Məhkəmə qərarları › İş №2(102)-5586/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5586/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5586/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1599/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, X kəndində 1.014762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyət hüquqları qeydə alınmış və onlara 04.03.2008-ci il tarixli çıxarış verilmişdir.

2. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılar 960 manat pul almaqla qeyd edilən 1,014762 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsini bağlamağı və sair hərəkətlər aparmaq üçün Cavabdeh1 23 aprel 2016-cı il tarixdə etibarnamə vermişlər. 3. 02.10.2017-ci ildə Cavabdeh1 həmin torpaq sahəsini X notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsas ında Cavabdeh2 satmışdır.Cavabdeh2 da həmin torpaq sahəsini reyestr xidmətində öz adına keçirmiş və ona 20.08.2020-ci il olan çıxarış verilmişdir. 4. 09 fevral 2021-ci ildə Cavabdeh2 Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında X kəndində 1.014762 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1.

5. Şabran Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh1 və X2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 məhkəmədə iddia qaldıraraq Şabran rayonu, Qəndob kəndində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1.014762 ha ölçüdə ol an torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında 02 oktyabr 2017-ci il tarixdə bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onunla bağlı nəticələrin ləğv edilməsinə dair, ödənilmiş dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, X kəndində yerləşən 1.014762 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının Daşımnaz Əmlakın Dövlət Reyestrində 04.03.2008-ci il tarixdə qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsinin təyinatı-kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmyerliləri olan Cavabdeh1 2016-cı ilin əvvəllərində onl ara müraciət edərək mülkiyyətlərində olan yuxarıda qeyd olunan torpaq sahəsini icarə haqqını ödəmək şərti ilə bir-neçə illik onun istifadəsinə verilməsini xahiş etmişdir. Cavabdeh1 həmkəndli kimi uzun illər tanıdıqlarına və ona etibar etdiklərinə görə, ümumi mülkiyyətlərində olan torpaq sahəsini 10 illik müddətə 23.04.2016-cı il tarixli, 2018 və 2020 reyestr nömrəli etibarnamələr əsasında cavabdehin icarəsinə vermişlər. Etibarnamələr Cavabdeh1 verildikdən sonra o, gələcəkdə torpaq sahəsinə torpaq vergisini ödəmək üçün ona çıxarışın da verilməsini xahiş etmiş, onlar, da ona etibar etdiyinə görə torpaq sahəsinə dair olan çıxarışı cavabdehə vermişlər. Cavabdeh1 isə verilmiş sənədlər müqabilində 960 manat məbləğində pulu onlara vermişdir. Cavabdeh1 etibarlarından sui-istifadə edərək onlardan xəbərsiz icarəyə götürdüyü torpaq sahəsini 02 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 4100 manata Cavabdeh2 satmışdır. İcarəyə verilmiş torpaq sahəsinin Cavabdeh1 tərəfindən üçüncü şəxsə satılmasından 2019-cu ilin noyabr ayında xəbər tutan kimi onlar dərhal X rayon notariat ofisinə ərizə ilə müraciət edərək Cavabdeh1 adına verilmiş 23.04.2016-cı il tarixli etibarnamənin ləğv edilməsini xahiş etmişlər. Həmin etibarnamələrə 30.11.2019 və 21.07.2020-ci il tarixdə xitam verilmişdir. Onlar heç bir zaman mülkiyyətlərində olan torpaq sahəsini satmaq fikrində olmamışlar. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan 1.014762 ha torpaq sahəsi üzərində olan mülkiyyət hüquqları aşkar şəkildə pozulmuşdur. Hesab edirlər ki, onlara məxsus ol an torpaq sahəsinə dair bağlanmış əqd mövcud mülki qanuvericiliyinin tələblərini pozmaqla bağlandığına görə etibarsız hesab olunmalı və onunla bağlı nəticələr ləğv edilməlidir. Pozulmuş mülkiyyət hüquqlarını bərpa etmək məqsədi ilə məhkəməyə müraciət etmişlər.

8. Şabran Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisələndirdikləri cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanar kən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqdin etibarsızlığı vicdanlı alıcı qismində çıxış edən Cavabdeh2 əmlak hüquqlarının pozulması deməkdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 324.1, 324.4, 337.1, 339.3, 347.1, 347.5, 359.1, 362.1, 567, 568.1, 646.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1599/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2021ci il tarixli 2(031)-82/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. İşdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi ni xahiş etmişlər.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı1məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (mad də 416).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsin ə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)

24. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)

25. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)

26. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəflərin yalnış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.. (maddə 339.3)

27. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.. (maddə 347.1)

28. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. (maddə 347.5)

29. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə tica rətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (maddə 359.1) 30. alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (maddə 567) 31. satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.. (maddə 568.1) «Notariat haqqında» Azərbaycan Respublikasının Qanunu

32. Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və o nlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. (maddə 8)

33. Notarius öz vəzifələrini yerinə yetirərkən: fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. (maddə 9)

34. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. (maddə 45) Mülki Prossesual Məcəllə

35. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

38. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kol legiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1599/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar