Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5543/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli 2(105)-47/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.M.Quliyeva, iş № 2(012)-1018/2017) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək tərəflər arasında bağlanmış 11 oktyabr 2006-cı il tarixli 000081 saylı və 11 oktyabr 2006-cı il tarixli 000082 saylı müqavilələrin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 3 və 1 otaqlı mənzillərin Cavabdeh tərəfindən boşaldılması və mənzillərin iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh mənzilin təmirinə sərf etdiyi pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.O.Quliyev, G.F.Tağızadə və E.G.Rəhimov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçının hüquqi varisi olduğu “Uğur” fərdi firması ilə Cavabdeh arasında N ünvanında inşa edil ən üç otaqlı və bir otaqlı mənzillərə dair 11 oktyabr 2006-cı il tarixdə iki müqavilə - 000081 və 000082 saylı müqavilələr bağlanmışdır. 2016-cı ilin iyul ayında ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini icra etməməsi və mənzillərin ona təhvil verilməsinə baxmayaraq Cavabdeh uzun müddətdir ki, aylıq ödənişləri həyata keçirməməklə müqavilə öhdəliklərini pozmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən mənzilə dair bağlanmış müqavilələrin ləğv edilməsi, mənzilin boşaldılaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçıya mənzillərlə əlaqədar borcunun olmamasına baxmayaraq müvafiq sübu tlar əldə etmədən onunla bağlanmış müqavilələrin ləğv edilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşd ırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını əsaslı sayarkən iddiaçı tərəfindən təqdim olunmuş 16 noyabr 2016-cı il tarixli arayışa əsaslanmış və hesab etmişdir ki, cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Həmin arayışa görə Cavabdeh 000081 saylı müqavilə üzrə 26.230 manat ödəməli olduğu halda cəmi 22.646,67 manat, 000082 saylı müqavilə üzrə isə 44.042 manat ödəməli olduğu halda 37.838, 33 manat məbləğində ödəniş etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış sübutlar əsasında gəldiyindən və iş üzrə müəyyənliyin yaranması təmin olunmadığından qətnamə qanuni sayıla bilməz. Müəyyən olunduğu kimi tərəflər arasında mübahisə mənzillərin dəyərinin ödənilməsi ilə əlaqədar yaranmışdır. ASC iddia edir ki, cavabdeh mənzillərin dəyəri ilə əlaqədar onlara müqaviləyə uyğun olaraq 180 ay ərzində ödənişlər etməli olmasına baxmayaraq cəmi 105 aya görə ödəniş etmiş və cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi 2015-ci ilin avqust ayında dayandırılmışdır. Cavabdeh isə məzillərin dəyərini ödəməklə ASC-yə borcunun olmamasını iddia etməklə iddia tələbi ilə razılaşmır. Göstərilən ziddiyyətli vəziyyətdə mənzillərin dəyərinin ödənil məsi ilə əlaqədar məsələnin tam və obyektiv araşdırılmasına zərurət olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardad iş materialları ilə birlikdə rəy verilməsi üçün dəfələrlə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsinə baxmayaraq iddiaçı tərəfindən həmin kredit müqavilələri üzrə tərtib edilmiş kassa mədaxil orderləri, cari hesabdan çıxarış (müqavilələr bağlanan tarixdən 19 yanvar 2018-ci il tarixə, məxariclər göstərilməklə, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), ödəniş qəbzləri ekspertizaya təqdim olunmadığından iş üzrə ekspertizanın keçirilməsi mümkün olmamışdır. (i/v 155-156, 160, 161-162, 163-165, 214, 216-225). Lakin apellyasiya instansiyası məhkəmə si ekspertizanın keçirilməsi barədə məhkəmə kollegiyasının 21 noyabr 2017-ci il tarixli qərardadının icrasının başa çatdırılmasını təmin etmədən yalnız iddiaçının təqdim etdiyi 16 noyabr 2016-cı il tarixli arayışda göstərilən məlumatlar əsasında işə baxaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat münasibətlərini tənzimləyən 752, 760-cı maddələrinin qüvvəsini tətbiq etmişdir. Məhkəmə kollegiyasına görə podratçı ASC öz müqavilə öhdəliyini icra edib mənzilləri sifarişçiyə (cavabdehə) təhvil vermiş, sifarişçi isə mənzillərin dəyəri üzrə aylıq ödənişləri tam həyata keçirməmişdir. İşdə olan 11 oktyabr 2006-cı il tarixli müqavilələrin məzmunundan görünür ki, tərəflər arasında podr at müqaviləsi deyil, alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilələrdə “Uğur” fərdi firması “satıcı”, Cavabdeh isə “alıcı” kimi göstərilmişdir. Həmin müqavilələrdə mənzillərin dəyərinin hissə-hissə aylıq ödənişlər şəklində həyata keçirilməsi nəzərdə tutulduğundan, kollegiya hesab edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 600-cü maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirili r. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. (600.2.) Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (600.4.). Kollegiya hesab edir ki, nisyə alqı-satqı müqaviləsi tərəflərin qarşılıqlı münasibətinə uyğun olduğundan mübahisə məhz həmin münasibətləri tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında podrat münasibətlərinin olması nəticəsinə gələrək mübahisəni Mülki Məcəllənin 760.2-ci maddəsinin tələbləri baxımından həll etmişdir. Azərbaycan Respublikası MPM-n in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. (217.1.) Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (217.3.) “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmamışdır. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi mənzillərin dəyərinin ödənilməsi vəziyyəti ilə əlaqədar tərəflər arasında yaranmış mübahisənin həlli üçün əhəmiyyətli olduğundan, kollegiya hesab edir ki, yenidən işə baxan məhkəmə kollegiyası tərəfindən ekspertizanın keçirilməsi məsələsi təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5543/2019
08.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver