Məhkəmə qərarları › İş №2(102)-5550/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5550/2020

17.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5550/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)13920/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) xx.xx.2019-cu il tarixli, 2(004)-1426/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ş.Məmmədova, X.Sarıyev) xx.xx.2019-cu il tarixli, 2(103)-13920/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1426/2019 saylı qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 01S000002108 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi tərəfindən cavabdehə heç bir bildiriş göndərilməmiş, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmişdir. Bundan əlavə, zaminlik müqaviləsində zaminin təminat verdiyi kreditin (əsas öhdəliyin) məbləği, müddəti və illik faiz dərəcəsi öz əksini tapmamışdır. Halbuki zaminin öhdəliyi aksessor öhdəlikdir və zaminlik müqaviləsi bağlanarkən əsas öhdəliyin bu şərtləri zaminlik müqaviləsində də aydın göstərilməlidir. Əks halda zamin hansı öhdəlik üçün hansı müddətə və hansı həcmdə məsuliyyəti üzərinə götürməsini bilmir, nəticədə Mülki Məcəllənin zaminliyə dair müddəalarının tələbləri pozulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli qərarlarında da zaminlik məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi aydın izah edilmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr maddi və prosessual hüquq normalarının tələblərini pozmuşlar. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13920/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və y eri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməmə si barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-106/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3, X5 və İddiaçı müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə xx xxxxxx 2012-ci il tarixli 01R000008367 saylı kredit razılaşması üzrə 118543 ABŞ dolları 74 sent əsas borc, 22075 ABŞ dolları 48 sent faiz borcu, 10000 ABŞ dolları cərimə, cəmi 150.619 ABŞ dolları 22 sent məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması və X4, X5 və İddiaçı müştərək qaydada Cavabdeh ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli, 01R********* * saylı kredit razılaşması üzrə 69504 ABŞ dolları 26 sent əsas borc, 13252 ABŞ dolları 15 sent faiz borcu, 6000 ABŞ dolları cərimə borcu, cəmi 88756 ABŞ dolları 41 sent məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulmuşdur, iddia qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-9839/2017 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)-2366/18 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(102)1918/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx x xxxxx 2017-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-812/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)106/2017 saylı qətnaməsi ilə tutulması qət edilmiş cəmi 239375 ABŞ dolları 63 sent kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıtsan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzil ilkin satış qiyməti 180000 manat məbləğində qiymətləndirilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına qeydi edilən kredit borcu ödənilməsi, ipoteka pre dmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdeh X2 Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsində yerləşən 36 saylı evin 49 nömrəli mənzili tərk etməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu vəsaiti cavabdeh X1 iddiaçı “xxxx” QSC-nin xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12778/2018 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, hazırki iddia ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə digər borclularla yanaşı hazırkı i ş üzrə iddiaçıdan zamin olaraq borcun tutulmalı olması qərara alınmış və həmin qətnamələr qanuni qüvvədədir. Bu səbəbdən də, yuxarıda göstərilən qərarlar hazırki mübahisəyə şamil olunmaya bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı məhz məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetinə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə, hüquq və mənafelərin pozulmasından çox məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınılması xarakterini daşıyan bir hal kimi qiymətləndirilir. Beləliklə, apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmişdir. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Kasasiya ko llegiyası apelyasiya kollegiyasının hüquqi mövqeyi ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kasasiya şikayətində ilkin olaraq ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilmədiyinə, ona bildiriş göndərilmədiyinə istinad etsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə apelyasiya məhkəməsi tərəfindən bildiriş ünvanlanmış, poçt göndərişinin kötüyünə poçt ştampı vurulmuşdur. İddiaçının kasasiya şikayətinin digər dəlillərinə gəldikdə isə, qalan dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və iş materiallarında olan məhkəmə qətnamələrindən də göründüyü kimi, iddiaçı məhz cavabdeh ilə məhkəmə çəkişmələri bitəndən, ondan borc tutulandan və ipoteka predmetin ə yönəldiləndən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən də apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13920/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar