Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5598/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iki uşağa görə müxtəlif tələbkarların xeyrinə tutulan alimentin miqdarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)4022/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azə rbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh1 14 fevral 2004-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 05 yanvar 2005-ci il təvəllüdlü X8 anadan olmuş, nikahları 20 iyul 2004-cü il tarixdə pozulmuşdur.
2. Bundan sonra İddiaçı Cavabdeh2 ilə faktiki ailə münasibətlərindən 25 iyul 2018ci il təvəllüdlü X9 anadan olmuşdur.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 25 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 oktyabr 2018-ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya başqa gəlirlərinin dördə bir hissəsi miqdarında alimentin və 25 iyul 2018-ci il təvəllüdlü X9 3 (üç) yaşına çatana qədə r hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 17 dekabr 2017-ci ıl tarixdən başlayaraq, 05 yanvar 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qət naməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsi, İddiaçı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 yanvar 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması, iddianın qalan hissədə (Cavabdeh2 aid hissədə) rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə də yişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2005-ci il təvəllüdlü X5 və 25 iyul 2018-ci il təvəllüdlü X2 üçün ondan tutulan alimentin miqdarının azaldılması, hər iki uşağın saxlanılması üçün ondan 1/3 miqdarında (hər uşağa 1/6 hissə) aliment tutulması, X3 üçün alimentin tutulmasının yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla 17 dekabr 2017-ci il tarixdən, X2 üçün isə alimentin tutulmasının yuxarıda göstərilən azaldılma nəzərə alınmaqla 22 oktyabr 2018-ci il tarixdən hesablanmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş yuxarıda qeyd olunan hər iki məhkəmə qətnaməsi ilə iddiaç ıya münasibətdə 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda həmin qətnamələr icra edilməmiş saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən tutulmuş məbləğ hər iki cavabdehin arasında bərabər olaraq bölünməli və qanunvericiliyə əsasən uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində tutulmalıdır. Ondan 25 iyul 2018-ci il təvəllüdlü X4 və 05 yanvar 2005-ci il təvəllüdlü X1 görə alimentin tutulması ailə qanunvericiliyinə uyğun azaldılmalıdır. Uşaqların hər birinə görə alimentin ¼ hissədə tutulması hazırda işləmədiyi, eyni zamanda yeni ailə qurduğu, qazancı və gəlirləri azaldığı halda yolverilməzdir.
8. Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(007)597/2022 nömrəli qətnaməsi ilə (ha kim Q.Y.Əliyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3 və 27-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarların a istinad edərək qeyd etmişdir ki, aliment ödəməli olan İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnamələri ilə alimentin tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. 2022-ci ildə yaşayış minimumu məbləği hər uşaq üçün 193 manat müəyyən edilsə də, iddiaçının ödəməli olduğu aliment məbləği xx.xx.2005-ci il təvəllüdlü X6 münasibətdə 175 manat, 25 iyul 2018-ci il təvəllüdlü X7 münasibətdə isə qazancının və ya (başqa gəlirlərinin) dördə bir hissəsi miqdarında müəyyən edilmişdir.
10. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı təkrarən ailə həyatı qursa da, həmin nikahdan doğulmuş uşaqlarının olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının yenidən ailə quraraq evlənməsi onun ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiqləyən bir hal olsa da, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun analoji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab etmişdir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hal alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
11. Belə k i, aliment ödənilən cavabdehlər azyaşlı uşaqları ilə iddiaçıdan ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, iddiaçının həmin uşaqların qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, iddiaçı uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, alimentlərin miqdarlarının azaldılması aliment alan uşaqların mənafeyinə kəskin zidd olduğundan və işin faktiki halları ilə mütənasiblik təşkil etmədiyindən, iddia təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(007)-597/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-4022/2022 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(007)597/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyi, istərsə də, valideynlərin hüquq və mənafeləri gözlənilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəflər arasında olmuş məhkəmə mübahisələrindən dərhal sonra, yəni 06 yanvar 2022-ci il tarixdə İddi açı hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq uşaqların aliment almaq hüquqları ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
17. Məhkəmə vurğulamışdır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə aliment tutularkən iddiaçının işləməsini, tərəflərin maddi və ailə vəziyyətini, hər bir uşağın öz anasının yanında yaşamasını, eyni zamanda diqqətəlayiq olan digər hallar nəzərə almaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaqla əsas götürülməlidir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının maddi vəziyyətini nəzərə almış, onun maddi vəziyyətində pisləşmənin olmasını müəyyən etməmiş və haqlı olaraq iddia tələbini rədd etmişdir. Bundan başqa, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatın ı, həm də uşaqlarının tələbatını təmin etməlidir.
19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflərin birgə nikahından olan uşaqlar anaları ilə qaldıqlarından, cavabdehlər ana kimi öz borclarını yerinə yetirərək uşaqlarının qeydinə qalır və onları saxlayır. Belə olan halda isə iddiaçı ata kimi öz borcunu yerinə yetirərək, uşaqlarının saxlanılmasında iştirak etməli və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment məbləğlərini ödəməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)-4022/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Ailə Məcəlləsinin 76.1, 78.1, 99-cu, Mülki Prosessual Məcəllənin 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının istinad etdiyi mötəbər sübutları yanlış qiymətləndirilmiş və düzgün olmayan nəticəyə gəlinmiş, işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. İddiaçı mübahisənin həlli ilə bağlı Ailə Məcəlləsinin müddəalarının şərhi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair vəsatət versə də, vəsatəti müzakirə olunmamışdır. Bundan əlavə məhkəmə iddiaçının maddi durumunda dəyişiklik olmasına, onun işdən azad olunması na və gəlirinin azaldılmasını hüquqi qiymət verməmişdir.
22. Daha sonra İddiaçı nümayəndəsi, Vəkil1 vasitəsi ilə vəsatət verərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin şərhi ilə bağlı müraciət edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı kassasiya şikayətini alimenti ödəməkdən yayınmaq və onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırmaq məqsədi ilə vermişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüq uqunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
29. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri v ə ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
30. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul m əbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 31. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az ol mayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə ə sasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya m əhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.
34. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı əvvəllər də hazırki iş üzrə cavabdehlərə qarşı iddia verərək onların xeyrinə tutulan alimentin azaldılması (sabit pul məbləğində müəyyən edilməsini) xahiş etmiş, həmin iddia da hazırda irəli sürülmüş dəlillərlə - 2 qətnamə üzrə iki uşağın saxlanılması üçün hər birinin xeyrinə əmək haqqısının ¼ hissədə alimentin tutulmasının Ailə Məcəlləsinin tələblərinə zidd olması və maddi imkanının pisləşməsi ilə əsaslandırılmış, tələbi Cavabdeh1 münasibətdə sonuncunun iddianı etiraf etməsi əsası ilə təmin olunsa da, Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
35. İş materiallarından həmçinin müəyyən olunur ki, hazırki iddia apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsi qəbul edilməsindən 22 gün sonra, 06 yanvar 2022ci il tarixdə verilmiş və bu qısa müddət ərzində alimentin dəyişdirilməsi üçün hansı əsasın yaranması qeyd olunmamış, bununla bağlı yeni sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. 36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.13-cü bəndinə məhkəmələrə izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilmə si (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
37. İddiaçının kassasiya məhkəməsinə verdiyi vəsatəti əsasında məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsini zəruri bilmir. Belə ki, Ailə Məcəlləsinin 76-cı maddəsinin tətbiqi ilə bağlı məhkəmələrdə ümumi təcrübə mövcuddur və həmin maddənin şərhində fikir ayrılığı yoxdur.
38. Lakin, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin hazırkı mübahisəyə iddiaçının tələb etdiyi qaydada tətbiqi qeyri-mümkündür. Belə ki, həmin maddə alimentin aliment ödəyən şəx sin aylıq qazancın (başqa gəlirlərin) hissələr üzrə tutulmasını tənzimləyir. Hazırki işdən isə müəyyən olunur ki, Cavabdeh2 münasibətdə iddiaçıdan aliment onun əmək haqqısının (gəlirlərinin) ¼ hissədə tutulsa da, digər Cavabdeh1 münasibətdə Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğində müəyyən olunmuşdur.
39. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının alimentin dəyişdirilməsi ilə bağlı tələbi təmin edildiyi halda da, bu dəyişikliklərin əvvəlki qətnamələrlə aliment müəyyən edildiyi tarixdən hesablanması maddi hüquq normalarına ziddir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsində alimentin müraciət edildiyi tarixdən hesablanması nəzərdə tutulmuşdur. Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində isə izah olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
40. Məhz qeyd olunan maddi hüquq normaları baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yetkinlik yaşına çatmayan övladı X8 05 yanvar 2005-ci il təvəllüdlü olmaqla, 05 yanvar 2023-cü il tarixdə yetkinlik yaşına çatır və həmin tarixdən onun saxlanılması üçün Cavabdeh1 xeyrinə alimentin tutulması dayandırılacaqdır.
41. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərt ərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxılarkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifayət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(103)4022/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıl