimova X3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh doğma qızıdır. Xırdalan şəhəri, 26-cı məhəllə, ev 193 ünvanındakı həyət evini 2013-cü ildə almışdır. Evdə qızı ilə qalırdı. Sonradan yaşlı adam olduğunu fikirləşərək, evi qızının adına keçirmək qərarına gəlmişdir. Beləliklə, 05.07.2018-ci il tarixində bağışlama müqaviləsi ilə notarial qaydada öz evini qızı Sonaxanıma bağışlamışdır. Sonaxanım hüquqşünaslardan öyrənib ki, bağışlama müqaviləsinin ləğv olunma üçün mübahisələndirmə müddəti bir ildir. Ona görə müqavilədən bir il ötdükdən sonra ona münasibətini tamamilə dəyişmişdir. Belə ki, ona bildirmişdir ki, “köç oğlungildə yaşa, mən bu evi satacağam”. Demişdir ki, “ay qızım, öz evim ola-ola mən, niyə başqa yerdə qalmalıyam. Oğlumgildə arabir gedib qonaq qalıram. Daimi yaşamaq üçün mənə yalnız öz evim münasib və rahatdır.” Göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qızı Sonaxanıma bağışladığı evi geri qaytarmaq istəyir. Qızı Sonaxanım ona, öz yaşlı anasına baxmır, onu çölə atmaqla h ədələyir, evi satmaq istəyir. Halbuki, ona ayrıca ev (faktiki ünvanı göstərilən), avtomobil almışdır. Heç vaxt bilməzdi ki, ona qarşı belə nankorluq edər. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2021-ci il tarixli 2(004)-959/2021 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerəşən ümumi sahəsi 44,2 kv/m, yaşayış sahəsi 3 3.4kv/m, yardımçı sahəsi 10.8 kv/m olan 3 otaqlı fərdi yaşayış evi qızı Cavabdeh bağışlanılmışdır. Hazırki tələbi ilə iddiaçı müvafiq müqavilənin onun hüquqlarını pozduğunu iddia edərək onun ləğv edilməsini xahiş etmişdir. Halbuki mülki qanunvericiliyin tələblərindən görünür ki, bağışlama müqaviləsinin ləğv edilməsinə hər hansı bir əsas mövcud deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin, iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324.1, 324.2, 372.1, 373.4, 375.2, 385.1, 386.1, 666.1, 666.2, 668.1.1, 673.1, 673.3, 674.1, 674.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 220.5-ci maddələri və Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Namiq Cəfərov) 2(103)-4326/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(004)-959/2021 nömrəli qə tnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinanın 3 əsasını müəyyən edir:

1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi,

2. Hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun vəzifələrini kobud pozması və ya

3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması. Ona görə də iddianın əsaslığını müəyyən etmək üçün iddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində yuxarıda qeyd olunan şərtlərin mövcud olub-olmamasının yoxlanılması əhəmiyyət kəsb etdiyi halda həmin hallar məhkəmə tərəfindən tam araşdı rılmamış və həmin hallara müvafiq hüquqi qiymət verilməmişdir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, iddiaçı 1946-cı il təvəllüdlü və tənha olmaqla əmək qabiliyyəti olmadığına görə onun köməyə və qayğıya ehtiyacı vardır. İddiaçının bildirdiklərindən görünür ki, mübahisəli evi qızı olan cavabdehə ona görə bağışlamışdır ki, sonuncu ona yaxşı baxacağına, qayğısına qalacağına və əsla ona hər hansı bir problem yaratmacayacağını vəd vermişdir. Ona görə də ümid edirdi ki, cavabdeh müqavilə bağlandıqdan sonra da ona qarşı daim diqqətli və qayğıkeş olacaqdır. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh onun ümid etdiklərinin əksinə hərəkət etməyə başlamış onun nəinki məişət qayğılarını çəkməmiş, hətta evdən qovmuş və evin açarını da dəyişmişdir. İddiaçı bununla bağlı sonradan Abşeron r ayon Polis Şöbəsinə də müraciət etmişdir. Əvvəla, Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Bu cür öhdəlikdən biri hədiyyə alan üçün Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Demək həmin maddənin tələbinə əsasən cavabdehin iddiaçı qarşısında bir öhdəliyi, həm də mənəvi borcu olmuşdur. Əks halda iddiaçının da xüsusi mülkiyyətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıydı. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan anasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışl ama müqaviləsi bağlandıqdan və ev xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İkincisi, bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsini istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçını zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Üçüncüsü, işdən görünür ki, cavabdeh nə birinci instansiya məhkəməsində keçirilən iclaslarda, nədə apelyasiya baxışı iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinə yalnız səhhəti ilə bağlı məhkəmə icl asına gələ bilməyəcəyinə dair əvvəlcə teleqram göndərmiş (bax.i.v.26), sonradan isə məhkəmə iclasında iştirak etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia tələbinə qarşı etiraz və mülahizə (bax.i.v.37-44) göndərmişdir. Apelyasiya baxışında da iştirak etməyərək yuxarıda qeyd olunan məzmunda teleqram göndərmişdir. Düzdür, cavabdehin məhkəmə iclaslarında iştirak etmək istəməməsi o demək deyil ki, ona qarşı irəli sürülən iddia mütləq təmin olunmalıdır. Ancaq ən azından məhkəmə iclaslarında iştirak edib iddiaçı olan anası ilə qarşı-qarşıya münasibətlərini aydınlaşdıra bilərdi, yaxud iddiaya olan etirazını bilavasitə özü məhkəmə iclasında bildirə bilərdi. Lakin cavabdeh bunu etməmiş, əvəzində bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqinə dair ərizə vermişdi r. Düzdür, Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalınz onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Ancaq həm iddia ərizəsindən, həm də cavabdehin cinayət mühakimə icraatı qaydasında Abşeron rayon Polis Şöbəsində verdiyi izahatından da bəlli olur ki, imtinanın əsası müqavilə bağlandığı vaxtdan bir il sonra yaranmış və iddiaçıya məlum olmuş, cavabdeh isə 2020-ci ilin oktyabr ayından anasının onunla kobud davrandığını göstərmişdir. İddia ərizəsi isə məhkəməyə 20.11.2020-ci il tarixdə daxil olmuşdur. Demək, hər hansı bir müddətin keçmədiyini cavabdeh özü də təsdiq etmiş olur. Bu cür vəziyyətdə müddətin keçməsinə görə iddianın rədd edilməsi də əsaslı ola bilməz. Odur ki, iddia tələbi təmin edilmə lidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, notarial qaydada bağlanmış müqavilə olduğu halda məhkəmə işin həqiqi hallarına istinad etmədən daha çox iddiaçının iddia ərizəsində, digər sənədlərdə və məhkəmə baxışı zamanı göstərdiyi hallara istinad edərək şəxsi mülahizələri əsasında qətnamə qəbul etmişdir. İş materiallarından da görünür ki, iddiaçı bağışlama müqaviləsinin bağlanmasını bir-birini təkzib edən hallarla əsaslandırmışdır. Apelyasiya şikayətində isə guya onun anasını döyərək evdən kənarlaşdırdığını və mənzilin açarını dəyişdirərək onu mənzilə buraxmadığını göstərmiş, apelyasiya şikayətinin hüquqi əsası kimi Mülki Məcəllənin 339cu maddəsini (əqdin etibarsızlığı) göstərmişdir. Onunla anası arasında bağlanmış müqavilə şərtlə bağlanmış müqavilə deyildir. O, anasına həmişə qulluq etmiş, gələcəkdə də qulluq etmək niyyətindədir. Digər tərəfdən evin bağışlanmasını o, anasından xahiş etməmişdir. Müqavilə anasının təkidi ilə bağlanmışdır. Müddətin tətbiq edilməməsi ilə bağlı bildirilməlidir ki, məhkəmə müddətin axımının başlanmasını iddiaçının Abşeron rayon Polis İdarəsinə şikayət etməsi ilə əsaslandırır. Əslində iddiaçı müddətin tətbiq edilməməsi üçün qeyd edilən şikayəti vermişdir. Məhkəmə müqavilə bağlanan zaman aralarında olan münasibətə hüquqi qiymət verməli idi. Həmin bağışlama müqaviləsinə məhz onların iradə ifadəsinin nəticəsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə bağlananda anası heç kəsin təsiri olmadan öz iradə ifadəsinin nəticəsi olaraq müqavilə bağlamışdır. Əqd bağlandıqda tərəflərin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmuşdur. Qeyd edilən bağışlama müqaviləsi notarial qaydada bağlanmış və hər hansı bir pozuntuya yol verilməmişdir. Digər tərəfdən bağışlama müqaviləsi notarial qaydada bağlandığı üçün notariat əməliyyatının icra edildiyi notariat kontoru üçüncü şəxs kimi prosesə cəlb edilməli idi. Məhkəmə iddianın hüquqi əsası hesab edilən Mülki Məcəllənin 673-cü maddəsini düzgün təfsir etməmişdir. Məhkəmə normada göstərilən halların olmasını təsdiq edən hər hansı bir mötəbər sübut növünə istinad etmədən qə tnamə qəbul edilmişdir. Normada göstərilən halların sübut etmə yükü iddiaçıya aiddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarına əsasən, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizli yinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir....Beləliklə, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və la zımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilm əsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh kasasiya şikayətində dəlil olaraq onun bağışlama müqaviləsi bağlanarkən iddiaçı qarşısında üzərinə hər hansı öhdəlik götürməməsini və iddiaçı tərəfindən müddətin ötürülməsini göstərsə də, ilkin olaraq cavabdehin iddiaçı qarşısında üzərinə öhdəlik götürməməsi ilə bağlı bildirilməlidir ki, işin hallarından da görünür ki, cavabdeh bağışlanan mənzildən zənginləşsə də, iddiaçı qarşısında daha çox mənvi dəyərlərlə, əxlaqla bağlı olan hüquqi öhdəliklərini yetirməlidir. Bunun yerinə yetirilməməsi iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götü rdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Cavabdehin iddiaçı qarşısında mənəvi öhdəliklərinin mövcudluğu onun tərəfindən məhkəməyə təqdim edilmiş kasasiya şikayətində də cavabdeh tərəfindən etiraf edilməkdədir. Odur ki, iddiaçının qeyd edilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin müddətin ötürülməsi ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, imtinanın əsası müqavilə bağlandığı vaxtdan bir il sonra yaranmış və iddiaçıya məlum olmuş, cavabdeh isə 2020-ci ilin oktyabr ayından anasının onunla kobud davrandığını göstərmişdir. İddia ərizəsi is ə məhkəməyə 20.11.2020-ci il tarixdə daxil olmuşdur. Bununla da müddətin keçmədiyini cavabdeh özü təsdiq etmiş olmuşdur. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilən xüsusatlarla yanaşı qeyd edilməlidir ki, həmçinin ümumi kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4326/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar