Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5681/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı Maksut oğlunun və onun vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Vergilər naziri Mikayıl Cabbarova ünvanlanmış 01.05.2018-ci il tarixli və 30.07.2018-ci il tarixli teleqramların surətindən görünür ki, Cavabdeh İddiaçı vergidən yayınması, kassa aparatlarının olmaması, işçilərlə əmək müqavilələri bağlanmaması halları haqqında məlumat verərək, ciddi tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə ünvanlanmış 02.08.2018-ci il tarixli teleqramın surətindən görünür ki, Cavabdeh İddiaçı onu tapança ilə hədələməsi, şəhərin mərkəzi küçəsini zəbt edərək, mağazalar açması və icarə verməklə, milyonçu olması, rayonda xoşu gəlməyəni həbs etdirməsi və digər qanunsuzluqlar törətməsi barədə məlumat vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.08.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən silahlı hədələnməsi haqqında məlumat təsdiq edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Gədəbəy RMX-nın Poliklinika şöbəsinin 13.02.2020-ci il tarixli, 20 saylı arayışından görünür ki, İddiaçı 04.02.2016-cı il tarixdən etibarən şəkərli diabet İİ tip, orta ağır formada diaqnozu ilə qeydiyyata götürülmüşdür və hazırda qeydiyyatda olmaqla, mütəmadi ambulator müalicə alır. Gədəbəy RMX publik hüquqi şəxsinin 12.02.2020-ci il tarixli, 85 saylı arayışından görünür ki, İddiaçı 10.08.2008-ci il, 11.08.2018-ci il və 25.08.2018-ci il tarixlərdə hipertonik kriz, şəkərli diabet diaqnozu ilə Gədəbəy MRX-nın təcili tibbi yardım şöbəsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhərində apteklərdən aldığı dərmanlara görə 2.884 manat, Moskva şəhərindən həkim təyinatına əsasən göndərilən dərmanlara görə 82.979 rubl, həkim təyinatı ilə bağlı Naftalanda müalicə ilə əlaqədar 600 manat, Ukrayna Respublikasında müalicəyə 1.020 ABŞ dolları, AMT Klinikada müalicə üçün xərclədiyi 70 manat, Ukrayna Respublikasına müalicə üçün gedib-gəlməyə görə yol xərci 660 manat və vurulmuş mənəvi ziyana görə 10.000 manat, Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 250 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona ödənilməsi və qarşılıqlı iddia ərizəsinin rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 noyabr 2016-cı il tarixdə sərxoş vəziyyətdə Gədəbəy şəhərində “Laçın Ticarət Mərkəzinin” qarşısında İddiaçı heç bir əsaslı səbəb olmadan söyüb təhqir etmiş, yumruq və təpiklə ona zərbələr endirib xəsarət yetirmişdir. Bu əməlinə görə o, Gədəbəy Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 yanvar 20 18-ci il tarixli hökmü ilə cəza 1 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Cavabdeh əvvəllər polis orqanlarında işləmiş, lakin sonradan xaric edilmişdir. O, rayonda özünü “göydə bulud” ləqəbi ilə tanıtdırmağa çalışır, özünü jurnalist kimi qələmə verir və digər insanlara qarşı da dəfələrlə xuliqanlıq hərəkətləri etmiş, adi insanlardan və vəzifəli şəxslərdən dəfələrlə dövlət orqanlarına şikayətlər edərək, onları təhdid etməyə çalışmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin 2010-cu ildən etibarən mülkiyyətində olan obyektləri rayon sakinlərinin istifadəsinə vermişdir və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Onun mülkiyyətində 2500 kv.m sahəsi olan ticarət mərkəzi var və orada yerləşən obyektləri icarəyə verir. Lakin Cavabdeh 01 may 2018-ci il tarixdə Vergilər Nazirinə teleqram göndərmiş, İddiaçı barəsində yalan məlumat verərək, onun hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və vergidən yayındığını bildirmişdir. 30 iyul 2018-ci il tarixdə o, təkrar olaraq, vergilər nazirinə eyniməzmunlu teleqram göndərmişdir. Hər iki teleqramla əlaqədar yoxlamalar aparılmış, İddiaçı izahatlar alınmışdır. Nəticədə onun səhhətində ciddi problemlər yaranmış, o, dəflərlə təcili tibbi yardıma müraciət etmiş, ona hipertoniya, arterial təzyiqin artması, şəkərin səviyyəsinin qalxması diaqnozu qoyulmuşdur. Cavabdeh bundan sonra, yəni, 02 avqust 2018-ci il tarixdə X2 teleqramla müraciət etmiş, məlumat vermişdir ki, guya, İddiaçı qanunsuz olaraq, Gədəbəyin mərkəzi küçəsini zəbt etmiş, var-dövlətindən istifadə edərək, insanlar ı həbs etdirir, onu isə silahla öldürəcəyini bildirir. Bu teleqrama əsasən də yoxlama aparılmış, İddiaçı dəfələrlə polis şöbəsinə çağırılmış, izahatları alınmış, nəticədə onun səhhəti pisləşməşdir. Bundan başqa, Cavabdeh sol qulağının altına qələm yerləşdirib şəklini çəkdirmiş, İddiaçı kiçik ölçüdə şəklini də montaj etdirmək və işarə istiqamətləndirməklə, xəsarətin guya, İddiaçı tərəfindən yetirildiyini işarə etmiş və şəkli müxtəlif şəxslərin telefonlarına göndərmiş, onu təhdid etmişdir. Bundan sonra, o, başqa bir şəxslə də mübahisə zamanı qulağından xəsarət almış, lakin bu xəsarətin ona, guya, İddiaçı tərəfindən yetirildiyi barədə şaiyələr yaymışdır. Cavabdeh bu əməlləri nəticəsində İddiaçı səhhəti pisləşmiş, o, müalicə edilməsi üçün müxtəlif tibb müəssisələrinə müraciət etmişdir. Cavab deh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən şərəf, ləyaqəti və işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə, yalan məlumatlar verdiyinə görə vurulmuş 100.000 manat mənəvi ziyanın alınaraq, ona ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddianı onunla əsaslandırmışdır ki, İddiaçı dəfələrlə Cavabdeh müxtəlif dövlət orqanlarına şikayətlər etmiş, onun başqa bir şəxslə mübahisə zamanı üzünə qələm sancılmış vəziyyətdə şəklini əldə edib, özü montaj etdirərək, paylamış, şəklin montaj edilməsini,guya, Cavabdeh tərəfindən edildiyini bildirərək, onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmişdir. İddiaçı bu iddia ərizəsi ilə də məhkəməyə müraciət edərək, Cavabdeh insanlar və cəmiyyət arasında “narahat adam”, “problemli insan ” kimi tanıtdırmağa, özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergidən yayınma hallarına yol verməsi haqqında rayon ictimaiyəyəti arasında olan söhbətlərin aydınlaşdırılması üçün Cavabdeh etdiyi mürciətlərə görə ondan qisas almağa çalışır. İddiaçı ahıl yaşlı adamdır və onun səhhətində problemlərin olması və bununla əlaqədar müalicələr alması təbii qarşılanmalıdır. Lakin o, müalicəsi üçün çəkdiyi xərcləri Cavabdeh tələb etməklə, onun hesabına əsassız varlanmaq istəyir. Bundan əvvəl də İddiaçı eyni tələblə, yəni, səhhətinə dəymiş zərərlə əlaqədar iddia ərizəsi ilə “Təzadlar” qəzetinə və digərlərinə qarşı məhkəməyə müraciət etmişdir. Bundan başqa, İddiaçı Mətbuat Şurasının sədrinə müraciət etmiş, Cavabdeh özünü jurnalist elan edib, sahibkarları təhdid etməsi, vergidən yayınması, tez-t ez ictimai qaydanı, yol hərəkəti qaydalarını pozması, müxtəlif yerlərdə Cavabdeh məxsus avtomobilin şəklini çəkərək, onun guya, qəza təhlükəsi yaratması barədə yalan məlumatlar verərək, barəsində tədbir görülməsini tələb etmişdir. Bundan başqa, İddiaçı Cavabdeh haqqında dəfələrlə demək olar ki, bütün dövlət orqanlarına müraciətlər edərək, onun barəsində cinayət xarakterli hərəkətlər etməsi və hətta əxlaqsızlıq etməsi barədə yalan məlumatlar vermişdir. İddiaçı onu həqiqətən ölümlə hədələmiş, hətta üstünə maşın sürmüşdür. Bu hərəkətləri ilə İddiaçı ona mənəvi zərər yetirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş: X6 verdiyi ifadəsində bildirmişdir ki, 2010-cu ildən etibarən “Laçın Ticarət Mərkəzində” ərzaq dükanında işləyir. Cavabdeh 2016-cı ildə dəfələrlə onların mağazasından nisyə ol araq, ərzaq malları almış, lakin pulu ödəməmişdir. O, özünü rayonda “göydə bulud”, “yerdə tufan”, “qızıl qələm” kimi tanıtdırmağa çalışır və insanları təhdid edir. Mağazaya mal gətirən bir şəxslə dava zamanı, həmin şəxs qələmi onun üzünə vurmuş və qələm onun üzünə batmışdı. Cavabdeh bu vəziyyətdə şəklini çəkdirmiş və bunun İddiaçı tərəfindən edildiyini işarə edən vəziyyətdə montaj etdirmişdir. X7 verdiyi ifadəsində bildirmişdir ki, “Laçın Ticarət Mərkəzinin” obyektlərindən birini icarəyə götürmüşdür və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2014-2015-ci illərdə İddiaçı ona satmaq üçün iki televizor vermişdi. Televizorlardan birini ilkin olaraq 50 manat ödəməklə nisyə olaraq, Cavabdeh almış, lakin sonradan pulunu ödəməmişdir. Cavabdeh rayon sakinləri arasında həmişə demişdir ki, İddiaçı ki llerdir, kimi istəsə aradan götürə bilər. X8 verdiyi ifadəsində bildirmişdir ki, Fəqani X1 işlətdiyi mağazadan nisyə olaraq, televizor almış, lakin pulunu ödəməmişdir. Ondan televizorun pulunu ödəməyi tələb edəndə isə hədə-qorxu gəlib və bildirib ki, jurnalistdir, yazıb vergi orqanlarına məlumat verəcəkdir. Cavabdeh rayon sakinləri arasında həmişə demişdir ki, İddiaçı killerdir, kimi istəsə aradan götürə bilər. Ona qələmlə xəsarət yetirildikdən sonra da deyirdi ki, bunu İddiaçı etdirmişdir. Bu sözləri ondan şəxsən eşitməsə də, çayxanada danışılanda eşitmişdir. Gədəbəy Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli, 2(042)-304/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fizuli Mirzəquliyev) ilkin iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh mənəvi ziyanın əvəzi olan 300 manat və ödənilmiş döv lət rüsumunun 5 manat hissəsi, yəni 305 manatın alınaraq, İddiaçı verilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, sübutetmə yükü üzərilərinə düşməsinə baxmayaraq, tərəflər iddia tələblərinin əsası kimi istinad etdikləri faktiki halları təsdiq edən bütün sübutları, yəni, sağlamlıqlarının pozulmasının məhz cavabdehlərin təqsirli hüquqazidd əməlləri nəticəsində baş verməsini məhkəməyə qismən təqdim etmiş və ya təqdim edə bilməmişlər. Bununla belə məhkəmə ilkin iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə məhkum edilməsini, bu əməlin nəticəsində və həmçinin Cavabdeh Azərbaycan Respublikası Vergilər Naziri və X2 etdiyi əsassız müraciətlərini, bu müraciətlər üzrə aparılmış yoxlamalar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıldığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı bu əməllər nəticəsində zərər dəymişdir. Lakin Cavabdeh tərəfindən İddiaçı sağlamlığına yetirilmiş fiziki xəsarətin dərəcəsi müəyyən edilmədiyinə görə o, bu xəsarətlə əlaqədar maddi zərərə məruz qalmamışdır. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə almışdır ki, İddiaçı sağlamlığına fiziki zərər 2016-cı ildə yetirilmiş, İddiaçı isə sağlamlığında fiziki-mexaniki zərərlə əlaqədar olmayan xəstəliklərdən 2018-ci ildə müalicə edilməsi haqqında sənədlər təqdim etmişdir. Bununla belə, məhkəmənin qən aətinə görə Cavabdeh bu əməli, onun müxtəlif dövlət orqanlarına əsasız şikayətləri və bu şikayətlərlə əlaqədar aparılan yoxlamalar nəticəsində İddiaçı müəyyən mənəvi sarsıntılar və iztirab keçirməsi, onda olan xəstəliklərin şiddətlənməsi gözləniləndir və o, mənəvi zərərə məruz qalmışdır. Bu zərərin məbləğini müəyyən edərkən məhkəmə nəzərə almışdır ki, İddiaçı eyni vaxtda başqa bir orqan və fiziki şəxs tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydıqlarına görə də mənəvi zərərə məruz qalmış, bu zərərin vurulması və məbləği qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir. Ona görə də Cavabdeh maddi vəziyyəti və müharibə veteranı olması nəzərə alınmaqla bu zərərin məbləği 300 manat miqdarında müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ona qarşı cavabdeh tərəfindən hüquqazidd əməllər törədilməsi və bu əməllər nəticəsində ona mənəvi zərərin dəyməsi halları sübut edilməmişdir və ona görə də qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 1096.1, 1096.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli, 2(042)-304/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübuta yetirilmişdir ki, həqiqətən də məhkumluq həyatı yaşamış cavabd eh ona qarşı xuliqanlıq hərəkətləri etmiş və həmin hərəkətlər nəticəsində o, insanların qarşısında həm fiziki zorakılığa, həm də mənəvi zorakılığa məruz qalmışdır. Belə ki, cavabdeh çoxsaylı insanların qarşısında sərxoş vəziyyətdə onu döyərək, təpik-şillə vurmuş, eyni zamanda ağır təhqiredici söyüşlərlə onu söyüb təhqir etmişdir. Bundan başqa, cavabdeh iki dəfə Azərbaycan Respublikası Vergilər Nazirliyinə, bir dəfə də Dövlət Təhlükəsizlik Xidmətinə onun barəsində şər-böhtan xarakterli teleqramlar ünvanlanmış, həmin teleqramlarla bağlı onu Vergilər Nazirliyinə, polis orqanlarına dəfələrlə çağırılmış və izahatı almışlar. Lakin onun göstərdiyi halları heç bir öz təsdiqini tapmamışdır. Bunun nəticəsi olaraq əsəbləşmiş, sarsıntı keçirmiş, şok vəziyyətinə düşdüyünə görə həkimə müraciət edərək, m üalicə almışdır. Bundan başqa, cavabdeh ona qarşı qərəzli hərəkətlərini davam etdirərək, onu şantaj etməklə sol qulağının altına diyircəkli qələm yerləşdirmiş, fotoşəkilini çəkmiş və onun da şəklini həmin fotoşəkilin altına kiçik ölçüdə yerləşdirərək, guya həmin əməli onun törətdiyini işarələməklə müxtəlif şəxslərin telefonuna göndərmiş və onu qohumların, dostların, qonşuların yanında şantaj etməkdən çəkinməmişdir. Cavabdeh həm də kütləvi tədbirlərdə, xeyirşər məclislərində onu killər adlandıraraq, cəmiyyətdə mənfi obraz kimi təqdim etmişdir. O, Bakı şəhərində apteklərdən aldığı dərmanlara görə 2.884 manat, Moskva şəhərindən həkim təyınatına əsasən göndərilən dərmanlara görə 82.979 rubl, həkim təyinatı ilə bağlı Naftalanda müalicə ilə əlaqədar 600 manat, Ukrayna Respublikasında müalicəyə 1.020 ABŞ dolları pul xərcləmişdir. Bundan başqa, arterial təzyiqinin qalxması gözünə də təsir etdiyindən Zərifə Əliyeva adına X3 pulsuz müalicə almış, AMT Tibbi Mərkəzdə isə 70 manat pul xərcləyərək müalicə almışdır. Həmçinin Ukrayna Respublikasına müalicə üçün gedib-gəlməyə görə 660 manat yol xərci çəkmişdir. Eyni zamandan, hüquqlarının müdafiəsi üçün Abşeron Rayon Vəkil Bürosunun vəkili ilə müqavilə bağlayaraq, Büronun kassasına 250 manat məbləğində pul ödəmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli, 2(042)-304/2020 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkə mə heç bir tibbi sənəd olmadan, xüsusi bilik tələb edən sahə üzrə özü ehtimallar əsasında İddiaçı səhhətində olan xəstəliklərin şiddətlənə bilməsi ehtimalını irəli sürmüşdür. Həmçinin, vergi orqanının sahibkarın fəaliyyəti ilə bağlı yoxlama aparması heç bir əsasla mənəvi ziyan kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə onun tərəfindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və Afiq Hüseynzadə) 27 may 2021-ci il tarixli 2(104)-561/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Gədəbəy Rayon Məhkəməsinin 31.05.2020- ci il tarixli, 2(042)-304/2020 saylı qətnaməsi ilkin iddianın təmin edilməmiş Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 250 manat xərcin tutulması tələbinə dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, İddiaçı tərəfindən Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 100 manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, Gədəbəy Rayon Məhkəməsinin 31.05.2020-ci il tarixli, 2(042)-304/2020 saylı qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin qismən təmin edilərək, Cavabdeh mənəvi ziyanın əvəzi olan 300 manatın tutulması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etsə də, ilkin iddianın Abşeron Rayon Vəkil Bürosuna ödənilmiş 250 manat xərcin tutulması tələ binin təmin edilməməsi ilə bağlı hissədə gəldiyi nəticəsi ilə qismən razılaşmır. Belə ki, Cavabdeh hərəkətləri, yəni dəfələrlə Azərbaycan Respublikası Vergilər naziri və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə İddiaçı barəsində vergidən yayınması, kassa aparatlarının olmaması, işçilərlə əmək müqavilələri bağlanmaması halları, həmçinin sonuncunun onu tapança ilə hədələməsi, şəhərin mərkəzi küçəsini zəbt edərək, mağazalar açması və icarə verməklə, milyonçu olması, rayonda xoşu gəlməyəni həbs etdirməsi və digər qanunsuzluqlar törətməsi barədə teleqramlar vurmuş və araşdırma nəticəsində həmin məlumatlar öz təsdiqini tapmamışdır. İddiaçı 04.02.2016-cı il tarixdən etibarən şəkərli diabet İİ tip, orta ağır formada diaqnozu ilə qeydiyyata götürülsə də, Cavabdeh hərəkətləri nəticəsində onun təzyiq i və şəkəri qalxmış, 10.08.2008-ci il, 11.08.2018-ci il və 25.08.2018-ci il tarixlərdə hipertonik kriz, şəkərli diabet diaqnozu ilə Gədəbəy MRX-nın təcili tibbi yardım şöbəsinə müraciət etmişdir. İddiaçı Cavabdeh hərəkətləri nəticəsində ona 10.000 manat məbləğində mənəvi ziyan vurulduğunu göstərərək, həmin məbləği tələb etsə də, kollegiya mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, həmçinin zərərvuran şəxsin əmlak vəziyyətinin yaxşı olması barədə ilkin iddiaçının sübut növləri təqdim etməməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh ilkin iddiaçıya vurulmuş mənəvi ziyanın 300 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli məbləğ olmaqla, işin konkret hall arına münasibətdə adekvat olmuşdur. Birinci instansiya məhkəməsi ilkin iddiaçının Bakı şəhərində apteklərdən aldığı dərmanlara görə 2.884 manat, Moskva şəhərindən həkim təyınatına əsasən göndərilən dərmanlara görə 82.979 rubl, həkim təyinatı ilə bağlı Naftalanda müalicə ilə əlaqədar 600 manat, Ukrayna Respublikasında müalicəyə 1.020 ABŞ dolları, AMT Klinikada müalicə üçün xərclədiyi 70 manat, Ukrayna Respublikasına müalicə üçün gedib-gəlməyə görə yol xərci 660 manat pul vəsaitinin təmin edilməməsi hissəsində də düzgün nəticəyə gəlmişdir. Belə ki, ilkin İddiaçı aldığı müalicələrin və dərman preparatlarının məhz Fəqani Mahmudovun hərəkətləri nəticəsində sağlamlığının pozulmasına görə olmasını sübuta yetirə bilməmişdir. Çünki İddiaçı 04.02.2016-cı il tarixdən etibarən şəkərli diabet İİ tip, o rta ağır formada diaqnozu ilə qeydiyyata götürülmüşdür və mütəmadi ambulator müalicələr alır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.05.2018ci il tarixli, 2(102)-2618/2018 saylı qərarı ilə müəyyən edilir ki, İddiaçı keçmiş kürəkəni Zaur İbrahimovun kütləvi informasiya vasitələrində yaydığı məlumatlara görə də sarsıntılara məruz qalmış və keçirdiyi əsəb və stresslə əlaqədar dəfələrlə təcili tibbi yardıma müraciət etmiş, müxtəlif müalicə müəssisələrində müalicə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 250 manat pul tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı hüquqlarının müdafiəsi üçün Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil müqa vilə bağlamış və bununla əlaqədar Büronun hesabına 250 manat məbləğində (iş vər. 245) pul ödənilmişdir. Hazırkı qətnamə ilə ilkin iddiaçının iddiası qismən təmin edildiyinə görə hüquqi yardıma görə ödədiyi 250 manat məbləğində pulun 100 manatı Cavabdeh aid edilməli və 100 manat məbləğində pul sonuncudan tutularaq İddiaçı ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1 və 121.2-ci maddələrinə istinad etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məzahər Mahmudov tərəfindən ona qarşı şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hüquqazidd əməllər törədilməsi və bu əməllər nəticəsində ona mənəvi zərərin dəyməsini iddia etsə də, həmin hərəkətlərin nədən ibarət olması və ona mənəvi zərər dəyməsi halları sübuta y etirilmədiyinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin etməməkdə haqlı olmuşdur. Həmçinin İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qərəzli hərəkətləri ilə xəstələnməsinin arasında səbəbli əlaqənin olmasının müəyyən edilməsi üçün məhkəmə psixoloji ekspertiza təyin edilməsi barədə məhkəmə kollegiyasına vəsatət versə də məhkəmə kollegiyası bu vəsatəti əsaslandırmadan rədd etmişdir. Özü isə ekspertin və ya mütəxəssisin səlahiyyətinə aid olan xüsusi bilik tələb edən məsələləri səlahiyyəti olmadığı halda həll etmişdir. Yuxarıda göstərilən sübutlarla tam təsdiqini tapan arterial təzyiqin artması (210-100), və şəkərin səviyyəsinin qalxması (17M MOL) insanın ölüm həddinə çatması deməkdir. Bunu həkimlər bildirmişlər. Bunun nəticəsi olaraq o, açıq ü rək əməliyyatına məruz qalaraq ağır ürək əməliyyatı keçirmiş, həmin sənədləri də məhkəmə kollegiyasına təqdim etmiş, lakin məhkəmə kollegiyası təqdim olunan sübutların heç birinə düzgün qiymət verməmişdir. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad etməklə yenə də səhv qənaətə gəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən hallar 2016-ci il tarixə əsaslansa da, hazırki iş üzrə məhkəməyə təqdim olunan sənədlər-sübutlar 2018 və 2019-cu illərə aid olan sübutlardır. Məhkəmələr onun mənəvi ziyan çəkməyini qismən də olsa təsdiq etsələr də sonda səhv nəticəyə gələrək nəticə etibarı ilə açıq ürək əməliyyatına məruz qalmağı və həm maddi, həm də mənəvi ziyan çəkməyini düzgün qiymətləndirməmişlər. Məhkəməyə təqdim edilmiş sübutlar məhkəmələr tərəfindən düzgün qiymətləndiril məyərək çəkdiyi maddi zərər ümumiyyətlə məhkəmələr tərəfindən qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək bir tərəfdən onun mənəvi ziyan çəkməyini müəyyən etsə də, digər tərəfdən həmin mənəvi ziyanı cüzi məbləğlə, yəni 300 manat qiymətləndirməsi də ağlabatan deyil və qanuni sayıla bilməz. Cavabdeh kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfimdən yol verilən pozuntular haqda yazdıqları məsələlər üzrə aparılmış yoxlamaların nəticəsi olaraq cinayət işi başlanmasının rədd edilməsi barədə qərarların qəbul edilməsi hələ onu təsdiq etmir ki, onun yazdıqları böhtan və yalandır. Yazdıqları həqiqət olsa da araşdırma aparan orqan tərəfindən bu qanunsuzluqların vaxtında aşkar edilməməsi və ya sübuta yetirilə bilməməsi də cinayət işi başlanmasının rədd edilməsi üçün əsas ola bilər. Bu isə onun yalan məlumat verməyi anlamına gələ bilməz. Bu səbəbdən də Məhkəmə Kollegiyasını yanaşmasını obyektiv hesab etmir. Şəxsin qanunsuz əməllərlə məşğul olması haqda dövlət orqanlarına verilən məlumatların araşdırılması zamanı xüsusi cəza tədbirləri və ya qeyri-insanı proseslərlə müşayiət edilməmişdir ki, bu hallar da psixoloji sarsıntı yaratmış olsun. Normal insanın, normal sahibkarın fəaliyyətinin araşdırılması hansısa bir psixoloji təsir buraxa bilməsi imkansızdır. Məhkəmənin gəldiyi bu nəticə də heç bir mütəxəssis rəyinə deyil, məhz məhkəmənin öz mülahizəsinə əsasən müəyyənləşdi rilmişdir. Məhkəmə kollegiyasının "İddiaçı eyni vaxtda başqa bir orqan və fiziki şəxs tərəfindən onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydıqlarına görə də mənəvi zərərə məruz qalmış, bu zərərin vurulması və məbləği qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir.'' fikri sübut əhəmiyyəti kəsb etməyən bir hüquqi qiymət olmaqla hazırkı mübahisəyə heç bir aidiyyəti olmayan məsələdir. Həmin qərarda göstərilən münasibətlər 2014-cü ili əhatə edir və tam başqa münasibətlərdə olduğu bir şəxsə və redaksiyaya qarşı olan münasibətlərdir. Məhkəmə kollegiyası ümumiyyətlə vəkillik xidmətinə görə ödənilmiş pulun cavabdehdən tutulmasına münasibətdə ədaləti olmamış, işi obyektiv araşdırmamışdır. Obyektiv hüquqi qiymət verildiyi halda ümumiyyətlə nə mənəvi, nə də maddi zərər tut ulmamalıdır, iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə də 300 manata qarşı 100 manat xidmət haqqının tutulması da obyektiv hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.05.2018-ci il tarixli 2(102)-2618/2018 saylı qərarı ilə müəyyən edilir ki, İddiaçı keçmiş kürəkəni Zaur İbrahimovun kütləvi informasiya vasitələrində yaydığı məlumatlara görə sarsıntılara məruz qalmışdır. Hazırkı iş üzrə Ali Məhkəmənin 21.05.2018-ci il tarixli qərarın heç bir sübut əhəmiyyəti və əlaqəsi yoxdur. Bu səbəbdən də məhkəmənin qətnamədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş 21.05.2018 tarixli qərarına istinadən İddiaçı iztirab keçirməsinə istinad etməsi tam olaraq əsassızdır. Vergi orqanına ərizə ilə müraciət etmək və ya şəxsin qanunsuz hərəkətləri barədə Dövlət qurumlarına məlumat vermə k, ərizə yazmaq qanunsuz hərəkət hesab edilə bilməz. Bu o halda qanunsuz, hesab edilə bilər ki, İddiaçı tərəfindən cinayət hadisəsi törədilməsi barədə bilə-bilə yalan xəbərçilik etməklə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsirli bilindiyi halda əsaslı hesab edilə bilərdi. Ancaq ərizə yazmaq heç bır halda qanunsuz hərəkət kimi qiymətləndirilə bilməz. İddiaçı ərizələrin yoxlanmasında iştirak etməsi ilə əlaqədar sarsıntı keçirməsi tam əsassızdır. Həmçinin mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının mü vəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İş materiallarından görünür ki, sadalanan bu halların hansısa birinin baş verməsini iddiaçı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 121, 14.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrini norma olaraq qətnamədə qeyd etsə də, bu normaların işin faktiki halları ilə əlaqəli şərh etməmiş, maddi hüquq normaları ilə bağlı əsaslandırma edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Maksut oğlu və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh və vəkili gəlmədikləri üçün və bunun səbəbləri barədə məlumat verilmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edil mədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi ilk idd ianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə gələrkən maddi hüquq normalarının, həmçinin iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində müxtəlif orqanlara yazdığı məlumatların həqiqətə uyğun olmasına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməməsinə dair işə baxan məhkəmənin nəticəsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusi yaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası həmçinin istənilən insanı bir şəxsiyyət kimi xarakterizə edən onun qeyrimaddi məzmunlu mənəvi göstəriciləri olan şərəfinin, ləyaqətinin və ya işgüzar nüfuzunun ləkələnməsi nəticəsində həmin şəxsin mənəvi sarsıntı və iztirab keçirməsi mübahisəsiz olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaş ır və hesab edir ki, cavabdehdən iddiaçıya vurduğu mənəvi ziyana görə müəyyən məbləğ tutulmalı olmasına dair düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manatın tutulmasını ağlabatan və ədalətli hesab edir, həmçinin iddiaçının iddiası qismən təmin edildiyinə görə hüquqi yardıma görə ödədiyi 250 manat məbləğində pulun 100 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qənaətini əsaslı hesab edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Məzahər Mahmudov tərəfindən ona qarşı şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hüquqazidd əməllər törədilməsi və bu əməllər nəticəsində ona mənəvi zərərin dəyməsini iddia etsə də, həmin hərəkətlərin nədən ibarət olması və ona mənəvi zərər dəyməsi barədə məhkəmələr heç bir sübut təqdim edilmədiyindən qarşılıqlı iddianın təmin etməməkdə məhkəmələr haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı mad dələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlilləri əsass ızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-561/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.