Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5532/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 nümayəndəsi X2, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(105)-2079/2019 saylı qətnaməsindən İddiaçı1 və cavabdeh X kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(067)-619/2019 saylı qətnaməsi ilə (sədrli k edən, hakim A.B.Sadıqov) İddiaçı1 Cavabdeh1 qarşı “alimentin sabit pul məbləğində müəyyən edilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 16 yanvar 2019-cu il tarixdən başlayaraq 27 avqust 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin, eləcə də onun 3 yaşına çatanadək saxlanılması üçün hər ay 40 manat ödəncin tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(105)-2079/2019 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli qətnaməsi qi smən ləğv edilib, cavabdehdən 16 yanvar 2019-cu il tarixdən başlayaraq 27 avqust 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin, eləcə də onun 3 yaşına çatanadək saxlanılması üçün hər ay 40 manat ödəncin tutulub iddiaçıya ödənilməsi qət edilib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, cavabdehdən 27 avqust 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, eləcə də 3 yaşı çatanadək onun saxlanılması üçün hər ay 150 manat ödəncin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, 28 avqust 2017-ci il tarixdə cavabdehlə rəsmi nikah əsasında ailə qurub. Birg ə nikahlarından 27 avqust 2018-ci il tarixdə X1 adlı uşaqları doğulub və hazırda ailə münasibətləri tamam pozulub. 16 aprel 2018-ci il tarixdə hamilə vəziyyətdə valideynlərinə məxsus olan evə qayıdıb. Bu müddət ərzində cavabdeh uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Uşaq vaxtından əvvəl doğulduğu üçün çox zəifdir və tez-tez xəstələnir və mütəmadi olaraq onu müalicə etdirir. Uşağa qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gə lib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçı1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub.. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ondan tutulacaq alimentin 120 manat məbləğində müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı1 nümayəndəsi X2 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığ ı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1 və vəkili X3 məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı1 və vəkili X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin maddi, prose ssual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, alimentin və aylıq ödəncin məbləğini yuxarıda göstərilən məbləğdə müəyyən edərkən, tərəflərin rəsmi nikah əsasında ailə qurmalarına, onların birgə nikahından bir uşaqlarının doğulmasına, alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyy ətlərinin nəzərə alınmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 28 avqust 2017-ci il tarixdə rəsmi nikah əsasında ailə qurub və onların birgə nikahından 27 avqust 2018-ci il tarixdə X1 adlı uşaqları doğulub. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 27 avqust 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, eləcə də onun 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat ödəncin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını iddia edir. Cavabdeh isə iddia ərizəsinə etiraz edərək uşağın saxlanılması üçün iddiaçıya hər ay cəmi 120 manat ödəməyə razı olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlar a aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edil ə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən, ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hü quqi cavabdehlik daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdur və iddiaçı rəsmi olaraq işləmir və qazancı (gəliri) qeyri-müntəzəm və dəyişkəndir. Digər tərəfdən, tərəflərin birgə nikahından doğulmuş uşağın iddiaçının himayəsində olması, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarını çəkməsi uşağın himayəsində olduğu iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Həmçinin “Azərbay can Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2018-ci ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi uşağın mənafeyini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2018-ci ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi alimentin miqdarını cəmi 90 manat məbləğində müəyyən etməklə iddiaçının yanında yaşayan uşağın diqqətəlayiq mənafeyini, həmçinin cavabdehin valideyn kimi öhdəliklərini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin mənasına görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə m alikdirlər və onlar uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, cavabdehdən hər ay iddiaçının xeyrinə tutulan alimentin məbləğini 154 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Daha sonra kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini cavabdehdən iddiaçının xeyrinə 27 avqust 2018-ci il tarixdə doğulmuş X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 40 ma nat məbləğdə təmin etməklə də düzgün nəticəyə gəlib. Belə ki, əvvəla, Ailə Məcəlləsinin 85.1-ci maddəsinə görə, ümumi uşaqları doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Tərəflər kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini və sair göstərsələr də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətlərində əsaslandırmayıblar, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç b ir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dair əsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüqu q normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 və cavabdeh X kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli, 2(105)-2079/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5532/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5532/2019
20.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver