Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5604/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Nazim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Abışova Günay Rza qızının, cavabdehlər Cavabdeh3 və X5 nümayəndəsi Nümayəndə, onların vəkili X9 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki i şə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 08.12.2016-cı il tarixli, 2(004)-2120/2016 nömrəli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair ilk iddia ərizəsi üzrə icraata “tutmanın Cavabdeh1 məxsus V1 saylı evə yönəldilməsinə dair” hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 08.12.2016-cı il tarixli, 2(004)-2120/2016 nömrəli qərardadı ilə üstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Cavabdeh1 və İddiaçı-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 12 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Çıxa rışın ləğv olunması” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 08.12.2016-cı il tarixli, 2(004)-2120/2016 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair ilk iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 və X3 müştərək qaydada 14.02.2014-cü il tarixli, 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi üzrə 235317.85 manat əsas borc, 25007.81 manat faiz borcu, 71.07 manat cərimə borcu, 2353.18 manat komissiya borcu olmaqla, cəmi 262729.91 manat borcun və 68.31 manat məhkəmə xərclərinin “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh3 İddiaçı-yə qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 11 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 13.09.2017-ci il tarixli, 2(006)6512/2017 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 14.12.2017-ci il tarixli, 2(103)-12498/2017 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh “xxxx” ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia tələbi üzrə 2(103)12498/2017 saylı mülki işin bir icraatda baxı lması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan “xxxx” ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair 2(103)7408/2017 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsi ilə cavabdehlər X7 və Cavabdeh3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(004)2120/2016 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.12.2016-cı il tarixli, 2(004)-2120/2016 nömrəli qətnaməsinin X7 və Cavabdeh3 münasibətdə dəyişd irilməsi, cavabdehlər X7 və Cavabdeh3 24.04.2015-ci il tarixədək Banka ödənilməmiş əsas borcu 229809.53 manat, faiz borcu 5489.89 manat, cəmi 235299.42 manat məbləğində müəyyən edilməsi, Cavabdeh3 24.04.2015-ci il tarixdən 21.10.2015-ci il tarixədək yaranmış ümumi borc 23158.02 manatın tutularaq “xxxx” ASC-yə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması, X7 tərəfindən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6512/2017 saylı, 13.09.2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlərdən ekspertiza tədqiqatının dəyəri 145 manatın tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsiqət edilmişdir. Cavabdehlər Cavabdeh3 və X7 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il t arixli, 2(103)-358/2019 nömrəli qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı “ipoteka qoyulmuş əmlakın satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və X3 müştərək qaydada 22.10.2015-ci il tarix üçün İddiaçı-yə olan əsas borcu 235317.85 manat, faiz borcu 25007.81 manat, artırılmış faiz borcu 2571.05, komissiya borcu 2353.18 manat olmaqla, cəmi 265249.91 manat məbləğində borcun tutulması, Cavabdeh1 məxsus V1 saylı evin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka qoyulmuş Cavabdeh1 məxsus V1 saylı evin açıq hərracda satılması, qeyd olunan əmlakın satışından sonra 1 ay müddətində boşaldılması, V1 saylı evin satışından əldə olunmuş pul vəsaitinin Cavabdeh3 və X5 İddiaçı-yə 22.10.2015-ci il tarix üçün İddiaçı-yə olan əsas borcu 235317.85 manat, faiz borcu 25007.81 manat, artırılmış faiz borcu 2571.05, komissiya borcu 2353.18 manat olmaqla, cəmi 265249.91 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi, tərəflərindən ödənilmiş 31 manat dövlət rüsumunun, 38 manat məbləğində notariat xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər Cavabdeh1 və İddiaçı-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 12 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin, həmin müqaviləyə edilmiş 1 nömrəli əlavənin hissəvi etibarsız hesab edilməsi və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ə aparılmış qeydin və Çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş, reyestrdə 3M-491 nömrə ilə qeydə alınmış 03.06.2013-cü il tarixli, 100.CL.030613.00001/b saylı ipoteka müqaviləsinin və həmin müqaviləyə edilmiş, reyestrdə 3M-121 nömrə ilə qeydə alınmış 14.02.2014-cü il tarixli 1 nömrəli əlavənin cavabdehlər İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, İ.Abbasov küçəsində 0.0648 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238.62 kv.m olan 5 otaqlı 12 nömrəli fərdi yaşayış evinin ipotekaya qyulmasına dair hissədə etibarsız hesab olunması və 19.02.2014-cü il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış **********52- 10301 nömrəli qeydin və RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 İddiaçı-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında bağlanmış 14.02.2014-cü il tarixli, 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 cavabdeh “xxxx” ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında bağlanmış 14.02.2014cü il tarixli, 100.CL.140214.00001/b saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdi r. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X7 və vəkili X9 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, kredit müqaviləsi rstrukzasiya edildikdən sonra zaminin vəziyyəti ağırlaşmış və bank qarşısında olan öhdəliyi 23158.02 manat artmışdır. Məhkəmə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsini və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələrini, eləcə də Konstitusiya Məhkəməsinin 31.05.2018-ci il tarixli qərarını yanlış tətbiq edərək zaminlik müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmək əvəzinə, zamini qismən, restrukza siya edildikdən sonra artmış borc məbləğinə aid hissədə mülki məsuliyyətdən azad etmişdir. Hazırki mübahisə üzrə zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan mühüm hallardan biri də ödəniş cədvəlinin dəyişdirilməsidir. Belə ki, restrukzasiya edilməmişdən öncə aylıq ödəniş cədvəli üzrə maksimum ödəniş 18658.44 manat, minimum aylıq ödəniş 13118.07 manat təşkil edirdisə, restrukzasiya edildikdən sonra maksimum aylıq ödəniş 31021.66 manat, minimum aylıq ödəniş isə 19991.15 manat təşkil etmişdir.Bundan başqa ekspert rəyi tam deyildir. Belə ki, iş materiallarından aydın olur ki, tərəflər arasında kredit müqaviləsi 14.02.2014-cü il tarixdə bağlansa da, pul vəsaiti borcalanın (əslində borcalan şəxs Azadəliyev Elxanın) hesabına 24.02.2014-cü il tarixdə köç ürülmüşdür. Lakin ekspert rəyində bu məsələyə toxunmamış, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatət verilsə də, vəsatətə məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə əsassız qətnamə qəbul etmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx” ASC-nin iddia tələbinin cavabdeh X6 aid hissədə rədd edilməsi, X5 zaminlik müqaviləsinə xitam verilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra cavabdeh X5 nümayəndəsi Nümayəndə və vəkili X9 oğlu məhkəməyə kassasiya şikayətinə əlavə ünvanlaya raq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin Konstitusiya Məhkəməsinin həm 31.05.2018-ci il tarixli, həm də 25.07.2019-cu il tarixli Qərarları ilə ziddiyyət təşkil etməsüini bildirib məhkəmədən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx” ASC-nin iddia tələbinin cavabdeh X6 aid hissədə rədd edilməsi, X5 zaminlik müqaviləsinə xitam verilməsinə dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh3 və vəkili X9 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisə edilən qətnamə qəbul edilərkən yalnız ekspert rəyi əsas götürülmüşdür. Lakin ekspert rəyi tam deyildir. Belə ki, iş mat eriallarından aydın olur ki, tərəflər arasında kredit müqaviləsi 14.02.2014-cü il tarixdə bağlansa da, pul vəsaiti borcalanın (əslində borcalan şəxs Azadəliyev Elxanın) hesabına 24.02.2014-cü il tarixdə köçürülmüşdür. Lakin ekspert rəyində bu məsələyə toxunmamış, təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə şifahi vəsatət verilsə də, vəsatətə məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Məlum olduğu kimi faizlərin hesablanması həmin pul vəsaitinə dair borclanın sərəncam vermə hüququ yarandığı vaxtdan hesablanmalıdır. Digər tərəfdən məhkəmə qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, müqavilənin tərtib edilməsi hələ onun icra edilməsi demək deyildir. Hazırki iş üzrə kredit məbləğinin Cavabdeh3 verilməsi halı baş verməmişdir. Belə ki, Cavabdeh3 idd iaçı bank tərəfindən aldadılaraq müqaviləni imzalamış, lakin ona heç bir ödəniş edilməmişdir. Bir neçə məhkəmə prosesindən sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ödəniş tapşırığı barədə sənədin surətini təqdim etmiş və bildirmişdir ki, guya həmin pul məbləği Cavabdeh3 öz razılığı ilə Azadəliyev Elxan adlı şəxsin hesabına köçürülmüşdür. Həmin kserosurət edilmiş sənədin əslinin məhkəməyə təqdim edilməsi və həmin imzanın Cavabdeh3 tərəfindən icra edilib-edilməməsi barədə “məhkəmə-xətşünaslıq” ekspertizasının keçirilməsi barədə tərəfindən məhkəməyə şifahi vəsatət verilsə də məhkəmə heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə əsassız qətnamə qəbul etmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər X7 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və X5 nümayəndəsi Nümayəndə və onların vəkili X9 oğlu kassasiya şikayə tlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili Abışova Günay Rza qızı kassasiya şikayətlərinə etiraz edərək, şikayətlərin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)-358/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyən edilmiş işin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 14.02.2014-cü il tarixli, 100.LN.1604.140214.00001 sa ylı kredit müqaviləsi ilə bank tərəfindən borcalana illik 20% olmaqla 28 ay müddətinə 360300 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə X7 arasında bağlanmış 14.02.2014-cü il tarixli, 100.CL.140214.00001/b saylı zaminlik müqaviləsi ilə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinə edilmiş 1 saylı Əlavənin rəsmiləşdirilməsi haqqında 24.04.2015-ci il tarixli saziş ilə verilmiş kredit üzrə restrukturizasiya apanlaraq, 20995,02 manat məbləğində kredit restrukturizasiya edilmiş, 4149,17 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunmuş və bununla ümumi kredit məbləği 235317,85 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliy in icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Ban k öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermişdir. Bunun nəticəsində bankın cavabdehlərdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq g ətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarından göründüyü kimi Kredit müqaviləsinə edilmiş 1 saylı Əlavənin rəsmiləşdirilməsi haqqında 24.04.2015-ci il tarixli saziş ilə verilmiş kredit üzrə restrukturizasiya aparılaraq, 20995,02 manat məbləğində kredit restrukturizasiya edilmiş, 4149,17 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olun muş və bununla ümumi kredit məbləği 235317,85 manat təşkil etmişdir. Lakin həmin razılaşma bağlanan zaman zaminin razılığı alınmamışdır. Belə olan halda isə əlavə razılaşmanın bağlanması sonuncunun bank qarşısında məsuliyyətinin artmasına səbəb olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında həmin Məhkəmə belə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağla nması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “... Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb ol malıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğund an belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit mü qavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarından aydın olur ki, cavabdeh X7 100.LN.1604.140214.0001 saylı kredit müqaviləsinə 1 saylı əlavə razılıq müqaviləsi ilə tanış olmamış, həmin kredit razılaşması üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmamışdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanmaqla kollegiya hesab edir ki, həmin zaminlik müqaviləsi 100.LN.1604.140214.0001 saylı kredit müqaviləsinə 1 saylı əlavə razılıq müqaviləsinə münasibətdə etibarlı müqavilə olmamaqla X7 bu müqaviləyə görə zamin qismində məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin 22293 saylı 21 dekabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 14 fevral 2014-cü il tarixli 100.LN.1604.140214.00001 saylı kredit müqaviləsi və 24 aprel 2015-ci il tarixli sazişin şərtləri əsas götürülməklə Cavabdeh3 banka olan borcu 24 aprel 2015-ci il tarixə (kredit üzrə restrukturizasiyadan əvvəl) 229809,53 manat əsas, 5489,89 manat faiz, cəmi 235299.42 manat, 21 oktyabr 2015-ci il tarixə (iddia tarixinə) isə 235317,85 manat əsas, 23139,59 manat faiz, cəmi 258457.44 manat borc təşkil etmişdir. Həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışında kredit müqavil əsi üzrə əsas borcu 235317,85 manat, faiz borcu isə 25007,81 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas və faiz məbləğinin az hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi kredit məbləği üzrə hesablanmış əsas və faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə kollegiyası hesab etmişdir ki, X7 100.LN.1604.140214.0001 saylı kredit müqaviləsinə 1 sayl ı əlavə razılıq müqaviləsi üzrə öhdəlik daşımadığından həmin müqavilə bağlandıqdan sonra hesablanan borca görə də məsuliyyət daşıya bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərin 24 aprel 2015cı il tarixədək Banka ödənilməmiş əsas borcu 229809,53 manat, faiz borcu 5489,89 manat, cəmi 235299,42 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh3 onunla bank arasında bağlanılmış restrukzasiya müqaviləsi üzrə öhdəliklər daşıdığından 24 aprel 2015-ci il tarixdən 21.10.2015-ci il tarixədək yaranmış ümumi borc 23.158,02 manat (258457,44235299,42=23.158,02 manat) sonuncudan tutularaq “xxxx” ASC-yə ödənilməlidir. Məhkəmə k ollegiyası həmçinin qeyd etmişdir ki, qanun tələbləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma hesab olunur. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlam ışlar. Tərəflər arasında kredit müqaviləsi bağlandıqdan sonra uzun müddət həmin müqaviləni mübahisələndirməmiş, bununlada müqavilə şərtlərini qəbul etmişdir. Belə olan halda Cavabdeh3 kredit müqaviləsininin etibarsız hesab edilməsinə dair dəlilləri əsaslı ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı yekun olaraq qeyd etmişdir ki, zaminlik müqaviləsində kredit məbləğinin hansı müddətə hansı faizlə verilməsi, hansı şərtlərlə verilməsi və həmçinin ödəniş cədvəli barədə hər hansı məlumat göstərilməsə də, sonuncu öz iradə ifadəsinə uyğun olaraq zaminlik müqaviləsini imzalamışdır. Onun niyyəti borclu olan qardaşı Cavabdeh3 bank qarşısında olan öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımaq olmuşdur. Bundan əlavə mübahisəli kredit borcu məbləğlərinin Cavabde h3 tərəfindən götürülməməsi inandırıcı deyil. Cavabdehlərin yaxın qohum-qardaş olmaları faktını nəzərə alaraq, kredit məbləğinin miqdarı, hansı şərtlərlə və hansı müddətə verilməsi barədə məlumatları olmuşdur. Belə olan halda cavabdehlərin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsinə əsas ola bilməz. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6512/2017 saylı 13 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, tərəflər arasında kredit müqavilələri bağlanılarkən, kredit müqavilələrinin şərtləri, o cümlədən, iddiaçı tərəfindən öhdəliyin icra ediləcəyi mü ddət müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar. Belə olan halda X5 zaminlik müqaviləsininin ləğv edilməsinə dair dəlilləri əsaslı ola bilməz. Kassasiya kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə münasibətdə düzgün hüquqi mövqedə olmuşdur. Şikayətlərin dəlilləri üzrə yoxlama aprılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyası tərəfindən qəbul edilmiş qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3 və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.02.2019-cu il tarixli, 2(103)358/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5604/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5604/2019
08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver