Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-563/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Bağırov Namiq İmran oğlu, cavabdehin nümayəndəsi x8, cavabdehin vəkili Salehzadə Ümman Tofiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsi nin 2(003)-496/2018 saylı işi üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Əkbərov) iddiaçı x1 cavabdehlər x2, x3 və x5 qarşı “zəbt olunmuş ərazinin boşaldılması və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmiş, idiaçılar x4 və x5 cavabdehlər x6, x7 və x1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatların, verilmiş çıxarışların ləğvi” tələbinə dair iddiaları rədd edilmiş, ekspert xərci hesabına, iddiaçılar x1 33,34 (otuz üç manat otuz üç qəpik) manat, x3 33,34 (otuz üç manat otuz üç qəpik) manat və x5 33,34 (otuz üç manat otuz üç qəpik) manat tutularaq, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTR EAZ 22, VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən, məruzəçi), R.Eyvazov və Z.Əliyev, 2(103)-8658/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-496/2018 saylı işi üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2 (bundan sonra x2), x3 və x5 qarşı “zəbt olunmuş ərazinin boşaldılması və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh x4 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan “A” tikilisinin hissəvi zəbt olunmuş yaşayış sahəs indən çıxarılması, cavabdeh x2nin yuxarıda qeyd olunan ünvanda yerləşən və iddiaçının istifadəsində olan, lakin onun tərəfindən zəbt olunmuş torpaq sahəsindən çıxarılması, cavabdeh x5 ailə üzvləri ilə birlikdə yuxarıda göstərilə ünvanda yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsindən çıxarılması və həmin hissəvi zəb tolunmuş torpaq sahəsində qeyri-qanuni, yəni özbaşına tikintinin isə sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar x3 və x5 cavabdehlər x6, x7 və x1 qarşı iddia (iddia tələbinin həcminin artırılması barədə ərizə-səh.105) ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 saylı mülklə (A və V tikilisi ilə) bağlı ünvan a cavabdeh x6 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ünvan 3 mülklə (A tikilisi ilə) bağlı hissəd ə ləğv edilməsinə, x6 ünvan 2mülklə (A və V tikilisi ilə) bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və həmin qeydiyyatdan verilmiş çıxarışın ləğv edilməsinə, x6 ilə x7 arasında ünvan a bağlanmış 48/1-62 reyestr nömrəli 02.02.2004-cü il tarixli alqı-satqı müqaviləsinin ünvan 2 mülklə (A və V tikilisi ilə) bağlı hissədə etibarsız hesab edilməsinə; x7un ünvan 2 saylı mülklə (A və V tikilisi ilə) bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Ərazi İdarəsində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və həmin qeydiyyatdan verilmiş çixarışın ləğv edilməsinə, x6 ilə x1 arasında Bakı şəhəri 7 saylı Notariat Kontorunda bağlanmış 48-665 reyestr nömrəli 24.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin ünvan 2 mülklə (A və V tikilisi ilə) bağlı hissədə etibarsiz hesab edilməsinə, x1nm ünvan 2 saylı mülklə (A və V tikilisi ilə) bağlı Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Baki Ərazi İdarəsində qeydə alınmış, mülkiyyət hüququna dair qeydin va həmin qeydiyyatdan verilmiş çıxarışın ləğv edilməsinə, x7 ilə x1 arasında ünvan 2 mülklə (A və V tikilisi ilə) bağlanmış 48-677 reyestr nömrəli 30.12.2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsinə; x6 ünvan 2 saylı mülklə (A və V tikilisi ilə) bağlı Azarbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsində qeydə alınmış mülkiyyət hüququna dair qeydin və həmin qeydiyyatdan verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x5 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl et məmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Bağırov Namiq İmran oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi x8, cavabdehin vəkili Salehzadə Ümman Tofiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər cavabdehlər və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətinə əsasən, ünvan 1 fərdi yaşayış evi 18.01.2006-cı il tarixdə x6 məxsusdur, 13.03.2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir (İİ cil d səh.223); Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş texniki pasportun surətinə əsasən, ünvan 1 saylı fərdi yaşayış evi x7 məxsusdur, 18.01.2006-cı il tarixdə texniki pasport tərtib edilmişdir (İİİ cild səh.212). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını MPM-nin 14.2, 76.1, 77.1, 80, 82.1, 82.3, 88, 106.2, 217.4, 233.3, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş ) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, x1 adına plan və ölçü sənədi olmadığından və torpağın mülkiyyət hüququ müəyyən edilmədiyindən onun hüquqlarının hansı hissədə məhdudlaşdırıldığının müəyyən edilməsi mümkün deyildir. Ona görə ilk olaraq hüquqlarının təsbit edilməsi üçün onun qeydiyyat aparan müvafiq icra hakimiyyəti orqanına müraciəti olmalı və bunun əsasında inzibati icraat çərçivəsində araşdırma həyata keçir ilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-563/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-563/2020
29.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver