Məhkəmə qərarları › İş №2(102)-5593/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5593/2021

15.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5593/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İmişli rayon X9 Şahmat Məktəbinə qarşı işə buraxılma və əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqının ödənilməsi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1250/2021 nömrəli iş üzrə 16 may 2021-ci il tarixl i qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İmişli Rayon Təhsil Şöbəsinin (bundan sonra - İmişli RTŞ) 16 aprel 2015-ci il tarixli əmri ilə İddiaçı (bundan sonra – iddiaçı) İmişli rayon X6 məktəbinə məşqçi müəllim vəzifəsinə müddətsiz olaraq işə götürülmüş, əmək müqaviləsi bildirişi 28 aprel 2015-ci il tarixdə xxxxxxx000100 nömrə ilə sistemə daxil edilmişdir. İmişli RTŞ-nin 20 aprel 2015-ci il tarixli 40 saylı müvəqqəti həvalə edilmə barədə əmri ilə İmişli rayon X6 məktəbində vakant olan direktor vəzifəsinin icrası 20 aprel 2015-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq məktəbin məşqçi müəllimi iddiaçıya həvalə edilmiş, so nradan 03 aprel 2017-ci il tarixli 34 saylı əmrlə məktəbdə vakant olan direktor vəzifəsinin icrası 03 ay müddətinə müvəqqəti olaraq həmin müəssisənin müəllimi iddiaçıya həvalə edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin (bundan sonra – təhsil naziri) 03 iyul 2017-ci il tarixli 126 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi (bundan sonra – Təhsil Nazirliyi) sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq edilmişdir. Həmin qaydalara əsasən direktor vəzifəsinə yalnız pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli və azı 5 il pedaqoji staja malik şəxslər ümumi təhsil müəssisələrində pedoqoji fəaliyyətlə məşğul olan və müvafiq müsabiqədən keçmiş şəxslər təyin edilə bilər. Təhsil Nazirinin 03 iyul 2017-ci il tarixli K-19 7/1 nömrəli əmri ilə İmişli rayon X6 məktəbin direktoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən həmin tarixdən xitam verilmişdir. Təhsil Nazirinin “Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rassionallaşdırılması barədə" 02 avqust 2017-ci il tarixli 233 nömrəli əmrinə əsasən ölkədə fəaliyyət göstərən bir sıra məktəbdənkənar təhsil müəssisələri birləşdirilərək, onların bazalarında yeni təhsil müəssisələri yaradılmış, o cümlədən əmrin 98-ci bəndinə əsasən İmişli rayon X6 Məktəbi ilə İmişli rayon Uşaq Gənclər İdman Məktəbi birləşdirilərək, onların bazasında İmişli rayon X9 Şahmat Məktəbi (bundan sonra – cavabdeh və ya cavabdeh məktəb) yaradılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli 2(102)-1215/19 saylı qərarından görünür ki, iddiaçının cavabdehlər Təhsil Nazirliyinə və İmişli rayon Təhsil Şöbəsinə qarşı İmişli rayon X6 Məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov tərəfindən verilmiş 72 saylı 11 avqust 2017-ci il tarixli əmrin ləğv edilməsi, 20 iyul 2015-ci il tarixdən İmişli rayon X6 Məktəbinin direktoru vəzifəsinə daimi olaraq keçirilməsi, Təhsil Nazirinin 03 iyul 2017-ci il tarixli K-197/1 saylı əmrinin ləğv edilməsi, ötən dövr üçün onunla əmək müqaviləsinin bağlanması vəzifəsinin İmişli RTŞ-nə həvalə edilməsi, işə bərpa edilməsi və 12 avqust 2017-ci il tarixdən sonra alınmamış əmək haqqının ödənilməsi barədə tələbləri Bakı şəhəri Nərimanov R ayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(005)-3071/18 saylı qətnaməsi ilə rədd olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2018-ci il tarixli 2(103)-10303/18 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli 2(102)-1215/19 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, ona məşqçi müəllim kimi müəyyən edilmiş dərs saatlarının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və dərslərin verilməsindən imtina edildiyi gündən, yəni 10 oktyabr 2019-cu il tarixdən başlayaraq əmək fəaliyyəti nə başladığı günədək ona aylıq əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təyin olunduğu müddətdə ona həvalə edilən vəzifəni qüsursuz icra etdiyindən, həmin vəzifədə qalaraq əmək funksiyalarını yerinə yetirmiş və Təhsil Nazirinin 03 iyul 2017-ci il tarixli K-197/1 nömrəli əmrinə əsasən İmişli RTŞ üzrə verilmiş 11 avqust 2017-ci il tarixli 72 saylı əmrlə X6 məktəbinin direktoru vəzifəsindən azad edilmişdir. Həmin əmrlə razılaşmayaraq direktor vəzifəsində işinə bərpa olunması barədə iddia qaldırması səbəbindən, işin məhkəmə icraatı 14 fevral 2019-cu il tarixədək davam etmişdir. Ona həvalə edilmiş direktor vəzifəsinə qayıda bilməsə də, İmişli X6 məktəbində daimi əsaslarla tutduğu məşqçi müəllim vəzifəsində qalmasına ba xmayaraq keçən tədris illərində ona dərs saatları verilməmişdir. 20192020-ci tədris ilinin əvvəlində məşqçi müəllim kimi ona müəyyən edilmiş dərs saatlarının verilməsi barədə rəsmi müraciəti cavabdeh tərəfindən rədd edilmişdir. Ona məşqçi müəllim kimi müəyyən edilmiş dərs saatlarının verilməsi vəzifəsi cavabdehə həvalə edilməli və dərslərin verilməsindən imtina edildiyi gündən, yəni 10 oktyabr 2019-cu il tarixdən başlayaraq əmək fəaliyyətinə başladığı günədək ona aylıq əmək haqqı hesablanıb ödənilməlidir. Məhkəməyə təqdim edilmiş cavabdehin direktor əvəzinin 10 oktyabr 2019-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciəti aşağıdakı formada cavablandırılmışdır; “Sizin məktəbdə məşqçi müəllim təyin olunmaq istəyinizlə bağlı müraciətinizə baxılmışdır. Hal-hazırda müəssisədə məşqçi müəllim ştatı üzrə vakant yer yoxdur. Ona görə də Sizin müvafiq işlə təmin olunmağınız mümkün deyildir. Ərizənizlə təqdim etdiyiniz elektron bildiriş isə Siz işləyən dövrdəki müəssisənin elektron bildirişidir. Məlumat üçün bildiririk ki, adı çəkilən müəssisə ləğv edilən zaman müəssisənin işçiləri ərizə ilə müraciət edərək yeni yaradılan müəssisədə işə qəbul edildilər. Həmin vaxt Siz ərizə ilə müraciət etmədiyiniz üçün, Sizinlə əmək müqaviləsi bağlanmamış və buna görə də, Siz yeni yaradılan müəssisədə (cavabdeh)) işə qəbul edilməmisiniz. Təqdim etdiyiniz bildiriş ləğv edilən müəssisədə Sizinlə bağlanmış əmək müqaviləsinin elektron bildirişdir. Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən İmişli Rayon Məhkəməsinə verilən 29 iyun 2020-ci il tarixli 239 saylı məlumatda göstər ilmişdir ki, iddiaçı ilə 16 aprel 2015-ci ildə hazırda fəaliyyəti olmayan İmişli rayon X6 məktəbində məşqçi müəllim kimi müqavilə bağlanmışdır. Təhsil Nazirliyinin 02 avqust 2017-ci il tarixli 233 nömrəli əmri ilə İmişli rayon X6 Məktəbinin fəaliyyətinə xitam verilmiş və həmin tarixdən müəssisədə çalışan işçilərlə bağlanmış müqaviləyə xitam verilmişdir. İddiaçıya 11 avqust 2017-ci il tarixədək əmək haqqı və məzuniyyət pulu ödənilmişdir. İmişli rayon X6 Məktəbinin fəaliyyətinə xitam verildiyi 11 avqust 2017-ci il tarixdən həmin müəssisədə digər işçilər kimi, iddiaçıya da heç bir ödəniş aparılmamışdır. İddiaçının müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən 18 may 2020-ci il tarixdə verilən cavab məktubunda qeyd edilmişdir ki, onunla 16 aprel 2015-ci ildən İmişli RTŞ-də "idman üzrə məşqçi müəllim" qüvvədə olan əmək müqaviləsi olduğu üçün, 190 manat birdəfəlik maddi yardımın ödənilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 16 aprel 2015-ci il tarixdə İmişli rayon X6 məktəbində daimi əsaslarla məşqçi müəllim vəzifəsinə qəbul edilmiş və İmişli RTŞ-nin 20 aprel 2015-ci il tarixli 40 saylı əmri ilə məktəbdə vakant olan direktor vəzifəsinin icrası 20 aprel 2015-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq ona həvalə edilmişdir. İddiaçı həmin vəzifədə 11 avqust 2017-ci il tarixədək işləmiş və Təhsil Nazirinin əmri ilə vəzifəsindən azad edilmişdir. Təhsil Nazirin in 02 avqust 2017-ci il tarixli 233 nömrəli əmri ilə İmişli rayon X6 Məktəbi ilə İmişli rayon X9 Məktəbi birləşdirilərək, onların bazasında cavabdeh yaradılmışdır. Həmin vaxt iddiaçıya məktəbdə məşqçi müəllim vəzifəsi təklif edilmiş, lakin o, yeni əmək müqaviləsi bağlamaqdan imtina edərək işə çıxmamış və direktor vəzifəsini tutmaq üçün mübahisə açaraq işi məhkəməyə vermişdir. Həmin vaxtdan etibarən iddiaçı İmişli rayon cavabdeh məktəbdə məşqçi müəllim vəzifəsində işləməmiş, məktəbin şəxsi heyətinə daxil olmamış və əmək haqqı almamışdır. 2019-2020-ci tədris il üzrə dərs saatları cavabdeh məktəbdə işləyən məşqçi müəllimlər arasında tamamilə bölünmüşdür. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 30 iyun 2020-ci il tarixli 2(036)-1452/ 2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 02.08.2017-ci il tarixdə İmişli rayon X6 Məktəbi İmişli rayon X9 Məktəbi ilə birləşərək yenidən təşkil edilmişdir. İddiaçı cavabdeh məktəbdə məşqçi müəllim vəzifəsində işləmək istəməyərək işə çıxmadığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin tarixdən etibarən cavabdeh məktəbdə işləməmiş və əmək haqqı almamışdır. İddiaçı 11.08.2017-ci il tarixdən işə çıxmadığı halda indiyədək cavabdeh məktəbə məşqçi müəllim vəzifəsinə bərpa olunması və yaxud işə buraxılması tələbi barədə iddia qaldırmayaraq məhkəməyə müraciət etmək hüququnu itirmişdir. O, hal-hazırda cavabdeh məktəbdə məşqçi müəllim vəzifəsində işləmədiyindən həmin müəssisədə işə buraxılma və əmək haqqı nın ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296.2, 296.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76.1 və 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tale Kərimov - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və İsmayıl Əhmədov) 2(106)-1250/2021 nömrəli iş üzrə 16 may 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilmiş və iş ü zrə yeni qətnamə qəbul edilərək iddiaçının əmək funksiyasının icrası ilə əlaqədar işəgötürən cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmaqla vəzifəsinin icrasına buraxılması, 10 oktyabr 2019-cu il tarixdən vəzifəsinin icrasına faktiki başlayacağı vaxtadək minimum əmək haqqı hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən yalnız müəssisə ləğv edildikdə əmək müqaviləsinə xitam verilə bilər. Müəssisənin mülkiyyətçisi dəyişdikdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan işçilərlə bağlanan əmək müqavilələrinə xitam verilə bilər. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüq uqundan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 68, 70, 73, 75-ci maddələrinin təsiri altına düşə biləcək hər hansı bir hal iş üzrə müəyyən edilmir, onunla bağlanmış əmək müqaviləsi ləğv edilməmişdir və hal-hazırda qüvvədədir (əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən 18 may 2020-ci il tarixli məktubu). İddiaçının müraciəti əsasında sonuncu 10 oktyabr 2019-cu il tarixdən əmək funks iyalarının icrasına buraxılmadığından, işəgötürən tərəfindən işçinin vəzifəsinin faktiki icrasına başlayacağı vaxtadək minimum əmək haqqı hesablanaraq ödənilməsi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 12, 63.1, 63.2, 63.3, 68, 70, 154, 155-ci maddələrinə, MPM-in 14.2, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1-ci maddələrinə, Mülki Məcəllənin 55.1, 56.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və proses sual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Mübahisə üzrə bir dəfə məhkəmə iddiaçının əleyhinə iddia tələblərini rədd etməklə qətnamə çıxarmışdır və həmin qətnamə qanuni qüvvəsini almışdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə eyni tərəflər arasında eyni predmeti üzrə məhkəmə mübahisəsinin olmasını nəzərə almamış, iş üzrə icraata xitam verməli olduğu halda bunu etməyərək prosessual pozuntuya yol vermişdir. Bunda başqa iddiaçı iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə bu halı nəzərə almamışdır. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçı larının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: Maddə 63: 1 hissə. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 2 hissə. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. 3-cü hissə. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətir ə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Maddə

154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur Maddə

155. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdi yi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır, minimum əmək haqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Mülki Məcəllə: Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Maddə 56.1. Hüquqi şəxslər birləşdikdə, onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni bütünlüklə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi ilə hazırki mübahisənin tərəfləri də eyni olmamış, mübahisələrin predmeti və iddia tələblərinin əsasları da fərqlidir. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məşqçi müəllim kimi müəyyən edilmiş dərs saatlarının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və dərslərin verilməsindən imtina edildiyi gündən, yəni 10 oktyabr 2019-cu il tarixdən başlayaraq əmək fəaliyyətinə başladığı günədək ona aylıq əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. Əvvəlki məhkəmə mübahisəsi üzrə isə iddiaçı cavabdehlər Təhsil Nazirliyinə və İmişli rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon X6 Məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov tərəfindən verilmiş 72 saylı 11 avqust 2017-ci il tarixli əmrin ləğv edilməsi, 20 iyul 2015-ci il tarixdən İmişli rayon X6 Məktəbinin direktoru vəzifəsinə daimi olaraq keçirilməsi, Təhsil Nazirinin 03 iyul 2017-ci il tarixli K-197/1 saylı əmrinin ləğv edilməsi, ötən dövr üçün onunla əmək müqaviləsinin bağlanması vəzifəsinin İmişli RTŞ-nə həvalə edilməsi, işə bərpa edilməsi və 12 avqust 2017-ci il tarixdən sonra alınmamış əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi qe yd edilən işlərdə mübahisənin tərəfləri ayrı olmuş, eyni zamanda iddia tələblərinin predmetləri fərqlidir. Ona görə də, eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması əsası ilə iş üzrə icraat xitam verilməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsində iddia müddəti bağlı məsələlər 296-cı maddədə (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) yer almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin müddətlər hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəlləni 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıla nadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsi müəyyən edilmir. Ona görə də, kollegiyası iddia müddətinin keçməsi barədə dəlili ilə bağlı hər hansı bir araşdırma aparılmasına zərurət görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1250/2021 nömrəli iş üzrə 16 may 20 21-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar