Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5669/2019 05.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, İddiaçı və onun vəkili X5, Cavabdehnın iştirakları ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5606/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) 2(001)-4303/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(001)-532/2016 saylı qətnaməsinə əsasən yaranmış 11987 manat aliment borcunu, həmçinin, 10 oktyabr 2004-cü il təvəllüdlü X4 və 03 sentyabr 2007ci il təvəllüdlü X1nun yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimenti ödəmək öhdəliyindən azad olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 23 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəh əri Binəqədi rayon məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(001)-532/2016 saylı qətnaməsinə əsasən yaranmış aliment borcunun 6000 manat hissədə öhdəlikdən azad olunması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(001)532/2016 saylı qətnaməsinə əsasən yaranmış 11987 manat məbləğində aliment borcunu ödəməkdən, 10.10.2004-cü il təvəllüdlü X4, 03.09.2007-ci il təvəllüdlü X1 və 05.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment öhdəliyindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə uşaqla rın analarının yanında saxlanması qərara alınsa da, X1 ümumiyyətlə anasının yanında qalmamış. X4 isə 3 gün anasının yanında qaldıqdan sonra onun yanına gəlmişdir. Yəni, uşaqlar könüllü olaraq anasının yanında qalmaqdan imtina edərək onun yanında yaşayırlar. Nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan, yəni 2015-ci ilin iyul ayından da o, iddiaçı və uşaqları ilə birlikdə yaşamış, uşaqların bütün tələbatı onun tərəfindən ödənilmişdir. Nikah pozulduqdan sonra da uşaqların bütün maddi və mənəvi tələbatları onun təmin edilmişdir. Uşaqların onun yanında qalmasına, tələbatlarının onun tərəfindən ödənilməsinə baxmayaraq dövlət tərəfindən uşaqların saxlanılması üçün verilən 36 manat məbləğində pul vəsaiti də iddiaçı tərəfindən alınmış, 1000 manat məbləğində də aliment ödəmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh şikayətin məzmumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, eyni zamanda göstərmişdir ki, iki ilə yaxındır ki, 10.10.2004-cü il təvəllüdlü X6 və 03.09.2007-ci il təvəllüdlü X1 iddiaçı atalarının yanında yaşayırlar. İki uşağa görə iddiaçıdan əvvəlki illərin alimentini və 05 dekabr 2012-ci il təvəllüdlü X1 bu günə qədər yığılan alimentini tələb edir və İddiaçı aliment borcundan 6000 manatın silinməsinə etiraz etmir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandır ılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İddianın səbəbi və əsası ondan ibarətdir ki, istər nikah pozulanadək istərsə də, nikah pozulduqdan sonra uşaqlardan Ayişə və İslam fasiləsiz olaraq onun yanında yaşamış və uşaqları faktiki olaraq o saxlayır. Hətta məhkəmə qətnaməsini zorla, məcburiyyət qaydasında icra etmiş icra məmurları, icradan dərhal sonra uşaqları X3 və X4ın X5nin yaşadığı evdən qaçaraq onun yanına gəlmələri haqqında Binəqədi rayon icra şöbəsinin icra məmurları X6 və X7 tərəfindən 01 aprel 2017-ci il tarixdə tələbkarın (X5nin) və hal şahidlərinin iştirakı ilə akt tərtib etmişdir. Üzərinə hesablanmış aliment məhz bu səbəbdən ödəniməmişdir. 09.03.2018-ci il tarixdə tələbkara 1000 manat aliment ödəmişdir. Belə olduğu halda əslində o, X5yə deyil, X5 ona bir uşağın saxlanması üçün aliment ödəməli idi. Məhkəmə bu hallara əhəmiyyət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instan siyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(001)-532/2016 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 10.10.2004-cü il təvəllüdlü X2, 03.09.2007-ci il təvəllüdlü X1nun və 05.12.2012-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsində və yanında saxlanmaları, uşaqların saxlanması üçün 31 iyul 2015-ci il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa görə 117 manat olmaqla ümumilikdə 351 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Həmçinin Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 noyabr 2016-cı il tarixli 2(001)9288/2016 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qızna qarşı 10.10.2004-cü il təvəllüdlü X4. 03.09.200 7-ci il təvəllüdlü X1 və 05.12.2012-ci il təvəllüdlü X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiası rədd edilmişdir. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməmiş hissəsindən azad edilmədən ibarətdir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisənin hallarından isə görünür ki, iddiaçının aliment borcundan azad edilməsinə əsas göstərdiyi hal tərəflərin birgə nikahından olan 03.09.2007-ci il təvəllüdlü X1 və 10.10.2004-cü il təvəllüdlü X2 onun yanında qalmasıdır. Lakin qeyd olunan halın tam əksi - birgə nikahdan olan həmin uşaqların analarının himayəsində qalması Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli 2(001)532/2016 saylı qətnaməsi ilə qət edilmişdir. Aydın olur ki, iddiaçı məhkəmə qətnaməsini icra etməmiş, həmçinin icra etməməsinin davamı olaraq uşaqların onun himayəsinə verilməsi ilə bağlı yeni iddia tələbi qaldırmış və onun iddiası təmin edilməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar qanunvericiliyin pozulması kimi qiy mətləndirilməlidir. Lakin hazırda cavabdeh İddiaçı aliment borcundan 6000 manatın silinməsinə etiraz etmir. Şərh olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(001)-532/2016 saylı qətnaməsinə əsasən yaranmış aliment borcunun 6000 manat hissəsində öhdəlikdən azad edilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsində, həm birinci instansiya məhkəməsi, həm də apellyasyia instansiyası məhkəməsi iclaslarında irəli sürülmüş, apellyasyia məhkəməsi məhz həmin dəlillərə qiymət verərək cavabdehin etiraf etdiyi həddə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasyia instansiyası məhkəməsinin qiymətiləndirməsi ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5606/2019 nömrəli iş üzrə 23 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5669/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5669/2019
05.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver