Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5588/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5588/21 (Açar sözlər: aliment tələbi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1110/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 10 noyabr 2015-ci ildə ailə qurmuş, birgə nikahdan 03 dekabr 2011-ci il tarixdə Əsədov Salam Eynur oğlu və 26 may 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri faktiki olaraq pozulduğundan iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından 03 dekabr 2011-ci il tarixdə anadan olmuş Əsədov Salam Eynur oğlunun və 26 may 2017-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, onun cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan onlar arasında dava-dalaş olmuş, cavabdeh ailəsinə, uşaqlarına baxmamış, bu səbəbdən o, anasının yanında yaşamaq məcburiyyətində qalmışdır. Bu müddət ərzində cavabdeh uşaqlarla maraqlanmamış, uşaqların saxlanması üçün heç bir maddi yardım etməmişdir. Hazırda o, uşaqlara tək baxır. Ona görə də, sabit pul məbləğində aliment tələb edir.
4. Qubadlı Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(028)-473/2021 nömrəli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın təmin edilməsi, 03 dekabr 2011-ci il təvəllüdlü Əsədov Salam Eynur oğlunun və 26 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 10 noyabr 2020-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 100; “Uşaq hüquqları haqqında” və “Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunlarına istinad etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 19.05.2021-ci il tarixli, 2(105)-1110/2021 nömrəli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qub adlı Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(028)-473/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, 03 dekabr 2011-ci il təvəllüdlü Əsədov Salam Eynur oğlunun və 26 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi uşaqların saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının təmin edilməsi, həm uşaqların, həm də valideynlərin mənafeləri arasında balansın təmin edilməsinin zəruriliyini nəzərə alaraq Cavabdeh tutulmalı olan alimentin məbləğinin azaldılması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıları nın izahatları b) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkdiyi üçün ümumiyyətlə işləmir. AR ƏƏSMN tabeliyində X5 7 saylı Ərazi Məşğullluq Mərkəzi Filialının arayışına əsasən, işaxtaran kimi qeydiyyatdadır. Faktiki gəlir mənbəyi yoxdur. Həmçinin, yaşlı anası da onun himayəsindədir. Təyin olunmuş alimenti ödəmək imkanı yoxdur. Yalnız hər bir uşağa görə 50 (əlli) manat olmaqla, hər ay cəmi 100 (yüz) manat aliment ödəmək iqtidarındadır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı işt irakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
13. Maddə. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. Maddə. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
20. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 10 noyabr 2015-ci ildə ailə qurmuş, birgə nikahdan 03 dekabr 2011-ci il tarixdə Əsədov Salam Eynur oğlu və 26 may 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşaqların tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə iddia qaldırmışdır.
21. Cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirmişdir.
22. Apellyasiya instan siya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, cavabdehin maddi vəziyyətinin aşağı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
23. Məhkəmələr uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 03 dekabr 2011-ci il təvəllüdlü Əsədov Salam Eynur oğlu və 26 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır.
24. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1110/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova