Məhkəmə qərarları › İş №2(102)-566/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-566/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-566/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10525/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev, iş № 2(001)-386/2019) İddiaçı cavabdeh N Şirkətinə qarşı sığorta ödənişinin verilmə si tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışınski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyərkən 2011-ci ildə keçirtdiyi “beyin sağ yarımkürəsinin hemorragik insultu” ilə əlaqədar üzərində cərrahiyyə əməliyyatı aparılmış və İİ dərəcəli əlil hesab edilmişdir. Hakimlik səlahiyyəti müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxx 2017-ci il tarixli qərarı ilə xx xxxx 2017-ci il tarixdən İddiaçı hakimlik səlahiyyətinə xitam verilm işdir. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hakim vəzifəsində işlədiyi 2011-ci ildə keçirtdiyi baş-beyin hemorragik insultun davamlı əlamətləri, sol tərəfli dərin hemiparez dayaq-hərəkət funksiyasının pozulması, ensefalopatiya İİ mərhələ ifadəli koqnitiv pozğunluqlarla hipertoniya xəstəliyi İİİ mərhələ, əlavə risk İV dərəcə diaqnozu ilə müalicə olunmaqla kənar şəxslərin qulluğuna ehtiyacının yaranmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmış sonuncu müayinə zamanı həmin diaqnozun təsdiqlənməsi və ona İİ qrup əlillik dərəcəsinin verilməsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakimlərin həyatı və sağlamlığı d övlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilməsini, xidmət vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilməsini, onun hakim vəzifəsində işlədiyi dövrdə İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar sığorta hadisəsinin baş verməsini və bununla əlaqədar ona 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməli olmasını əsas göstərməklə ona qanunda müəyyən olunmuş qaydada sığorta ödənişinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kass asiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, o, hakim vəzifəsində işləyərkən xəstələnmiş, həmin xəstəliyin nəticəsi olaraq İİ dərəcəli əlil hesab edilmiş və bu səbəbdən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən ona 5 illik əmək haqqı məbləğində sığorta ödənişi verilməlidir. Qanunun 109-cu maddəsinə görə hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya o nlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Qanunun məzmunundan və mənasından görünür ki, hakimin həlak olmasına (vəfat etməsinə) və ya xəstələnməsinə görə sığorta ödənişi o zaman verilir ki, həmin hadisə hakimin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olsun. Hakimin həmin vəzifədə işlədiyi dövrdə həlak olması (vəfat etməsi) və ya xəstələnməsi ona sığorta ödənişinin verilməsi üçün əsas vermir. Çünki, bu halda hadisə onun vəzifələrinin icrası ilə bağlı olm ur. İddiaçı hakim işlədiyi dövrdə xəstələndiyi və sonradan (səlahiyyətinə xitam verildikdən sonra) İİ dərəcəli əlil hesab edildiyi üçün ona tələb etdiyi sığorta ödənişinin verilməsi üçün əsaslar olmamışdır. Çünki onun xəstələnməsi və əlil olması onun bilavasitə vəzifəsinin icrası ilə bağlı olmamışdır. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar