Məhkəmə qərarları › İş №2(102)-570/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-570/2023

01.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin və zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, əsassız varlanma, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)3630/2022 nömrəli qətnaməsindən iddiaçı tər əfindən verilən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 08 fevral 2008-ci il tarixli müqavilə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7, 76 saylı mənzili İddiaçı satmış, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 112,32 kvadrat metr olan yaşayış sahəsinin ümumi dəyəri olan 62056,8 manat alıcı tərəfindən ASC-yə tam ödənilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi qeydə alınmış Bakı şəhə ri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 7, 76 saylı mənzilin (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 24, M8, m4) ümumi sahəsi 98,40 kv.m təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7690,08 pul vəsaitinin, 2008-ci il tarixdən başlayaraq 12 ilə görə hər ili 500 manat olmaqla ümumi olaraq 6000 manat zərərin, 500 manat hüquqi xidmət üçün çəkilmiş xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 08 fevral 2008-ci il tarixli 5511 nömrəl i alğı-satqı müqaviləsi ilə “X3” MMC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 2595 saylı məhəllə Y.Əliyev küçəsində Bakıxanov yaşayış kompleksi Uğur-2 inşa edilən 7 nömrəli binanın, 1 blok, 3 otaqdan ibarət ümumi yaşayış sahəsi 112,32 kv.m olan 76 nömrəli mənzili 62056,80 manata almışdır. Lakin, həmin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və 06 fevral 2021-ci il tarixdə reyestrdən çıxarış və texniki pasportla müəyyən olunmuşdur ki, daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) 98,40 kv.m təşkil edir. Beləliklə də, 08 fevral 2008-ci il tarixdə mənzilinin 1 kv.m-nin qiyməti 552,50 müəyyən edilmiş və iddiaçıdan 7690,08 manat artıq pul vəsaiti alınmışdır. Cavabdeh həmin vəsaiti özündə saxlamaqla ondan faydalanmışdır. Belə olan halda Mərkəzi B ankın uçot dərəcəsinə uyğun olaraq faizlər ödəməlidir.

5. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə verərək, iddia müddətinin tətbiq edilməklə, iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2021-ci il tarixli rəyinə əsasən: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********55-05301-093060 reyestr nömrəli çıxarış və Texniki pasporta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin ümumi sahəsi 98,4 kv.m (yaşayış sahəsi 53,2 kv.m və köməkçi sahəsi 45,2 kv.m) təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş 7-ci mərtəbənin hörgü-planı layihə-cizgi sənədindən görünür ki, həmin mərtəbədə yerləşən 3 otaqlı mübahisəli mənzilin konfiqurasiyasına uyğun olan mənzilin ümumi sahəsinin 104,7 kv.m olduğu müəyyən edilmişdir. Lakin 08 fevral 2008-ci il tarixli, 5511 saylı müqaviləyə həmin mənzilə dair layihə-cizgi sənədi əlavə edilmədiyindən həmin mənzilin müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahəsinin hər birinin ayrı-ayrılıqda nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunç u rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin faktiki olaraq ümumi sahəsi 98,4 kv.m (yaşayış otağının sahəsi 53,2 kv.m və köməkçi otaqlarının sahəsi 45,2 kv.m) təşkil edir. Aparılmış hesablamalar nəticəsində mənzilin faktiki sahəsinin 104,7 kv.m olduğu və mənzilin faktiki ölçüləri ilə texniki pasportda əks olunmuş ölçülərin eynilik təşkil etdiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********18-05310-093006 reyestr nömrəli çıxarışda qeyd edilən ümumi sahəsi hesablanarkən balkon 0,3 azalma əmsalı ilə hesablandığından mənzilin ümumi sahəsi 98,4 kv.m təşkil etmişdir. Mənzilin faktiki sahəsi (104,7 kv.m) ilə həmin mənzilə dair "xxxx" ASC tərəfindən verilmi ş layihə-cizgidə qeyd edilən mənzilin ümumi sahəsi (104,7 kv.m) (yaşayış və qeyri-yaşayış sahəsi daxil olmaqla) arasında hər hansı bir fərqin olmadığı müəyyən edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(005)194/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə, Mülki Məcəllənin 5.3, 425.1, 6.1.5, 385.1, 389.1, 390.1, 442-ci maddələrinə istinad edərək göstərmişdir ki, mənzili n sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması zamanı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”na uyğun 98,40 kvadrat metr kimi hesablansa da, cavabdeh ASC müqavilə bağlayarkən mənzilin layihə üzrə ümumi sahəsinin 112,32 kv.m təhvil verməyi üzərinə götürmüş və müqavilə üzrə həmin öhdəliyi tam olaraq icra etmişdir. İddiaçı mənzili alarkən onun ümumi layihə sahəsinin 112,32 kv.m olmasını, mənzildə balkonların olmasını bilmiş v ə həmin şərtlərlə razılaşaraq, müqaviləni imzalamışdır.

10. Daha sonra, məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməklə, cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlak iddiaçının mülkiyyəti hesab olunduğuna görə onun həmin əmlaka dair artıq ödənilmiş pulun qaytarılması haqqında tələbinə iddia müddəti tətbiq oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(005)-194/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikin ti-texniki ekspertizasının 08 avqust 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595-də inşa edilmiş yaşayış kompleksinin 7-ci binasının 8-ci mərtəbəsində yerləşən 76 saylı mənzilin oxdan-oxa olan sahəsi 104,7 kv.m müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-3630/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və Ş.Ə.Məhərrəmovanın iştirakı ilə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(005)-194/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəl i mənzilin sahəsinin 112,32 kv.m. olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə uyğun azalma əmsalı tətbiq edilməklə mənzilin sahəsi müəyyən edilərkən mənzilin ümumi sahəsinin 112,32 kv.m. deyil, 104,7 kv.m. olması müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin 112,32 kv.m təşkil etməsi qənaətinə gəlməklə, işin həqiqi halını düzgün müəyyən etməmişdir.

15. Tərəflər arasındakı mövcud hüquq münasibətlərinin xarakteri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu münasibətlər onlar arasında bağlanmış 5511 saylı 08 fevral 2008-ci il tarixli müqavilə əsasında yaranmışdır. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, bu müqavilənin şə rtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı qismində çıxış edən ASC layihə sənədlərinə uyğun olaraq tikinti işlərini keyfiyyətlə yerinə yetirməyi və mənzili 18 ay ərzində tikərək alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir.

16. Qeyd olunan qanunvericilik normalarının dispozisiya şərtləri baxımından, hazırki mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal – cavabdehin müqavilə üzrə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. İddiaçı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir.

17. Bununla yanaşı, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 13 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra on il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi tələb hüququnun qüvvəsini itirməsi ilə nəticələnir.

18. Bu zaman, apellyasiya kollegiyası iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair Çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlilini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi, həmin mənzili təmir etməklə orada yaşayır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.

19. Göstərilənləri ü mumiləşdirən məhkəmə hesab etmişdir ki, iddiaçı 2008-2009-cu illərdə ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş ziyanı tələb etmək hüququnu itirmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, hazırkı mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 550, 551.1, 552.1, 752.1, 762.1, 762.2, 762.3, 766, 1091, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayəti verə rək, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2(103)-3630/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1, 377.2, 380.1, 443.1, 448.1-ci, Mülki Prosessual Məcəlləsinin 76, 97.1, 103-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə Mülki Məcəllənin 443-cü maddəsinin tələblərini tətbiq etməklə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyi cavabdehdən tələb etməli idi. Məhkəmə Mülki Məcəllənin 448-ci maddəsini tətbiq etməklə, cavabdehin öz öhdəliklərini icra etmədiyi üçün onun göstərilən məsuliyyətini müəyyən etməli idi. Məhkəmə iddianı iddia müddəti tətbiq etməklə rədd etsə də, id dia müddətinin axımının dəqiq hansı vaxtdan, hansı gündən başladığını açıqlamamışdır. Belə ki, iddiaçı bildirməyib ki, mənzili təmir etməklə orada yaşayır, mənzil ona müqavilə bağlandıqdan 18 ay sonra təhvil verilib. İddiaçının arqumenti həmişə ondan ibarət olub ki, mənzil ona təhvil verildikdən az sonra çıxarış almış və müəyyən etmişdir ki, mənzilin sahəsi əskikdir. Bir məsələ nəzərə alınmalı idi ki, nə qədər ki, mənzil təhvil verilməyib, deməli müqavilə münasibətləri davam edir. Cavabdehin mənzili iddiaçıya çıxarış almazdan bir müddət əvvəl təhvil verməsi məhz tərəflər arasında münasibətlərin davam etməsi və Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən qaydada iddia müddətinin axımının kəsilməsidir. Yəni, mənzilin qəbulu ilə iddiaçı nöqsanlarla bağlı yeni hüquq əldə etmişdir. Bu səbəb dən məhkəmənin iddia müddətinin axımını müqavilə bağlandığı gündən və ya orada göstərilmiş 18 aydan sonrakı gündən götürməsi yolverilməzdir. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əhəmiyyət verməmiş, bu rəylə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyini nəzərə almamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi i sə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanm ası qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bü tün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kolleg iyası həmin əsaslandırma ilə tam razılaşır.

32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq tərəflər arasında yaranmış hüquq münasibətlərinin podrat müqaviləsindən irəli gəldiyi nəticəsinə gəlmiş və bu zaman maddi hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir.

33. İddia müddətinin tətbiqinə dair gəlinən nəticə həmçinin qanuni olmuşdur. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

34. Tərəflər arasında bağlanmış 08 fevral 2008-ci il tarixli müq avilənin şərtlərinə əsasən satıcı öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı 18 ay müddətində təhvil verəcək. İş materiallarında olan məhkəmə iclas protokolundan müəyyən olunur ki, iddiaçının nümayəndəsi, Vəkil birinci instansiya məhkəməsində verdiyi izahatında mübahisəli mənzilin çıxarış alınmamışdan əvvəl təmir olunduğunu göstərmişdir (i.v. 38).

35. Hazırki işdə iddiaçı mənzili təmir etdiyi halda, onu qəbul etməsi məhkəmələrin müəyyən etdiyi halıdır. İddiaçı mənzili müqavilə üzrə müəyyən edilmiş müddətdə deyil, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmaqla, daha gec tarixdə ona təhvil verməsini iddia etdiyi halda, bu barədə sübutları təqdim etməli idi. Lakin, iddiaçı kassasiya şikayətində iddia müddətinin axımının hesablanma anını düzgün müəyyən edilmədiyini göstərsə də, mənzilin ona nə vaxt təhvil verilməsini bildirməmiş və bununla bağlı sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasib ətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tari xli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətb iq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2(103)-3630/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar