Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5585/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Nərimanova Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, kirayə haqqı) 23.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, cavabdeh Nərmanova Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-2045/2020 nömrəli qətnaməsindən cavabdeh Nərimanova Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Nərmanova Cavabdeh ilə 13.01.2012-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından uşaqları olmamışdır. Abşeron Rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli, 2 (012)-2725/2018 saylı qətnaməsi ilə cavabdehlə rəsmi nikahları ləğv edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti onunla 20.12.2018-ci ildə 1653 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini bağlamış və cavabdeh Nərimanov Cavabdeh ilə 65 kv.metr,1 otaqlı mənzilə köçürülmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, onun 1653 №-li, 20.12.2018ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi və 01.02.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə qədər hər ay üçün 250 manat hesablanmaqla ümumilikdə 6500 manat kirayə haqqının cavabdeh Nərimanova Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 14.08.2018-ci il tarixli, 2(012)-2725/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı rəsmi nikah ləğv edilmişdir. Cavabdehlə Mehdiabad qəsəbəsi, Qarant Y/K küçəsi, ev 1 ünvanında yerləşən 27 nömrəli mənzildə birgə yaşayışları mümkün olmadığına görə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehin mənzildən istifad ə hüququna xitam verilməsi və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04.04.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, verdiyi apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla belə, cavabdeh 2018-ci ilin fevral ayında mənzilin giriş qapısının qıfılını dəyişdirmiş, mənzilə girməyə imkan verməmiş və mənzilə sahiblənmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin onunla bağladığı 1653 saylı, 20.12.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən o, mənzilin kirayəçisidir. Cavabdeh onun mənzildə yaşamaq hüququ olduğu halda mənz ildə yaşamağına imkan vermədiyinə görə başqasına məxsus həyət evində kirayədə yaşayır və hər ay 250 manat kirayə haqqı ödəyir.
4. Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(012)-782/2020 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 1653 №-li, 20.12.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi, iddia tələbinin 01.02.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə qədər hər ay üçün 250 manat hesablanmaqla, ümumilikdə 6.500 manat kirayə haqqının cavabdeh Nərimanova Cavabdeh alınaraq ona ödənilməsi hissəsinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzi lə köçürülməsinin tam hüquqi əsasları vardır və onun mübahisəli mənzildə yaşamasına hər hansı bir maneə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn hüquqlarının pozulması ilə nəticələnir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, Mənzil Məcəlləsinin 4.0.4, 96, 99.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni qismən ləğv edilərək iddia tələbi təmin edilməklə hər ay 250 manat kirayə haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh Nərimanova Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunmasını xahiş etmişdir.
9. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-2045/2020 qətnaməsi ilə (hakimlər T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(012)-782/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh Nərimanova Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul edərkən maddi və prossual hüquq normalarının tələblərini pozmuş və işin faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddia ərizəsində göstərilən işin faktiki halları təkrarlanır və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-2045/2020 qətnaməsinin ləğv edilməsi barədə kassasiya şikayətinin rədd edilməsi xahiş olunur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Nərmanova Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
15. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə
33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə
43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə
2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə v ə (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə
6. Mənzil münasibətləri 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi. Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzə rdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər. Maddə
9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə
68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qoh umlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin təyinatı Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
18. Azərbayca n Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin poz ulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
20. Prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasi ya instansiyası məhkəməsi aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24.İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə iddiaçının arasında 20.12.2018-ci ildə 1653 saylı xüsusi təyinat lı yaşayış sahəsinin kirayə müqaviləsi bağlamışdır. Kirayə müqaviləsində kirayəçinin ailə üzvü kimi həm də cavabdeh qeyd olunmuşdur.
25. Bu müqavilə, iddiaçının həmin yaşayış sahəsindən istifadə etmək üçün Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində müəyyən olunan hüquqi əsasdır.
26. Məhkəmələrin müəyyən etdiyi işin hallarına görə cavabdeh iddiaçının həmin mənzildən istifadə etməsinə maneə törədir. Halbuki, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, mənzil hüquqları müdafiə olunur və pozulduğu halda məhkəmənin qərarı ilə bərpa edilərək, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınmasına təminat verilir.
27. Buna görə də apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilə köçürülməsi b arədə nəticəyə gəlməkdə haqlı olmuşdur. İddiaçının mənzilə köçürülməsini istisna edən hal yoxdur.
28. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(105)-2045/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.