Məhkəmə qərarları › İş №2(102)-5656/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5656/2021

07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5656/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6713/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan “Lexus RX 200T” markal ı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində dəymiş zərərin aradan qaldırılması məqsədilə tələb olunan 62.418 manat, İddiaçı2 mənəvi zərərə görə 50.000 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 110 manat və dövlət rüsumu olaraq hər bir iddiaçı tərəfindən ödənilmiş 30 manat, ümumilikdə isə toplam olaraq 62.558 manat pul vəsaitinin cavabdehlər "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 İddiaçı1 xeyrinə, 50.030 manat pul vəsaitinin cavabdehlər "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti və Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabd ehlər Cavabdeh2 və "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkətindən İddiaçı1 xeyrinə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 57418 (əlli yeddi min dörd yüz on səkkiz) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat, vəkil xidmətinə görə 55 (əlli beş) manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6713/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli, 2(003)-152/2020 sayl ı qətnaməsindən cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6713/2021 saylı, 23.06.2021-ci il tarixli qərardadının ləğv edilərək mülki işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkətinin səlahiyyətli nümayəndəsi Mehmet Güven tərəfindən şəxsən imzalanmamış, şikayətə həmin şəxsin faksimile imzası vurulmuşdur. Azərbaycan Respublikası MPM-nin - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində məhkəməyə verilən şikayətlərin imzanın faksimilesindən istifadə edilməklə imzalanması imkanı nəzərdə tutulmamışdır. Bu imkandan istifadı yalnız Mülki Məcəllənin 331.3-cü maddəsində əqdlərin bağlanması zamanı nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Faksimile imzanın isə əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olması Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsində nəzərdə tutulmamışdır. Buna görə də, hazırki kassasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmamış hesab edilir Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 408.1.1-cü maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, kassasiya şikayəti qaytarılmalıdır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində n əzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. - 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsi nə göndərmişdir. Hesab edirəm ki, cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6713/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qərardadından cavabdeh "xxxx" Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul ed ilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar