Məhkəmə qərarları › İş №2(102)-5694/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5694/2019

09.09.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5694/2019 09.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, icarə haqqının tutulması və gündəlik yeyib içmək pulunun qaytarılması” barədə ilkin Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və ödənişdən azad edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarix li 2(103)-3259/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin 22.05.2010-cu il tarixli MA seriyalı 111 saylı Çıxarışına əsasən mülkiyyətində olan 000 yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsinin hər ay 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il - 03.04.2018-ci il tarixədək, 0,06 ha hissəsinin icarəsinə dair Quba rayon Notariat Kontorunda 03 aprel 2013-cü il tarixdə bağlanmış və 3M/01-110 reyestrlə təsdiq edilmiş icarə müqaviləsinin ləğv edilməsi, 2400 manat icarə haqının, 30 manat dövlət rüsumunun və 8 aylıq qalıb gündəlik yeyib içməyi 2400 manat təşkil edən vəsaitin iddiaçı nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinin 22.05.2010-cu il tarixli MA seriyalı 111 saylı Çıxarışına əsasən mülkiyyətində olan 000 yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini Quba rayon Notariat Kontorunda 03 aprel 2013-cü il tarixdə bağlanmış və 3M/01-110 reyestrlə təsdiq edilmiş icarə müqaviləsinə əsasən hər ay 50 manat icarə haqqı ödənilməsi şərti ilə 5 il - 03.04.2018-ci il tarixədək icarəyə götürülmüşdür. Cavabdeh müqavilə bağlandığı gündən hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, icarə haqqını ödəməmişdir. Müqavilənin 2-ci bəndində icarə haqqının hər ilin əvvəlində icarəyə verənin hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin ləğvi üçün Cavabdeh pretenziya qaydasında göndərilmiş bildiriş, lakin xəbərdarlıqlara heç bir cavab verməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqavilənin ləğv edilməsi və ödənişdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixdə istixana yaratmaq məqsədilə iddiaçının mülkiyyətində olan 1200 kv/m torpaq sahəsinin 600 kv/m hissəsinə görə hər ay 50,0 manat ödəmək şərti ilə icarəyə götürmək üçün icarə müqaviləsi bağlamışlar, lakin icarə müqaviləsi bağlandıqdan sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq müqavilədə göstərilən sahə icarəsinə verilməmiş, ikitərəfli qaydada təhvil-təslim aktı tər tib olunmamış, torpağın real vəziyyətini əks etdirən sənəd təsdiq olunmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi onun icarəsinə təhvil verilməmiş və həmin sahədən istifadə etməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Elman Rəhimov) 03 may 2017-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03.04.2013-cü il tarixli “İcarə müqavilə”sinin ləğv edilməsi, Cavabdeh 03.04.2013-cü il tarixli “İcarə müqavilə”si üzrə nəzərdə tutulmuş aylıq 50 (əlli) manat məbləğində icarə haqqının ödənilməsindən azad edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi, ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (Etib ar Nəbiyev sədrlik edən və məruzəçi, hakimlər Raqib Qurbanov və Aidə Hüseyn) 04.03.2019-cu il tarixli 2(103)-3259/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli qətnaməsinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayətə baxan zaman işə səhlənkar yanaşmış, şikayəti və işin hallarını öyrənməmiş, işi tam və hərtərəfli araşdırmamış, buna zaman və həvəs sərf etməmiş, tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, daha rahat olan yolu seçərək birinci instansiya məhkəməsinin qətnaməsini köçürməklə səhv nəticəyə gəlmişdir. Belə ki, daşınmaz əmlakla bağlı hüquqların başqalarına keçməsi zamanı təhvil-təslim aktının olmasına dair qanunvericilikdə tələb olmamasına baxmayaraq məhkəmələr qanunvericiliyi səhv təfsir edərək belə nəticəyə gəlmişlər. Əgər məhkəmənin mövqeyinə inansaq daşınmaz əmlakla bağlı bağlanmış alğı-satqı, icarə müqavilələri bu səbəbdən ləğv edilməlidir. Məhkəmələr müqavilənin ləğv edilməsi ilə onun etibarsız hesab edilməsi barədə hüquqi nəticələri səhv salmışlar. Müqavilənin ləğv edilməsi zamanı öhdəliklərə MM-nin 424.3-cü m addəsində nəzərdə tutulmuş andan xitam verilmiş hesab edilir. Eyni zamanda məhkəmələr cavabdehin izahatına əsasən müqavilənin əhəmiyyətli dərəcədə pozulması barədə qənaətə gəlmişlər. Halbuki işdə buna dair hər hansı sübut yoxdur. Bununla da məhkəmələr MPMnin 77.1-ci maddəsinin tələblərini pozmuşlar. Cavabdeh sifarişi əsasında iddiaçı tərəfindən X3 8 ay müddətinə yaşayış, qonaqlama və qidalanma xidmətlərin göstərilməsi ilə əlaqədar çəkilmiş 2400 manat məbləğində xərclərin tələb edilməsinin hüquqi əsasının olmamasını qeyd edərək iddia həmin hissədə də təmin edilməmişdir. Tərəflər arasında qanunvericiliyə uyğun şəkildə xidmətlərin göstərilməsinə dair şifahi şəkildə xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə hər gün üçün 10 manat qarşılığında Cavabdeh qonağı olan X3 qonaq olar aq yaşayış üçün yer verilməsi və onun gün ərzində 3 dəfə qidalanması İddiaçı tərəfindən təmin edilməli idi. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilsə də cavabdeh öhdəliklərini icra etməmişdir. X5 məhkəmə iclasında şahid qismində ifadə verərək qeyd edilən faktı təsdiq etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasını iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, 03.04.2013-cü il tarixdə Dadaşov X4 İlham Qismət oğlu ilə icarə müqavilə bağlamış, hər biri ayrılıqda üzərinə vəzifə götürmüş və qarşılıqlı öhdəlikləri yaranmışdır. İddiaçı mülkiyyətində olan və 000 yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsinin hər ay 50 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh 5 il müddətinə, yəni 03.04.2018-ci il tarixədək icarəsinə verilməsinə dair razılıq olmuş və müqavi lənin 2-ci bəndinə əsasən “icərədar” icarə haqqını hər ilin əvvəlində “icarə verənin'’ hesabına ödəməsi öhdəliyi qeydə alınmışdır. Məhkəmələr tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, tərələr arasında icarə müqaviləsi bağlansa da, sözü gedən torpaq sahəsi faktiki olaraq Cavabdeh təhvil verilməmiş, axırıncı həmin torpaq sahəsindən real olaraq istifadə etməmiş və bunun səbəbli əlaqəsi olaraq icarə haqqı ödənilməmişdir. Eyni zamanda, ilk iddia tələbinin digər hissəsi “8 aylıq qalıb gündəlik yeyib içməyi 2400 manat təşkil edən vəsaitin” Cavabdeh tutulmasına yönəldilmiş və bu iddianın hüquqi əsası məhkəmədə müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Quba Notariat Kontorunda bağlanılmış 03.04.2013-cü il tarixli mübahisəli “İcarə müqavilə”sinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan tərəflərin iradə ifadəsinə uyğun bu müqavilə məhkəmə qaydasında ləğv edilməsi, müqavilə münasibətlərinə xitam verilməklə, müqavilədə nəzərdə tutulmuş aylıq 50 manat, ümumilikdə 2400 manat icarə haqqının ödənilməsindən Cavabdeh azad edilməsi barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşm ası ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.1. və 421.2. maddələri). İşdən görünür ki, hər iki iddiada “İcarə müqavilə”sinin ləğv edilməsi tələb edilsə də, bu iddiaların əsasları fərqli olmuş, icarəyə verən icarəçinin müqavilə bağlandığı gündən hal-hazıradək müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsinə, icarə haqqını ödəməməsinə görə icarə müqaviləsinin ləğvini, icarəçi isə ica rəyəvərən tərəfindən icarə obyekti olan torpaq sahəsinin ona təhvil verilməməsinə görə icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqını ödəməkdən azad edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaların biri digərini istisna etdiyi halda, məhkəmə tərəfindən hər iki iddianın icarə müqaviləsinin ləğvi hissəsində təmin edilməsi ziddiyyətli qənaət olmuş və bununla da, məhkəmə tərəfindən Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin müqavilə əsasında icarəçiyə təhvil verilməməsi qənaətinə gələrkənİddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı verdiyi etirafedici izahatına istinad etmiş və qeyd etmişdir ki, “ilk iddia üzrə İddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı bildirmişdir ki, notariat kontorunda icarə müqaviləsi bağlanmasına baxmayaraq 0,06 ha torpaq hissəsinin Cavabdeh təhvil verilməsi təhvil-təslim aktı ilə icra edilməmiş, sözü gedən sahə naturada cavabdehin istifadəsinə keçməmiş və Cavabdeh şifahi olaraq bildirilmiş ki, istənilən zaman müqavilədə göstərilən müddət ərzində müqavilə şərtlərinə uyğun torpaq sahəsindən istifadə edə bilər. Lakin 2-3 ay müddətində Cavabdeh torpaq sahəsini qəbul etməmiş, icarə haqqını ödəməmiş və bundan sonra müqavilənin ləğv edilməsi üçün Quba rayon Notariat Kontoruna şifahi, habelə cavabdehə yazılı müraciət etmişdir.” Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində İddiaçı bu məzmunda izahat verməsi məhkəmə iclas protokolları ilə müəyyən edilmir. Protokoldan görünür ki, ilk iddiaçı iddia tələblərini müdafiə etmiş və iddia əriz əsinin məzmununa oxşar məzmunda izahat vermiş, qarşılıqlı iddia ilə bağlı heç bir faktı etiraf etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən normanın tələblərinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi isə bu prossesual pozuntuya qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin “8 aylıq qalıb gündəlik yeyib içməyi 24 00 manat təşkil edən vəsaitin” Cavabdeh tutulması hissəsinin hüquqi əsasının məhkəmədə müəyyən olunmamasına dair nəticəsi ilə razılaşmır və hesab edir ki, bu nəticə işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, həmçinin maddi və prossesual hüquq normalarının tələblərinə zidd olduğu üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı ol malı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X1 ifadəsini sübut kimi nəzərə almamış, iddianın qeyd edilən hissəsi üzrə sübut növlərindən biri olan təqdim edilmiş şahid ifadəsinin mötəbərliyinə və onun verdiyi məlumatların şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olub-olmamasını araşdırmamışdır. Halbuki, həmin şahid ifadəsində usta olduğunu, əvvəlki müdiri Cavabdeh göstərişi ilə ev tikdiyini, bu müddətdə ona İddiaçı Seyfulla oğlunun evində kirayəşin kimi qalacağını bildirməsini və onun 8 ay müddətində həmin evdə yaşadığını, kirayə pulunu isə Cavabdeh ödədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh tərə findən şahid qismində dindirilmiş şəxs ifadəsində cavabdehin sifarişi əsasında iddiaçının 8 ay ərzində onun işçisini yaşayış yeri ilə təmin etməsi faktını təsdiq etmişdir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şahid in ifadəsində göstərilən halları ümumiyyətlə araşdırmağa cəhd etməmiş, bu ifadələrin təsdiqini tapdığı halda bu ifadənin məzmunu əsasən tərəflər arasında icarə münasibətlərindən əlavə, podrat müqaviləsi ilə bağlı münasibətlərin də olmasının təsdiqi kimi qiymətləndirilməli olmasına diqqət yetirməmişdir. İşin göstərilən halı isə apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin digər hissəsi olan “8 aylıq qalıb gündəlik yeyib içməyi 2400 manat təşkil edən vəsaitin” Cavabdeh tutulması hissəsində bu iddianın hüquqi əsası məhkəmədə müəyyən olunmaması kimi nəticəsinin qanunsuz və əsassız olmasının təsdiqidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin zid dinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.03.2019-cu il tarixli 2(103)3259/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar