Məhkəmə qərarları › İş №2(102)-5608/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5608/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5608/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı oğlu Cavabdeh: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: XXX İddia tələbi: əqdin etibarsız hesab edilməsi, çıxarışların ləğvi Açar sözlər: əqdin etibarsızlığı, vicdanlı alıcı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4635/2020 nömrəli iş üz rə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 806 saylı bağ sahəsi xx xxxx 1996-cı il tarixdə 10 il müddətinə X2 icarəyə verilmiş, xx xxx 2004-cü il tarixdə sonuncunun razılığı ilə İddiaçı icarəyə verilməklə xx xxxxx 2009-cu il tarixdə onun xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Adilə Rəsulova 2007-ci ildə vəfat etmişdir. X1 X4 XXXin adına bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdeh in təqsirli hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia qaldırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, sözügedən bağ sahəsinə dair İddiaçı adına bağlanmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsi etibarsız hesab edilmiş və bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806K (yeni ünvan ilə) saylı bağ sahəsi Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyetrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Yekun məhkəmə qərarı ilə razılaşmayan İddiaçı konstitusiya şikayəti vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin xx xxxx 2017-ci il tarixli qərarı və onunla bağlı Ba kı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh3 və üçüncü şəxs Muxtadır Baxşəliyevin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda mübahisəli bağ sahəsi Cavabdeh3 tərəfindən xx xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 bağışlanmış, sonuncu isə xx xxxxx 20 18-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20.000 manata Cavabdeh1 satmış və xx xxxxx 2018-ci il tarixdə sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat xx xxxxx 2019-cu il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806 K saylı torpaq sahəsini Cavabdeh2 bağışlama müqaviləsinin, Cavabdeh2 həmin torpaq sahəsini Cavabdeh1 satmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən torpaq sahəsi üzrə Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2017-ci il tarixli,, Cavabdeh2 adına verilmiş xx xxxxxx 2018-ci il tarixli və Cavabdeh1 adına verilmiş xx xxxxx 2018-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-62/2020 nömrəli iş üzə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 50, 55, 84.1, 111, 148-ci, Mülki Məcəllənin 157.8, 158.2, 1584, 159-cu maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806 K saylı bağ sahəsi Cavabdeh3 adına dövlət reyestrində qeydə alınarkən, həmin qeydiyyatın hüquqi və qanuni əsaslarının nədən ibarət olmasını cavabdeh tərəf məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806 K saylı bağ sahəsi Cavabdeh3 adına dövlət reyestrində qeydə alınarkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozul muşdur. Cavabdehlər həmin qətnaməni ayrı-ayrılıqda apelyasiya qaydasında mübahisələndirmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4635/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov, F.Ş.Talışinski, R.Ə.Eyvazov) cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 806K (yeni ünvan ilə) saylı bağ sahəsinə dair cavabdehlər Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama, Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəf indən cavabdehlərin hər birinə verilmiş çıxarışlar etibarsız hesab edilməli, reyestr qeydi Vaqif Kiçikbəyovun xeyrinə əvvəlki vəziyyətinə qaytarılmalıdır. Çünki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 mübahisəli bağ sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyetrində qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə aktının ləğv olunduğundan, başqa sözlə mülkiyyət hüququnun rəsmi qaydada tanınmadığı və bununla bağlı məhkəmə mübahisəsinin davam etməsindən xəbərdar olduğu halda, qərəzli və tələsik şəkildə xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında həmin bağ sahəsini həyat yoldaşı Cavabdeh2 bağışlamış, sonuncu da xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Bu hallar isə ona dəlalət edir ki, həmin müqavilələr gö rünüş üçün tərtiblənməklə etibarsız əqdlərdir. Cavabdeh1 alqı-satqı müqaviləsi bağlanarkən vicdanlı alıcı olması, buna görə də onun hüquqlarının qanunla qorunması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, apelyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli bağ sahəsinə dair Cavabdeh2la onun arasında alqı-satqı müqaviləsi bağ sahəsi ilə bağlı məhkəmə mübahisələri davam etdiyi dövrdə tez-tələsik şəkildə bağlanmış onu adına dövlət reyestrində qeydiyyat aparılmışdır (müqavilənin bağlanmasından cəmi 4 gün sonra). Bu baxımdan, Cavabdeh1 Cavabdeh2 adına reyestrdəki qeydiyyatın etibarlı olmamasından və sözügedən bağ sahəsinə dair məhkəmə mübahisələrinin davam etməsindən xəbərdar olmaması inandırıcı deyil. Həmçinin, apelyasiya məhkəməsi Əflatun Qasımov və Cavabdeh1 arasında tərtiblənm iş müqavilə üzrə ödənildiyi qeyd olunan 20.000 manat məbləğin həmin bağın sahəsi və coğrafi mövqeyi nəzərə alınmaqla onun həqiqi dəyərindən kifayət qədər aşağı olmasını, müqavilə bağlandıqdan sonra Cavabdeh1 həmin torpaq sahəsinə sahiblik etmədiyi faktını birlikdə qiymətlənirərək bu nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin alqı-satqısına dair tərəflər arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli müqavilə, görünüş üçün tərtiblənməklə uydurma (əhəmiyyətsiz) əqddir. Belə əqd isə hər hansı hüquqi nəticə yarada bilməz. Ona görə də, Cavabdeh1 vicdanlı əldə edən şəxs sayılmır. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehlər kassasiya şikayətləri verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Muxtadir Babayev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsinə dair alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır, tərəflər arasında olan məhkəmə çəkişmələrindən onun məlumatı və xəbəri olmamışdır, o vicdanlı alıcıdır. Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, torpaq sahəsinə qanuni qüvvəyə minən məhkəmə qətnaməsi əsasında mülkiyyət hüququ əldə edildikdən sonra mübahisələndirilən əqdlər bağlanmış, həmin iş üzrə məhkəmə mübahisənin davam etməsindən xəbərdar olduqları barədə gəlinən nəticə əsassız və məntiqsizdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış kassatorlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərin kassasiya şikayətləri əsasında yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məc əllənin 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmış və onlardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları göstərilmişdir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qa nuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər hazırda da mübahisələndirdikləri məzmunca apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən dəlillərinə apellyasiya məhkəməsi t ərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar