Məhkəmə qərarları › İş №2(105)-2045/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2045/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2045/2020 11.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, cavabdeh Nərimanova Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsindən İddiaçı və CavabdehNərimanovanın verdiyi apelyasiya şikayətlərinə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdeh Nərimanova Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və kirayə haqqının alınması” tələbinə dair iddiası qismən təmin edilib, İddiaçı 1653 №-li, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi, iddia tələbinin xx.xx.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə qədər hər ay üçün 250 manat hesablanmaqla, ümumilikdə 6500 manat kirayə haqqının cavabdeh Nərimanova Cavabdeh alınaraq ona ödənilməsi hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin təmin edilməklə hər ay 250 manat kirayə haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. CavabdehNərimanova apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsəaslandırmışdır ki, o, cavabdeh Nərimanova Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan uşaqları olmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2725/2018 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı rəsmi nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti onunla xx.xx.2018-ci ildə 1653 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini bağlamış, o və cavabdeh Nərimanov Cavabdeh 65 kv.metr,1 otaqlı mənzilə köçürülmüşlər. Lakin bir müddət sonra cavabdehlə aralarında olan münasibətləri pozulmuş, birgə yaşayışları mümkün olmadığına görə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehin mənzildən istifadə hüququna xitam verilməs və çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tələbi təmin edilməmiş, verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla belə, cavabdeh 2018-ci ilin fevral ayında mənzilin giriş qapısının qıfılını dəyişdirmiş, mənzilə girməyə imkan verməmiş və mənzilə sahiblənmişdir. Dövlət Qaçqınkomun onunla bağladığı 1653 saylı, xx.xx.2018-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən o, mənzilin kirayəçisidir. Cavabdeh onun mənzildə yaşamaq hüququ olduğu halda mənzildə yaşamağına imkan vermədiyinə görə başqasına məxsus həyət evində kirayədə yaşayır və hər ay 250 manat kirayə haqqı ödəyir. Çünki cavabdeh Dövlət Qaçqınkomun ona ayırdığı mənzili özününkü hesab edir, halbuki cavabdeh ümumiyyətlə məcburi köçkün deyil və belə statusu yoxdur. Kirayə haqqı xx.xx.2018-ci ildən hasablanmalı və qətnamə qəbul edilən tarixi əhatə etməlidir. Ona görə də, 1653 №-li, xx.xx.2018-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi və xx.xx.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə qədər hər ay üçün 250 manat hesablanmaqla ümumilikdə 6500 manat kirayə haqqının cavabdeh Nərimanova Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prossual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbi təmin edilməklə hər ay 250 manat kirayə haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. CavabdehNərimanova apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prossual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında CavabdehNərimanova apelyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apelyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxlərsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 1653 №-li, xx.xx.2018-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Rasim Tağızadə ilə kirayəçi İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən kirayəyə verən ünvan 1, mənzil 27 ünvanında yerləşən 65 kv.metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu, 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 1910 №li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1, mənzil 27 ünvanında müvəqqəti məskunlaşmışdır, Kəlbəcər rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Konstitusiyanın 33-cü maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə görə kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi İddiaçı 1653 №-li, xx.xx.2018-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsi hissəsini təmin etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 27 nömrəli mənzilə köçürülməsinin tam hüquqi əsasları vardır və onun mübahisəli mənzildə yaşamasına hər hansı bir maneyə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn hüquqlarını pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin xx.xx.2018-ci ildən başlayaraq qətnamə qəbul edilən tarixə qədər hər ay üçün 250 manat hesablanmaqla, ümumilikdə 6500 manat kirayə haqqının CavabdehNərimanovadan alınaraq iddiaçıya ödənilməsi hissəsində hesab etmişdir ki, həmin hissənin əsaslılığı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Tərəflər apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və CavabdehNərimanovanın verdiyi apelyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-782/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar