Məhkəmə qərarları › İş №2(102)-5605/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5605/2022

24.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5605/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Bakı şəhəri 53 saylı Notariat Kontoru) iş üzrə QƏRARİ iş № 2(102)-5605/2022 Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6306/2022 nömrəli mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-425/2020 nömrəli qərardadı ilə (hakim İ.Rüstəmli) İddiaçı ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs və məhdudiyyətlər götürülmüşdür.

2. Həmin qərardaddan cavabdehin nümayəndəsi şikayət vermiş və belə əsaslandırmışdır ki, hazırda İddiaçı iddia ərizəsində göstərd iyi əmlakların biri ilə bağlı mübahisə hələdə Nərimanov Rayon Məhkəməsində davam edir. Hazırda əmlakın üzərindən həbs götürülərsə gələcəkdə iddiasının təmin olunduğu halda icrası mümkünsüz edilə bilər. Bu da yeni iddianın yaranmasına səbəb olur. Lakin məhkəmə bu halı nəzərə almamışdır.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci tarixli 2(103)-6306/2022 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayət qeyri mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiy a instansiya məhkəməsi qeyd etmişdir ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur).

6. Hazırki şikayət MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. Belə ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri, yəni maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinə verilən şikayətə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətdən görünür ki, MPM-nin 361-ci maddəsində göstərilən tələblərə uyğun şikayət verilmişdir. Hətta qoşmasında digər məhkəmənin icraatında olan işin bildirişi də əlavə olunmuşdur. Lakin apellyasiya instansiya məhkəməsi qərardadında göstərmişdir ki, guya MPM-nin 361-ci maddəsinin tələbinə uyğun iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməmişdir. Hesab edir ki, məhkəmə MPM-nin361-ci maddəsində göstərilən tələblərə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

11. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

12. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

13. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, apel lyasiya məhkəməsi cavabdehin şikayəti üzrə apellyasiyanı qeyrimümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Cavabdehin kassasiya şikayəti MPM-ə əlavə olunmuş 2 saylı Əlavənin normalarının tələblərinə cavab vermir. Belə ki, şikayətin dəlilləri, yəni maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər sıralanmaqla göstərilməmişdir.

25. Apellyasiya şikayətinin forması haqqında Mülki Prosessual Məcəlləyə 2 nömrəli Əlavənin 7-ci hissəsinə (Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) əsasən, şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessua l hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

26. Baxılan işdə isə apellyasiya şikayəti Müvəqqəti təminat tədbirlərinə dair MPM-nin 13-cü fəslindəki normalara istinad edilməklə əsaslandırılmamışdır.

27. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6306/2022 nömrəli mülki iş üzrə 24 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar