Məhkəmə qərarları › İş №2(102)-5559/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5559/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5559/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Firmasına və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5559/21 (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2841/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tar ixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 Firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC “Xalq” Bankı ilə Cavabdeh2 firması arasında bağlanmış 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 Firması arasında 21 yanvar 2010-cu il tarixli MQ-M/21-01 saylı və 29 may 2012-ci il tarixli MQ-M/29-05 saylı müqavilələr bağlanmışdır. Bu müqaviləyə əsasən o, ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Daha sonra Cavabdeh2 Firması özünə məxsus ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) əldə etmişdir. ASC “Xalq” Bankı ilə Cavabdeh2 Firması arasında 4 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən bank borcalana illik 16 faiz ödənilmək şərti ilə 60 ay müddətinə 7,000.000.00 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kredit in məbləği artırılaraq 14,000,000.00 manat təşkil etmişdir. 8 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə Cavabdeh2 Firması 4 oktyabr 2018-ci il tarixinədək 17,000,000.00 ABŞ dolları məbləğini illik 16 faiz olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Cavabdeh2 Firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasının ipoteka qoyulması barədə 4 oktyabr 2013-ci il tarixli, sonradan isə 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Hesab edir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq bağlanmış v ə bu səbəbdən də etibarsızdır. "xxxx" ASC və Cavabdeh2 Firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış Kredit müqaviləsinin 1.2-ci maddəsində verilmiş kreditin məqsədi “digər bank qarşısında mövcud olan kredit borcunun tam həcmdə ödənilməsi və tikinti işlərinin tamamlanması” kimi göstərilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 Firmasına 7,000,000.00 manat məbləğində kredit verilmişdir. Lakin, qeyd edilən kredit müqaviləsindən 2 ildən də az müddət keçdikdən sonra "xxxx" ASC və Cavabdeh2 Firması arasında 08 iyul 2015-ci il tarixində yeni Kredit müqaviləsi bağlanaraq, Cavabdeh2 Firmasına 17,000,000.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təyinatı kimi isə “ünvan 3 ünvanında yerləşən “Yasmin” Ticarət və Əyləncə Mərkəzində təmir, tikinti və quraşdırma işlərinin apa rılması” qeyd edilmişdir. Göründüyü kimi, 2013-cü il tarixində tikintinin başa çatdırılması məqsədi ilə kredit verilir, üstündən 2 ildən az müddət keçdikdən sonra isə həmin kreditdən 3 dəfə çox məbləğdə kredit eyni məqsəd ilə Cavabdeh2 Firmasına verilir. Bununla da həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X2 2008-ci il 18 noyabr tarixli qərarı (34 nömrəli protokol) ilə təsdiq edilmiş və 2008-ci il 10 dekabr tarixli 3426 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydalar’-nın tələbləri "xxxx" ASC tərəfindən kobud şəkildə pozulmuşdur. 30 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “Banklarda kredit risklərinin idarə edilməsi” Qaydalarını qəbul edib və Qaydalar qüvvədən düşüb. Bundan ba şqa, Qaydalara əsasən "xxxx" ASC Cavabdeh2 Firmasının maliyyə hesabatlarına əsaslanaraq kredit verə bilərdi. Cavabdeh2 Firmasının özünün də bildirdiyi kimi, həmin dövrlərdə maliyyə vəziyyətləri pisləşdiyinə görə, onlarda kredit götürmək zərurəti yaranmışdır. Hər kəs bildiyi kimi, banklardan kredit götürmək üçün istər fiziki, istərsə də hüquqi şəxslərin maliyyə vəziyyəti, gəlirləri kreditor tərəfindən hərtərəfli qaydada araşdırılır və bunun nəticəsində onlara kredit verilir. Hazırki vəziyyətdə isə açıqaşkar görünür ki, "xxxx" ASC tərəfindən kreditlərin verilməsində kobud pozuntulara yol verilmişdir. "xxxx" ASC-nin kredit rəsmişləşdirilən Filialının kredit komitəsi kreditin verilməsi ilə bağlı mənfi qərar vermiş, bundan əlavə biznes plan da mövcud olmamışdır. Təəssüflər olsun ki, hazırki İpo teka müqaviləsi üzrə Qaydaların tələbləri pozulmuş və ipoteka predmetinin dəyəri bir qiymətləndirici tərəfindən qiymətləndirilmişdir. Həm qanunvericiliyin tələblərinə, həm də ümumi qəbul edilmiş praktikaya əsasən ipoteka saxlayan hər hansı daşınmaz əmlakı ipotekaya götürən zaman, ipoteka predmetini təşkil edən daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər zəruri sənədlərin yoxlanılmasında əlavə, daşınmaz əmlaka yerində baxış keçirir. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16.100 kv.m. təşkil edən qeyri-yaşayış binasına "xxxx" ASCnin nümayəndələri tərəfindən bir neçə dəfə baxış keçirilmişdir. Bunu Cavabdeh2 Firması da təsdiqləyir. Maraqlısı isə odur ki, həmin müddətdə iddiaçılar və Cavabdeh2 Firması arasında bağlanan müqavilələr əsasında iddiaçılar onlara məxsus əmlaklarda sahibkarlıq fəaliyyətlərini həyata keçirirdilər. Necə ola bilərdi ki, "xxxx" ASC artıq bir neçə ildir ki fəaliyyət göstərən ofis və mağazaları görməmiş, gördükdə isə bunların kimlərə məxsus olması ilə maraqlanmamışdır. "xxxx" ASC özü də etiraf edir ki, orada fəaliyyət göstərən aptekin mövcud olmasını görmüşlər, guya Cavabdeh2 Firması "xxxx" ASC-yə həmin aptekin yerləşdiyi qeyri-yaşayış sahəsinin icarədə olmasını bildirmişdir. Belə olan halda, təbii ki, "xxxx" ASC müvafiq sənədlərin onlara təqdim edilməsini tələb etməli idi (icarə müqaviləsi və s.). Lakin ona məlum olmayan səbəblərdən "xxxx" ASC bunu etməmişdir. Mübahisə ilə bağlı "xxxx" ASC yalnız o halda vicdanlı əldə edən hesab edilə bilər ki, qeydin düzgün olmamasını bilə bilməzdi. Lakin qeyd edildiyi kimi, həm kreditlərin verilməsində, həm də ipoteka predmetinə yerində baxış keçirilərkən (aptekin fəaliyyət göstərməsi faktı) yol verilmiş pozuntular onıda "xxxx" ASC-nin vicdanlı olmaması ilə bağlı əsaslı şübhələr yaradır. "xxxx" ASC ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərkən həmin əmlakın bir hissəsinin iddiaçılara məxsus olmasını bilmişdir. Belə olan halda, "xxxx" ASC vicdanlı əldə edən olmur və onun daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etməsi istisna edilir. Yuxarıda qeyd edilən bütün məsələlərə əsaslanaraq bildirilir ki, 8 iyul 2015-ci il tarixli sonrakı ip oteka müqaviləsi etibarsızdır. Belə ki, 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ümumiyyətlə iddiaçılar barəsində heç bir hüquqi nəticə doğura bilməz. Çünki əmlak iddiaçılara məxsusdur və Cavabdeh2 Firmasının əmlaka dair hər hansı sərəncam vermək səlahiyyəti belə yoxdur. Səlahiyyətsiz şəxsin bağladığı əqd isə, bağlandığı andan etibarsızıdır. O, isə nəinki bəyənmiş, heç əmlakın "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilməsindən məlumatlı belə olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-517/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Konstitu siya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli Qərarı ilə "xxxx" firmasının ASC "Xalq" Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli. 2-2(102)-366/17 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun 31 oktyabr 2018-ci il tarixli, İş № 13-2(102)-1(k)/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli, 2-2(102)-366/17 saylı qərarı və onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017ci il tarixli, 2-2(103)-14/2017 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X5 və X1 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı "xxx” firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı "xxx” firması ilə ASC ttt Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxx” firması ilə ASC ttt Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Cavabdeh2 firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, "xxx” firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "Xalq" Bankının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/Sİ.V1 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış bi nasına yönəldilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən "xxx” firmasından ASC ttt Bankının xeyrinə tutulmuş, ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 4 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 15043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablan an faizlər formasında əldən çıxmış faydanın əvəzinin Cavabdeh2 firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X3 Cavabdeh2 firması ilə ASC ttt Bankı arasında bağlanmış 08.07.2015ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X1 "xxxx" firması ilə ASC “Xalq" Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvenda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarə t 18 nömrəli qeyri-yaşayış sahəsinin ipotekası hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.07.2019-cu il tarixli, 2-2(102)-285/2019 saylı Qərarı ilə iddiaçı Cavabdeh2 firması və üçüncü şəxs Ağa-X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, etibarsız hesab edilməsi xahiş edilən "xxxx" ASC və Cavabdeh2 Firmasına arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi artıq qüvvəyə minmiş məhkəmə qərarları ilə qüvvədə saxlanılmışdır. Məhkəmə hes ab edir ki, həmin müqavilənin etibarsiz hesab edilməsini istisna edən məhkəmələr tərəfindən müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və bir daha sübut olunmamalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı, "xxxx" ASC ilə Cavabdeh2 Firması arasında bağlanmış ipoteka müqaviləsi üzrə tərəf olmadığından həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququna malik olan subyekt hesab edilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı hazırkı iddiası əsassızdır, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübu tlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi heç bir hüquqi əsasa söykənmədiyindən rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 82.3, 88, 119.1, 217.3 və 217.4-cü il tarixli maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Vahid Sadıqov) 2(103)-2841/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-517/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bundan əvvəl də müxtəlif şəxslərin iddiaları ilə mübahisələndirilmiş, işə baxan məhkəmələr müqaviləyə hüquqi qiymət vermiş və onun etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsaslar olmadığından iddia tələbləri ni rədd etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsasların olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Mübahisələndirilən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı vəkili Vəkil2 və Cavabdeh2 Firmasının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx " ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.

2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı ipoteka müqaviləsinin etibarsız hesab edilməli olması barədə özünün haqlı hesab etdiyi mövqeyi ilə kasasiya şikayətini əsaslandırmağa çalışmış, lakin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, apelyasiya kollegiyası Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, mübahisəli sonrakı ipoteka müqaviləsinin etib arsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində nəzərdə tutulmuş əsasların olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2841/2021 nömrəli iş üzr ə 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar