Məhkəmə qərarları › İş №2(102)-552/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-552/2024

30.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-552/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması və mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi”, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və cavabdeh X2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4553/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 ilə "xxxx" MTK arasında 12 avqust 2009-cu il tarixdə bağlanmış mü qaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ünvanında inşa edilən binanın İİİ-cü giriş, 2-ci mərtəbə, 156 saylı mənzil X3 mülkiyyətinə verməyi, o, isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, YYYin xx.xx.2012-ci tarixli ərizəsinə və Baş Prokuror yanında Korrupsiya qarşı qarşı mübarizə İdarəsinin tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-ya ödənilməyən y aşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi müəyyən edilmişdir. X5 imzası ilə xx.xx.2009-cu il tarixli "xxxx" MTK saxta müqavilə əsasında Cavabdeh verilmiş 73.0 kv.m mənzil digər başqa bir mənzillə dəyəri ödənilmədən əvəzləşdirilmiş və icraçı İddiaçı MTK payçı Cavabdeh həmin binanın 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 156 saylı mənzili verməyi öhdəsinə götürmüşdür.

3. İddiaçı MTK-nın təsisçilərinin ümumi yığıncağının xx.xx.2012-ci il tarixli protokolundan çıxarışa əsasən, Cavabdeh 100 faiz olmaqla Bakı şəhəri, ünvan 3 saylı mənzilin investorudur.

4. İddiaçı MTK tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən, Bakı şəhəri, ünvan 3 saylı mənzilə qaz sayğacı qoyulmuş və payçı Cavabdeh təhvil verilmişdir.

5. Cavabdeh ilə " xxxx" MTK arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən, “xidmət göstərən” “payçı”ya kommunal xidmət göstərir. 13 M saylı binada mənzilləri olan “payçı”lar isə kooperativ təsisçilərinin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokoluna və xx.xx.2017-ci il tarixli daxili əmrinə əsasən aldıqları mənzilin hər kv.m üçün 0,25 manat xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər (müxtəlif tarixli kassa mədaxil orderləri əlavə edilir).

6. X8 ilə "xxxx" MTK arasında 19 iyul 2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ünvanında inşa edilən binanın İİİ giriş, 2-ci mərtəbə, 156 saylı mənzil X1 mülkiyyətinə verməyi, o, isə əşyanı qəbul edib əvəzində müəyyə nləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşlər.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X6 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X11 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 20 09-cu il tarixli 18 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, hər iki iddianın rədd edilməsi qət edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı 28 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icraatın təzələnməsi, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin X6 təhvil verilməsi istiqamətində görülmüş bütün icra tədbirlərinin ləğv edilməsi, icra hərəkətlərinin ünvan 4 ünvanında yerləşən 56000 manat dəyərində olan, 94,5 m2 sahəsi olan iki otaqlı təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin X6 təhvil verilməsi istiqamətində həyata keçirilməsi qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi 8(103)-498/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-305/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını dəyişdirilmədən saxlamışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 nömrəli 07 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X6 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinin iddiaçı Cavabdeh qaytarılması, cavabdeh X7 həmin mənzildən çıxarılması qət edilmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-3459/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 133 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-nın ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MTK arasında Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tarixdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsini xahiş etmişdir.

14. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94.5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinə dair X10 ilə "xxxx" MTK arasında 12 avqust 2009-cu il tarixdə 18 nömrəli müqavilə bağlanmışdır. Eyni zama nda, həmin mənzilə dair Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə 133 nömrəli müqavilə bağlanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X6 və "xxxx" MTKya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzili nə dair X10 ilə "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqavilənin: etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 171/2020 nömrəli 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X4 cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X6 və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməs inin 2(103)4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qərardadına əsasən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-nın X6 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102) 5729/2021 nömrəli 29 noyabr 2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə X3 "xxxx" MTK-ya qarşı iddia tələbinin qismən təmin olunaraq cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X6 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elxan Məmmədovun 26 yanvar 2022-ci il tarixli qərarına əsasən icra sənədi tam icra olunduğundan (“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsi), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tarixli qətnaməsinin 6-cı səhifəsinin sonuncu abzasında və 7-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, “Kollegiya qeyd edir ki, "xxxx" MTK ilə X9 arasında bağlanmış 12 avqust 20 09-cu il tarixli 18 nömrəli müqavilə etibarlı olduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdehlər X6 və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Bundan başqa kollegiya iddiaçının iddia tələbi ilə bağlı qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə 12 avqust 2009-cu il tarixli 18 nömrəli müqaviləyə uyğun olaraq, cavabdeh İddiaçı tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin iddiaçı X6 verilməsi qət edildiyindən və həmin qə tnamə qanuni qüvvəsini aldığından hazırkı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi eyni tərəflər arasında eyni mübahisə predmetinə dair olan mülki iş üzrə həmin məhkəmə kollegiyası X3 mənzilə dair müqavilənin etibarlı olması nəticəsinə gəlmiş və iddia tələbinin təmin edilməməsini isə heç də Cavabdeh iddia ərizəsində şərh etdiyi kimi deyil, sadəcə olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyuh 2020-ci il tarixli qətnaməsinin qüvvədə olması səbəbindən təmin edilməmişdir. Belə olan halda, məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi ilə X6 verilmiş Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M nömrəli binada yerləşən, 94.5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilə dair Cavabdeh arasında bağlanmış 133 nömrəli 04 sentyabr 2012-ci il tarixli müqavilə ləğv edilməlidir.

15. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "xxxx" MTK-ya və cavabdeh X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" MTK tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi, "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq b oşaldılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın ilkin iddia üzrə tələbi əsassızdır. İlkin iddia üzrə iddiaçı "xxxx" MTK uydurma və hüquqi əsası olmayan halları qeyd etməklə iddiaçıya məxsus əmlakı ələ keçirmək istəyir. Belə ki, xx.xx.2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişi 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil iddiaçı Cavabdeh satılmışdır. Əlavə edilən sənədlərdən də görünəcəkdir ki, Cavabdeh "xxxx" MTK-ya heç bir bocu yoxdur. Həmin sənədlərdən o da məlum olacaq ki, qeyd edilən ünvanda yerləşən 156 saylı mənzilə dair bütün kommunal xətlər Cavabdeh məxsus olmuşdur. Cavabdeh MTK qarşısında daima borcunu yerinə yetirmiş, hətta 2021-ci ilədək MTK qarşısında binanın saxlanılması ilə bağlı bütün xərcləri vaxtlı-vaxtında ödəmişdir. Hesab edir ki, hazırkı qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivi 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü girişinin 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilin, müvafiq müqavilə və qətnamələrlə sahibi kimi tanınmış Cavabdeh verilməsi ilə bağlı ilkin iddiaçının yaratdığı süni maneələr aradan qaldırılaraq onun sərbəst istifadə və sahibliyinə verilməsi təmin edilməlidir.

17. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-881/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov) ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2022- ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilmiş; ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən X1 ona məxsus əşyalarla birlikdə çıxarılması; Cavabdeh ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzilə köçürülməsi və həmin mənzilin ona təhvil verilməsi qət edilmişdir.

18. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilkin iddiaçı öz iddia tələbində Cavabdeh il ə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müqavilənin ləğvi əsasları ümumiyyətlə mövcud deyildir. Belə ki, ilkin iddia tələbi Mülki Məcəllənin 421 və 423-cü maddələrinin dispozisiya şərtlərinə cavab vermir. Məhkəmə, eyni zamanda hesab etmişdir ki, MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün də hər hansı bir əsas yoxdur. Ona görə ki, mübahisələndirilən müqavilə işə əvvəl baxan məhkəmələr tərəfindən etibarlı hesab edilmiş və məhkəmələr həmin müqaviləyə əsaslanmaqla 156 saylı mənzilin Cavabdeh məxsus olması nəticəsinə gəlmişlər.

19. Bundan başqa, ilkin iddiaçının apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə X9 arasında bağlanılmış 12 avqu st 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair Cavabdeh iddiasının rədd edildiyi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarı instansiya məhkəməsi həmin qətnamə ilə 156 saylı mənzilin Cavabdeh məxsus olmaması nəticəsinə gəlməmişdir. Məsələnin mahiyyəti ondan ibarət olmuşdur ki, Əsgərov Anara 156 saylı mənzil yox, digər təmirsiz mənzil verilməlidir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslıdır. Belə ki, Cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin qanuni sahibi kimi tanınmışdır. Bir sözlə, məhkəmələr tərəfindən Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilmiş və 156 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, Cavabdeh məxsus olan 156 saylı mənzilə münasibətdə "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Cavabdeh məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanunazidddir. Qarşılıqlı iddia tələbi ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 94.5 kv.metr olan iki otaqdan ibarət 156 saylı mənzildən bütün əşya və şəxslərin çıxarılaraq boşaldılması və mənzilin ona təhvil ver ilməsi barədə hissəsində qeyri-müəyyən şəxslərə qarşı irəli sürüldüyündən qismən əsaslıdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.2, 337.1, 337.5, 389.1, 389.3, 421.1, 421.2, 423.1, 423.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh ilə "xxxx" MTK arasında ünvan 7 nömrəli binada yerləşən 94,5 kvm sahəsi оlan iki оtaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tariхdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsi barədə iddianın təmin edilməsi, qarşılıq lı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-yə və Həmidоv Aydın Zahid оğluna qarşı "xxxx" MTK ilə Həmidоv Aydın Zahid оğlu arasında bağlanmış xx.xx.2022-ci il tariхli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzildən əşya və şəхslərin çıхarılaraq bоşaldılması və mənzilin оna təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzil İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan bin ada yerləşir. Göstərilən mənzilin İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan binada yerləşdiyi halda, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş Cavabdeh "xxxx" MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul оlunmamış və mübahisə predmeti оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzilin payçısı оlmamışdır. İddiaçı Cavabdeh iddia tələbi irəli sürdüyü ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzil İddiaçı MTK tərəfindən inşa edilmiş və оna məхsus оlan binada yerləşdiyindən, hazırkı iş üzrə iddia tələbi təmin edilmiş Cavabdeh göstərilən mənzilə dair оnun hüququnun оlmas ı üçün İddiaçı MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul оlunması və həmin mənzilin payçısı оlmasına dair MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə işin müəyyən оlunmalı оlan halları başqa sübutlarla təsdiq оluna bilməz. Digər tərəfdən, şərh оlunduğu kimi, Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-171/2020 nömrəli 03 fevral 2020-ci il tariхli qətnaməsi ilə iddiaçı Əsgərоv Anar Məsim оğlunun cavabdeh İddiaçı MTK-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən Cavabdehlər Əsədоv Anar Məsim оğluna və İddiaçı MTK-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, ünvan 7 ünvanında i nşa edilən yaşayış binasının 3cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzilinə dair Əsgərоv Anar Məsum оğlu ilə İddiaçı MTK arasında 12 avqust 2009-cu il tariхdə bağlanmış 18 nömrəli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsinə əsasən Əsgərоv Anar Məsim оğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin 2(010)- 171/2020 nömrəli 03 fevral 2020-ci il tariхli qətnaməsi ləğv edilmiş, iddiaçı Əsgərоv Anar Məsim оğlunun cavabdeh İddiaçı MTK-ya qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil t ələb irəli sürən Cavabdehlər Əsədоv Anar Məsim оğluna və İddiaçı MTK-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qərardadına əsasən qarşılıqlı iddia üzrə İddiaçı MTK-nın Əsgərоv Anar Məsum оğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə icraata хitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5729/2021 nömrəli 29 nоyabr 2021-ci il tariхli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən saхlanmışdır. Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsi ilə Əsgərоv Anar Məsim оğlu nun İddiaçı MTK-nə qarşı iddiası qismən təmin оlunaraq cavabdeh İddiaçı MTK tərəfindən 56.000 manat dəyərində оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2- ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilin Əsgərоv Anar Məsum оğluna verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sоnra icra edilməsi üçün Bakı şəhəri Suraхanı rayоn İcra Şöbəsinə göndərilmiş, icra məmuru Elхan Məmmədоvun 26 yanvar 2022-ci il tariхli qərarına əsasən icra sənədi tam icra оlunduğundan (İcra haqqında Azərbaycan Resпublikası Qanununun 20.1.5-ci maddəsi), Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli icra sənədi üzrə icraata хitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 nömrəli 16 iyun 2021-ci il tariхli qətnaməsi ilə müəyyən оlunmuşdur ki, İddiaçı MTK ilə Əsgərоv Anar Məsim оğlu arasında bağlanmış 12 avqust 2009-cu il tariхli 18 nömrəli müqavilə etibarlı оlduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədyindən, müstəqil tələb irəli sürən üçüncü şəхs Cavabdehlər Əsgərоv Anar Məsim оğluna və İddiaçı MTK-nə müqavilənin etibarsız hesab edilməsinə dair iddiası təmin edilə bilməz. Bundan başqa kоllegiya iddiaçının iddia tələbi üzrə qeyd etmişdir ki, Bakı şəhəri Suraхanı rayоn məhkəməsinin 2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsi ilə 12 avqust 2009-cu il tariхli 18 nömrəli müqaviləyə uyğun оlaraq cavabdeh İddiaçı MTK tərəfindən 56.000 manat dəyərində оlan ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəs ində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilin Əsgərоv Anar Məsum оğluna verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır. Belə ki, işin materialları ilə təsdiq olunduğu kimi, eyni tərəflər arasında eyni mübahisə пredmeti оlan mülki iş üzrə məhkəmə kоllegiyası Əsgərоv Anar Məsim оğlunun mənzilə dair müqavilənin etibarlı оlması nəticəsinə gəlmiş və iddia tələbinin təmin edilməməsi ilə heç də Cavabdeh iddia ərizəsində şərh etdiyi kimi deyil, sadəcə оlaraq Bakı şəhəri Suraхanı Rayоn Məhkəməsinin2(010)-2202/2020 nömrəli 16 iyun 2020-ci il tariхli qətnaməsinin qüvvədə оlması səbəbindən təmin edilməmişdir. Belə оla n halda, məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilmiş qətnaməsi ilə Əsgərоv Anar Məsim оğluna verilmiş Bakı şəhəri, Suraхanı rayоnu, Y/Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 13 M nömrəli binada yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqlı təmirsiz mənzilə dair Cavabdeh arasında bağlanmış 133 nömrəli 04 sentyabr 2012-ci il tariхli müqavilə ləğv edilməlidir. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilə dair çохsaylı mülki işlər üzrə məhkəmə qətnamələrini nəzərə almamış, nəticədə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan mübahisənin mahiyyəti üzrə və həm də düzgün həll edilməməsi ilə nəticələnən qətnamə qəbul edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(10 3)-4553/2023 nömrəli mülki iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), G.T.Axundova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh ilə "xxxx" MTK arasında 04 sentyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və Payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında YYYin xx.xx.2012-ci tarixli ərizəsinə və Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə İdarəsinin tövsiyə məktubuna və qərarına əsasən, X5 imzası ilə xx.xx.2009-cu il tarixli saxta müqavilə əsasında Cavabdeh verilməmiş 73.0 kv.m mənzilin əvəzinə dəyəri ödənilmədən binanın 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 156 saylı mənzili payçı Cavabdeh verməyi öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-3459/2022 saylı xx.xx.2022-ci il tari xli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı cavabdehlər arasında bağlanmış xx.xx.2012ci il tarixli 133 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur, İddiaçı MTK tərəfindən X6 mənzilin ayrılması məhz Cavabdeh verilmiş mənzilin hesabına aparıla bilməz.

27. Bundan başqa Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1188/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh X6 qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilinin iddiaçı Cavabdeh qaytarılması, cavabdeh X4 həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə X3 mübahisəli mənzildə qalmasına hüquqi əsasların olmadığını müəyyən etmişdir.

28. İddiaçının istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4241/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir ki, İddiaçı MTK ilə arasında bağlanmış xx.xx.2009-ci il tarixli 18 saylı müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanması qənaətinə gəlinsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)2202/2022 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlinmişdir. Belə olan halda həmin müqavilənin qanuniliyinə və mötə bərliyinə şübhə ilə yanaşmağa əsas verin hallar müəyyən edilmir. Bundan başqa birinci instansiya məhkəməsinin həmin qətnaməsi ilə xx.xx.2009-cu il tarixli 18 saylı müqaviləyə uyğun olaraq MTK tərəfindən 56.000 manat dəyərində olan Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən binadan sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz mənzilin X6 verilməsi qət edilmişdir.

29. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(0103)-305/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında göstərilmişdir ki, Suraxanı rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2202/2020 saylı icra sənədi üzrə icra hərəkətləri Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında yerləşən 56.000 manat dəyərində olan, sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət təmirsiz hər hansı (156 saylı mənzildən başqa) mənzilin X6 təhvil verilməsi istiqamətində həyata keçirilməlidir.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

32. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilm əsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

33. Hazırkı işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması yoxdur. Cavabdehin isə müqaviləni əhəmiyyətli dərəcədə pozması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. İşdən isə görünən odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas deyildir.

34. Məhkəmə İddiaçı MTK-nın verdiyi apellyasiya şikayətində Cavabdeh MTK üzvlərinin ümum i yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul olunmadığı və mübahisə predmet оlan mənzil üzrə payçı olmadığı barədə dəlillərə istinadı ilə bağlı isə qeyd etmişdir ki, MTK-nın göstərdiyi bu hallar iş materialları ilə təkzib olunur (iş vərəq 126-135). Qeyd olunan bu sənədlərin etibarlığı da iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

35. Kollegiya vurğulamışdır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və bu mansibətlər qüvvədə olduğu müddətçə vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq davranışı bir birindən tələb etmək hüququna malikdirlər. Belə ki, qanunvericilk digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı, məsələn, qarşı tərəfi müqavilə bağlanarkən ümid etməyə haqqı çata nlardan xeyli dərəcədə məhrum etməklə hərəkət etməyi qadağan edir və müqavilə tərəfləri üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

36. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

37. Göründüyü kimi birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etmiş, X8 ilə "xxxx" MTK arasında 15 iyul 2022-ci il tarixdə bağlanmış müqaviləni etibarsız olmasını təsdiq etmiş, həmçinin Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilin Cavabdeh qaytarılması, cavabdeh X1 həmin mənzildən çıxarılması barədə nəticəyə gəlmişdir.

38. Məhkəmə qanuni qüvvəsini almış çoxsaylı məhkəmə aktlarına istinadən qeyd etmişdir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən iki otaqdan ibarət 156 saylı mənzilin qanuni sahibi kimi tanınmış, onunla MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı müqavilə hesab edilmiş və 156 saylı mənzilin Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bu baxımdan Cavabdeh məxsus olan 156 saylı mənzilə münasibətdə "xxxx" MTK ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 24 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Çünki, Qəndab Babyevaya məxsus olduğu təsdiq edilmiş mənzillə bağlı başqa bir şəxsə də hüquqlar yaradan ikinci müqavilənin qüvvədə olması qanuna ziddir.

39. Kollegiya göstərilən əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri saymışdır ki, Mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır.

40. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olub-olmaması aydınlaşdırılmalıdır. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından göründüyü kimi Cavabdeh mübahisəli mənzil inin qanuni sahibi statusunun yaranmasına əsas olan alqısatqı müqaviləsinin etibarlılığı məhkəmə qaydasında öz təsdiqini tapmış, onun digər şəxsin qanunsuz sahibliyindən bu mənzili tələb etmək üzrə subyektiv hüququ tanınmışdır. Belə olan halda məhkəmə çəkişmələrindən məlumatlı olan MTK-nın mübahisəli mənzil barəsində sərəncam vermək üzrə səlahiyyətli şəxs olmamışdır, mübahisələndirilən müqavilənin etibarlı sayılması üçün hər hansı qanuni əsas yoxdur. Hansı ki, belə şəraitdə bağlanan əqd etibarsız əqd kimi qiymətləndirilir və əhəmiyyətsizdir.

41. Məhkəmə kollegiyası mübahisələndirilən müqavilə üzrə Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) tətbiqi məsələsinə münasibət bildirərək qeyd etməyi zəruri saymışdır ki, Mülki Məcəllənin həmin maddəsinin dis pozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Kollegiya iş materiallarında cavabdeh X8 tərəfindən MTK-ya pul vəsaiti ödənilib-ödənilmədiyinə dair müvafiq sübutun (kassa mədaxil orderi) olmadığını nəzərə alaraq qeyd edir ki, belə olan halda hazırkı işin halları baxımından X2 hüquqlarının məhdudlaşdırılmasını aradan qaldırmaq məqsədilə vurulmuş zərərin ödənilməsi üçün MTK-ya qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malik olması izah edilməlidir.

42. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən müqaviləni etibarsız sayan birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının hüqularını bərpa etmək məqsədilə iddianın digər hissələri üzrə düzgün nəticəyə gəlmişdir. Məlumdur ki, mülki qanun vericiliyin yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun (qanuni sahibliyin) müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

43. Cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən onların Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 nömrəli mənzilin üzərində sahiblik hüququ istisna edilir, cavabdehlər də hüquqa zidd davranışı ilə qarşılıqlı iddia üzrə iddiaçının istifadə və sahiblik hüquqlarının normal həyata keçirilməsinə maneçilik yaradan şəxslər hesab edilməlidir.

44. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İlkin iddia üzrə iddiaçı kassasiya şikayəti verərək ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh ilə "xxxx" MTK arasında ünvan 7 nömrəli binada yerləşən 94,5 kvm sahəsi оlan iki оtaqlı təmirsiz mənzilə dair 04 sentyabr 2012-ci il tariхdə bağlanmış 133 nömrəli müqavilənin ləğv edilməsi barədə iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər "xxxx" MTK-yə və Həmidоv Aydın Zahid оğluna qarşı "xxxx" MTK ilə Həmidоv Aydın Zahid оğlu arasında bağlanmış xx.xx.2022-ci il tariхli 24 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,6 kvm оlan 2 оtaqdan ibarət 156 nömrəli mənzildən əşya və şəхslərin çıхarılaraq bоşaldılması və mənzilin оna təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən məhkəmə aktları nəzərə alınmamış, nəticədə mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi ilə nəticələnməyən qətnamə qəbуl edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli оlan nоrmalar tətbiq edilməmiş, tətbiq edilən nоrmalar isə düzgün təfsir ediliməmiş, bununla da iş üzrə maddi və prosessual hüquq normaları şəkildə pozulmuşdur. Odur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv ediliməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq M ülki Məcəllə

48. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

49. Maddə 139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

50. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əm laka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər

53. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

54. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

55. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

56. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

57. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

58. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

59. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəf indən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

60. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

61. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

62. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

63. M addə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

64. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

65. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nə zərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

66. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

67. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yol verilməzdir.

68. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

69. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

70. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

71. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqlarıilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğ vini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. MPM

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 217.4. Məhkəmə (h akim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veril məsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

81. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

83. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

84. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Kassasiya şikayətinin dəlillərin də qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

87. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alara q belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4553/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar