Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5562/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı və vəkili Kərimli Ruhiyyə Neymət qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və əmlakda payın müəyyən edilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(107)-812/2019 nömrəli qətnaməsindən İd diaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun azyaşlı övladı 18 yanvar 2010-cu il təvəllüdlü X6 və 25 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün hər birinə hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində və ya onun qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh hər uşağa görə hər ay 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələ binin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi onların arasında bölünməsini, əmlak üzərində onun azyaşlı uşaqlarının mənafeyi nəzərə alınmaqla 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi uşaqların onun yanında olması nəzərə alınmaqla onun payının 2/3 hissədə, Cavabdeh payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müra ciət edərək, İddiaçı ilə 26 noyabr 2008-ci il tarixdə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(075)-2800/2018 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2008-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 498 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları-18 yanvar 2010-cu il təvəllüdlü X3 və 25 sentyabr 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalmaları, 18 yanvar 2010-cu il təvəllüdlü X6 və 25 sentyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 110 manat məbləğində a limentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin çıxarıldığı 06 dekabr 2018-ci il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, İddiaçı ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manatın, Cavabdeh dövlət büdcəsinə ödədiyi 20 manatın onların özlərinə aid edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2019-cu il tarixli 2(105)-1476/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(075)-2800/2018 nömrəli qətnaməsi qismən İddiaçı ilk iddia tələbinin qalan hissəsinin təmin edilməsi hissəsində ləğv edilərək iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin əmlakda payın müəyyən edilməsi hissəsi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyi 76-cı binanın, 1 otaqlı 27-ci mənzilindən hər birinin payı ½ hissə müəyyən edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Kərimli Ruhiyyə Neymət qızı kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(107)-812/2019 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdirlər. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(107)-812/2019 saylı qətnaməsinin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili Kərimli Ruhiyyə Neymət qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddianın əmlak bölgüsü tələbinə dair hissəsi qismən təmin edilsə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini 2 azyaşlı uşağın mənafeyini nəzərə alınmamışdır. Bundan əlavə hazırda Respublikada uşaqlar üçün yaşayış minimumu 160 manat təşkil etdiyi halda məhkəmələr tərəfindən bir uşaq üçün 110 manat alimentin tutulması müəyyən edilmişdir. Cavabdeh qəsdlə aldığı məvacibi gizlədir və məhkəmə isə onun gəlirlərinin müəyyən edilməsi məqsədilə onun bank hesabları barədə məlumatların götürülməsinə dair vəsatətləri təmin etməmişdir. Sonra isə qətnamədə iddiaçının sübut təqdim etməməyini əsas gətirir. Halbuki, həmin sübutları bank sirri olması səbəbindən məhkəməyə təqdim edə bilmir. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 1 otaqlı yaşayış sahəsinin birgə nikah dövründə əldə edilməsi və dövlət qeydiyyatına alınması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Həmin əmlak heç kimin adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmamışdır. Qanunvericilikdə isə mülkiyyətdə olmayan əmlakdan hər hansı bir payın müəyyən edilməsi nəzərdə tutulmamış, be lə bir hüquq norması yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin əsaslandığı, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarı bu mübahisəyə tətbiq edilə bilməzdi. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili Kərimli Ruhiyyə Neymət qızı məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh və vəkili işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmas ını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 26 noyabr 2008-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahdan onların 18 yanvar 2010-cu il tarixdə Məryəm və 25 sentyabr 2014-cü il tarixdə Əsmər adlı uşaqları anadan olmuşdur. Tərəflər birgə nikahda olduğu dövrdə “xxxx” ASC ilə Cavabdeh arasında 25 dekabr 2012-ci il tarixdə bağlanmış 16628 nömrəli mənzil alqı-satqı müqaviləsinə əsasən Məcidov X5 rayonu 000 1 otaqlı mənzili 15164,6 manata “xxxx” ASC -dən almışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayıldığından İddiaçı da Abşeron rayonu Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyi 76-cı binanın, 1 otaqlı 27-ci mənzilindən pay tələb etməkdə haqlıdır. Lakin, iddiaçının həmin əmlakdan payının 2/3 hissədə olmasını əsaslandıran və təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, onların payları bərabər hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının təl əblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcl u olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı mə hkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum təl əbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəməyə təqdim edilmiş və “Collezione İtalia” şirkəti tərəfindən 30 may 2018-ci il tarixdə verilmiş 01 saylı arayışdan görünür ki, Cavabdeh həmin şirkətdə satınalma üzrə menecer vəzifəsində işləməklə hər ay 250 manat əmək haqqı alır. Tərəflər cavabdehin digər qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə kollegiyası «Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2019-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat müəyyən edildiyini nəzərə alır, lakin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. Buna görə də, məhkəmələr işin faktiki hallarını və uşaqların mənafeyini, tərəflərin hər ikisinin maddi və ailə vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daş ımalarını və uşaqların saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hər uşağın saxlanılması üçün alimentin miqdarını 110 (bir yüz on ) manat müəyyən etməkdə haqlı olmuşlar. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (maddə 31.1.). Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir (maddə 31.2.). - 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1.). Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulm uş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir (maddə 32.2.2.). - 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36-cı maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir (maddə 36.1.). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3.). Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir (maddə 36.4.). - 37-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1.). Ayrı-ayrı hallarda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ərin diqqətəlayiq mənafeyini, o cümlədən ar-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edili r və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri---yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ y aradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113- cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıda göstərilən qanun normalarının və Konstitusiya Məhkəməsinin qərarlarının tələbi baxımından apellyasiya m əhkəməsi düzgün olaraq tərəflərin birgə nikahları dövründə əldə etdikləri yuxarıda göstərilən mənzildən paylarını müəyyən etmişdir və cavabdehin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. İddiaçının kassasiya şikayətinin mənzilin 2/3 hissədə onun payının müəyyən edilməsi barədə dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, Ailə məcəlləsinin 37.2-ci maddəsinə görə, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ər-arvad arasındak ı ümumi əmlakın bölünməsi zamanı onların payları bir qayda olaraq bərabər hesab edilir. Bununla yanaşı, qanunverici ayrı-ayrı hallarda yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alaraq payların qeyri-bərabər bölünməsini də mümkün hesab edir. Qanun yalnız tərəflərin birgə nikahlarından uşaqlarının olmasını və həmin uşaqların valideynlərdən birinin yanında qalmasını həmin valideynin payının daha çox müəyyən edilməsinə birmənalı əsas hesab etmir. Ailə qanunvericiliyinin mənasına görə qeyri-bərabər bölgünün uşaqların mənafeyindən və (və ya) tərəflərdən birinin diqqətəlayiq mənafeyindən irəli gəldiyi əsaslandırılmalıdır. Hazırki işdə isə belə diqqətəlayiq mənafe əsaslandırılmamışdır. Göstərilənlərə əsasən kassasiya kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətlə ri təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-812/19 nömrəli, 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5562/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5562/2019
04.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver