Məhkəmə qərarları › İş №2(102)-557/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-557/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-557/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: nikah dövründə əldə edilmiş əmlakın bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-100/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və X3 tərəfindən verilmiş kassasi ya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 30 iyun 2012-ci il tarixdə nikah bağlamış, bu nikahdan iki uşaqları var və nikahları xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur.

2. Tərəflər nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair aşağıdakı iddia tələblərini irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş evə xərclənmiş 40000 (qırx min) manatın, “Daewoo” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün ödənmiş 8000 (səkkiz min) manatın, dəmir qaraj üçün ödənmiş 2000 (iki min) m anat ümumi dəyərin yarısını yəni, 25000 (iyirmi beş min) manatın, 5310 (beş min üç yüz on) manat dəyərində olan qızıl-zinət əşyaları və 15230 (on beş min iki yüz otuz) manat dəyərində olan cehiz əşyalarının, cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə ailə həyatı qurduqdan sonra cavabdehlərin yaşadığı, ünvan 1 ünvanına gəlin köçmüşdür. O, gəlin köçərkən cehiz əşyalarını da mübahisəli mənzilə gətirmişdir. 2018-ci ilin yay aylarında qərara gəlmişlər ki, ev şəraitlərini genişləndirsinlər. Müəyyən miqdar pul topladıqlarından və yaxşı pul qazandığından Abşeron rayon, Saray qəsəbəsində 4 sot torpaq sahəsi almışlar. Elə həmin ildə evin tikintisinə başlamışlar. Əllərində olan məbləğ tə qribən 10.000 manat civarında idi. Bu məbləğ az olduğu üçün o, xx.xx.2018-ci il tarixdə 10.000 manat da kredit götürmüşdür. Bir il ərzində 4 otaqlı tam təmirli evi tikib qurtarmışlar və həmin evdə onun əmlakları ilə birlikdə yaşamağa başlamışlar. Evin tikintisinə keçmiş həyat yoldaşı ilə birlikdə (vəsaitin əksəriyyəti onun qazancı və kreditidir) 40.000 manat pul xərcləmişlər. Torpağın sənədi digər cavabdeh olan qayınanasının adına olduğu üçün həmin evə çıxarış almamışlar. Lakin, həmin evdə az bir müddət yaşadıqdan sonra cavabdehlər, ona qarşı münasibətləri tamam dəyişmiş və onu mənzildən məcburi qaydada qovmuşlar. Ən doğrusu isə evdən çıxan gün keçmiş həyat yoldaşı ilə mübahisə etmişlər. Cavabdeh onu evdən çıxardaraq, gətirib iş yerində düşürtmüş, 1 müddət sonra isə zəng etmişdir ki, artıq evə dönməsin. O, qızıl-zinət əşyalarını və şəxsi əmlak əşyalarını tələb etdikdə isə qaytarmaqdan imtina etmişlər. Bir müddət sonra isə öyrənmişdir ki, onun əmlaklarını özbaşına şəkildə Saray qəsəbəsindən çıxararaq, Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsində yerləşən evlərinə aparıblar. Keçmiş həyat yoldaşı ilə birgə nikah dövrü fərdi yaşayış evi tikməklə yanaşı, "Daewoo markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın və İnşaatçılar qəsəbəsindəki evin həyətində yerləşən dəmir qarajı da almışlar. Bir sözlə birgə nikah dövrü Abşeron rayonu, Saray qəsəbəsində 40.000 manat dəyərində fərdi yaşayış evi tikmişlər, 8000 manat dəyərində avtomaşın almışlar ("Daewoo markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın), 2000 manat dəyərində isə dəmir qaraj almışlar. Nikahları Sumqayıt şəhər Məhkə məsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdeh ilə istər birgə nikah dövrü əldə edilmiş əmlakları, istərsə də qızıl-zinət, və cehiz əmlaklarının mübahisəsini öz aralarında sülh yolu ilə əldə etmək üçün nümayəndəsi vasitəsi ilə görüşmüşlər. Hətta ümumi razılığa da gəlmişlər. Lakin, cavabdehlər məsələni uzadırlar və konkret addım atmırlar. O, isə iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşamağa məcbur olmuş, başqa yaşayış yeri olmadığı üçün çətinlik çəkir. Öz əziyyəti ilə inşa etdiyi ev olduğu halda o, həmin hüququndan istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərdə olan cehiz əmlakları bunlardır: qonaq otağı üçün mebel dəsti (Embawood)-İ ədəd termo, 2 ədəd şüşə mebel)- 1500 manat, ya taq otağı üçün (Dellora) və şkaf-3500 manat, 750D kanon kamera-750 manat, 3 ədəd çilçıraq (2-i cehiz qonaq otağı və yataq otağı üçün-150 manat, 1-ni özü almış, qara rəngli büllur qonaq otağı üçün-280 manat, 1 ədəd stol-6 ədəd stul (Embawood)-500 manat, divan (Embawood)-1300 manat (600 manatın özü ödəmiş), mətbəx üçün divan-350 manat, cakkuzi-300 manat, evin qapıları-650 manat, dəhliz üçün şkaf-450 manat, təzə evdə çöl qapı-350 manat, darvaza-550 manat, ona hədiyyə alınan şuba-3000 manat, qızıl-zinət əşyaları: boyunbağı və bilərzik (585 əyarlı 30 qr)-2300 manat, komplekt badamı formada (brilliant, 750 əyarlı (sıraq, üzük, klon)-900 manat, şopat boyunbağı (585 əyyarlı)-300 manat, şopat bilərzik (750 əyyarlı)-450 manat, həri üçün tək qaş brilliant üzük-500 manat, brilliant 750 əyyarlı nişan ü züyü-800 manat, göy qaşlı bilərzik (585 əyyarlı)-60 manat təşkil edir.

5. Cavabdeh1 və X3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8 qramlıq dəyəri 800 manat olan 1 ədəd kişi üzüyünün alınaraq Cavabdeh1 qaytarılması, cavabdehdən 3 illik təhsili ilə bağlı ödədiyi 3500 manat, uşağın doğulması zamanı xəstəxanaya ödədiyi 2000 manat pulun, evdən gedərkən apardığı onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsindəki torpağa dair sənədlərin alınaraq Cavabdeh2 qaytarılması, Cavabdeh1la birgə nikah dövründə aldıqları əmlakların- 1 ədəd telefon İphone-2000 manat, telefon Samsung 700 manat, telefon Samsung 500 manat, televizor Samsung-2000 manat, soyuducu Hofman 1200 manat, 2 ədəd çarpayı-400 manat, 2 ədəd kompüter hər biri 700 manat olmaqla 1400 manat, 2 ədəd printer rəngli Epso n 500 manat, ağ-qara-300 manat cəmi 800 manat, 1 ədəd su filtri-300 manat, 1 ədəd «Embavood» divan-1300 manat, cavabdehin istifadə etdiyi ofis üçün digər avadanlıqlara və təmirə çəkilən 4000 manat xərcin bərabər bölünməsi, bölgü naturada mümkün olmadıqda həmin əmlakların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə verərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş 1 ədəd “Qazelli” üzük, sırğa və klon dəsti 18 qram-1300 manat, 1 ədəd halqa sırğalar 5 qram-400 manat, 1 ədəd üzük 5 qramlıq-450 manat, 1 ədəd ağ qaşlı üzük-400 manat, 1 ədəd ağ kişi üçün qızıl boyunbağı 6 qramlıq500 manat dəyərində olan qızıl zinət əşyalarının aralarında bölgüsü, həmin qızılların olmadığı halda onların dəyərini n yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində ona məxsus olmayan və onda olmayan, evdən gedərkən və sonradan apardığı əmlakları iddia etmişdir. Halbuki onun apardığı həmin əmlakların bir çoxu onların birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Qarşı tərəfin iddia tələbində iddia etdiyi əmlaklardan - «Embavod» istehsalı olan 2 ədəd yataq və qonaq mebel dəstləri, 6 ədəd stul və stol, 2 ədəd çilçıraq (iddia tələbində 3 ədəd göstərib) Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsindədir və iddiaçı həmin əmlaklarını gəlib apara bilər, həmin əmlakları aparmağa heç kəs mane olmayıb və etiraz etməyib. İddiaçının iddia etdiyi digər əmlaklardan - yataq otağı üçün «Dellora» mebel dəst i, mətbəxt üçün divan anası tərəfindən alınmışdır, anasına məxsusdur, hamam aksessurları, duş kabina (qarşı tərəf onu cakkuzi kimi qeyd edib), evin qapıları, dəhliz üçün şkaf, təzə evdə çöl qapı, darvaza onun anasına məxsus olan Abşeron rayonu Saray qəsəbəsində olan fərdi evə aiddir və həmin əmlakların qarşı tərəfə hər hansı bir aidiyyəti yoxdur, bütün bu avadanlıqlar anası tərəfindən alınmışdır. İddiaçının iddia etdiyi 1300 manat dəyərində Embavood divana gəldikdə isə həmin divanı onlar birgə nikah dövründə almışlar və bu əmlak iddiaçının cehiz əmlakı hesab edilə bilməz və iddiaçı ilə aralarında bölünməlidir. Bundan başqa iddiaçı iddia etdiyi şubanı və siyahıda göstərdiyi qızıl zinət əşyalarını aparmış və bununla bağlı onun sübutları da vardır. İddiaçının iddia etdiyi digər əmlaklara-Sara y qəsəbəsində tikilən və anasına məxsus olan 40000 manatlıq fərdi evə, Daevoo markalı avtomaşına, dəmir qaraja, gəldikdə isə onlar birgə nikah dövründə belə bir əmlaklar almamışlar və onun mülkiyyətində nə ev, nə maşın, nədə qaraj yoxdur, ona görə də iddia tələbi bu hissədə də rədd edilməlidir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzininin xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddia ərizəsində göstərilən çəkisi 30 qram olan 585 əyarlı boyunbağı və bilərziyin hazırki orta bazar qiyməti 2100 manat müəyyən edilmiş, 5 adda qızıl-zinət əşyalarının çəkisi müəyyən olunmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 2(060)-2426/2020 saylı iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) ilkin iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qonaq otağı üçün mebel dəsti (Embawood)-1 ədəd termo, 2 ədəd şüşə mebel-1500 manat, yataq otağı üçün mebel dəsti (Embawood)-1600 manat, yataq otağı üçün (Dellora) və şkaf 3500 manat, 1 ədəd stol 6 ədəd stul (Embawood)-500 manat, divan (Embawood)-1300 manat dəyərində olan əmlaklar və boyunbağı və bilərzik (585 əyarlı 30 qram)-2100 manat dəyərində cehiz əmlaklarının alınaraq İddiaçı verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürül müş 6600 ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 ABŞ dolları və "xxxx" ASC-dən götürülmüş 10000 manat məbləğində kreditin ½ hissəsi kimi 5000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 8 qramlıq dəyəri 800 manat olan 1 ədəd kişi üzüyü və 1 ədəd çarpayı dəyəri-400 manat olan əmlakların alınaraq iddiaçı Cavabdeh1 verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyərinin cavabdeh İddiaçı alınaraq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilmə si, İddiaçı “Samsung” markalı qiyməti-700 manat olan telefonun dəyərinin ½ hissəsi kimi 350 manat, 1 ədəd qiyməti-700 manat olan kompüterin dəyərinin ½ hissəsi kimi 350 manat, 1ədəd qiyməti 500 manat olan “Epson” markalı rəngli printerin dəyərinin ½ hissəsi kimi 250 manat və 1 ədəd qiyməti 1300 manat olan “Qazelli” üzük, sırğa və klon dəstinin dəyərinin ½ hissəsi kimi 650 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia tələbini Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş evə xərclənmiş 40000 (qırx min) manatın, “Daewoo” markalı, ** XN *** dövlət qeydi yyat nişanlı avtomaşın üçün ödənmiş 8000 (səkkiz min) manatın, dəmir qaraj üçün ödənmiş 2000 (iki min) manat ümumi dəyərin yarısını yəni, 25000 (iyirmi beş min) manatın alınması hissəsi ilkin iddia tələbi üzrə cavabdehlərin izahatlarına və şahid ifadələrinə əsasən həmin torpaq sahəsi üzərində inşa edilmiş evin xərcləri Cavabdeh2 tərəfindən həyata keçirilmiş və sözügedən “Daewoo” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının və dəmir qarajın birgə nikah dövründə alınması barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı komplekt badamı formada (brilliant, 750 əyarlı (sıraq, üzük, klon)-900 manat, şopat boyunbağı (585 əyyarlı)-300 manat, şopat bilərzik (750 əyyarlı)-450 manat, həri üçün tək qaş brilliant üzük-500 manat, brilliant 750 əyyarlı nişan üzüyü-800 manat, göy qaşlı bilərzik (585 əyyarlı)-60 manat dəyərində olan qızıl-ziynət əşyalarının cavabdehdə olmasını məhkəmə baxışında hər hansı sübuta yetirə bilməmiş, İddiaçı həmin qızıl-zinət əşyalarının cavabdehdə olduğunu desə də, cavabdeh buna etiraz edərək qızılların iddiaçının özündə olduğunu bildirmişdir.

10. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşlıqlı iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbini qismən qəbul edərək məhkəmə qarşılıqlı iddia tələbini qismən, yəni ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin etiraf etdiyi hissədə nişan üzüyü-8 qram-800 manat, 2 ədəd çarpayı-400 manat dəyərində olan əşyalarının qaytarılmasını və telefon “Samsung”-700 manat, 1 ədəd kompyuter-700 manat, 1 ədəd printer rəngli, Epson 500 manat, “Qazelli” üzük, sırğa və klon dəsti-18 qram- 1300 manat birgə nikah dövründə alındığı üçün həmin əmlaklarının dəyərinin tərəflər arasında bölünməsinə etiraz etməmişdir. Cavabdeh-iddiaçı Cavabdeh1 qalan əmlakların və pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb etsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.1, 37.2, 225.1, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 9.1, 9.3, 4.2, 77.1,80, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın bütünlüklə rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu işə baxarkən AR MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM- nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin təl əblərinin pozmaqla qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iddia tələbindən kənara çıxmış, iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 (alti min altı yüz) ABŞ dolları məbləğində pulun və "xxxx" ASC-dən götürülmüş 10000 (on min) manat məbləğində kreditin aralarında bölgüsü barədə iddia qaldırmadığı halda, məhkəmə həmin pulların yarısının ondan tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki qeyd edilən kreditlər birgə nikahda olan vaxt ödənilmişdir.

14. İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin olunması hissəsində ləğv edilməsi, ilk iddianın tam şəkildə təmin olunması, qarşılıqlı iddianın 1 ədəd kişi üzüyünün, Samsunq telefonu, 2 ədəd uşaq çarpayısı hissəsində təmin olunaraq, digər hissədə r ədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə baxışı zamanı cavabdehlər ona qaytardıqlarını bildirdilər. Bir çox qızıllar ona valideynləri və digər qohumları tərəfindən hədiyyə kimi alınıb. Şəxsən ona məxsus qızılları Elvinin nişan üzüyü ilə birlikdə atasına vermişdilər. O isə dərhal Elvinin xalasına bildirmişdir ki, ona hədiyyə olunmuş qızılları qaytarın. Söz versələr də həmin qızılları bu günə qədər qaytarmamışdılar. Həmin qızıllar mövcuddur, toy şəkillərində və digər şəkillərində öz əksini tapmışdır. Qızıl zinət əşyalarının varlığı inkar olunmur, onları aparmağını isə sübuta yetmir. Belə ki, dalaşıb evdən çıxarkən özü ilə heç bir əmlak götürməmişdir. Hətta uşaqlarının əmlaklarını da ona sonradan qaytarıblar. Qarşılıqlı iddia üzrə onu deyə bilər ki, 1 ədəd ayfon telefon onun tərəfindən alınsa da, hələ evli olduğu dövrdə sınmış, Elvin ilə birlikdə sınıq vəziyyətdə satılmışdır. 1 ədəd guya 700 manatlıq Samsung telefonu hal-hazırda istifadəsindədir, lakin onun dəyəri 150 manatdan yuxarı deyil. Digər 500 manatlıq samsunq telefonun, 2000 manatlıq Samsunq televizorun və Hofman soyuducusu heç vaxt onlara məxsus əmlaklar olmamışdır. 2 ədəd çarpayı isə uşaqlarına aiddir, istəsələr onu qaytara bilər. heç vaxt 2 ədəd kompüter olmayıb, 1 ədəd kompüter olub ki, onu da ucuz qiymətə satmışdır. Printerlər olmayıb, Elvinin 1 ədəd kişi üzüyü ondadır. Cavabdehin birgə nikah dövrü əldə edilmiş əmlak kimi qiymət ləndirdiyi 1 "Qazelli" üzük sırğa və klon dəstini 600 manata özü almış, hal-hazırda onu da satmışdır. Yerdə qalan birgə nikah dövrü kimi göstərilmiş, qızıl-zinət əşyaları mövcud olmamışdır və belə qızıllara sahib olmamışdır. Bir sözlə qarşılıqlı iddia ərizəsində göstərilmiş əmlaklardan Elvinə aid 1 ədəd kişi üzüyünü, Samsunq telefonu, hal-hazırda bugünkü dəyərin də 150 manatlıq dəyərindən, 2 ədəd uşaq çarpayısı həcmində qəbul edir, qalan hissədə isə iddianı qəbul etmir. Sumqayıt şəhər Məhkəməsi işə baxarkən, iddia ərizəsində göstərdiyi bütün əmlakları sübuta yetirmişdir. 10.000 manat götürdüyü kreditin 1/2 hissədə bölünməsinə razılaşmır ona görə ki, həmin məbləğ tam şəkildə tikilmiş evə istifadə olunsa da, kredit borcunu o cavabdehlərdən ayrıldıqdan 1 il ərzində ödəyib qurtarmışdır. Yəni həmin məbləği təkbaşına ödəmişdir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsində etirazında da göstərmişdir ki, Elvinə aid 1 ədəd kişi üzüyünü, Samsunq telefonu, və 2 ədəd uşaq çarpayısını qəbul edir. Digər əmlakları isə qəbul etmir. Belə ki, həmin əmlakların cavabdehlərə heç bir aidiyyəti yoxdur. Məhkəmə ona məxsus qızıl-zinət əşyalarının da tam şəkildə təmin etməməsinin səbəbini başa düşmür.

16. Apellyasiya icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2022-ci il tarixli 10/805 №li rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 41629 manat məbləğində müəyyən edilmi şdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-100/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Zaur Məmmədov) apellyasiya şikayətləri mübahisələndirilən hissələrdə qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmayan hissələrində qismən ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində evin təmirinə xərclənmiş 20000 (iyirmi min) manatın alınaraq İddiaçı verilməsi, ilkin İddiaçı 300 manat dəyərində 1 ədəd su filtrinin məbləğinin yarısı 150 manat, 1 ədəd 2000 manat dəyərində “İphone” model telefonun dəyərinin yarısı 1000 manatın alınaraq qarşılıqlı iddiaçı Cavabdeh1 verilməsi, ilkin və qarşılıqlı iddia tələblərinin mübahisələndirilən qalan hissələrdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş və məhkəmə xərcləri həll olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi materiallarına, ekspertiza rəyinə əsasən qeyd etmişdir ki, baxmayaraq ki, evin yerləşdiyi torpaq sahəsi digər Cavabdeh2 adına olsa da, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin inşası məhz Vəfa və Cavabdeh1ların birgə vəsaiti hesabına aparıldığından həmin evin tikilməsinə sərf olunmuş məbləğ onlar arasında Ailə Məcəlləsinin 36, 37-ci maddələrinin tələblərinə uyğun bərabər şəkildə bölünməlidir. Lakin bölgü zamanı evin inşasına çəkilmiş xərc ekspert rəyində göstərilən 41629 manat məbləğində deyil, iddia tələbi həcmində yəni 40.000 manatın yarısı (40.000:2=20.000) cavabdehlərdən alınaraq ilkin İddiaçı verilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin 750D kanon kamera, 3 ədəd çılçıraq, mətbəx üçün divan, cakkuzi və dəhliz üçün şkaf hissəsinə münasibətdə hesab edib ki, ilkin iddiaçının həmin əmlakları cehiz kimi apardığını iddia etsə də cavabdehlər həmin əmlakın onların özləri tərəfindən düzəltdirdiklərini qeyd etmiş, ilkin iddiaçı isə bunu təkzib edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etmədiyindən, iddianı bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin ilkin iddianın 650 manat dəyərində evin qapıları, 350 man at dəyərində çöl qapısı və 550 manat dəyərində olan darvazaya aid hissəsində isə qeyd olunmalıdır ki, həmin əmlaklar evin təmiri üçün çəkilmiş vəsaitlərin məbləğinə daxil olduğundan, həmin əmlakların dəyərini ayrıca tələb etməkdə ilkin iddiaçı haqlı olmamışdır.

20. Məhkəmə ilkin iddia tələbinin 3000 manat dəyəri olan şubanın tutulması hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşaraq hesab edib ki, həmin əmlak məhkəmə baxışı zamanı ilkin iddiaçıya qaytarıldığından, həmin hissədə də iddianı təmin etməklə məhkəmə düzgün qənaətə gəlmişdir.

21. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının təmin olunmayan hissəsinə gəldikdə isə qeyd edib ki, həmin qızıl-zinət əşyaları İddiaçı özünün xahişi ilə Elvinin nişan üzüyü ilə birlikdə ilkin iddiaçının atasına təhvil verildiyindən, bu hissədə ilkin iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də məhkəmə kollegiyası razılaşır və hesab edir ki, həmin qızılların şəxsən İddiaçı məxsus qızıllar olduğu, onun tələb etdiyi qızıllar olmadığı barədə göstərdikləri isə inandırıcı görünmür.

22. Məhkəmə kollegiyası ilkin iddia tələbinin "Daewoo” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün ödənilmiş 8000 manatın, dəmir qaraj üçün ödənilmiş 2000 manatın ümumi dəyərinin yarısının cavabdehdən alınıb ilkin iddiaçıya verilməsi hissəsinə münasibətdə hesab edib ki, ilkin iddiaçı bu hissədə də tutarlı sübutlar təqdim etmədiyindən, ilkin iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

23. Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə, məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

24. Göründüyü kimi ilkin iddiaçı iddia ərizəsində belə bir tələb irəli sürməməsinə baxmayaraq, aşağı instansiya məhkəməsi birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 (altı min altı yüz) ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 (üç min üç yüz) ABŞ dolları və "xxxx" ASC-dən götürülmüş 10000 (on min) manat məbləğində kreditin ½ hissəsi kimi 5000 (beş min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi barədə nəticəyə gələrkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, MPM-nin 218.3. maddəsinin tələbindən kənara çıxaraq mövcud olmayan tələb əsasında bölgü aparmışdır.

25. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh2 3 illik təhsillə bağlı ödədiyi 3500 manatın, xəstəxanaya ödənilmiş 2000 manatın və torpağa aid sənədin cavabdehdən alınıb ona verilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qarşılıqlı iddianın təmin olunan hissəsi ilə ra zılaşsa da, qarşılıqlı iddia tələbinin 300 manat dəyərində 1 ədəd su filtrinin, 1 ədəd 2000 manat dəyərində “İphone” model telefonunun bölünməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, ilkin iddiaçı apellyasiya şikayətində göstərdiyi kimi 1 ədəd “İphone” model telefon tərəflərin birgə nikah dövründə alınmış, özü tərəfindən və evli olduqları dövrdə də sındığından, həmin vəziyyətdə də satılmışdır. Göründüyü kimi ilkin iddiaçı telefonun alınmasını və onun istifadəsində olmasını etiraf etsə də, lakin satılması barədə heç bir sübut təqdim etməmişdir. 1 ədəd su filtrinin də mövcudluğu mübahisə olunmasa da, ilkin iddiaçı həmin əmlakın qardaşı tərəfindən ona pay alındığını bildirmiş, lakin məhkəmə kollegiyasının iclasında bu hal öz təsdiqini tapmamışdır. Bu mənada qeyd olunan əmlakların, yəni “İphone” model telefonun dəyərinin yarısı (2000:2=1000) 1000 manat, 300 manat dəyərində olan su filtrinin dəyərinin yarısı (300:2=150) 150 manat ilkin iddiaçıdan alınaraq Cavabdeh1 verilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 37.1, 37.2, 225.1-ci maddələrinə və N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarının hüquqi mövqeyinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 və Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmçinin işin faktiki hallarını araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, İddiaçı kredit alınması məqsədilə "xxxx" ASCyə müraciət etmiş, müraciətində kreditin alınması məqsədi evin tikilməsi ilə bağlı xərclərin ödənilməsi göstərmişdir. Bundan başqa Cavabdeh1 da ləğv olunmuş "xxxx" ASC-dən 12 ay müddətinə 6600 ABŞ dolları məbləğində borc götürmüşdür. Göründüyü kimi tərəflər birgə nikah dövründə banklardan müxtəlif məbləğlərdə kreditlər götürmüş və həmin məbləğlər digər Cavabdeh2 istifadəsində olan torpaq sahəsində inşa edilən evin təmirinə xərclənmişdir. Həm Elvinin, həm də Vəfanın bankdan kredit götürməsi əsas vermir ki, həmin pul məhz həmin evin tikilməsinə xərclənib. Evin tikilməsinin bütün xərcini Zeynəb Yusifova çəkib. Belə ki, evin tikintisi 2014-cü ildən başlanılıbdır. Həmin vaxtı isə nə Elvin, nə də Vəfa bankdan kredit götürməmişdir. Evin məhz 2014-cü ildən tikilməsini və tikintinin aparılması üçün ödənişlərin Zeynəb Yusifova tərəfindən ödənilməsini, Vəfanın götürdüyü krediti isə xarici ölkəyə getmək üçün götürdüyünü məhkəmə iclasında iştirak edən şahidlər də təsdiq etmişlər. İş materiallarında olan “Elektron biletin qəbzlərindən” görünür ki, X1 dəyəri 114,43 və 112,27 manat dəyərində uçuş biletləri almışdır. İş materiallarında olan “Elektron biletin qəbzindən” görünür ki, Cavabdeh1 İstanbula dəyəri 112,27 və 114,43 manat dəyərində uçuş biletləri almışdır. Ümumiyyətlə məhkəmə heç bir mötəbər sübut olmadan be lə nəticəyə gəlmişdir ki, guya Zeynəb Yusifovaya məxsus olan torpaq sahəsində tikilən fərdi evə çəkilən xərc Elvin və Vəfanın bankdan götürdükləri pul vəsaitlərinin əsasında olmuşdur. Məhkəmənin bu cür nəticəyə gəlməsi nəticəsində ilkin iddia üzrə iddiaçı əsassız olaraq varlanmışdır. Əgər hazırkı qətnamə qüvvədə qalarsa o zaman iddiaçı əsassız olaraq varlanmış olacaq, biz isə əsassız olaraq maddi ziyana düşəcəyik. Bütün bunlar isə qanunvericiliyin tələbinə ziddir. Hakim özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə bizim hüquqlarımızı kobud şəkildə pozmuşdur. Hazırkı vəziyyətdə heç bir hüquqi əsas olmadan ilkin iddia üzrə iddiaçı bizim (məhrum olanın) hesabımıza əmlak əldə etmişdir. Buna isə “şərait” i hakim yaratmışdır. İlkin iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istin ad etdiyi halları məhkəmədə sübuta yetirə bilmədiyi halda məhkəmə onun tələbini təmin etmişdir. Axı qanunun tələbinə görə iddiaçı öz iddia tələbinin əsasını məhkəmədə sübuta yetirməlidir. Mənzilin nikah dövründə tikilməsi əsas vermir ki, həmin mənzil bizim (Elvin və Vəfanın) birgə əmlakımızdır. Torpağın mülkiyyətçisi Cavabdeh2dır və həmin torpağın üzərində inşa edilmiş mənzilin də sahibi odur. Belə olan halda iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:

30. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

31. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların h ər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

32. Maddə 32.3 Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

33. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir

34. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir

35. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsi:

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətini qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verdikləri üçün apellyasiya məhkəməsinin mübahisələndirilən hissəsi ilkin iddianın təmin olunmuş, qarşılıqlı iddianın rədd edilmiş hissələridir. Ona görə də məhkəmə kollegiyası qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbləri üzrə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İrəli sürülmüş tələblərlə bağlı düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə qarşılıqlı iddiaçıların dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma pre dmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddia tələbləri üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissələrdə ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Bununla belə, birinci instansiya məhkəməsi ilkin iddiada irəli sürülmədiyi halda, “birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 ABŞ dollarının və "xxxx" ASC-dən götürülmüş 10000 manat məbləğində kreditin ½ hissəsi kimi 5000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilm əsini” qət etmişdir.

47. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində həmin pozuntu barədə qeyd etmişdir ki, “...məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə, məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır... ilkin iddiaçı iddia ərizəsində belə bir tələb irəli sürməməsinə baxmayaraq, aşağı instansiya məhkəməsi birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 (altı min altı yüz) ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 (üç min üç yüz) ABŞ dolları və "xxxx" ASC-dən götürülmüş 10000 (on min) manat məbləğində kreditin ½ hissəsi kimi 5000 (beş min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabde h2 müştərək qaydada alınaraq İddiaçı verilməsi barədə nəticəyə gələrkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, MPM-nin 218.3. maddəsinin tələbindən kənara çıxaraq mövcud olmayan tələb əsasında bölgü aparmışdır”.

48. Buna baxmayaraq apellyasiya kollegiyası, qətnamənin nəticə hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsini ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmayan hissələrində qismən ləğv edərək həmin hissələrdə yeni qətnamə çıxarmış, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlamışdır. Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsi, ilkin iddia tələbindən kənara çıxdığı (kredit borclarının yarı hissələrinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması) hissələrdə ləğv edilməmiş, sözügedən pozuntu aradan qaldırılmamışdır.

49. Ona görə də, kassasiya məhkəməsi hesab edir ki, həmin pozuntu hazırkı mərhələdə aradan qaldırılmaqla, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli qətnaməsi “birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 ABŞ dollarının və "xxxx" ASC-dən götürülmüş 10000 manat məbləğində kreditin ½ hissəsi kimi 5000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi” hissələrində ləğv edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-100/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi “birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 ABŞ dollarının və "xxxx" ASC-dən götürülmüş 10000 manat məbləğində kreditin ½ hissəsi kimi 5000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi” hissələrində” ləğv edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar