Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5558/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)1319/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(019)-87/2019 nömrəli qətnaməsi ilə iddiа tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)1319/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiаçı İddiaçı Cavabdehnа qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək 0.25 ha həyətyanı torpaq sahəsinin ətrafından keçən Cavabdeh tərəfindən bağlanmış kanalın açılması, suyun təbii axının bərpa edilməsi, cavabdeh tərəfindən vurulmuş 7000 (yeddi min) manat ziyanın alınıb ona verilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Balakən rayonu Cede rovtala kəndində yaşayır. Balakən rayonu Aqrar İslahat komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə ona 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş və 0.25 ha həyətyanı torpaq sahəsinə JN 153A KOD 40112048 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Eyni zamanda 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 562 KOD 40112018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Ona verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində 1987-ci ildə 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 105 kv/m olan fərdi yaşayış evi inşa etmişdir. 0.25 ha həyətyanı torpaq sahəsinin ətrafı kubik hasarla bağlıdır. Torpaq sahəsində mal damı, talvar tikmişdir. Torpaq sahəsinin ətrafından kiçik arx ç əkilmişdir. Həmin arx vasitəsi ilə yağış suları axıdılır. Onun həyətyanı torpaq sahəsindən qarşı tərəfdə yolun digər hissəsində yaşayan qonşusu Cavabdeh onun həyətinin qabağından keçən su arxının üstünə turba qoymuş, turbanın üstünə qum tökərək turbanın içərisini bağlamışdır. Belə olan halda isə turbadan su keçməmiş, 2018-ci ilin aprel-may və avqust aylarında kəndə yağan güclü yağış suları turbadan keçmədiyindən onun həyətinə, evinə dolmuş, nəticədə evin bir hissəsini, mal damının bir hissəsi xarab eləmiş, evə ciddi ziyan vurmuşdur. Bu hadisələr nəticəsində ona təxminən 7000 manat ziyan dəymişdir. Cavabdeh onunla qonşuluqda yola getmir, ona qarşı qərəzli olaraq belə hərəkətləri edir. Cavabdehdən bu hərəkətlərinin qarşısının alınmasını tələb etsə də, o bu əməllərindən əl çəkmir. Bununla əla qədar dəfələrlə Balakən rayon İcra Hakimiyyətinə və müxtəlif orqanlara müraciət etmişdir. Lakin tələbinin mülki xarakterli olmasını bildirərək məhkəmə orqanına müraciət etməyi məsləhət görmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və onun vəkili X3 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərait yaratmamış, birtərəfli, səthi və qeyri-obyektiv araşdırma aparmaqla, MPM-nin 80, 81, 82.3, 88, 217 və 261-ci maddələrinin tələblərini pozmuşdu r. Belə ki, məhkəmə iş üzrə həqiqətə nail olmaq üçün müvafiq məhkəmə ekspertizası təyin etməmiş və nəticə etibarı ilə də iddiaçının əmlakına dəymiş ziyanın cavabdehin hərəkətləri nəticəsində yaranması müəyyən edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Balakən Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, JN 153A №li, KOD 40112048 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətinə əsasən, Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı Şaban oğluna və X1 mülkiyyətinə Balakən rayonu Cederovtala kəndindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı Şaban oğlunun adına Bаlаkən rаyоnu Cederovtala kəndində 0.25 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 4 otaqlı ümumi sahəsi 105.8 kv/m olan fərdi yaşayış evi vardır. JN 562 №li, KOD 40112018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı Şaban oğluna və X1 mülkiyyətinə Balakən rayonu Cederovtala kəndindən 0.71 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın q anuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıd ır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranış ının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Apellyasiya instansiyası bununla bağlı düzgün olaraq qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin m əhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş mübahisəli su arxına salınmış truba nəticəsində onun əmlakına ziyan dəyməsini, zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və iddiaçı tərəf öz iddiasının əsaslarını yalnız özünun formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar yenə də yalnız iddiaçının özünün izahatına söykənir. İddiaçının özünün izah atına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda isə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən mülki qanunvericiliyin müddəalarına əsasən cavabdehin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyəti yaranmış hesab edilə bilməz. Məhkəmələr müəyyən etmişdirlər ki, Balakən rayonu Aqrar İslahat komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə İddiaçı Şaban oğluna 0.25 ha həyətyanı torpaq sahəsi, 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ona verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində dö vlət qeydiyyatına alınmamış,1987-ci ildə 1 mərtəbəli 4 otaqlı ümumi sahəsi 105 kvm olan fərdi yaşayış evi inşa etmişdir. Cavabdeh iddiaçı ilə qonşuluqda yaşayır. O, öz evinin qarşısında olan, yağış sularının axması üçün nəzərdə tutulmuş arxın üzərindən nəqliyyat vasitələrinin keçməsi üçün arxa boru yerləşdirmiş və üzərinə də qum tökmüşdür. Həmin borudan su sərbəst axıb keçir. Sözügedən arxın və borunun iddiaçıya heç bir aidiyyəti olmadığı halda o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. Ona görə də, mülki hüquq pozuntusunun tərkibi yaranmadığından, yəni iddiaçının bildirdikləri mülki hüquq pozuntusu olmadığından, cavabdehin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün də əsas ola bilməzdi. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(107)-1319/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5558/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5558/2019
04.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver