Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5672/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fonduna, maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDƏRX-nə qarşı ipotekaya xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4526/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə "xxxx" kəndli fermer MMC arasında bağlanmış 17 avqust 2005ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən, "xxxx" Kəndli Fermer MMC-yə 5 il müddətinə illik 7 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yeləşən 14 nömrəli mənzil 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 ASC-yə girov qoyulmuşdur. 3. “X2” MMC-nin 01 avqust 2017-ci il tarixli, 01/15-2 saylı açıq hərracın keçirilməsinə dair bildirişindən görünür ki, sifarişçiyə (Xətai Rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borclu (İddiaçı) 31 avqust 2017-ci il tarixdə saat 11:00-da baş tutacaq hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair bildiriş verilmişdir.
4. Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi ilə 17 avqust 2005-ci il tarixli, 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29.317,62 manat, faiz borcu üzrə 2.114,70 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" Kəndli Fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 14 saylı və X1 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" Kəndli Fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 12 faizi, yəni 2,45 manatın iddiaçıya aid edilməsi, qalan 88 faizi, yəni 17,55 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Kəndli Fermer MMC-dən tutularaq iddiaçının Cavabdeh1 ASCyə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərcinin 25 manatının iddiaçıdan, qalan 25 manatının isə cavabdeh "xxxx" kəndli fermer MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2015-ci il tarixli qtənaməsi ilə Yasa mal Rayon Məhkəməsinin 24 yanvar 2014-cü il tarixli qətnaməsi qismən yəni faiz borcu üzrə 2114,70 manat məbləğində pul vəsaitinin "xxxx" Kəndli Fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə yəni 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 29317,62 manat, cərimə üzrə 450 manat məbləğində pul vəsaitinin "xxxx" Kəndli Fermer MMC-dən tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetləri olan Əlİddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin 14 nömrəli və X1 mülkiyyətində olan Bakı şəhəri, Zərdabi küçəsi, 63 saylı evin 10 nömrəli mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına cavabdeh "xxxx" Kəndli Fermer MMC-nin Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2015-ci il tarixli icra vərəqəsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə "xxxx" Kəndli Fermer MMC arasında bağlanmış 17 avqust 2005-ci il tarixli 11 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 23 avqust 2005-c i il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-959 saylı, 31 mart 2015-ci il tarixli icra vərəqəsi “X2” MMC-yə göndərilmişdir. Həmin mənzil 22 may 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 85.000 manat, 07 iyul 2017-ci il tarixdə təkrar hərracda 15 faiz endirimlə 72.250 manata açıq hərraca çıxarılsa da sifarişçi olmadığından hərrac baş tutmamışdır. “X2” MMC Cavabdeh1 ASC-yə 14 iyul 2017-ci il tarixli 214 nömrəli məktub göndərərək hərracın tutmamasına dair “Kaspi” qəzetində müvafiq elanın dərc edildiyi qeyd edilmiş və Cavabdeh1 ASC-dən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbini rəhbər tutaraq ipoteka saxlayan kimi 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin həmin məktubun üzərindən 30 gündən çox zaman keçməsinə baxmayaraq hal-hazıradək ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzil Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir. Məlum olduğu kimi X4 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə Əmanət lərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva)15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 ASC ilə "xxxx" Kəndli Fermer MMC arasında bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə Reyestr Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydin aparılması qət edilib.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi ilə borclu "xxxx" Kəndli Fermer MMC 17 avqust 2005-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 29.317,62 manat, hesablanmış cəriməyə görə 450 manat pulun tutulub Cavabdeh1 ASC-yə ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. İpoteka predmeti olan sözügedən mənzil 22 may 2017-ci ildə keçirilmiş ilkin hərracda ilkin satış qiyməti 85.000 manat, 07 iyul 2017-ci ildə keçirilmiş təkrar hərracda 15 faiz endirimlə 72.250 manata açıq hərraca çıxarılsa da, alıcı olmadığı üçün hərrac baş tutmayıb və hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc edilib. Daha sonra “ X2” MMC 14 iyul 2017-ci il tarixli məktubla ipoteka saxlayan Cavabdeh1 ASC-yə müraciət edərək ipoteka premetini almağı təklif edib, lakin sonuncu ipoteka predmetini əldə etməyib. Göründüyü kimi ipoteka saxlayan Cavabdeh1 ASC təkrar hərrac baş tutumamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyinə görə ipotekaya xitam verilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia təmin olunmalıdır.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 319.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir Habelə ipoteka predmeti olan mənzilin hərrac yolu ilə alqı-satıqısında iştirak edən Cavabdeh1 ASCnin etibarnamə üzrə nümayəndəsi alqı-satqı müqaviləsini imzalasa da, həmin mənzilin dəyərini ödəyərək əldə etməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2(102)-1449/2022 nömrəli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (səd rlik edən və məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-7875/2021 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə, ipoteka predmeti olan mənzilə dair ipoteka saxlayan Cavabdeh1 ASC ilə hərracın yekunları haqqında 26 iyul 2017-ci il tarixli protokol, 26 iyul 2017-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığını, lakin onun mənzilin dəyərini ödəyərək əldə etmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaş mır. Belə ki, əvvəla, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi bu gün qüvvədədir və həmin sənədlər ipoteka qoyan İddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməyib və borclu "xxxx" Kəndli Fermer MMC tələbkar Cavabdeh1 ASC-yə olan kredit borcuna görə ipoteka predmeti olan sözügedən mənzil 54.187,50 manat qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təqdim edilib və sonuncunun nümayəndəsi həmin sənədlərə imza etməklə ipoteka predmetini qəbul edib və bu hal işə əlavə edilmiş “hərracın yekunları haqqında” protokolun, “alqı-satqı müqaviləsi”nin və digər sənədlərin surətləri ilə də təsdiq olunur. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə, borclu "xxxx" Kəndli Fermer MMC tərəfindən tələbkar Cavabdeh1 ASC-yə sözügedən kredit müqaviləsi üzrə 29.767,62 manat p ul ödənilməlidir.
17. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “hərracın yekunları haqqında” protokolun və “alqı-satqı müqaviləsinin” mövcudluğu, ipoteka saxlayan Cavabdeh1 ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi, başqa sözlə ipotekaya xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxla nılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
22. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
23. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
24. Maddə 319.4. Aç ıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
26. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
27. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qi yməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
28. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
29. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
30. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə gö rə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
31. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəm ənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası hesab edi r ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7c i maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4526/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.