Məhkəmə qərarları › İş №2(102)-5521/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5521/2020

17.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5521/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4709/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx.xx.2020-ci il tarixli, 2(004)-124/2020 nömrəli qətnamə si ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Mehdiyev, Ş.Məmmədova) xx.xx.2020-ci il tarixli, 2(103)-4709/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-124/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 0 8K000000025 saylı Kredit razılaşmasının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin 5-ci səhifəsinin 6-cı abzasında Ərizəçinin iddia tələbinin təmin edilməməsini əsaslandırmaqdan ötrü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli Qərarının müddəalarına istinad etmişdir. Hesab edirlər ki, cavabdehlə aralarında yaranmış məhkəmə mübahisəsinin həlli üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərb aycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli Qərarına istinad edilməsi Konstitusiyanın və qüvvədə olan digər aidiyyati qanunların tələblərinə uyğun deyildir. xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “X2” üzrə “Cavabdeh" QSC-nin Lənkəran filialı ərizəçiyə, 500.000 ABŞ Dolları məbləğində 120 ay müddətinə, həmin Müqavilə çərçivəsində X1 bağlanılmaqla kredit verilməsi arzu edilmişdir. Lakin, həmin Müqavilənin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi, deklarativ, yalnız Ərizəçi üçün birtərəfli öhdəlikli, sürüşkən, qeyri müəyyən xarakter daşıdığı, onun əsas aldadıcı mahiyyətinin açıqlaması Müqavilənin 1.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: "Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrl ə verilən kreditlər üçün Kredit alana 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.” Göründüyü kimi həmin “sənəd” X2 adlandırılsa da, qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, Cavabdeh QSC üçün hər hansı hüquqi nəticələr yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını (Ərizəçini) inandırmaqdır ki, guya ərizəçiyə 500000 (beş yüz min) ABŞ dolları məbləğində formal (yəni, növbətçi xarakterli) kredit xəttini açmaqla o la bilsin ki, ərizəçinin həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal etməkdir. Ona görə də cavabdeh həmin “müqaviləni” "bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını vicdansızcasına aldadaraq, istehlakçıya məxsus mümkün qədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fənləri vasitəsilə ərizəçinin həmin əmlakını özününküləşdirsin. Daha sonra, xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşması ilə mən Cavabdeh” QSC-nin Lənkəran filialından 36 ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi lə 80.000,00 (səksən min) ABŞ Dolları məbləğində fərdi kiçik kredit verilibdir. Baxmayaraq ki, ərizəçi əslində Azərbaycanda manatla xərclənilməsi nəzərdə tutulan evinin əmiri üçün fərdi istehlak krediti Bankdan istəmişdir, bankın əməkdaşları ərizəçiyə ərizə yazdırmışlar və imzalatdırmışlar ki, guya o, fərdi kiçik kredit istəyir. Həmçinin müqavilə üzrə borc və faizlərin kredit verilən valyutada ödənilməsi Müqavilədə göstərilməmişdir. Buna baxmayaraq, 2015-ci ilin fevral ayından etibarən ərizəçidən borc və faizlərin ABŞ dollarının yeni məzənnəsi ilə ödənilməsi Cavabdeh QSC tərəfindən tələb edilir. Azərbaycanda devalvasiya xx xxxxxx 2015-ci ildə baş verdi. Mərkəzi bank manatın 1 dollara görə dəyərini məcburi olaraq 1.05 AZN təyin etdi. Devalvasiya 33.8% oldu. xx xxxxxx 2015-ci ildə isə manat üzən məzənnəyə keçdi və 1 ABŞ dollarının rəsmi məzənnəsini yenə də məcburi olaraq 1,55 manat s əviyyəsində qərarlaşdırıldı. Yəni, ikinci Devalvasiya ümumi nəticədə 99% oldu. Hazırda manatın məzənnəsi 1,70 manat səviyyəsindədir. Belə ki, Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında birdən-birə məcburi şəkildə 99 faiz, hazırda isə 123 faiz dəyər itirməsindən dolayı, yaranmış yeni biznes şəraitini nəzərə alaraq xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşmasına zəruri dəyişikliklərin edilməsini, əks təqdirdə müqaviləyə xitam verilməsini cavabdehə xx xxxx 2017-ci il tarixində ərizəçi təklif etdi və 10 (on) gün müddətində təklifinin cavablandırılmasını xahiş etdi. Lakin, Cavabdeh QSC-nin xx.xx.2017-ci il tarixli, 7233 saylı cavab məktubu ilə ərizəçinin təklifinə rədd cavabı verilmişdir. Ərizəçi həmin müqaviləni imzalayarkən, 1 doll ar 0,78 manat idi, sonradan 1,05 manat, indi isə təxminən 1,70 manat oldu. Yəni, ərizəçi müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdı və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi yox idi. İndi isə, ABŞ dollarının dəyəri manata nisbətdə birdən-birə 123 faizədək qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri qalxmış, lakin, ərizəçinin əmək haqqı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin məcburi şəkildə kəskin və gözlənilməz artırılması xaricdən gətirilən malların qiymətinin artm asına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. Ərizəçi daha, əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyi gəlirləri də əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən ərizəçinin və cavabdehin əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu məcburi, kəskin və gözlənilməz dəyişikliyi isə, ərizəçinin “ağlabatan şəkildə əvvəlcədən görə bilməsi” mümkün deyildi. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-4709/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xə bərdar edilmişlər. Lakin Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin d əyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki qanunvericiliyinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılm ış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin M əcəllənin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəy işdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəflər i və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın kreditixarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Apelyas iya kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli kredit ərizəsinə əsasən, İddiaçı 36 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilməsi xahişi ilə Cavabdeh QSC-yə müraciət etmişdir. Cavabdeh QSC-nin Lənkəran Filialı ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 08L000003398 saylı “X2” üzrə xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı kredit razılaşmasına əsasən, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,67 olmaqla 36 ay müddətinə 80.000 ABŞ dolları məbləğində aktiv kredit xətti açmış və kredit limiti çərçivəsində kredit vermişdir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, bu kredit razılaşması ilə müəyyən olunmuş şərtlərlə krediti, ona hesablanmış fa izi banka qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək, şəraitin dəyişməsi (manatın məzənnəsinin dəyişməsi) ilə əlaqədar xx xxxx 2014-cü il tarixli, 08K000000025 saylı Kredit Razılaşmasının ləğv edilməsini istəyir. Göründüyü kimi iddiaçı manatın məzənnəsinin dəyişməsini şəraitin dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi üçün əsas kimi göstərsə də, yuxarıda şərh olunanlardan göründüyü kimi, bu halın tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Kasasiya kollegiyası apelyasiya kollegiyasının hüquqi mövqeyi ilə razılaşır və kasasiya şikayətinin dəlillə rinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apelyasiya kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2018-ci il tarixli Qərarına istinad etməklə, götürülmüş kreditin xarici valyutada olması ilə əlaqədar manatın məzənnəsinin dəyişməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməməsini düzgün olaraq vurğulamışdır. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etd iyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)4709/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar