Məhkəmə qərarları › İş №2(102)-5640/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5640/2021

19.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5640/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh, 3-cü şəxslər Maraqlı şəxs1nə və AR ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1025/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “30 yanvar 2019-cu il tarixli, 4ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2019-cu il tarixli, 4ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğ v edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırmışdır ki, o, 1933-cü ildə anadan olmuşdur. 86 yaşı var. Ahıl yaşda olduğunu və sağlamlıq vəziyyətini nəzərə alaraq, həm də ona qismən yardımçı olmaq məqsədi ilə bu qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kv.m olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlayaraq hədiyyə versin. Bu haqda qızına da fikirlərini və məqsədini bildirmişdir. Qızı da onun dedikləri ilə razılaşaraq, ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, tərəfindən veriləcək həd iyyəni də qəbul edəcəyini bildirmişdir. Bu haqda razılığa gəldikdən sonra Balakən rayon notariat idarəsinə getmişlər. 30 yanvar 2019-cıı il tarixdə Balakən rayon notariat idarəsində bağladıqları 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv m olan fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin xərclərini də özü yerinə yetirmişdir. Qızı notariusun yanında hədiyyəni qəbul etdiyini təsdiq etmişdir. Hədiyyəni qəbul edən qızı qəbul etdiyi hədiyyəni Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti Zaqatala 18 saylı Zaqatala Ərazi İdarəsində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrə olmaqla seriya RX N: ******* olan Çıxar ış alaraq, əldə etdyi hədiyyə üzərində mülkiyyət hüququnu tam rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi ilə bağlı notariat kontorunda bütün xərcləri də özü ödəmişdir. Cavabdeh olan qızı hədiyyəni qəbul etdikdən sonra ona müalicəsi ilə bağlı apteklərdən dərman almaq üçün verdiyi 700 manat pulu özü üçün xərcləyib, ona heç bir dənə də olsun dərman almamışdır. Onunla heç belə maraqlanmır, zəng etdiyi zaman telefonu belə açmır. Özü də normal yeriyə bilmir. Qeyd etdiyi hərəkətləri ilə bağlı ona məqsədini, fikrini deyə bilmir. Zənglərinə cavab vermir. Belə olan halda onun çıxış yolunun ancaq ona bağışladığı hədiyəni bağışlamaqdan imtina elməkdir. Qızı Cavabdeh ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, lakin onun bu öhdəliyi qəbul etməsini bağışlama müqaviləsində qeyd-şərt kimi yazdırmamışdır. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 may 2020-ci il tarixli, 2(019)-223/2020 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsini və evi cavabdehə bağışlaması onun iradə ifadəsinin nəticəsi olmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. İddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən evi qızına bağışlamışdır. Cavabdeh iddiaçı və ya onun yaxın qohumunun barəsind ə ağır cinayət törətməmiş, bağışlama ilə bağlı onun üzərinə hər hansı vəzifə və öhdəlik qoyulmamışdır. İş materiallarına əsasən cavabdehin üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. Əksinə, cavabdehin məhkəmədə verdiyi izahatından görünür ki, o, atasına baxmış, onu qayğı ilə əhatə etmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bağışlanma müqaviləsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi barədə iddia tələbi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh adına ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 93.80 kv.metr olan fərdi yaşayış evinə görə RX seriyalı ******* nömrəli Çıxarış göstərilən bağışlama müqaviləsinə əsasən verildiyi və bu bağışlama müqaviləsi tam qanunauyğun olduğu üçün bu çıxarışı n da ləğv edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh adına ünvan 2 ünvanında 0.0555 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 93.80 kv.metr olan fərdi yaşayış evinə görə mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarış qanunauyğun və əsaslı verilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 238.1, 238.3, 389.1, 390.1, 423, 666.1, 668.1-668.1.5, 670.1, 673.1, 673.2, 673.4-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19.12.2012-ci il t arixli qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 15 sentyabr 2020-ci il tarixli, 2(107)1466/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 2(019)-223/2020 saylı, 07 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şə rtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətin in pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mübahisəli yaşayış evini bağışladıqdan sonra cavabdehin ona qulluq etməməsini, onun telefon zənglərinə cavab vermədiyini mübahisələndirmış, apelyasiya məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, 30 yanvar 2019-cu il tarixli bağışlama mü qaviləsinin məzmununda tərəflər arasında belə bir şərt mövcud deyil, müqavilə hansısa öhdəliklə şərtləndirilməmişdir. Müqavilənin dəyişdirilməsi və ya ləğvi müqavilə bağlanarkən razılaşdırılmış olan şərtlərin bir tərəfin mənafeyinə görə dəyişdirilməsi və ya ləğvini nəzərdə tutur. Çünki normal hallarda tərəflər razılaşdırılmış olduqları müqavilə şərtləri ilə bağlıdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini bilir və bununla razılaşaraq müqaviləyə imza edir. Bu xarakterli müqavilələrin spesifik xüsusiyyəti ondan ibarətdir ki, müqavilə şərtlərinə daxil olmayan öhdəliyin cavabdehdən qəti şəkildə tələb edilməsi aşkar şəkildə ədalətsizliyə səbəb olar. Həmçinin, müqavilənin bağlandığı zaman razılıqla bağlı qarşı tərəfin iradəsinin sonradan şəraitin gözlənilməz olaraq əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində əmələ gələn vəziyyəti ehtiva etmədiyini bilə-bilə onu əvvəlki ilə müqayisədə olduqca ağır hala gələn öhdəliyin icrasına məcbur etmək əslində “əhdə” uyğun deyildir. Çünki bu kimi tələb bir tərəf üçün olduqca ağırlaşmış olan öhdəliyin faktiki olaraq həmin tərəfin müqaviləyə olan razılıqla bağlı iradə ifadəsinin məlum olan həqiqi məzmununa uyğun gəlmədiyi bilindiyi halda həmin tərəfi belə bir öhdəliyi icra etməyə məcbur etmək müqavilə ədalətini təmin etmək məqsədinə xidmət etmir. Eyni zamanda, iddiaçı özünün yaşlı və kimsəsiz olduğunu bildirsə də, məhkəmə araşdırması ilə müəyyən e dilmişdir ki, iddiaçı heç də özünün dediyi kimi qulluqdan kənar deyil. Belə ki, iddiaçı özü məhkəmə iclasında etiraf etmişdir ki, mübahisəli evdə hazırda oğlu ilə birlikdə yaşayır. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi, iddiaçının hər iki oğlu onun nümayəndəsi olmaqla, iddiaçının mənafeyindən çıxış edirlər ki, bu da özü-özlüyündə sonuncuların mübahisəli evdə maraqlı olmalarına dəlalət edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsi nin qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, İlqar Xələfov, Zaur Əliyev) 03 mart 2021-ci il tarixli, 2(102)1288/2021 saylı qərarı ilə kasasiya şikayəti təmin edilərək, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. O da vurğulanmalıdır ki, burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir. İddiaçı 1933-cü il təvəllüdlü olmaqla, iddianı qaldırdığı vaxtda 87 yaşı olması, yəni əmək qabiliyyəti olmayan şəxs hesab edilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilmiş normaların müqayisəli təhlili onu deməyə imkan verir ki, cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca ola raq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Apelyasiya məhkəməsi tərəfindən cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsi ümumiyyətlə müəyyən edilməmişdir. Apelyasiya məhkəməsi tərəfindən mübahisənin maddi hüquqi əsası ümumiyyətlə düzgün müəyyən edilməmiş, iddianın əsasını müqavilənin ləğvi təşkil etdiyi və onun etibarlılığı ümumiyyətlə mübahisələndirilmədiyi halda, iş üzrə gəlinən nəticə müqavilənin etibarlı əqd olması, yəni iddiaçının iradə ifadəsinə uyğun bağlanması ilə əsaslandırılmış və cavabdehin iddiaçı qarşısında onu saxlamaq barədə öhdəlik götürməsi barədə heç bir müqavilə şərti müəyyən edilmədiyi göstərilməklə ailə qanunvericiliyin, eləcə də bağışlamadan imtinanın əsa slarını müəyyən edən qanunvericiliyin normaları səhv təfsir edilmişdir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) 27 may 2021-ci il tarixli, 2(107)1025/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Balakən Rayon Məhkəməsinin 2(019)-223/2020 saylı, 07 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Maraqlı şəxs1ndə 30 yanvar 2019-cu il tarixdə bağlanmış 4ə-71 reyestr nömrəli bağışlama müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. O da vurğulanmalıdır ki, burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir. Konstitusiyanın 34-cü maddəsinin V hissəsində göstərilmişdir ki, valideynlərə hörmət etmək, on ların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi müəyyən edilimişdr. Həmin maddənin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslər kimi göstərilmişdir. İşdən görünür ki, iddiaç ı 1933-cü il təvəllüdlü olmaqla, iddianı qaldırdığı vaxtda 87 yaşı olması, yəni əmək qabiliyyəti olmayan şəxs hesab edilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən normaların müqayisəli təhlili onu deməyə imkan verir ki, cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, hazırkı mübahisənin həlli məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılıdır. İş materiallarından və tərəflərin izahatından da görünür ki, iddiaçı c avabdehin bu vəzifələrini yerinə yetirmədiyinə, ona diqqət və qayğı göstərmədiyinə, onunla ümümiyyətlə əlaqə saxlamadığına görə hazırkı iddianı qaldırmaq məcburiyyətində qaldığını bildirir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının bağışlama müqaviləsini öz iradə ifadəsi əsasında, könüllü qaydada bağladığını, müqavilə bağlanarkən hər hansı öhdəlik götürmədiyini göstərməklə, iddiaçıya qayğı göstərməyə hazır olduğunu bildirir. Cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, sözügedən bağışlama müqaviləsinin iddiaçının öz iradə ifadəsi əsasında, könüllü qaydada bağlanılması mübahisə edilmir. Lakin cavabdeh müqavilə bağlanarkən üzərinə hər hansı öhdəlik götürməsə də, yuxarıda şərh edildiyi kimi, iddiaçını saxlamaq və ona qayğı göstərmək bir övlad olaraq cavabdehin mənəvi bor cludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət olmamışdır. Hazırda köməksiz vəziyyətdə olan iddiaçı öz daşınmaz əmlaklarını bağışladığı cavabdehin həmin əmlakları əldə etdikdən sonra ona qayğı göstərmədiyini bildirir. Kollegiya iddiaçının bildirdiklərini işin gerçək hallarına uyğun hesab edir. Cavabdeh isə bunun əksini sübut edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilən in tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən i mtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, bağışlamadan imtinanın əsaslarını müəyyən edən qanunvericilik normalarını səhv təfsir etmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun atasıdır. Atası könüllü olaraq 30 yanvar 2019-cu il ta rixdə Balakən rayon notariat idarəsində bağladıqları 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv m olan fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan ona bağışlamışdır. Atası tərəfindən əmlak ona bağışlanıldıqdan sonra o, evə və torpaq sahələrinə dair çıxarışlar almışdır. Atası mübahisəli evi ona bağışlayarkən, heç bir şərt irəli sürməmişdir. O, atasına hər cür nəvaziş və xidməti öz arzu və istəyi ilə, atasına olan istəklə həyata keçirmiş və indi də keçirməyə hazırdır. Atası evi heç kimin təsiri və başqa səbəblər altında ona bağışlamamışdır. Bunu o, özü öz istəyi ilə etmişdir. Heç kim onu dilə tutmamış, təsir göstərməmişdir. Bu bağışlama müqaviləsi onun iradəsi və istəyi ilə həyata keçirilmişdir. Hazırda atası Əsəd başqa şəxslərin, yəni qardaşı və iddiaçının nümayəndəsi olan Nümayəndə təsiri altındadır. Hazırda atası qardaşının əmlakının başqa şəxsə satılmasını mübahisələndirərək məhkəmədə iddia qaldırmışdır. Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1. 670.3 və 673.1 -ci maddələrinin şərh edilməsinə dair şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarına əsasən, MM-in 673-cü maddəsi bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əs aslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur. MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina“ müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışla ma müqaviləsinin, hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mü lkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Hədiyyə alan hədiyyəni itirdikdə və ya hədiyyə predmeti onun mülkiyyətindən çıxdıqda o, hədiyyəni qaytarmağa və ya onun əvəzini ödəməyə borclu deyil, çünki belə hal bağışlama müqaviləsinin təbiətinə, onun əvəzsizlik əlamətinə uyğun olmur. Mülki Məcəllənin 673.1 -673.1.1-ci maddələrinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Göründüyü kimi qanunverici bağışlamadan imtinanın əsaslarını, yəni b ağışlama müqaviləsinin ləğv edilməsi üçün əsaslan imperativ qaydada müəyyən etmişdir. O, iddiaçı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmiş, bağışlama ilə bağlı onun üzərinə hər hansı vəzifə və öhdəlik qoyulmamışdır. Bunlar işin mübahisəsiz hallarıdır. Məhkəmədə verdiyi izahatından da aydın olur ki, o, atasına baxmış, onu qayğı ilə əhatə etmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, bağışlanma müqaviləsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbi bu hissədə əsaslı hesab oluna bilməz. İkinci apellyasiya baxışı zamanı iddiaçının iştirakı ilə işə baxılması barədə şifahi vəsatət verils ə də, məhkəmə bunun lüzumsuz olduğunu bildirmişdir. Həmin məhkəmə iclasında iddiaçının adından mübahisələndirilən evdə yaşayan oğlu X2 iştirak etmişdir ki, bu da özü-özlüyündə sonuncunun mübahisəli evdə maraqlı olmasına dəlalət edir. Eyni zamanda məhkəmə iclasında İddiaçı qardaşına məxsus olan evin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair Balakən rayon məhkəməsinin icraatında 2(019)-74/2021 saylı mülki işin olduğu barədə bildiriş təqdim etmişəm. Həmin halın özü də onu göstərir ki, İddiaçı yaşlı olduğuna görə oğlanlarının təsiri altındadır, digər oğlanları onun yaşlı olmasından istifadə edərək onun əvvəlki əmlaklarını ələ keçirmək istəyir. Məhkəmə kollegiyası 27.05.2021-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, hazırda köməksiz vəziyyətdə olan iddiaçı öz daşınmaz əmlaklarını bağışla dığı cavabdehin həmin əmlakları əldə etdikdən sonra ona qayğı göstərmədiyini bildirir. Kollegiya iddiaçının bildirdiklərini işin gerçək hallarına uyğun hesab edir. Lakin məhkəmə kollegiyası işdə iddiaçının iştirak etmədiyi, onun dinlənilmədiyi halda, iddiaçının yazdıqlarını işin gerçək halları kimi qəbul etmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini pozmuşdur. Göründüyü kimi apelyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu hal düzgün olmayan məhkəmə qətnaməsinin qəbul olunması ilə nəticələnmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının i zahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh vəkili Vəkil1 və 3-cü şəxs Maraqlı şəxs1 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. 3-cü şəxs AR ƏMDK DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi vəzifəsini icra edən Fərman Hacıyev məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi X2 və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun o laraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.4. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 417.2. Kasasiya məhkəməsi işə baxarkən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməs i ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhk əməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Belə ki, işə mahiyyəti üzrə baxmış hər iki instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından aydın olur ki, iddiaçı cavabdehin atasıdır. İddiaçı 30 yanvar 2019-cu il tarixdə Maraqlı şəxs1ndə bağladığı 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv.metr olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlamışdır. Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin daşınmaz əmlaklar Cavabdeh xüsusi mülkiyyətindədir. Sonradan iddiaçı özünə məxsus olan əmlakını bağışlamaqdan imtina etdiyini bildirərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2019-cu il tarixli 4ə71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tələbini dəqiqləşdirərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmiş, iddiaçı hazırda yaşı ilə əlaqədar fiziki imkanları məhdudl aşdığından, həm də mütəmadi olaraq müalicə almalı olduğundan kənar şəxslərin köməyinə, eləcə də maddi yardımına ehtiyacı olduğuna, qızı ilə həmin ehtiyacları qarşılaması müqabilində özünə məxsus daşınmaz əmlakı ona hədiyyə verəcəyi barədə razılaşdıqlarına və bu barədə notariat qaydada müqavilə bağladıqlarına, lakin həmin müqavilənin bağlanmasından sonra, qızının ona qarşı laqeyd münasibət bəslədiyinə, nəinki maddi və ya başqa ehtiyaclarını qarşılamaq, ümumiyyətlə onunla maraqlanmamasına, hətta zənglərinə belə cavab verməməsinə istinad etmişdir. İddiaçının iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsi təşkil etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 34.5-ci və Azərbaycan Respublikası Ailə Məcə lləsinin 82-ci maddəsinə istinad edərək, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.1-ci maddəsi, yəni hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozması əsası ilə iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, kollegiyası işin gerçək hallarına uyğun hesab edir, cavabdeh isə bunun əksini sübut edə bilmir. Apelyasiya kollegiyasının qeyd edilən formada əsaslandırması üzrə ilk öncə Azərbaycan Respublikası Konstitusiyasının 34.5-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddələri barədə qeyd edilməlidir ki, həmin normalarda övladlardan hər hansı birinin deyil, bütün övladların valideynlərini saxlamaq, onların qayğısına qalmaq borcunun olması göstərilmişdir. İşdən də görünür k i, cavabdeh iddiaçının yeganə övladı deyildir və iddiaçı hazırda nümayəndəsi olan oğlunun yanında yaşayır və qayğıdan kənar deyildir. İddiaçı özü izahatında oğlu ilə yaşamasını bildirmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən ona qarşı öhdəliklərinin yerinə yetirilmədiyinə istinad etsə də, bununla bağlı təsdiqedici hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi halda, apelyasiya kollegiyası hansı əsasla iddiaçının göstərdiklərini işin gerçək hallarına uyğun hesab etməsini əsaslandıra bilməmiş, iddiaçı tələbini əsaslandırıb sübut etməli olduğu halda, apelyasiya kollegiyası sübutetmə yükünü cavabdehin üzərinə qoyaraq cavabdehin iddiaçının göstərdiklərinin əsasını sübut edə bilmədiyini göstərmişdir. Halbuki, iddiaçı özü bildirmişdir ki, cavabdeh ona kömək edəcəyi nə, müalicəsi üçün ona lazımi dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağını vəd etmişdir. Lakin o, məhkəməyə nə hansısa dərmanlara ehtiyacı olması barədə hər hansı həkim reseptini təqdim edə bilmiş, nə hansı ailə işlərində cavabdehin ona yardımçı olacağını vəd etdiyini, vədinə əməl etmədiyini əsaslandıra bilmişdir. Həmçinin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası Mülki Məcəllənin 673.1.1-ci maddəsində göstərilmiş hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri hədiyyə verən barəsində hansı qaydada kobud pozuntuya yol verməsini əsaslandırmamış, kobud pozuntunun nədə ifadə edilməsini müəyyən etməmişdir. Halbuki, iş materialları ilə qeyd edilən kobud pozuntuya yol verilməsinə dəlalət edəcək hər hansı sübut yoxdur. Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya kollegiyasının yuxarıda qeyd edilən mövqeyi ilə bağlı qeyd edilməlidir ki, apelyasiya kollegiyası istinad etdiyi normaları hazırki mübahisə üzrə müfəssəl qaydada, yəni həmin normaları tam mənasına uyğun tətbiq etməmişdir. Əgər apelyasiya kollegiyası qeyd edilən normaları mübahisənin həqiqi mənasına uyğun tətbiq etmiş olsa idi, iddia tələbi təmin edilməməli idi. Beləliklə, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, iddia tələbi təmin edilməklə maddi hüquq normasının tələbləri pozulmuş və düzgün tətbiq edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbindən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, qeyd edilən tələb ilkin tələblə, yəni bağışlama müqavilsənin ləğv edilməsi ilə qarşılıqlı əlaqəli olduğundan, həmin hissədə iddia tələbi təmin edilmədiyindən, bu hissə üzrə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiy yətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 418-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1025/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar