Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-552/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X4 Cavabdeh: Cavabdeh İddia tələbi: cehiz əşyalarının qaytarılması Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdehin vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə X4 xx xxxxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah xx xxxxxx 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. X1 XXXoğluna qarşı cehiz əşyalarının qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cəmi dəyəri 3390 manat olan 35 adda cehiz əşyalarının Cavabdeh X3 qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxx 2019-cu il tarixdə X1 XXXoğluna qarşı cəmi dəyəri 2950 manat təşkil edən 9 adda cehiz əşyasının qaytarılması barədə iddia qaldırmışdır. Goranboy Rayon Məhkəməsinin 2(045)-718/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Mayılov) iddia qismən təmin edilmiş, cəmi dəyəri 2720 manat təşkil edən 7 adda cehiz əşyasının cavadehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, iddiaçı bundan əvvəl də ona qarşı cehiz əşyalarının qaytarılması barədə tələblə məhkəməyə müraciət etmiş və həmin iş üzrə iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi icra edilərək iddiaçıya məxsus cehiz əşyaları icra və probasiya şöbəsinin əməkdaşları və hal şahidərinin iştirakı ilə ona geri qaytarılmışdır. İddiaçı həmin vaxt hazırda tələb etdiyi mebel dəsti barəsində ümumiyyətlə heç bir tələb irəli sürməmişdir, bu isə həmin əşyaların ona məxsus olmadığını təsdiq edir. G əncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-4311/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.M.Əliyeva, R.Ş.Muradov, Ə.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə cəmi dəyəri 2710 manat təşkil edən 6 adda cehiz əşyasının cavadehdən alınaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, iddiaçı ona məxsus cehiz əşyaları cavabdehdə qaldığına görə ona qarşı əmlak tələbinə dair iddia qaldırmış və onun iddiası Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilm işdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırda tələb etdiyi dəyəri 2000 manat məbləğindən yüksək olan əşyaların ona məxsus olduğu halda, əvvəlki iddia irəli sürülərkən bu əmlaklar barədə heç bir tələb irəli sürməməsi ağlabatan və inandırıcı deyil. İddiaçı bu halı savadsız olması ilə əlaqələndirmişdir ki, onun həmin dəlili apellyasiya məhkəməsi tərəfindən inandırıcı hesab edilmir. Tələb edilən əşyaların cehiz əmlakı olmaqla iddiaçıya məxsus olmasını iddiaçı sübut edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş və ş ikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki P rosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-552/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-552/2021
03.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver